Noyabr
ayının
13-də Türkiyənin
Azər baycandakı
səfirliyinə
yeni
təyin olunan təhsil
müşaviri Abdul-
gafur
Büyükfı-
rat
Azərbaycan
Tibb Universiteti-
nin qonağı olub.
Cənab Büyükfırat
ATU rektoru akademik Əhliman Əmiraslanovla görüşüb.
Səmimi şəraitdə keçən görüş zamanı qonağa Azərbaycan Tibb Univer-
sitetinin fəaliyyəti, klinikalar barədə məlumat verilib. Qeyd olunub ki, ATU
nəzdindəki klinikalar əhaliyə yüksək tibbi xidmət verməklə yanaşı, həm də
tədris müəssisəsi kimi fəaliyyətdədir.
Öz növbəsində müşavir Abdulgafur Büyükfırat da klinikaların işi ilə tanış
olduğunu, burada mövcud şəraitdən çox məmnun qaldığını dilə gətirib.
Görüş zamanı ATU ilə qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə olunub.
Dostları ilə paylaş: |