Hacı Nərimanoğlu


“...Bu, dəhşətli soyqırımdır.  İnsanların vəhşicəsinə öldürüldüyünü öz gözlərimlə gördüm.”



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə45/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   41   42   43   44   45   46   47   48   ...   70
“...Bu, dəhşətli soyqırımdır.  İnsanların vəhşicəsinə öldürüldüyünü öz gözlərimlə gördüm.” 

Təbii ki, onun 2008-ci ildə Bakıda dediyi: “AŞPA Ermənistan ordusunun işğal olunmuş 



ərazilərdən çıxarılmasını tələb edir” sözlərinin təsiri də Xırdalanı keçmədi, Bakıda söz versə də, 

Yerevanda bu sözləri dilinə gətirmədi. Çünki məsələ çoxdan və ən yuxarı səviyyədə həll olunub.  

ABŞ Prezidenti Vudro Vilson da ötən  əsrin 20-ci illərində “Ermənistan üçün ABŞ mandatı” 

almaqdan, Anadolu torpaqlarından ermənilərə pay qoparmaqdan ötrü var qüvvəsini sərf edirdi. 6 

aprel 1917-ci ildə Vilson ABŞ-ın I Dünya müharibəsinə qatılması barədə qərar verdi. Konqresə 

müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" 

çağırırdı. 8 yanvar 1918-ci ildə o Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən 

qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə  məşhur olan 

tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o 

cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi. Qalan “tezislər”  milyonlarla 

müsəlmanın qanını içməkdə davam edir. 

 

28 may 1919-cu ildə  Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə 



heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin 


57 

 

tanınmasını xahiş etdi. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd etdi. 



Çünki Ermənistanın Türkiyəyə ərazi iddiaları Vilsonun hamiliyi ilə güclü surətdə dəstəklənirdi. 

V.Vilson Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. 

Onun düşüncələrinə görə insan haqları “Böyük Ermənistan və ermənilərin xilası”ndan ibarət idi. 

Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə  Ərzurum, Trapezund, Van, Bitlis 

Ermənistana verilirdi. Onun sərhədlərini Vilson təyin edəcəkdi. Lakin müzəffər türk ordusu bir-

birinin ardınca doğma vilayətlərini güclü hamisi olan düşmənin tapdağından azad etdi və məkrli 

planın reallaşmaq ehtimalını puça çıxarırdı. V.Vilsonun qərarı ilə yaradılmalı olan süni 

“Müstəqil Ermənistan” iki həftəyə süqut etdi. 

 

Fakt, sənədlər sübut edir ki, Azərbaycana qarşı  XX əsrin  əvvəllərində    cızılmış plan əsrin 



sonlarında yenə  də birgə razılıqla icra edilmişdir. 20 yanvar 1990-cı ildən bir neçə gün əvvəl 

ABŞ-ın indiki dövlət katibi Con Kerri də aralarında olmaqla bir qrup senator SSRİ  rəhbəri 

Mixail Qorbaçova bu müraciəti yazıb göndəriblər: “Biz erməni azlıqların qətlinin, o cümlədən 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin