danışdıqları haqda bilmək haqqına malikdirlər. Həmin il “zon”da ona bir çekist
qaytarsın. Azərbaycanlıların hüququ var bilsinlər ki, çekistlər belə informasiyaları
sonra onların toplanışı olmuş, orada yekdilliklə qərara alınmışdı ki, əgər KQB
Qarabağ hərəkatı istəyirsə, o zaman erməni dissidentləri hər şeyi eləməlidirlər ki,
bu, baş verməsin. Azərbaycanlıların hüququ var bilsinlər ki, bizim öz müqəddəratı
qətliama görə azərbaycanlıların yox, Kremlin məsuliyyət daşıdığını söyləyib, onu
da deyib ki, kim ki Qarabağı bir sovet türməsindən digər sovet türməsinə köçürmək
49
istəyir, o, Kreml çekistlərinə xidmət edir. Azərbaycanlıların hüququ var bilsinlər ki,
bizim müstəqillik uğrunda liderimizi bundan sonra ölkədən deportasiya ediblər,
boşluğu Qarabağ Komitəsi ilə doldurublar, müstəqillik və demokratiya uğrunda
mübarizləri isə terrorla qətlə yetiriblər, ölkədən sürgün ediblər və 20 il ərzində hər
vəchlə məhv eləməyə çalışıblar…Mən o günü görürəm - o gün ki, biz öz milli
bayraqlarımızı Kremlin xarabalıqları üzərində böyür-böyürə qaldırıb imperiyanı
Qarabağa görə cəzalandıracaq, bir çox başqa şeyləri edəcəyik”.
•
Bu məktub Türklərin əsrlərlə “Milleti-Sadıka” dediyi bir erməniyə aiddir. Onun
adı Artin PENİK. Bu isə onun həyat tarixçəsidir.
ASALA terror örgütü 1970-ci illərdən etibarən Türkiyə dışında 21 ölkənin 38
şəhərində 39 silahlı, 70 bombalı, biri də işğal şəklində olmaqla 110 terror olayı
gerçəkləşdirmişdir. Bu saldırılarda Türkiyənin 42 diplomatı həyatını
itirmişdir.ASALA-nın Türkiyədəki ilk terror aktı 1982-ci ilin 7 avqustunda Ankara
Esenboğa Hava limanında gerçəkləşdirdiyi bombalı saldırı olmuşdur. Saldırı
sonucunda 9 kişi həyatını itirmiş, 72 kişi yaralanmışdır. Erməni əsilli türk vətəndaşı
Artin PENİKin adı bu olaydan 4 gün sonra eşidildi. O, türk vətəndaşı bir erməni
olaraq, ASALAnın etdiklərinə dayanmamış, Taksim meydanında üstünə benzin
tökərək özünü yandırmışdır. Ağır yanıqlarla xəstəxanaya qaldırıldığında,
ASALAnın terror aktlarını protesto etmək üçün belə etdiyini demiş, əsil
məqsədinin Fransız Konsulluğu önündə özündə yandırmaq olduğunu, fəqət
Atatürkün abidəsi hüzürunda ölmək istədiyini, bu nədənlə özünü Taksimdə
yandırdığını bildirmişdir. Müalicə altındaykən 15 avqust 1982-ci ildə vəfat etmiş,
18 avqustda Məryəm Ana Kilsəsindəki törənin ardından cənazəsi “Balıklı Ermeni
Mezarlığı”'nda dəfn edilmişdir.
ASALA-nın terror aktlarını etiraz üçün özünü yandıran Artın PENS, aksiyanı
reallaşdırmadan əvvəl qoyduğu məktubda bunları deyir: "Bax, burada patriarx və
bütün Türkiyə erməniləri adından sizlərə etiraz edir və özümü yandırıram.
Siz ASALA qatilləri! Günahkar insanları öldürərək heç bir şey əldə edə
bilməzsiniz. Siz imperialistlər tərəfindən aldadılmısınız. Tarix sizə çox yanlış
qandırılmış. Yüz minlərlə insan imperialistlərin hiylə oyunları nəticəsində həyatını
itirdi. Bunu ağlınıza yazın! Sizi yanlış istiqamətləndirirlər. İndi orada, burada
minlərlə erməni dağınıq olaraq yaşayır. Onlarıdamı cəzalandırmaq istəyirsiniz?
Amma heç vaxt bunu edə bilməyəcəksiniz. Biz türklərlə qardaşca yaşadığımız
həyatımıza davam etmək istəyirik. Amma, siz mərhəmətsiz bir şəkildə günahsız
insanları öldürməyə davam edirsiniz. Allah adına sizləri əmin edirəm ki, yox
ediləcəksiniz!
Mənim bildiyim qədər ermənilər cəsarətli insanlardır və heç vaxt günahsız insanları
arxadan vurmazlar. Sizi heç vaxt erməni olaraq görmürük. Sizi lənətləyirik. Sən,
keçmiş Fransa Prezidenti Giscard Estaing, biz ermənilər səni də lənətləyirik. Əgər
onların rəylərini almaq üçün etdiklərinə bəraət qazandırmasa idin, Asalalılar o
qədər aqressiv olmazdılar.
Daha yazacaq çox şeyim var, amma yazma səbəbim yoxdur.
Zamanında türk milləti sizi cəzalandıracaqdır. Bu günə qədər vəfat edənlərə
Tanrıdan rəhmət diləyirəm, ailələrinə də səbr.
Allah Türk vətəndaşlarıma səbr ehsan eylə. Əlvida"!
(Artın PENIK, Intervyu, 1982)
https://www.youtube.com/watch?v=wGXvUkpYoFc/).
*Ermənistan Prezidenti Serj Sarkisyanın tələbə-gənclərlə görüşündə çıxışından:
“Biz üstümüzə düşən missiyanı yerinə yetirdik. Ermənistan türksüzləşdi, Dağlıq
50
Qarabağ tamamilə ələ keçirildi. Yerdə qalanlarını da siz həll etməlisiniz. Bu da
sizin borcunuzdur...”
•
Karnegi Fondunun saytında Tomas de Vaalın yerləşdirdiyi müsahibədə Serj
Sarkisyan söyləyib: "Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat
etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl
qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də
oldu...Xeyr, mən etdiklərim üçün təəssüflənmirəm. Ona görə ki, bu cür sarsıntılar,
hətta minlərlə adam qırılsa belə, zəruridir."