Haqsız rəqabət və antiinhisar fəaliyyəti Anlayışlar rəqabət


Üfüqi və şaquli Sazişlər inhisarçılığı



Yüklə 31,65 Kb.
səhifə13/17
tarix02.01.2022
ölçüsü31,65 Kb.
#44691
1   ...   9   10   11   12   13   14   15   16   17
Haqsız rəqabət və antiinhisar fəaliyyəti

Üfüqi və şaquli Sazişlər inhisarçılığı

  • kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan (1), maliyyə və hüquqi baxımdan müstəqil olan (2) iki və ya daha çox biznes subyekinin digər rəqibləri bazardan kənarlaşdırmaq (3) və (və ya) yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq (4) məqsədilə bazarın ərazi prinsipinə, alğı satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi (a), malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi (b), qiymətlərin (tariflərin) yüksəldilməsi (c), azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi (d), yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsi;

  • bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər;

Biznes subyektlərinin bazardakı paylarının birləşdirilməsi onlara hökmran mövqe yaradarsa və ya bu mövqeyi gücləndirərsə, onların qovuşması və ya başqasının əlinə keçməsi ilə nəticələnən sazişlər;


  • bazar subyektlərinin rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə birgə müəssisə yaratmaq haqqında öz aralarında bağladıqları sazişlər;

  • xarici şirkətin Azərbaycan şirkətini əldə etməsi haqqında milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran sazişlər;

  • hər hansı bir malın alınmasını digər malın satılması üçün şərt kimi irəli sürən şərtli razılaşmalar;

  • hər hansı malı satıcının rəqiblərindən deyil, məhz həmin satıcıdan almağa sövq edən şərtli razılaşmalar;

  • rəqibləri bazardan sıxışdırıb çıxarmaq və bununla da bazara digər biznes subyektlərinin daxil olması üçün maneələr yaratmaq məqsədilə istehsal olunan məhsullara standartlar qoyulmasına gətirib çıxaran sazişlər.



Yüklə 31,65 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin