Hacı Nərimanoğlu


gəldikdə müsəlmanların həmin sayda cəsədləri aşkar edilmişdi.  Əgər türklər belə tez



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə59/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   55   56   57   58   59   60   61   62   ...   70
gəldikdə müsəlmanların həmin sayda cəsədləri aşkar edilmişdi.  Əgər türklər belə tez 

gəlməsəydilər Petrovsk şəhərinin bütün müsəlmanlarını bu cür ölüm gözləyirdi. Meyitlər 

eybəcər hala salınmışdı, əlsiz, ayaqsız, kəllələri dağıdılmış vəziyyətdə idi və çoxlarını tanımaq 

mümkün deyildi. Türklər bütün meyitlərin  şəklini çəkdilər və saylarını müəyyənləşdirdilər. 

Mənim qardaşımı öldürmüşdülər, başını tamamilə dağıtmışdılar və mən onun meyitini yalnız 

kostyumundan tanıya bildim. Bütün bu vəhşiliklərə Stepan Lalayev, Ruben Ağamalyants və 

beş  nəfər digər ermənilər rəhbərlik edirdi. Bu sonuncular milliyyətcə rus, lakin soyadını 

bilmədiyim qarnizon rəisinin yanında xidmət edirdilər. Ermənilər mənim 500 rubl dəyərində 

paltomu və 6000 nağd pulumu qarət ediblər. Türklər gəlməsəydi, yəqin ki, mən də  əzablı 

ölümdən qaça bilməyəcəkdim.  İndi burada, Bakı  şəhərində, müsəlmanları Petrovskda qətlə 

yetirmiş 7 nəfər ermənini sivil geyimdə görürəm, onlar tam azad şəkildə sakitcə şəhərdə gəzib-

dolanırlar. Onların məsuliyyətə  cəlb edilməsi haqqında sərəncam verməyinizi xahiş edirəm. 

Onların soyadlarını bilmirəm, amma bu şəxsləri göstərə bilərəm. Onlarla küçədə rastlaşanda, 

mən ağladım…Oxundu.  Əli  Əsgər Xuda Baxış  oğlu, imza. Komissiya üzvləri: Aleksandroviç, 

Takinski,А.Kluge (imzalar). İfadəmə  əlavə olaraq göstərirəm ki, bu gün Bakının  Şamaxinka 



hissəsində, çörək alarkən 7 erməni qatilindən biri ilə rastlaşdım, o məni yanına çağırdı, necə 

sağ qaldığımı soruşdu və dedi: “Tezliklə hamınızın birdəfəlik axırına çıxacağıq”. AR Pİİ SSA, 

f. 277, s. 2, iş 14, v. 31-32.Sənəd № 607 

Ələkbər Tağı  oğlu,  İran təbəəsi, Bakı  şəhəri, Bazarnaya küçəsi, 43 №-li evdə yaşayıram, 

savadsızam. Mənim, biri Vrangelskaya küçəsi, 19 №-li evdə, digəri isə Bazarnaya küçəsi, 3 №-li 

evdə yerləşən iki çayxanam, həmçinin Vorontsovskaya küçəsi 7 №-li evdə baqqal dükanım, 

Bazarnaya küçəsi, 3 №-li evdə isə mənzilim var idi. Mart ayının 20-də erməni əsgərləri içində 



50 nəfərdən artıq müsəlmanın tamamilə yandığı “Dağıstan” mehmanxanasına od vurdular, 

“Dağıstan” mehmanxanasının qarşısında yerləşən Karvansaraya od vurdular və burada 100 

nəfərdən artıq müsəlman tamamilə yandı. Bunun ardınca erməni əsgərləri Abbas Eyvazovun 

Lalayevin evində yerləşən Karvansarayına soxuldular və erməni zabiti revolverlə 7 müsəlmanı 

– mənim üç bacım oğlanlarını – Mövsüm Ağa Sadıq oğlunu, Mirzə Bağır Mövsüm oğlunu, 

Qulam  Əli Bəyməmməd oğlunu, Qarabağ sakini Salmanı  və onun qardaşı  İsgəndəri, 

“Növbahar” restoranının işçisi Qurban Əlini öldürdülər. Ola bilsin ki, ermənilər daha çox 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin