Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 195
Sağlam qidalanma səhər
yeməyindən başlayır
Saç tökülməsinin
qarşısını almağın yolları
Ruhu müalicə etmədən
cismin müalicəsi faydasızdır
u
Gülçiçəklilər fəsiləsinin ən ge-
niş yayılmış növlərindən biri
olan almanın respublikamızda
üç yüzə qədər müxtəlif növü və çeşidi
vardır. Bunlardan altmışı sənaye üçün
əhəmiyyətlidir. Digər şirəli meyvələrdən
almanın üstünlüyü odur ki, onu bütün il
boyu saxlayıb istifadə etmək mümkün-
dür.
Almanın yetişmə fəsli aşağıdakı
kimidir:
Yay (iyul, avqust), payız (sentyabr,
oktyabr), qış (noyabrdan fevral ayı-
na qədər). Eyni sort almalar iqlim
şəraitindən asılı olaraq yetişmə dövrü-
nü dəyişə bilər. Almanın övündən və
sortundan asılı olaraq rəngi, dadı və
ətri müxtəlif olur. Almalar tərkibcə çox
zəngindirlər. Onun tərkibində 5-24%-ə
qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular
(alma, limon, kəhraba), pektin və aşı
maddələri, B və C vitaminləri, karotin,
mineral maddələrdən isə kalium, natri-
um və dəmir duzları vardır. Almada olan
dəmir duzu böyük müalicəvi əhəmiyyətə
malikdir. Almanın tərkibində olan
şəkərin əsas hissəsini qlükoza və frukto-
za təşkil edir ki, onlar da ürək damar sis-
temi üçün çox faydalıdır. Almadan təbii
halda istifadə etməklə yanaşı, bir sıra
qiymətli konservləşdirilmiş məhsullar
– kompot, mürəbbə, povidlo, şirə, püre
və s. hazırlanır. Bu məhsulların çox
böyük müalicəvi əhəmiyyəti vardır.
Almanın və ondan hazırlanan müxtəlif
konserv məhsullarının ürək zəifliyinə,
qanazlığına, xroniki mədə-bağırsaq
xəstəliklərinə, eləcə də vitamin azlığına
çox yaxşı müalicəvi təsiri olur.
Qurudulmuş alma nəfəs darlığı və
ürək xəstəliklərinə qarşı qoruyucu
əhəmiyyətə malikdir. Bədəndən zəhərli
maddələrin xaric edilməsinə kömək
olur. Lifli olduğu üçün bağırsaqları
təmizləyir. Qaraciyərindən şikayət
edənlər, revmatizması olanlar və hətta
şəkər xəstələri belə, quru almadan
faydalana bilərlər. Alma sakitləşdirici,
yuxuvericidir və baş ağrılarına da yaxşı
təsir göstərir. Kiçik hisələrə bölünmüş
almaları qabığıyla qaynadaraq, üzərinə
limon, portağal, darçın əlavə edib çay
kimi də içmək faydalıdır.
Daha çox alma, daha sağlam ürək