dəriyə düşdükdə 2-6 saatdan (gizli dövr) sonra dərinin səthi qızarır, sonra bu yerlərdə balaca şişlər əmələ gəlir (24 saatdan sonra), daha sonra bu şişlər birləşirlər, partlayırlar və onların yerində yara əmələ gəlir (2-3 gündən sonra);
tənəffüs üzvləri vasitəsilə zəhərləndikdə bir neçə saatdan sonra burun və boğazda quruluq və acışma hiss olunur, daha sonra burun və boğaz yollarında şişlər, iltihab əmələ gəlir, ağır hallarda ağ ciyərin şişməsi və ölüm baş verir (3-4 günə);
gözə təsir etdikdə göz yaşları axır, gözdə «qum» hiss olunur, daha sonra qızarma, şişlər müşahidə olunur və insan kor ola bilər;
mədəyə düşdükdə 30-60 dəqiqədən sonra mədədə ağrılar, ürəkbulanması, qusma və ishal baş verir.
İpritin dəriyə təsirindən əmələ gələn yaraların sağalması 20-30 gün çəkir, yaraya infeksiya düşdükdə isə sağalma 2-3 aydan sonra başlayır.
İlk kömək:
iprit dəriyə düşdükdə, həmin yeri İPP paketinin köməyi ilə deqazasiya etmək;
gözləri və burun yollarını təmiz su ilə yumaq;
ağız və boğazı yemək sodasının suda 2 %-li məhlulu, yaxud təmiz su ilə yumaq;
mədəyə düşdükdə, qusmaq, aktivləşdirilmiş kömürün suda supenziyasını (25 q aktivləşdirilmiş kömür 100 ml suya hesablanmaqla) qəbul etmək.
İpritə qarşı antidot yoxdur.
Yayda ipritin yer səthində dayanıqlığı bir həftəyə, qışda isə bir neçə həftə və aya qədər olur.
Mühafizə vasitələri: əleyhqazlar, dərinin fərdi məhafizə vasitələri, süzücü-ventilyasiyaedici qurğu ilə təchiz olunmuş bağlı və hermetik texnikalar, sığınacaqlar.
Ümumzəhərli təsirli zəhərləyici maddələr
Ümumzəhərli təsirli zəhərləyici maddələrin tipik nümayəndələri sianid turşusu və xlorsiandır.
Sianid turşusu rəngsiz, acı badam iyi verən yağtəhər mayedir. Qaynama temperaturu 26 0S, donma temperaturu (-13) 0S-dir. Yüksək uçuculuq qabiliyyətinə malikdir. Buxarları paltarda udulma qabiliyyətinə malikdir.
Yer səthində dayanıqlığı yayda 15-20 dəq, qışda isə 5 saata qədərdir.
Öldürücü toksodozası 0,7-1 mqdəq/l-dir.
Xlorsian rəngsiz, kəskin, xoşa gəlməyən iyli qazdır. Qaynama temperaturu 13 0S, donma temperaturu (-6,5) 0S-dir. Suda pis, üzvi həlledicilərdə yaxşı həll olur.
Xlorsian toksiki xassələrinə görə sianid turşusundan 3 dəfə, zarindən 25 dəfə, zomandan 100 dəfə zəifdir. LCt = 2,2-2, 5 mqdəq/l-dir.