Hamamıdır. Basqal Hamam Muzeyi


Girdi suya bağrı yandı göylərin”



Yüklə 0,86 Mb.
səhifə3/8
tarix18.06.2022
ölçüsü0,86 Mb.
#61779
1   2   3   4   5   6   7   8
hamamlast

Girdi suya bağrı yandı göylərin”
-beyti fitənin qədimdən istifadə edilməsinə sübutdur.
Eyni zamanda Böyük Britaniya kitabxanasında saxlanılan Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunmuş miniatürdə (1494) hamam təsvir olunması, Azərbaycanda hamam mədəniyyətinin qədimiliyini bir daha sübut edir.
Tüng- saxsı borulardır. Tәdqiqatçıların fikrincә, Azәrbaycan әrazisindә tәqribәn VIII әsrdәn başlayaraq saxsı tünglәrdәn istifadә olunmağa başlanıb. Bu borular bir qayda olaraq bir kənarı geniş, digər kənarı ensiz hazırlanır ki, bu da axıdılan suyun istiqamətini və sürətini tənzimləyir. Su tünglәrinin ensiz tәrәfindә xüsusi kәrt yeri olurdu. Bu, borulardan birinin digәrinin içәrisinә geydirilmәsi vә su xәttinin müxtәlif istiqamәtlәrә yönәldilmәsi üçün nәzәrdә tutulurdu. Basqalda da orta әsrlәrә aid kürәbәnd su vә kürәbәnd kanalizasiya (XII-XIII әsrlәr) şәbәkәlәri mövcud olmuş və bugünə kimi qalmaqdadır. Kürəbənd su və kanalizasiya şəbəkəsinin tədqiqatçıların dediklərinə görə 800 ildən 1000 ilədək yaşı olduğu ehtimal olunur. Basqal hamamın kanalizasiya sistemi və su qovşağı da məhz tüng saxsı boruları ilə quraşdırılmışdır.

Taxta ayaqqabı “başmaq”- hamamın qızdırılma sistemi döşəmə ilə yeraltı sistemlə təşkil olunduğundan, istidən qorunmaq üçün burada taxtadan hazırlanmış başmaq geyinilirdi. Ayaqqabının altlığı bir parça (hissə) halında olurdu. Üzərinə ayağı geyinmək üçün dəri hissə bərkidilirdi. Bu taxta ayaqqabılar yaş səth üzərində geyinmək üçün hazırlanırdı. Bu tip ayaqqıbalara ən çox Türkiyə mədəniyyətində rast gəlinir və takunya adlandırılır. Bu ayaqabıların hazırlanmasında adətən Qoz, Vələs, Çinar və Tut ağacından istifadə edilirdi. Ağac istifadə olunmamışdan əvvəl günəşin altında qurudulur sonra tələb olunan ölçüdə kəsilirdi. Daha sonra isə əl ilə xüsusi alətlərlə cilalanırdı. Üzəri xüsusi naxışlarla oyma, cızma üsulu ilə bəzədilirdi. Bu başmaqların sağlamlığa da faydalı olduğu haqqında məlumatlar vardır.

II OTAQ
Bu otaqda hamamda istifadə edilən bir sıra məişət əşyaları, təmizlik vasitələri, kosmetik vasitələr və digər nümunələr sərgilənir. Hər biri sənətkarlıq nümunəsi olan sərnic, dolça, tövbə qabı və digər eksponatlar nümayiş olunur.
Sərnic- qədim mis qаbdır. Qədim dövrlərdə sərnicdən dаhа çох mаldаn südü sаğmаq üçün bir qаb kimi istifаdə оlunurdu. Sərnic tаm mənаsı ilə sənətkаrlıq nümunəsi оlub, özünün zərif nахışlаrı və üstündəki yаzılаrı ilə şöhrət qаzаnmışdı. Misgərlik məhsulu olan sərnic vеdrə mеydаnа çıхdıqdаn sоnrа məişətdəki rоlunu itirmişdir. Hamamda bu qablardan suyu daşınması üçün istifadə edilirdi.Çünki qadınlar hamamda həm də paltar yuyardılar. Məhz bu səbəbdən bəzi xanımlar özləri ilə hamama sərnic də aparardılar.
Dolçalar- mis qab nümunələrinin əksəriyyəti saxsı qablar əsasında hazırlanmışdır. Misgərlikdə maye, ağartı məmulatlarının saxlanılması üçün müxtəlif forma və ölçülərə malik qablar hazırlanırdı ki, onlardan biri də dolçalar idi. Dolça gündəlik istifadə və ya dekorativ mahiyyətli hazırlanırdı. Gündəlik məişətdə istifadə edilən dolçaların üzəri sadə, dekorativ olanlar isə mürəkkəb naxışlarla, dini və klassik poeziya mətnləri ilə bəzədilirdi.
Qabın üzərindəki naxışların işlənmə texnikası isə qabın hazırlanmasında istifadə olunan materialdan asılıdır. Məsələn sənaye üsulu ilə hazırlanan çuqun qablar qara və minalı, polad qablar qara boyalı, qalaylı, sinklənmiş olurdu. Minalı polad qablar ştamp üsulu ilə, bəziləri məsələn dolçalar isə quraşdırma üsulu ilə hazırlanırdı. Su qabı kimi istifadə olunan dolçalar keçmişdə gəlin köçən qızların cehizinə daxil edilirdi. Hamamda öncədən qeyd etdiyimiz kimi insanlar sadəcə yuyunmaq üçün deyil, həm də istirahət üçün gəlirdilər. Dolçadan gələnlərə içməli su təqdim etmək üçün istifadə edilirdi.
Tövbə qabı-xalq arasında keçirilən hamam mәrasimlәrindәn biri dә zahının (yenicә doğmuş qadın) vә körpәnin qırxı çıxan gün çimizdirilmәsi ayinidir. Buna “qırx tökmә” də deyilir. “40 açar camı” da məhz həmin mərasimdə istifadə edilirdi. Çillә ilahi sözündәn olub qırx mənasını verir. “Qırx tökmə mərasimi” icra olunan gün günəş doğmamışdan əvvəl, alatoranlıqda tәzә gәlini vә körpәni qaynanası bәdxah qüvvәlәrdәn vә pis nәzәrdәn qorumaq mәqsәdilә hamama aparıb çillәsini kәsirdilәr. Hamamda “40 açar” adlanan bir qaba su doldurular vә bu su ana vә körpәnin başından axıdılırdı. El arasında buna “qırx suyu” da deyirdilər. Bununla da onlar qırxdan çıxmış olurdular. 40 açar camı xüsusi olaraq mərasimdə istifadə üçün nəzərdə tutulub hazırlanırdı. Misdən hazırlanmış qabın daxilində fars və ərəb dilində dualar yazılırdı. Belə ehtimal olunur ki, bu dualar həmin mərasimlə əlaqədar idi.
Bu qab ölkə ərazisində hazırlanmırdı, məxsusi olaraq Xorasandan və Kərbaladan gələn zəvvarlar tərəfindən gətirilirdi.
“Qırxın tökülməsi” və ya “uşağın çilədən çıxarılması” mərasimini tamamlamaq üçün işlədilən “qırx açar camı”nın üzərində (daxili və xarici tərəfdən) ərəb əlifbası ilə “Qurani-Kərim”dən 40-a qədər ayə həkk edilmişdir. Tuncdan və ya misdən hazırlanmış cam yastı oturacağı qabın içərisinə doğru qabarıq olurdu. Qabın kənarlarındakı deşikdən keçirən saplarla, üzərində 40 ədəd lövhə- “açar” asılırdı ki, hər birinin üzərinə “Bismillah” sözü qeyd olunurdu. Orta Asiya və Qazaxıstan xalqları arasında geniş yayılmış bu qab “çilkalit” adlanır. Həmin xalqlarda da qab məhz bu mərasimin icrası üçün nəzərdə tutulurdu.
Stend
Hər bir xalqın həyatında olduğu kimi, basqal camaatının da özünəməxsus adət və ənənələri vardır ki, onlardan bəziləri məhz hamamda icra edilir. Onlardan xınayaxılması, qırxçıxdı mərasimi və digərləri xalq arasında geniş yayılmışdı. Bəzi mərasimlər hətta günümüzə qədər gəlib çatmışdır. Bu stenddə də sözügedən mərasimlərdə istifadə edilən əşyalar, maddələr, eləcə də kosmetik vasitələr sərgilənir.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin