mütləq bildirin ki, türk onun düşmənidir. Onların ərazisində torpaqlarımız var".
Aşota həsr etdiyi əsərdə yazırdı: "Mənim qılıncımdan türk qanı axıb töküləndə, mən
onu tapdayanda rahat olacağam".
47
•
Artunyan: "Türk öldürməyən erməni öz əli ilə özünü öldürsün."
•
Zori Balayan: “Mən komandir A.Ter-Tedovoyandan soruşdum ki, Şuşaya
biz nə
vaxt girə biləcəyik? –Komandir dedi ki, siz sualı düzgün qoymursunuz. Məndən
soruşun ki, Şuşanı almaq üçün sənə nə lazımdır? Onda belə cavab verərəm, 400 ton
yanacaq və 1000 ədəd raket. Bunları əldə etdikdən sonra mən sizə Şuşanın dəqiq
alınması tarixini deyə bilərəm”.
•
Erməni tarixçisi Gevorq Aslanın "Ermənistan və ermənilər" (1914 il) əsərindən:
"Ermənilərdə dövlətçilik olmamışdır. Onlarda Vətən hissi yoxdur və siyasi tellərlə
bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yeri ilə bağlıdır. Müasir
Ermənistanın ərazisi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Məhz bu
səbəbdəndir ki, böyük Ermənistan ərazisində olan coğrafi adların əsas hissəsi
azərbaycanlılara məxsusdur.”
•
Erməni publisisti Vahe Avetyan özünün Facebook səhifəsində yazır: “Əziz
qonşularımız, azərbaycanlılar. Mən Xocalıda yüzlərlə insanın soyqırıma məruz
qalmasında ermənilərin də iştirak etdiyinə görə sizdən üzr istəyirəm. Sizi
inandırıram ki, nə məni, nə dostlarımı və nə də yaxınlarımı qatil, adamyeyən və
sadist kimi yetişdiriblər. Əmin olun ki, Ermənistanda nə vaxtsa qanuni xalq
respublikası qurulsa, o vaxt mənim ölkəm bu cinayətin araşdırılması üçün mümkün
olan hər şeyi edəcək və bu işdə əli olanların hamısı mühakimə olunacaq. Mən
düşünürəm ki, dünən törətdiyi genosidi boynuna almayan və haqq qarşısına
çıxmağa mənliyi və cürəti çatmayan bir xalqın yüz illər əvvəl ata-babalarının başına
gətirilən genosidə görə dünyadan ədalət tələb etməyə mənəvi haqqı çatmır”.
•
Amazasp: “Hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır.”
•
1918-ci ilin may ayında qurulan Ermənistan Respublikasının 1919-cu ilin
avqustuna qədər ilk baş naziri olmuş Ovanes Kaçaznunun 1923-cü
ildə qurucusu və
liderlərindən biri olduğu Daşnaksutyun partiyasının qurultayına təqdim etdiyi 128
səhifəlik hesabatından: “Könüllü silahlı birliklər yaratdıq, Türkiyə hələ savaşan
tərəflərdən birinə qoşulmadığı dövrdə erməni inqilabçı daşnaksutyun partiyasının
rəhbərliyi altında yaradılan silahlı dəstələrlə hərbi əməliyyatlar həyata keçirdik,
barışı sabotaj etdik, çox yerdə türklərə qarşı üsyan qaldırdıq, sülhü sabotaj etmək
üçün döyüşdük də, türklərin düşməni olan Antanta Dövlətlərinin şəhərciyində
yerləşdik. Türkiyədən "Dənizdən dənizə Ermənistan" tələb etdik. Antanta
Dövlətlərinin ordularını Türkiyəyə göndərmələrini və hakimiyyətimizi təmin
etmələri üçün Avropa və Amerikaya rəsmi müraciətlər etdik. Nəhayət o da var ki,
var olduğumuz müddətdə fasiləsiz olaraq türklərlə döyüşdük. Hərəkatımızın
əsasında Antanta Dövlətlərinin bizə vəd etdiyi böyük Ermənistan xəyalı dururdu.
Amma biz heç bir zaman dövlət ola bilmədik. Türkiyə Ermənistanı deyə bir
dövlətin xəyaldan kənar olmadığı gerçəyini bilmədik.Türkiyədə milli şüur və özünü
müdafiə instinkti oyanmışdı. Yeni gənc və milliyətpərvər duyğularla hərəkət edən
bir nəsil ortaya çıxaraq, Anadoluda öz ordusunu yenidən təşkil etməyə başlamışdı.
1918-ci illərdə imperialistlərə qarşı döyüşlərində təxribata uğrayan türklər,
müqavimət göstərərək iki il içərisində təkrar özlərinə gəldilər. Çox keçmədən
sınırlarımıza hərbi
əməliyyatlar başladığında,
türklər bizimlə bir araya gəlməyi və danışıqlara başlamağı təklif etdilər. Biz isə
onların bu təklifini geri çevirdik. Bizim bu dövrdə sülhdən imtina etməyimiz və
silahlanmamız böyük bir səhv idi. 1915-ci ilin yaz və payız dövründə Türkiyə
erməniləri zəruri bir Tehcir-Köç qanunu qəbul etdi. Köç doğru və lazımlı idi.
48
Gerçəkləri görə bilmədik, hadisələrin səbəbi bizik. Türklər nə etdiklərini bilirdilər
və bu gün peşmanlıq eşitmələrini tələb edəcək bir xüsus yoxdur.
Bu üsul ən qəti və
uyğun olanı idi.
Hirslilik və qorxu içində olan biz ermənilər, “günahkar” axtarırdıq və bu günahkarı
rus hökuməti və onun alçaq siyasəti olaraq təyin etdik. Biz ermənilər qeydsiz şərtsiz
Rusiyaya yönəlmiş durumdaydıq. Hər hansı bir səbəb yoxkən zəfər havasına
qapılmışdıq. Sədaqətimizin, işlərimizin və yardımlarımızın qarşılığında Çar
hökumətinin Ermənistanın müstəqilliyini bizə hədiyyə edəcəyindən əmin idik. Rus
hökumətinə qarşı dünənki inancımız nə cür kor-koranə və təməlsizsə, bugünkü
suçlamalarımız da o cür kor-koranə və əsassızdı. Siyasi bir partiya (Daşnaksutyun)
olaraq biz, məsələmizin rusları maraqlandırmadığını və onların lazım olanda
cəsədlərimizi tapdalayaraq keçib gedə biləcəyini unutmuşduq. Şikayət etmək və
fəlakətlərimizin səbəblərini öz xaricimizdə axtarmaq bizim xəstəlik halını almış
milli psixologiyamızdır, xarakterik xüsusiyyətimizdir”. Kaçaznuninin, qurucusu və
lideri olduğu Daşnaksutyun Partiyası üçün hesabatının sonunda söylədiyi cümlələr
düşündürücüdür: "Daşnak Partiyasının artıq edəcəyi bir şey yoxdur...
Bəli, mən intiharı təklif edirəm, Partiya özünü buraxmalıdır."
•
Daşnak komandiri Vahram öz "qoçaqlığı" barədə yazırdı: "Mən heç nəyi nəzərə
almadan türkləri qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən
yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna
doldurub üstünə ağır daşlar atasan. Belə də etdim. Bütün qadınları, uşaqları quyuya
doldurub üstünə ağır daşlar tökdüm. Uzun müddət bu daşların altından onların
iniltisini eşitdikcə şadlığımdan nə edəcəyimi bilmirdim".
•
Stepan Lalayanın dəstəsində olan “Uçitel Qriqoryan” adlı erməni əsgəri
komandirinə bu məktubu yazan günün səhəri artıq həyatda yox idi: “Mən daha
Şamaxıda qala bilmirəm. Bunları görməyə dözə bilmirəm, mənə verdiyiniz silahı
özünüzə qaytarıb geri dönürəm...”
•
“Böyük Ermənistan” ideoloqlarından və “Qnşaq”ın liderlərindən biri Q.Kafyants:
“Tarixə nəzər salanda aydın
görürsən ki, lap əvvəldən biz erməniləri təhrik edən çar
mütləqiyyəti və rus patriarxlığı olmuşdur.”
•
Ermənistan SSR Elmlər Akademiyasının ilk prezidenti İ.Orbeli: “İndiki Dağlıq
Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş, sonradan erməni feodalları
tərəfindən zəbt edilmişdir.”
•
Tanınmış erməni yazıçısı və ictimai xadimi Vaqe Avetyan: “Respublika
Dostları ilə paylaş: