Hacı Nərimanoğlu


Tiflisə gedir. Çarın canişini Vorontsov-Daşkovla görüşür. Ona çoxsaylı  vədlər verərək



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə42/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   38   39   40   41   42   43   44   45   ...   70
Tiflisə gedir. Çarın canişini Vorontsov-Daşkovla görüşür. Ona çoxsaylı  vədlər verərək, 

regionda “könüllü erməni dəstələri”nin yaradılmasını  əks etdirən sənədlərə imza atdırır. 

Bundan sonra yepiskop Mesropla, S.Arutyunovla, A.Xatisovla görüşlər təşkil edən canişin 

Vorontsov-Daşkov xatırladır ki, onun imza atdığı sənədlər 150 il qüvvədə qalacaq, “ermənilərə 

həmçinin məsləhət görülürdü ki, həm Türkiyənin, həm də Azərbaycanın yuxarı dairələrində 

çalışıb mövqe tutsunlar və  ən çox “kəşfiyyat işlərilə” məşğul olsunlar…”. Osmanının son 

illərində Rusiya xarici işlər naziri Sazonov erməni məsələsi ilə  şəxsən fəal məşğul idi, özü 

avropalı  həmkarları ilə yazışırdı, hətta, Osmanlıda ermənilərə muxtariyyət verilməsinə maraq 

göstərməyən türk müttəfiqi Almaniyanın da razılığını almışdı.  İyun 1913-cü ildə Rusiya 

tərəfindən hazırlanmış 30 müddəalıq Layihə 6 vilayətdən-  Ərzurum, Van, Bitlis, Diyarbəkir, 

Xarput, Sivasdan ibarət erməni vilayəti yaradılmasını, bu vilayətin idarəedicisinin də beş il 

müddətinə xristian avropalı  olmasını, bütün idarəedici funksiyaların ona verilməsini təklif 

etmişdi. Rusiya itaətindəki “Türkiyə Ermənistanı”nın Mersin limanı ilə dənizə çıxışı da olmalı və 

bu muxtar vilayəti Rusiyanın müstəmləkəsinə çevrilməli idi. Faktik olaraq Osmanlı dövlətinin 

parçalanması demək olan həmin Rusiya Layihəsi azacıq fərqlə ötən əsrin sonlarında 1989-cu ildə 

Azərbaycanda, Dağlıq Qarabağda yenidən tətbiq edildi (Moskvanın Xankəndində  tətbiq etdiyi 

Arkadi Volski hakimiyyətini yada salın), mahiyyət, plan, məqsəd, ssenari də, ssenarist, rejissor, 

baş rolun ifaçısı da eyni idi, şəkillər, pərdələrin bircə yeri, zamanı  dəyişmişdi. Heç dəstəkçi 

dövlətlər də  dəyişməyib; onlar 20 ildir Minsk Qrupu adı altında Azərbaycan torpaqlarının bir 




55 

 

hissəsini də Ermənistana birləşdirməyə nail olublar. Birinci Dünya savaşında tamamən işğal 



edilib pay-püş olunan Osmanlı imperatorluğunun xarabalıqları üzərində Qazi Mustafa Kamal 

Paşa komandanlığı altında qəhrəman türk xalqı Qurtuluş (ölüm-dirim) Savaşına qalxaraq öz 

iradəsini, əzmini, milli qürurunu, gücünü və milli mənliyini ortaya qoyub xristian dünyasının son 

səlib yürüşünün planlarını pozdu, xəyallarını puça çıxardı. Və bu türk zəfərininin ən ağır zərbəsi 

digər türk yurdu Azərbaycana dəydi; Antanta (Müttəfiq Dövlətlər-Rusiya, Fransa, İngiltərə, 

ABŞ) və Almaniya ermənilərə vəd verdikləri dövləti tarixi Azərbaycan-türk torpaqlarında qurub 

verdilər. Bu fövqəlgüclərin xristian təəssübkeşliyinə Osmanlı Dövlətinin və Türkiyə 

Cümhuriyyətinin başbilənləri də dəstək verdilər-təki erməni xata-bəlası Osmanlıdan uzaq olsun. 

Sonadək Azərbaycançılıq, türkçülük, islamçılıq məfkurəsinə sadiq qalmış  Ənvər paşa, Tələt 

paşanın qətiyyətlə “çibanı kökündən təmizləmək” planı da nəinki Osmanlı sarayında dəstək 

tapmadı, hətta M.H.Hacinski, M.Ə.Rəsulzadə,  Əlibəy Hüseynzadə,  Əhmədbəy Ağaoğlu kimi 

ideoloqlar da İstanbuldan gələn təlimatla Anadoludakı kimi Qafqazda da erməni məsələsinin 

birdəfəlik həllinə qarşı çıxıb Osmanlı ilə Azərbaycan arasında paytaxt İrəvan olmaqla, “kiçik bir 

erməni kantonu” yaradılması təklifinə dəstək verdilər, yazışmalar arxivlərdə ümumtürk tarixinin 

bu qara səhifəsinə  şahidlik etməkdədir. Ancaq “bu kiçik kanton” AXC-nin qətiyyətsiz 

başbilənlərinin səhvləri ucbatından dəfələrcə böyüdü, qırğınların miqyası daha da genişləndi, 

ermənilər Batum danışıqları  və müqaviləsində (4 iyun 1918) götürdükləri öhdəliklərini 

mürəkkəbi qurumamış pozdular. Rusiyanın Qafqazı yenidən işğal etməsi ilə daşnaklar bu dəfə 

bolşevik mundiri geyinib Azərbaycanda bütün dövlət strukturlarına nəzarəti  ələ keçirib daha 

böyük mütəşəkkiliklə türkün baş qaldıranlarına,  başbilənlərinə  qənim kəsildilər. Rus-bolşevik  

işğalından sonra Zəngəzurun yarıdan çoxunu da bu dəfə ruslar ermənilərə sovet hakimiyyətinə 

“hə” demək müqabilində rüşvət, peşkəş verdilər və yenə  də sapı özümüzdən olan baltaların 

fərsizliyi, maymaqlığı, milli qeyrət və düşüncədən uzaqlığı sayəsində.  

Müsəlman türklərə qarşı siyasətin konturları öncə I Pyotr vəsiyyətləri ilə çızılmışdı. Bu həmin 

Pyotr idi ki, 1711-ci ildə Prut yürüşündə türk qoşunlarının mühasirəsinə düşür, sağ qalmaq üçün 

paşalara yalvarır, alınmır. Danışıqların “konstruktiv” olması üçün o, türk sərkərdəsi Mehmet 

paşanın yanına arvadı I Yekaterinanı yollayır. Paşanın hərəmində 3 gecə qalan Yekaterina da 

Pyotrun azad edilməsinə nail olur, türkün faciələri başlanır.  

1814-cü il fevralın 21-də Rusiyanın xarici işlər, hərbi və  dəniz nazirləri çar II Nikolaya 

yazmışdılar ki, “böyük Avropa müharibəsi baş verərsə, Rusiya Bosfor və Dardanel 

körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq yolu ilə “şərq məsələsini” öz xeyrinə 

həll etməlidir”.  

 

Rusiyanın müsəlman-türklərə qarşı planları ingilis, fransız, amerikanlar tərəfindən də hər zaman 



tam dəstəklənmiş, günümüzə  qədər də bu dəstək davam edir. Bu fakta diqqət yetirək. Böyük 

Britaniyanın Qafqazdakı diplomatik nümayəndəliyinin rəhbəri general Tomson 1919-cu il martın 

28-də Yerevanda Ermənistan hökumətinin iclasında çıxışında demişdi:  "...Zəngəzur Erməni 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin