kayzen.az
u
“Bütün xəstəliklər əsəbdəndir”
sözləri gündən-günə reallığa
çevrilir. Orta əsrlərdə “sinir”
xəstəlikləri deyəndə mədə xorasını, bronxial
astmanı və şəkərli diabeti nəzərdə tutur-
dularsa, müasir dövrdə həkimlər getdikcə
daha çox əmin olurlar ki, xəstəliklərin
əksəriyyəti acı təəssüratların bəhrəsidir. Bu
gün biz özümüz haqqında çox az şey bilirik,
halbuki bütün fəlakətlərimizin, qələbə və
məğlubiyyətlərimizin səbəbi qəlbimizin
dərinliklərində gizlənib.
Azərbaycan Səhiyyə Nazirliyinin
baş psixiatrı Gəray Gəraybəyli
AzərTAc-a eksklüziv müsahibəsində
bildirib ki, xəstəliklərin böyük
əksəriyyəti psixosomatik əsaslıdır,
yaxud psixosomatik fonda və
ya onun dəstəyi ilə baş verir. O
deyib:
“Cismimizi
ruhumuzun
münaqişələri məhv edir və çox
vaxt düşmənlərimizin ən təhlükəlisi
elə özümüz oluruq. Böyük yunan
filosofu Sokrat əbəs yerə deməyib ki,
baş haqqında düşünmədən gözün
müalicəsinə başlamaq, yaxud bütün
orqanizm barədə düşünmədən başı
müalicə etmək mümkün olmadığı
kimi,
ruhu
müalicə
etmədən
cismin müalicəsi mümkünsüzdür.
Psixologiyanın
nisbətən
yeni
bölməsi olan psixosomatika psixi və
somatik (“soma” tərcümədə “bədən”
deməkdir)
vəziyyətlər
arasında
əlaqəni
öyrənir.
Anadangəlmə
xəstəliklər
istisna
olmaqla,
bütün xəstəliklərin 50-90 faizini
psixosomatik adlandırmaq olar.
Fikirlər xəstəliklərin yaranmasına,
gedişatına və remissiyasına təsir
göstərir. Sağalmanın sürətini və
keyfiyyətini də fikirlər müəyyən edir.
Vahimə, yaxud qorxu effekti əmələ
gətirən psixi travmalar təkcə ürək-
damar xəstəliklərinə deyil, həm də
daxili orqanlarda başqa funksional
pozulmalara səbəb olur. Hər hansı
neqativ əməl, o cümlədən fikir insan
üçün izsiz ötüşmür. Beyində neqativ
ocaq əmələ gəlir. Bundan əlavə,
psixosomatiklər travmatik xarakterli
hadisələr, münaqişələr, şəxsiyyətin
strukturu ilə funksional və ya
üzvi pozulmalar (bronxial astma,
hipertoniya, xora, hemorragik rektolit
və s.) arasında əlaqə olduğunu təsdiq
ediblər. Canlı orqanizmdə psixi və
fiziki əsaslar arasında birbaşa və
əks əlaqə var. Məsələn, əzələlərin
boşalması və istilik mənəvi rahatlıq
və dinclik hissi yaradır, emosional
gərginliyi azaldır, gərginlik və soyuq
isə əksinə, ruh düşkünlüyü və
cansıxıcı vəziyyət yaradır. Qəzəb,
qorxu, təəssüf, inad və inciklik hissi
fiziki gərginliyə səbəb olur. Əks əlaqə
mexanizmləri ilə birləşən həm fiziki,
həm də mental proseslər bu yolla
insanın biokimyasına təsir göstərir.
Ruh düşkünlüyü, məyusluq, daimi
narahatlıq, dilxorluq, hiddət, kin
və günah hissi mütləq xəstəliklərə
yol açır. Qəzəbinizi, aqressivliyinizi
cilovlaya bilməsəniz, biokimyəvi
müvazinətiniz
gec-tez
pozulur.
Onun fonunda isə hipertoniya,
mədə xorası və ya şəkərli diabet
inkişaf edə bilər. Daim qəzəb, qorxu,
təəssüf, inad və inciklik hissi ilə
yaşayıb, orqanizminizin biokimyəvi
durumunun qaydada olacağına ümid
bəsləmək olmaz. Orqanizminizin
normal
fəaliyyət
göstərməsini,
əhval-ruhiyyənizin yüksək olmasını,
mənəvi rahatlıq, nikbinlik hissinin
sizi tərk etməməsini istəyirsinizsə,
mentallığınıza dəyişikliklər edib,
ağlınızda harmoniya yaratmalısınız”.
I müalicə-profilaktika fakültəsinin IV kurs, 146
a
qrup tələbəsi Nəsibov Vüsal Aftandil oğlunun adına
verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.
Hacıyeva Aygün Cəlil qızına Azərbaycan Tibb
Universiteti tərəfindən 1997- ci ildə cərrah ixtisası
üzrə verilmiş internatura vəsiqəsi itdiyi üçün etibar-
sız sayılır.
II müalicə-profilaktika fakültəsinin IV kurs, 336
b
qrup tələbəsi Heydərli Zülfiyyə Üzeyir qızının adına
verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.
Əczaçılıq fakültəsinin III kurs, 887
b
qrup tələbəsi
Khorsheed Mustafa Fadhilin adına verilmiş tələbə bi-
leti itdiyi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin IV kurs, 140
a
qrup tələbələri – Əliyeva Şəhla Müşfiq qızı, Əsgərli
Şəmsiyyə Rafail qızı, Hüseynəliyeva Nərgiz Yaşar
qızı, Hüseynli Gülnar Seyfulla qızı, İbrahimova
Reyhan Namiq qızı, İsmayılov Eldar Ələddin oğlu,
Quliyeva Gülçar Əlamət qızı, Musayeva Fəridə El-
çin qızı, Mustafabəyli Yusif Elman oğlu, Şabanov
Azad Sərdar oğlu, Tağızadə Nərmin Nizaməddin qızı
və Vəliyeva Çiçək Emil qızının adlarına verilmiş
qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.
Áàø ðåäàêòîð
ÅËÄÀÐ ÈÑÌÀÉÛË
Ìüÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí
ìþâãåéè üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.
ßëéàçìàëàð ýåðè ãàéòàðûëìûð.
Qəzet “Òÿáèá” ãÿze òè íèí
êîìïyuòåð ìÿð êÿ zèíäÿ éûğûëûð,
ñÿùè ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ
÷àï îëóíóð
.
Dostları ilə paylaş: |