Hamamıdır. Basqal Hamam Muzeyi



Yüklə 0,86 Mb.
səhifə5/8
tarix18.06.2022
ölçüsü0,86 Mb.
#61779
1   2   3   4   5   6   7   8
hamamlast

Gilabi- keçmişdə paltar və baş yumaq üçün sabun əvəzinə işlədilən gil (bentonit) növü idi. Gilabinin sarı və göy növləri məlumdur. Keçmişdə kənd və şəhərlərdə sabun çatışmayan zaman gilabı ilə paltar yuyur və çimirdilər. Gilabi ölkənin bir sıra regionlarındakı (Əmircan, Basqal və digər) gil yataqlarından əldə edilirdi. Tərkibində bir sıra kimyəvi maddələr olan bu gil növü dəridəki yağlılığı aradan qaldırır, saça parlaqlıq, yumşaqlıq bəxş edirdi. Hətta xoş ətirli olsun deyə ona gülab da əlavə edirdilər.
Rüşül - əsasən şərqdə məlum olan bu təmizik vasitəsi qədim hamam mədəniyyətində daha məşhur olmuş və müasir günümüzədək gəlib çatmışdır. Azərbaycan ərazisində də rüşüldan qədimdən istifadə edilmişdir. Ruşu, rüşür, ruşur, rüşül və bir neçə bənzər adlarla tanınır. Rüşülün tərkibi tam təbii maddələrdən ibarətdir. Belə ki, hazırlanması zamanı əsasən təbii yollarla əmələ gələn minerallar və heyvan piyindən istifadə edilir.
Tərkibində olan minerallar səbəbindən yalnız təmizləyici deyil, həm də qidalandırıcı xüsusiyyətlərə malikdir. Rüşülə qədim piling vasitəsi də demək olar. Çünki unikal tərkibi sayəsində dərinin üzərini və məsamələri örtən kir, toz, ölü dəri hüceyrələri, piy və s. kimi zərərli maddələrdən təmizləyib dərini qidalandırır.
Ətir- bugün bütün dünyada bilinən ətrin vətəni qədim Misirdir. Qədim dövrlərdə Misir ətirləri Aralıq dənizi sahillərində yerləşən ölkələrdə çox məşhur olub. Ətir mədəniyyətinin yaranma tarixi eramızdan 3.000 il əvvələ təsadüf edir. Qədim misirlilər istər dini, istərsə də mədəni tədbirlərdə müxtəlif cür ətirlərdən istifadə edirdilər. Hər səhər misirli rahiblər iman gətirdikləri büstlərin üzünü ətirli yağlarla silərdilər. Bu büstlərin şəninə dualar oxuyar, ətirli çubuqlar tüstülədərdilər. Təxminən VI əsrdən başlayaraq ətirlər üçün xüsusi qablar hazırlamağa başlanıldı ki, həmin qablar müxtəlif formalarda və ölçülərdə olurdu.
Ətrin ikinci vətəni isə Yunanıstan hesab edilir. Misirlilərin biliklərindən faydalanan yunanların həyatlarının demək olar ki, ətir ayrılmaz hissəsi idi. Heç bir tədbir ətirsiz ötüşməzdi. Bütün tədbirləri, bayramları, toy və dini mərasimləri, habelə, yaz mərasimlərini belə ətirsiz təsəvvür etmək mümkün deyildi. Yunanlar çimdikdən sonra bədənlərinə ətirli bitki yağları sürtərdilər ki, bu da bir növ müalicə məqsədi daşıyırdı.
Azərbaycanda isə adətən qızılgül ləçəklərindən hazırlanan gül suyu (gülab), yağlardan istifadə edilirdi. Eyni zamanda ticarət yollarının üzərində yerləşdiyindən və başqa ölkələrdən gətirilmiş ətirlər də mövcud idi. Azərbaycanda VIII-X əsrlərdə şüşə ətir qablarının hazırlanması haqqında məlumatlar mövcuddur. Bu da xalqın ətirdən qədim dövrdən istifadə etməsinin sübutudur.
Sürmə- azərbaycanlı qadınlar hər zaman baxımlı olmuş, dəbli geyimləri, zinət əşyaları ilə daima fərqlənmişlər. Xanımlar gözəl görümək üçün bir sıra kosmetik vasitələrdən– xına, sürmə, vəsmə, surxab, sefidab, zərək və qaliyədən istifadə edirdilər. Bu sadalanan vasitələr demək olar ki, bir çox xanımların bəzək qutusunda saxlanılırdı. Kosmetik vasitələri hər yerdən almaq mümkün deyildi. Bu vasitələr əttar (ətirli vasitələr satıllan yer) adlanan dükanlarda, əczaxanada(indiki aptek), çərçi (xırdavat satan alverçi) ya da camaşırxanada(paltar yuyulan məxsusi yer) satılırdı.
Sürməni əldə etmək üçün xüsusi qara parlaq daşı əzərək ovuntu halına gətirirdilər. Daha sonra həmin toza xüsusi kimyəvi maddə qataraq qara sürmə əldə edilirdi. Bəzi xanımlar isə zeytunu yandıraraq əldə etdikləri yağlı küldən (və ya hisdən) sürmə kimi istifadə edirdilər. Qədimdə qadınlar sürmə ilə gözlərini daha iri görünümlü, xumari etməyi sevirdilər.
Kosmetik vasitələrin hər biri müxtəlif materialdan (parça, taxta, şüşə, dəri və s.) düzəldilən xüsusi qablarda saxlanırdı. Sürmədan (sürmə qabı), sürmənin saxlamaq üçün kosmetik vasitə qabı idi. Sürmədanlar metal, parça, nadir hallarda isə balqabaq saplağından düzəldilirdi. Ən çox işlədilən parça sürmədanlar məxmər və tirmədən kiçik kisə formasında olub, üzəri məliləduz, nəqədəduz, mirvari tikmələrlə, hətta qızılı və gümüşü sapla da bəzədilirdi.
Vəsmə- qadınlar arasında dodağa və yanağa xal qoymaq, qaşları aypara etmək həmin dövrdə dəbdə idi. Bunun üçün xanımlar vəsmə adlandırılan kosmetik vasitədən istifadə edirdilər. Belə ki, vəsmə bitkisini suda qaynadıb alınan qara rənglə qaşlarını boyuyur, yanaqlarına xal qoyurdular.
Molla Pənah Vaqifin “Gərək” qoşmasında sürmə və vəsmə haqqında fikir qeyd olunub:
“Gözə sürmə, qaşa vəsmə yaxanda
Canım eşq oduna qalanmaq gərək.”


Sabun-Saç yuyucu vasitələrinin istehsalı ənənələrinin mənşəyi Şərqə məxsusdur. Çünki Avropada əvvəllər saçları xüsusi vasitələrlə yumaq ənənəsi olmayıb. Sabunun yaranma tarixi olduqca qədim dövrlərə təsadüf edir. Dünya sivilzasiyasında mühüm ixtiralar etmiş (yazı, çarx) Şumerlərə aid (e.ə 4-3 minilliklər) mis lövhəciklər aşkar edilmişdir. Bu lövhə üzərində sabunun hazırlanması qaydası yazılmışdır. Qədim misirlilərin (6000 il əvvəl), romalıların da sabun hazırladıqları faktları tarixdə məlumdur.
Azərbaycanda isə gilabidən sonra saç yumaq üçün sabunlardan istifadə edilməyə başlanıldı. Sabun əsasən Rusiyadan gətirilir, yerli bazarlarda satılırdı. Sonraki dönəmlərdə isə sabun bişirməyi bacaranlar evdə özləri də sabun hazırlamağa başlayırdılar.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin