Adətlər-qadınların başqa əyləncə istirahət məkanı olmadığında hamam onlar üçün həm də görüş və söhbətləşmək, istirahət yeri idi. Hamama getmək üçün bir gün öncədən hazırlaşar, әn yaxşı paltarını geyinәr, qızıllarını taxar evdə gəlin, qız hamılıqla hamama gedərdilər. Qadınlar oğullarına, qardaşlarına məhz hamamda qız seçərdilər. Bayram vә toy hamamları daha tәmtәraqlı olurdu. Xüsusən qadın hamamın özünəməxsus qaydaları var idi. Yeniyetmə qızların böyüklərə köməklik etməsi adət halını almışdı. Burada qadınlar bir sıra mərasimlər, xınayaxdı, çillə kəsdi və s. mərasimlər keçirər, əylənərdilər. Xınayaxdı mərasimində istifadə olunan xınanı xüsusi qablarda “hamam sandığı”nda gətirirdilər. Bəzi məlumatlarda xınanın hamam sandığının qapağında yoğuraraq istifadə edildiyi bildirilir.
Xına- boya və dərman əhəmiyyətli bir bitki olan xına bir çox dünya ölkələrində, əsasən şərqdə qədim zamanlardan istifadə edilmişdir. Qədim Misirlilərin qəbirlərində xınanın qurudulmuş yarpaqları tapılmışdır.
Xına əsasən Mərakeşdə, Hindistanda, Sudanda, Misirdə və s. ölkələrdə becərilir. Azərbaycanda isə Lənkəran zonası, Şəki rayonu və Abşeronda xınanın becərilməsinə rast gəlinir. Xınadan dərinin, saçların, dırnaqların, parçaların boyadılması və bədəndə rəngli yazıların, naxışların və şəkillərin döymə üsulu ilə yazılmasında, kosmetikada, təbabətdə geniş istifadə edilir. Orta Asiya ölkələrində xınadan bədəndə döymə naxışların, yazıların və rəsmlərin vurulması məşhurluq qazanıb.
Xınadan həm qadınlar, həm də kişilər istifadə edirdilər. Kişilər xınanı saç-saqqalına, qadınlar isə həm saçlarına, həm də əllərinə, ayaqlarına yaxardırlar. Qədim adətlərimizdən olan xınayaxdı mərasimi əvvəllər hamamlarda icra edilərdi. Hamamda xına yaxan xüsusi işçilər də hətta var idi. Bu mərasimdə gəlinin saçına, əl-ayağına yaxar, əllərinə xüsusi naxışlar çəkərdilər. Hamama toplaşan qadınlar adi günlərdə belə həm gözəllik, həm də sağlamlıq üçün saxlarına xına yaxardılar. Bu adət-ənənə bugün xalq arasında keçirilir. Xınayaxdı mərasimi demək olar ki, bütün bölgələrimizdə qeyd edilir.
Xına təkcə boyayıcı maddə deyil, həm də müalicəvi xüsusiyyətlərə malik olan bir bitkidir. Xına çox güclü dezinfeksiyaedici təsirə malik olduğundan, ondan yaraları və zədələnmələri, həmçinin dermatoloji və sümük xəstəliklərinin, baş ağrılarının müalicəsində istifadə edirlər. Hətta tərləmənin qarşısının alınması məqsədilə ayaqlara da xına yaxılırlar. 2-3 çay qaşığı xınanı götürüb üzərinə qaynar su əlavə edir və qatı qaymağabənzər sıyıq alnana qədər qarışdırırlar. Alınan qarışımı saça yaxırlar. Saçlar qırmızı-narıncı və ya qırmızı-qəhvəyi rəngə boyanır. Xına saçları möhkəmlədirir və ona gözəl parıltı verir.