Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli;
Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri;
Elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri;
Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri;
Aeroport xidmətləri, aeroportların, uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri;
Metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti;
Su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma və dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti;
Ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri, qəbuledici — verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti;
Baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı;
Kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı;
Meliorasiya və irriqasiyasahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı;
Xidmət göstərilməsi məcburi olan istehlakçıların müəyyən edilməsi və (və ya) təbii inhisar subyektlərinin istehlakçıların əmtəə üzrə ehtiyacını tam həcmdə ödəyə bilmədiyi hallarda onların həmin əmtəə ilə təmin olunmasının minimum səviyyəsinin müəyyən edilməsi;
Əmtəə istehsalının (satışının) həcminin qanunvericiliyin tələblərinə uyğun müəyyən olunmuş göstəricilərinə əməl edilməsinin təmin olunması.