qiyməti verilir və insan dünyasını
dəyişdikdə yaddaşlara həkk olunur,
onun mənbəsinə çevrilir.
Tale belə bir insanı bizim həyatımıza
yazdı, ondan təbiətin sirlərini, həkimliyi
öyrəndik. Belə bir nəcib insan,
mənəviyyatca saf, göründüyü kimi olan,
olduğu kimi görünən, sədaqətli dost, bö-
yük alim, həkim, əsl mənada peşəsinin
fədaisi, sözü ilə əməli bir olan unudul-
maz insan - Salih Mustafa oğlu Salihov
idi. İllər keçdikcə daha dərindən hiss
edirsən ki, qeyri-adi bir şəxsiyyət, bir
fenomen idi. Bu gün aramızda olmasa
da unudulası şəxsiyyət deyil. Keçən ay-
rılıq illəri ona qarşı olan məhəbbətimizi
azaltmamış, qat-qat artırmışdır.
Çünki bu məhəbbət nə vəzifə asılılı-
ğından, nə də təmənna üzərində qu-
rulmuşdu. Bu sonsuz məhəbbət рак,
ülvi, ləyaqətli bir həkimə, insana ol-
muşdur. Azərbaycanın dilbər guşəsi
Ağdaşda l909-cu ildə dünyaya göz
açan Salih çox ağır, məşəqqətli uşaq-
lıq illəri yaşamalı olmuş, hələ kiçik yaş-
larından valideynlərini itirmiş, qardaş
himayəsində yaşamışdır. 20 yaşlı gənc
Salihi Bakıya gətirən tale onun həyatında
dönüş nöqtəsi oldu. O, burada “Fəhlə”
fakültəsinə daxil olub pedaqoji təhsil
aldı, bir neçə il Bakı məktəblərində ri-
yaziyyat müəllimi işlədi. Yaxşı peda-
qoq olsa da Salihin amalı, həyat yolu
həkimlikdə idi. 1939-cu ildə tale üzünə
güldü. O, Azərbaycan Tibb İnstitutunun
(indiki ATU) müalicə fakültəsinə daxil
oldu. Ağır müharibə illərinə baxmaya-
raq, o, böyük əzmkarlıqla təbabətin
incəliklərini öyrənməklə amalına çat-
mışdı, öz həyat yolunu tapmışdı, o,
həkim olmuşdu.
1945-ci ildə Azərbaycan Tibb İnsti-
tutunun II hospital terapiya kafedrası-
na assistent seçilən S.Salihov 1950-ci
ildə namizədlik dissertasiyası müdafiə
edərək, özünü perspektivli həkim-alim
kimi sübut etmişdir. O, 1954-56-cı illərdə
1 saylı ŞKX-nın baş həkimi işləməklə
böyük təşkilatçı olduğunu göstərmiş,
elə həmin ildə də kafedraya dosent se-
çilmişdir. Qısa müddətdən sonra tera-
pevt kimi Yəmən Krallığına ezam olunan
S.Salihov sübut etdi ki, o, artıq həkim-
alim kimi yetişmişdir. Çox çəkmir ki, ar-
tıq 1966-cı ildə doktorluq dissertasiyası
müdafıə etməklə kafedraya professor,
daha sonra müdir seçilir. Elə həmin
ildən də kafedrada böyük elmi işlər apa-
rılmağa başlanmışdır. 1967-ci ildə pro-
fessor S.Salihov birdən-birə kafedraya
3 aspirant, kliniki ordinator qəbul etdi,
kafedra elmi-tədqiqat ocağına çevrildi.
Məhz о illər bizim həyatımızda dönüş ili
oldu, bu da sonralar öz bəhrəsini verdi.
Qədim ərəb məsəlində deyilir ki: “Yaxşı
həkim heç vaxt yaxşı həkim ola bilməz,
əgər о ancaq yaxşı həkimdirsə”. Profes-
sor S.Salihov böyük həkim-alim olmaq-
la bərabər, mənəviyyatca рак, əvəzsiz
şəxsiyyət, ləyaqətli bir insan idi. Onun
qüsursuz mənliyi hər bir səviyyədə
bir etalon, nümunə idi. Xoşbəxtlikdən
onu tanıyanların hamısı bu fıkirdə, bu
əqidədə idi. Ona bənzəməyi arzu etmək
olardı, lakin onu əvəz etmək mümkün
deyildi. Bu cəhətdən Salih müəllimə
ancaq həsəd aparmaq olardı. O, dərin
bilikli həkim-alimin və ləyaqətli insanın
vəhdəti kimi qəlblərə həkk olunmuşdur.
Az yaşadı Salih müəllim, 1976-cı ildə
elə iş otağında əbədiyyətə qovuşdu, ya-
rımçıq çox arzuları qaldı. Lakin bu qısa
müddətdə böyük bir məktəb yaratdı.
Onun rəhbərliyi ilə 10-dan çox doktorluq
və namizədlik dissertasiyaları müdafiə
edildi.
Professor S.Salihov sevimli 5 övladı-
nı da təbabətə gətirdi. Salih müəllimin
arzuladığı, lakin həyata keçirə bilmədiyi
‘Ailə təbabəti” dərsliyini böyük oğlu
Mustafa Salihov yazmış, özü də həmin
kafedraya başçılıq edir. Oğlu Yalçın
alim-cərrah, qızı Afaq xanım akuşer-gi-
nekoloq, oğlu Ərəb neyrocərrah, sonbe-
şiyi Rauf psixiatrdır. Onlar hər sahədə
atalarına layiq övladlardır.
İllər keçir, o, bizdən ilbəil daha da uzaq-
laşır, biz isə ona yaxınlaşırıq. O, bu dün-
yaya bir daha dönməyəcək, biz isə Al-
lahımızın bizə yazdığı ömrü başa vurub
(qismət İlahi) son mənzilə gedəcəyik.
Dünyamızı
dəyişməklə
ölmürük,
ölüm-unudulan andan başlayır, anılırıq-
sa, demək hələ yaşayırıq. Qəlblərdə,
xatirələrdə, yaddaşlarda yaşayırıq.
Biz bu sətirləri bir daha yada salmaqla
professor S.Salihovun müqəddəs ruhu
qarşısında özümüzü borclu hesab edirik.
O, sevərək işləmiş, yaşamışdır, həyatda
böyük bir iz qoymuşdur. Bu izi özlərinə
əbədi yol götürmüş onun ardıcılları pro-
fessor S.Salihovu duymuş, sevmiş, da-
ima xatırlamış, onun müqəddəs ruhu
qarşısında baş əymişdir. Amin!
Dostları ilə paylaş: |