SİZİ TƏBRİK EDİRİK!
Hər şey bu məktubla başladı. Biz se-
çilmişdik. Harvard Universitetində təhsil
almaq, Boston Uşaq Xəstəxanasında
işləmək, tədqiqatlar aparmaq və daha nə
qədər imkanlar üçün başlanğıc oldu bu
məktub. Çox xoşbəxt , lakin eyni zaman-
da da tərəddüd içərisində idik. Uzun bir
yolçuluq, vətəndən, ailəndən, əzizlərindən,
dostlarından ayrı tam altı ay… Bəs işlərimiz,
tələbələrimiz,
xəstələrimiz,
ATU-dakı
fəaliyyətimiz necə olacaq? Bu fikirlərlə, yarı
sevinc, yarı qayğı içində universitetimizin
rektoru, akademik Əhliman Əmiraslanova
müraciət etdik. Əhliman müəllim xəbəri
eşidəndə çox sevindi, xeyir-duasını verdi,
bizə ugurlar arzuladı. Onun iznini aldıqdan
sonra kafedra mudirlərimiz professor Nəsib
Quliyev və professor Gəray Gəraybəyli ilə,
Universitetin elmi katibi, professor İbrahim
İsayev, Beynəlxalq Əlaqələr Şöbəsinin mü-
diri, dosent Rəhimə Qabulova ilə görüşdük.
Çox minnətdarıq, necə sevindiklərini unut-
madıq. Prosedur qaydalarına görə ABŞ
səhiyyə sistemində çalışacağımız üçün
bizdən sağlamlıq vəziyyətimizi geniş əks
etdirən müayinələr (komputer-tomoqrafiya,
rentgen, qızılca, suçiçəyi və digər infeksi-
yalara görə laborator analizlər) və zəruri
peyvəndlər tələb olunurdu. ATU-nun Tədris
Terapevtik Klinikasının direktoru profes-
sor Surxay Musayevlə görüşdük, bizi çox
səmimi qarşıladı, gözəl arzularını bildirdi,
klinikada müayinələrdən keçdik. Klinikada
fəalliyyət göstərən peyvənd kabinetində re-
vaksinasiya olunduq.
Bostonda xəstəxanada işə başlama-
dan öncə, sizə ayrılan həkim tərəfindən
ətraflı müayinə olunursunuz və ölkənizdəki
müayinələrin nəticələri dəyərləndirilir. Pedi-
atrlara daha həssas yanaşdıqları üçün bəzi
müayinələri təkrar etdirmək istədiklərini
bildirdilər. Təbii ki, müayinələrin nəticələri
hazır olana qədər sizin işə başlamanıza
icazə verilmir. Nəticələri alanda böyük qü-
rur hissi yaşadıq. Nəticələr TTK-da olan
nəticələrlə eyni idi.
Əbədi yaşayacaqsanmış kimi öyrənmək.
Dalay
Lamanın
sözlərini
xatırladır:
Biliklərinizi paylaşın. Ölüm süz olmanın
yolu budur: öyrənmək, öyrətmək, cəlb
etmək. Bu fikirlərlə Harvard Universitetində
öyrəndiklərimizi paylaşmağa qərar verdik.
Fəaliyyətimizə Harvard Universitetində
“Alim olmağa doğru“ planı üzrə Milli Sağ-
lamlıq İnstitutu (NİH) Post-doktorluq
elmi-tədqiqatçı yetişdirmək üçün zəruri
dərslərə start verməklə başladıq. Və pa-
ralel olaraq klinik fəaliyyətlə məşğul olu-
ruq. Dərslər çox maraqlı, təhsil və səhiyyə
sistemi çox irəlidədir. Kredit sistemi üzrə
hər fəndən bəlli proqram vardır. Harvard
təhsil sistemində hər tələbəyə identifikasi-
ya kodu, Boston Uşaq Xəstəxanasında isə
hansı vəzifədə çalışmasını göstərən kart
açılır. Tələbə identifikasiya kodunuz təhsil
aldığınız fənlər üzrə kurslara qeydiyyatınızı,
mühazirə zamanı suallara birbaşa cavab
vermənizi, ev tapşırıqlarını yükləməyinizi,
viktorinalarda iştirak etmənizi, kitabxana-
dan , statistik proqramlardan istifadəni,
laborator dərslərdə iştirakı, mühazirələrin
video qeydiyyatına sizə uyğun vaxtlarda
baxmanızı təmin edir. Muhazirə zallarında
internet xidməti, hər tələbə üçün mikrofon
sistemi quraşdırılıb. Telefon şəbəkəsi zalda
avtomatik qapadılır. Harvardda tədqiqatçı
olmaq çətindir, amma çox sevinclidir,
həyəcanlıdır. Hər fənn üzrə həftəyə 50-60
səhifə oxunacaq material, ev tapşırıqları və
viktorina verilir. Mühazirə materialı bir gün
əvvəldən yüklənir və sizdən mühazirəyə
dərsi oxuyub gəlməniz tələb olunur. Bəzən
mövzuya uyğun video materiallar sitasiya
tapşırıqları şəklində yüklənilir. Materiallarla
tanış olmadan mühazirədə suallara cavab
vermək mümkün deyil. Bəzi mühazirələrdə
qruplara bölünürsünüz və hər qrupun si-
tuasiya tapşırığı fərqlidir. Hazır olmasan
yoldaşlarını da çətin vəziyyətə salarsan.
Və təbii ki, bu kreditləri yalnız mükəmməl
hazırlaşmaqla keçə bilərsən. Mühazirəyə
gələrkən qol çəkirsən, həftə sonu dərsə
necə gəldiyinə və ev tapşırıqlarından neçə
bal topladığına dair məlumatlar alırsan.
Viktorinaları birbaşa cavablandırırsız və
nəticələri də dərhal bildirilir. Sistemin çox
fərqli olmasına, non-native speaker olma-
mıza baxmayaraq, vətənimizi, universite-
timizi yüksək səviyyədə təmsil edirik. Ye-
kun ballarımız 80-100%. Çıxışlarımız oldu,
gözəl keçdi. Qürur hissi ilə qeyd etməliyik
ki, daha üç həmvətənimiz: Ayaz Ağayev
(radiologiya üzrə), Fedik Rəhimov (genetika
üzrə) və Fidan Rüstəmova (etik üzrə) Har-
vardda ölkəmizi şərəflə təmsil edir.
Boston çox gözəl təbiəti olan, mədəni və
əminamanlıq hiss edilən şəhərdir. İnsanları
yardımsevər, pozitiv. Səhər işə gedərkən
qarşına çıxan tanımadığın insanlar salam-
laşır, gülümsəyir. Polis sənə ugurlar diləyir,
əgər hansısa bir ünvanı soruşursansa in-
sanlar bilməsə belə, çantasından xəritə
və ya telefon çıxarıb sənə yolu izah edir.
Bir sözlə, sivil və eyni zamanda insanlı-
ğın unudulmadığı bir yaşam. Amma bizi
qınamayın, bütün bunlara baxmayaraq,
vətənimiz üçün, sizlər – həmvətənlərimiz
üçün darıxırıq. Harvard Universiteti haq-
qında təəssuratlarımızı bölüşməyə çalış-
dıq. Çox yormamaq üçün klinik və elmi
fəaliyyətimizdən yazmırıq. Onları gələn
nömrələrdə təsvir edərik. Sonda universite-
timizin rəhbərliyinə bir daha bizə ABŞ-da ça-
lışmağa icazə verdiyi üçün təşəkkürümüzü
bildiririk. Əziz müəllimlərimiz, dostlarımıız,
həmvətənlərimiz! Bizə dəstək olduğunu-
za və göstərdiyiniz mənəvi qayğıya görə
sizlərə çox minnətdarıq. Etimadlarınıza
layiq olmağa çalışırıq. Sağlıqla qalın və
azərbaycanlı olmağınızla həmişə qürur du-
yun, bizim kimi...
Dostları ilə paylaş: |