illərində Rusiya xarici işlər naziri Sazonov erməni məsələsi ilə şəxsən fəal məşğul idi, özü
göstərməyən türk müttəfiqi Almaniyanın da razılığını almışdı. İyun 1913-cü ildə Rusiya
tərəfindən hazırlanmış 30 müddəalıq Layihə 6 vilayətdən- Ərzurum, Van, Bitlis, Diyarbəkir,
Xarput, Sivasdan ibarət erməni vilayəti yaradılmasını, bu vilayətin idarəedicisinin də beş il
müddətinə xristian avropalı olmasını, bütün idarəedici funksiyaların ona verilməsini təklif
etmişdi. Rusiya itaətindəki “Türkiyə Ermənistanı”nın Mersin limanı ilə dənizə çıxışı da olmalı və
bu muxtar vilayəti Rusiyanın müstəmləkəsinə çevrilməli idi. Faktik olaraq Osmanlı dövlətinin
parçalanması demək olan həmin Rusiya Layihəsi azacıq fərqlə ötən əsrin sonlarında 1989-cu ildə
Azərbaycanda, Dağlıq Qarabağda yenidən tətbiq edildi (Moskvanın Xankəndində tətbiq etdiyi
Arkadi Volski hakimiyyətini yada salın), mahiyyət, plan, məqsəd, ssenari də, ssenarist, rejissor,
dövlətlər də dəyişməyib; onlar 20 ildir Minsk Qrupu adı altında Azərbaycan torpaqlarının bir
55
hissəsini də Ermənistana birləşdirməyə nail olublar. Birinci Dünya savaşında tamamən işğal
edilib pay-püş olunan Osmanlı imperatorluğunun xarabalıqları üzərində Qazi Mustafa Kamal
Paşa komandanlığı altında qəhrəman türk xalqı Qurtuluş (ölüm-dirim) Savaşına qalxaraq öz
iradəsini, əzmini, milli qürurunu, gücünü və milli mənliyini ortaya qoyub xristian dünyasının son
səlib yürüşünün planlarını pozdu, xəyallarını puça çıxardı. Və bu türk zəfərininin ən ağır zərbəsi
digər türk yurdu Azərbaycana dəydi; Antanta (Müttəfiq Dövlətlər-Rusiya, Fransa, İngiltərə,
ABŞ) və Almaniya ermənilərə vəd verdikləri dövləti tarixi Azərbaycan-türk torpaqlarında qurub
verdilər. Bu fövqəlgüclərin xristian təəssübkeşliyinə Osmanlı Dövlətinin və Türkiyə
Cümhuriyyətinin başbilənləri də dəstək verdilər-təki erməni xata-bəlası Osmanlıdan uzaq olsun.
Sonadək Azərbaycançılıq, türkçülük, islamçılıq məfkurəsinə sadiq qalmış Ənvər paşa, Tələt
paşanın qətiyyətlə “çibanı kökündən təmizləmək” planı da nəinki Osmanlı sarayında dəstək
tapmadı, hətta M.H.Hacinski, M.Ə.Rəsulzadə, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu kimi
ideoloqlar da İstanbuldan gələn təlimatla Anadoludakı kimi Qafqazda da erməni məsələsinin
birdəfəlik həllinə qarşı çıxıb Osmanlı ilə Azərbaycan arasında paytaxt İrəvan olmaqla, “kiçik bir
erməni kantonu” yaradılması təklifinə dəstək verdilər, yazışmalar arxivlərdə ümumtürk tarixinin
bu qara səhifəsinə şahidlik etməkdədir. Ancaq “bu kiçik kanton” AXC-nin qətiyyətsiz
başbilənlərinin səhvləri ucbatından dəfələrcə böyüdü, qırğınların miqyası daha da genişləndi,
ermənilər Batum danışıqları və müqaviləsində (4 iyun 1918) götürdükləri öhdəliklərini
mürəkkəbi qurumamış pozdular. Rusiyanın Qafqazı yenidən işğal etməsi ilə daşnaklar bu dəfə
bolşevik mundiri geyinib Azərbaycanda bütün dövlət strukturlarına nəzarəti ələ keçirib daha
böyük mütəşəkkiliklə türkün baş qaldıranlarına, başbilənlərinə qənim kəsildilər. Rus-bolşevik
işğalından sonra Zəngəzurun yarıdan çoxunu da bu dəfə ruslar ermənilərə sovet hakimiyyətinə
“hə” demək müqabilində rüşvət, peşkəş verdilər və yenə də sapı özümüzdən olan baltaların
fərsizliyi, maymaqlığı, milli qeyrət və düşüncədən uzaqlığı sayəsində.
Müsəlman türklərə qarşı siyasətin konturları öncə I Pyotr vəsiyyətləri ilə çızılmışdı. Bu həmin
Pyotr idi ki, 1711-ci ildə Prut yürüşündə türk qoşunlarının mühasirəsinə düşür, sağ qalmaq üçün
paşalara yalvarır, alınmır. Danışıqların “konstruktiv” olması üçün o, türk sərkərdəsi Mehmet
paşanın yanına arvadı I Yekaterinanı yollayır. Paşanın hərəmində 3 gecə qalan Yekaterina da
Pyotrun azad edilməsinə nail olur, türkün faciələri başlanır.
1814-cü il fevralın 21-də Rusiyanın xarici işlər, hərbi və dəniz nazirləri çar II Nikolaya
yazmışdılar ki, “böyük Avropa müharibəsi baş verərsə, Rusiya Bosfor və Dardanel
körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq yolu ilə “şərq məsələsini” öz xeyrinə
həll etməlidir”.
Rusiyanın müsəlman-türklərə qarşı planları ingilis, fransız, amerikanlar tərəfindən də hər zaman
tam dəstəklənmiş, günümüzə qədər də bu dəstək davam edir. Bu fakta diqqət yetirək. Böyük
Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomson 1919-cu il martın
28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdi: "...Zəngəzur Erməni
Dostları ilə paylaş: