Haqqinda üst-pssqv hesabati



Yüklə 281,07 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix07.12.2016
ölçüsü281,07 Kb.
#992
1   2   3   4

MONİTORİNQ

 



 

TƏDQİQATLAR

 

 

 

Bütün psixi sağlamlıq müəssisələri tərəfindən toplanmalı olan fərdi statistik 

məlumatların rəsmi müəyyən edilmiş siyahısı mövcuddur. Cədvəl 6.1-də göstərildiyi 

kimi, məlumatların toplanması  dərəcəsi psixi sağlamlıq müəssisələri arasında eyni 

səviyyədədir.  

 

Dövlət səhiyyə idarəsi bütün psixiatriya xəstəxanaları, ümumi təyinatlı xəstəxanaların 



psixiatriya  şöbələri və ambulator psixiatriya müəssisələri tərəfindən toplanılan 

məlumatları qəbul edir. Məlumatlar psixi sağlamlıq sahəsində real vəziyyəti tam əks 

etdirmir, çünki vəziyyət lazımınca qiymətləndirilməmişdir, bunun səbəbi isə 

pasiyentlərin  əksəriyyətinin qeyri-rəsmi müraciət etməsi ilə  əlaqədardır. Beləliklə, 

həmin pasiyentlər dövlət qurumlarına verilən məlumatlara daxil edilməmişdir. 

 

Tədqiqatlarla bağlı PubMed məlumat bazasına uyğun olaraq, ölkədə aparılmış  və 



beynəlxalq səviyyədə  nəşr olunmuş bütün tədqiqatların 6%-i psixi sağlamlıq 

məsələlərinə  həsr olunmuşdur. Ölkədə aparılmış  məhdud sayda tədqiqatlar seçilmiş 

klinik halların epidemioloji cəhətdən araşdırılması, psixi pozğunluqların klinik 

cəhətdən / sorğu vasitəsilə qeyri-epidemioloji qiymətləndirilməsi, psixiatriya 

xidmətlərinin tədqiq olunması, psixososial, psixoterapevtik və farmakoloji 

müdaxilələr üzərinə yönəlmişdir. Eyni zamanda, bu araşdırmalar sübutlara əsaslanan 

tədqiqatların meyarlarına tam cavab vermir, araşdırmalar kifayət dərəcədə 

maliyyələşdirilmir və ölkədə tədqiqatçılar üçün rəsmi təlimlərdə iştirak imkanı yoxdur. 

 

Cədvəl 6.1 – Psixiatriya müəssisələri tərəfindən informasiya tipinə uyğun olaraq 



məlumatların toplanması və tərtib edilməsinin faizlə göstəriciləri 

 

TƏRTİB EDİLƏN 



İNFORMASİYA 

TİPİ  


PSİXİATRİYA 

XƏSTƏXANALARI

STASİONAR 

ŞÖBƏLƏRİ 

AMBULATOR 

MÜƏSSİSƏLƏRİ 

 

Çarpayıların sayı 100% 



100% 

TƏTBİQ EDİLMİR* 

Stasionar 

müəssisələrinə   

qəbul olunmuş/ 

ambulator 

müəssisələrində 

müalicə olunmuş 

pasiyentlərin sayı  

100% 100% 

0% 

Stasionar 



müəssisələrində  

saxlanma günləri/ 

ambulator 

müəssisələrinə 

müraciətlərin sayı 

100% 100% 

100% 

Məcburi 


yerləşdirmələrin 

sayı 


0% 0% 

TƏTBİQ EDİLMİR 



 

 

30



Azadlığı 

məhdudlaşdırılmış 

pasiyentlərin sayı 

0% 0% 


TƏTBİQ EDİLMİR 

Diaqnozlar 100% 

100% 

100% 


* Tərkibində stasionar palataları olan bəzi ambulator müəssisələr (PND-lər) çarpayılar üzrə 

məlumatları 100% tərtib edirlər    

 

DİAQRAM 6.1. PSİXİATRİYA MÜƏSSİSƏLƏRİ 

TƏRƏFİNDƏN SƏHİYYƏ İDARƏSİNƏ MƏLUMATLARIN 

ÖTÜRÜLMƏSİNİN FAİZLƏ GÖSTƏRİCİLƏRİ

100%

100%

100%

0%

20%

40%

60%

80%

100%

120%

AMBULATOR

MÜƏSSİS.

STASİONAR

ŞÖBƏLƏRİ

PSİXİATRİYA

XƏSTƏXANALARI

 

 



 

 

31



AZƏRBAYCAN RESPUBLIKASINDA PSİXİ SAĞLAMLIQ 

SİSTEMİNİN  

GÜCLÜ VƏ ZƏİF CƏHƏTLƏRİ 

 

Köhnə Sovet modelinə əsaslanmış Azərbaycan Respublikasının psixi sağlamlıq 



sistemi təşkilati yanaşma, həddən artıq mərkəzləşmiş xidmətlər, psixiatriya 

müəssisələrinin ümumi səhiyyə sistemindən və digər sektorlardan (sosial təminat, 

mənzil-kommunal xidmətləri, təhsil sistemi, ədliyyə sistemi və s.) təcrid edilməsi ilə 

xarakterizə olunur. İxtisaslaşmış tibbi xidmət səviyyəsində, demək olar ki, bütün növ 

xidmətlərdən istifadə imkanı vardır, lakin ilkin səhiyyə səviyyəsində psixi sağlamlıq 

xidmətləri zəif inkişaf etmişdir. Psixiatriya xidmətlərinin göstərilməsi, başlıca olaraq,                 

poliklinikalarda çalışan psixiatrlar, PND-lər və psixiatriya xəstəxanalarının üzərinə 

düşür. 50-150 min əhaliyə xidmət edən hər bir administrativ bölgə poliklinikasında 

psixiatr ştatı vardır. Bu psixiatrlar, xidmət dairəsi 300 000 - 600 000 nəfər əhalini 

əhatə edən bölgələrarası PND-lərin tabeliyində fəaliyyət göstərirlər. PND-lərin 

çoxunda həm ambulator, həm də stasionar tibbi xidmətlər göstərilir, stasionar 

müalicəsi həmçinin psixiatriya xəstəxanalarında aparılır. Bundan başqa, ölkənin üç 

böyük şəhərində Təcili tibbi yardım xidməti tərkibində bütün sutka ərzində fəaliyyət 

göstərən mobil psixiatriya qrupları vardır.  

 

Psixiatrların və psixiatriya üzrə tibb bacılarının sayının kifayət miqdarda olmasına       



baxmayaraq, həm diplomaqədərki, həm də diplomdansonrakı  mərhələlərdə onların 

təhsil səviyyəsi peşə təhsili sahəsində müasir tələblərə cavab vermir. Uşaq/yeniyetmə 

psixiatriyası, geriatrik və ya məhkəmə psixiatriyası, yaxud psixoterapiya üzrə xüsusi 

tədris proqramları yoxdur. Klinik psixoloqlar, sosial işçilər, peşə həkimləri və s. kimi 

psixi sağlamlıq üzrə digər mütəxəssislər psixi sağlamlıq xidmətlərinin göstərilməsinə 

cəlb edilməmişdir. Beləliklə, psixososial müdaxilələrdən Azərbaycan Respublikasında 

nadir hallarda istifadə olunur və demək olar ki, bütün xidmətlər psixotrop dərmanlarla 

müalicə üzərində qurulmuşdur. Digər tərəfdən, qəbul olunmuş tibbi yardım 

standartları, o cümlədən müalicə prosesinə nəzarət etmək üçün rəhbərliklər və müalicə 

protokolları yoxdur. 

 

Azərbaycan Respublikasında psixi sağlamlıq xidmətlərində olan məhdudiyyətlərin 



əhəmiyyətli hissəsi maliyyə çatışmazlığı ilə bağlıdır. Ümumi səhiyyə büdcəsinin 

yalnız 3%-i psixi sağlamlıq xidmətləri üzrə  xərclərə ayrılmışdır. Eyni zamanda 

maliyyələşdirmədə  aşkar disbalans mövcuddur, belə ki, ayrılmış  vəsaitlərin 85%-i 

stasionar xidmətləri üçün nəzərdə tutulmuşdur. Tibbi sığorta sisteminin mövcud 

olmadığı  şəraitdə,  ən çox yayılmış maliyyələşdirmə üsulu nağd yolla ödəmədir. 

Ölkədə xidmətlərin qeyri-rəsmi  şəkildə ödənişi mövcuddur, çünki tibb işçilərinin 

maaşı çox aşağı səviyyədədir (ayda 73 ABŞ dolları). 

 

2001-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş Psixi Sağlamlıq haqqında Qanun, 



tam informasiyaya əsaslanmış razılıq, anonimlik və gizlilik, məcburi yerləşdirmə  və 

müalicə (yalnız məhkəmə qərarından sonra), o cümlədən psixi xəstəliyi olan şəxslərin 

himayəsi və hüquqlarının qorunması ilə bağlı  məsələləri tənzimləyir.  Buna            

baxmayaraq, psixiatriya üzrə mütəxəssislər, hüquqşünaslar və pasiyentlər (həmçinin 

onların ailə üzvləri) arasında qanunvericilik normaları haqqında məlumatlılıq çox 

aşağı  səviyyədədir. Eyni zamanda, qanunun yerinə yetirilmə reqlamenti və onun 



 

 

32



tətbiqi mexanizmləri hələ  dəqiq işlənməmişdir və  psixi xəstəliyi olan şəxslərin   

hüquqlarının qorunması üçün məsuliyyət daşıyan hər hansı nəzarətedici qurum yoxdur. 

 

Ölkədə Milli Psixi Sağlamlıq Siyasəti və Psixi Sağlamlıq üzrə Strateji Plan tərtib 



edilməmişdir, həmçinin istehlakçılar siyasətin formalaşdırılması, planlaşdırılması  və 

ya qiymətləndirilməsində  iştirak etmək imkanından məhrumdurlar. Psixi sağlamlıq  

üzrə informasiya sistemi psixiatrik epidemiologiya və statistika sahəsində etibarlı 

məlumatlarla işləmir, çünki pasiyentlərin  əksəriyyəti psixiatrik yardım üçün qeyri-

rəsmi  şəkildə müraciət edir və onlar rəsmi statistikaya daxil edilmir. Bundan başqa,  

alınan bütün informasiya başlanğıc və ya orta mərhələləri  əks etdirən göstəricilərlə 

bağlıdır, nəticələrin qiymətləndirilməsi ilə bağlı məlumatlar isə toplanmamışdır.   

 

2005-ci ilin ikinci yarısında Səhiyyə Nazirliyində  əhəmiyyətli dəyişikliklər baş      



vermişdir və yeni rəhbərlik ictimai səhiyyə sektorunda vəziyyəti qaydaya salmaqla 

bağlı  işlərə başlamışdır. Görülən bu işlər psixi sağlamlıq sistemində  islahatlar        

aparılması, o cümlədən siyasətin işlənib hazırlanması, xidmətlərin 

maliyyələşdirilməsinin artırılması, həddən artıq təşkilatlanmadan icmaya doğru 

yönəlmə, ilkin səhiyyə səviyyəsində və icmaya əsaslanan xidmətlərin göstərilməsi və 

peşə təhsilinin təkmilləşdirilməsi üçün imkanlar yaradır. 



 

 

33



PSİXİ

 

SAĞLAMLIQ

 

SİSTEMİNİN

 

 

GÜCLƏNDİRİLMƏSİNDƏ

 

NÖVBƏTİ

 

ADDIMLAR

 

 

 

 

Azərbaycan Respublikasında psixi sağlamlıq sisteminin gücləndirilməsində növbəti 

addımlar    aşağıdakı məqsədlərə yönəlməlidir: 

Siyasət və qanunvericilik strukturu: Psixi sağlamlıq siyasəti və milli strateji planın 

işlənib hazırlanması. Bu siyasət və plana aşağıdakılar daxil edilməlidir: 

 

Gələcək psixi sağlamlıq sisteminin konsepsiyasının, prinsip və 



məqsədlərinin təsviri 

 

Strategiyaların, müddətlərin, fəaliyyət növlərinin, büdcənin, hədəf və 



məsuliyyətlərin müəyyən edilməsi 

 

İntihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, iş şəraitində 



stressin idarə olunması, zorakılığın azaldılması  və s. üzrə  xüsusi              

proqramların tərtib edilməsi 

 

Standartların və keyfiyyəti təmin edən proseduraların işlənib hazırlanması 



 

Psixi sağlamlıq xidmətlərinin təşkilati strukturunun və idarə olunmasının 

təkmilləşdirilməsi 

 

Psixi sağlamlıq sistemində maliyyə resurslarının bölgüsünün 



təkmilləşdirilməsi 

 

Psixi sağlamlıq xidmətləri:  Ümumi təyinatlı  xəstəxanalarda stasionar psixiatriya 

şöbələrinin yaradılması və mövcud icma yönümlü müəssisələrin gücləndirilməsi. 

 

Psixi sağlamlıq xidmətlərinin ümumi səhiyyə sisteminə inteqrasiya edilməsi 



 

Həddən artıq təşkilatlanmadan icmaya doğru yönəlmənin həyata keçirilməsi, 

buna paralel olaraq alternativ xidmətlərin (böhran vəziyyətində müdaxilələr, 

reabilitasiya proqramı, sığınacaq tipli yaşayış və iş yerləri, evdə yardım, 

xəstəlik hallarının idarə olunması və s.) inkişaf etdirilməsi 

 

Xidmətlərin mərkəzləşməsinin aradan qaldırılması və yerli səhiyyə/ psixi 



sağlamlıq xidmətlərinin səlahiyyətlərinin artırılması 

 

İstehlakçıların ehtiyac və tələblərini yerinə yetirən, icmaya əsaslanan 



müəssisələrin təsis edilməsi 

 

İlkin səhiyyə sistemində psixi sağlamlıq xidmətləri: İlkin səhiyyə işçiləri üçün psixi 

sağlamlıq sahəsində təlimlərin artırılması.  

 

İlkin səhiyyə  işçiləri üçün psixi sağlamlıq üzrə  təlim proqramlarının tərtib 



edilməsi 

 

İlkin səhiyyə praktikasında rəhbərliklər və müalicə protokollarının tətbiq 



edilməsi 

 

Psixiatriya mütəxəssisləri tərəfindən ilkin səhiyyə işçilərinə nəzarətin təmin 



edilməsi 

 

İlkin və ixtisaslaşmış tibbi yardım müəssisələri arasında qarşılıqlı 



göndərişlərə əsaslanan şəbəkənin yaradılması 

 

Kadr resursları: Psixi sağlamlıq sisteminin kadr resurslarının artırılması (məs., sosial 

işçilər, psixoloqlar və s.).  

 

Təhsil sistemində kifayət miqdarda klinik psixoloq, sosial işçi, peşə həkimi, 



psixiatriya üzrə tibb bacılarının hazırlanması 

 

Psixi sağlamlıq xidmətlərində müxtəlif ixtisaslı üzvlərdən ibarət qruplardan 



istifadə edilməsi 

 

 

34



 

Pasiyentlərin ailələrinin psixi sağlamlıq xidmətlərinin planlaşdırılması, 

təmin edilmə şəraiti və qiymətləndirilməsi prosesinə cəlb edilməsi 

 

Psixi sağlamlıq sahəsində çalışan idarəetmə  işçilərinə, təlimatçılara və 



tədqiqatçılara təlimlərin keçilməsi 

 

Psixi sağlamlıq sahəsində davamlı tibbi təhsil üçün qısamüddətli treninqlər 



sisteminin tətbiq edilməsi 

 

Digər sektorlarla əlaqələr:  Psixi sağlamlıq sisteminin digər  əsas sektorlarla (məs., 

təhsil, sosial təminat, ədliyyə və s.) əlaqələrinin artırılması.  

 

Psixi sağlamlıqla bağlı  məsələlərin  əhəmiyyətinin bu sahə ilə  əlaqəli olan 



əsas təşkilatlar tərəfindən anlaşılmasına nail olmaq və onları psixi sağlamlıq 

siyasətinin yerinə yetirilməsi üzrə razılaşmaya qoşulmağa təşviq etmək 

 

Hər bir sektorda psixi sağlamlıqla bağlı  məsələlərin  əlaqələndirilməsi üçün 



məsuliyyət daşıyan nümayəndə təyin etmək 

 

Dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 



nümayəndələrinin iştirakı ilə psixi sağlamlıq üzrə Koordinasiya/Məsləhət 

Şurası təsis etmək 

 

Monitorinq və  tədqiqatlar:  Psixi sağlamlıq üzrə informasiya sisteminin 

təkmilləşdirilməsi.  

 

Psixi sağlamlıq üzrə informasiya sistemində qeydə alınacaq əsas göstəriciləri 



müəyyən etmək 

 

Psixi sağlamlıq üzrə  məlumatların müntəzəm  şəkildə toplanması,             



protokollaşdırılması, təhlil edilməsi və yayılmasını təmin etmək 

 

Təhsil sistemində klinik epidemiologiya və biostatistika üzrə mütəxəssislər 



hazırlamaq 

 

Görülmüş işlər və ya prosesin gedişi haqqında informasiyadan çox, 



nəticələrə diqqəti yönəltmək 

 

Psixi sağlamlıq üzrə elektron məlumat bazası tərtib etmək 



 

 

 

 

35



 

 

36



ÜST-nin Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün 

Vasitəsi (ÜST-PSSQV) Azərbaycanda psixi sağlamlıq sistemi, o 

cümlədən  siyasət və qanunvericilik strukturu, psixi sağlamlıq 

xidmətləri, ilkin səhiyyə sistemində psixi sağlamlıq xidmətləri,  kadr   

resursları,  əhalinin maarifləndirilməsi və digər sektorlarla əlaqə,   

monitorinq və tədqiqatlar haqqında məlumatların toplanmasında istifadə 

olunmuşdur. Bu informasiyanın toplanmasında məqsəd,  siyasəti 

müəyyən edən qurumlar üçün psixi sağlamlıqla bağlı dəqiq məlumatlara 

əsaslanmış, aydın baza informasiyaya və  hədəflərə malik planlar tərtib 

etməyə imkan yaratmaqdır. Bu hesabat üçün məlumatlar 2006-cı ilin 

informasiyası əsasında 2007-ci ildə toplanmışdır. 

 

Azərbaycan  ərazisi 86 600 kv. kilometr olan ölkədir. Onun 8 436 400 



nəfər əhalisi var, onların 10%-dən çoxu qaçqın və məcburi köçkünlərdir.   

 

Ölkədə psixi sağlamlıq siyasəti və ya planı  mövcud  deyil.  Psixi   



sağlamlıq haqqında qanunvericiliyin ilk hissəsi 2001-ci ildə  qəbul 

edilmişdir. Buna baxmayaraq, psixi sağlamlıq haqqında   

qanunvericiliyin bir çox tərkib hissələrinin tətbiq olunması üçün 

standartlaşdırılmış prosedurlar mövcud deyil. 

 

Dövlət səhiyyə  xərclərinin 3%-i psixi sağlamlıq sisteminə ayrılmışdır; 



bunların 85%-i psixiatriya xəstəxanaları üçün nəzərdə tutulmuşdur. 

Sosial sığorta sxemlərində psixi sağlamlıqla bağlı xidmətlərin təmini 

nəzərdə tutulmamışdır. 

 

Psixi sağlamlıq xidmətləri sistemində  hələ  də  təşkilat  əsaslı yanaşma 



üstünlük təşkil edir. Ölkədə 11 ambulator psixiatriya müəssisəsi, 9 

psixiatriya xəstəxanası  və 5 gündüz stasionarı müəssisəsi fəaliyyət 

göstərir. Ümumi təyinatlı  xəstəxanalarda yalnız 2 stasionar psixiatriya 

şöbəsi var; onlardan heç biri uşaq və yeniyetmələr üçün nəzərdə   

tutulmamışdır. 

 

Psixi sağlamlıq xidmətləri sistemi ilə ilkin səhiyyə xidmətləri sistemi 



arasında effektiv qarşılıqlı  əlaqə yoxdur. Kadr resursları baxımından, 

psixi sağlamlıq sistemində psixoloqlar, sosial işçilər və peşə  həkimləri 

çatışmır. Psixiatrların və psixiatriya üzrə tibb bacılarının təhsili məhdud 

səviyyədədir.  

 

Məlumatların toplanması sistemi bütün dövlət psixi sağlamlıq 



müəssisələrini  əhatə etmişdir. Ölkədə psixi sağlamlıq sahəsində   

aparılmış  məhdud miqdarda araşdırmalar sübutlara əsaslanan tədqiqat 

meyarlarına tam cavab vermir.  

 

Azərbaycanda psixi sağlamlıq sisteminin gücləndirilməsi üçün yerinə 



yetirilməsi lazım gələn əsas addımlar hesabatda ayrıca göstərilmişdir. 

 

 

 

 

Yüklə 281,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin