Hacı Nərimanoğlu


nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə6/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   2   3   4   5   6   7   8   9   ...   70
nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son 

qoyulmalıdır". 

 Dövlətimizin başçısının nitqindən gətirilən bu sitat məsələnin bütün aspektlərini 

ifadə etməklə yanaşı, bir millətin iki dövləti olan Türkiyə ilə Azərbaycanın mövqelərinin  

bütün  əsas istiqamətlərdə üst-üstə düşdüyünün də  təsdiqidir. Gözlənildiyi kimi də

qondarma soyqırımın 100 illiyi ərəfəsində erməni dostlarının beynəlxalq aləmdə qaldırdığı 

hay-küylə  birlikdə Türkiyə  və Azərbaycana qarşı okeanın o tayından, Qərbin çeşidli 

ölkələrinin dövlət, qeyri-hökumət, media qurumlarından gələn əsassız ittihamlar, basqılar, 

insan hüquqları, demokratiya, söz azadlığı adı altında təzyiqlər də artmaqdadır. Ancaq iki 

qardaş dövlətin bu sınaqdan da möhkəmlənmiş formada çıxacağı şəksizdir. Bu kitabın da 

əsas məziyyəti ondadır ki, müəllif məsələyə geniş anlamda, tam yanaşır, qondarma “erməni 

soyqırımı” iddialarının  əsas hədəfinin Türkiyə ilə yanaşı, həm də Azərbaycan olduğunu 

göstərir. Qafqazda, İranın türklər yaşayan Azərbaycan vilayətlərində, Anadoluda, Kıbrısda 

törədilən, eyni mərkəzlərdən yönəldilən qanlı qırğınlara dair şahid ifadələri paralel təqdim 



 

olunur, türklərə qarşı soyqırım cinayəti bütün əhatəliliyi, genişliyi ilə tam şəkildə göz 



önündə canlandırılır.  

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət 

müşaviri akademik Ramiz Mehdiyevin son iki ildə  qələmə aldığı "Gorus 2010: absurd 

teatrı mövsümü", "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix", "Ermənilərin mif 

yaradıcılığı tarixdə  ilk xristian dövləti kontekstində", “İkili standartların dünya nizamı və 

müasir Azərbaycan” və digər sanballı kitab və  məqalələri tarix elminin son illərdəki  ən 

böyük nailiyyətlərindən olmaqla yanaşı, erməni nəzəriyyəçilərinin fikirlərini məntiqlə alt-

üst etmiş, saxta erməni təbliğatına həqiqi tarixlə sarsıdıcı zərbə vurmuş, "ikili standartlara" 

qarşı informasiya savaşında zəngin məlumat mənbəyi olmuş, istinad mənbələrinin 

mötəbərliyi ilə ölkəmizdə  və onun hüdudlarından kənarda böyük rezonans doğurmuşdur. 

Akademik Ramiz Mehdiyevin  əsərlərinin əsas üstünlüyü ondadır ki, bunlar xarici dillərdə

o cümlədən erməni dilində olan mənbələrə və elmi əsərlərə istinad edilir, iqtibaslar gətirilir, 

yəni xarici ölkələrin alimlərinə tarixi həqiqətin ünvanını elə onların öz dillərində olan 

mənbələrdə  və elmi ədəbiyyatda olduğunu göstərir və  həm də qarşıya mühüm vəzifələr 

qoyur:  "Prezident  İlham  Əliyevin müəyyən etdiyi hücum xarakterli xarici siyasət, 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin