qabiliyyətləri (bu və ya digər sferada uğur qazanmağa hazır olma);
emosiyaları (bu və ya digər emosiyalara meyllilik, ümumi emosionallıq);
motivasiyaları (bu və ya digər tələbin, motivlərin üstünlük təşkil etməsi).
ŞƏXSİYYƏTİN TİPLƏRİ
Fleqmatik: introvertdir, güclü, müvazinətli, amma ətalətli sinir sisteminə malikdir. O, məqsədinə çatmağı bacarır, uzun müddət inadla işləməyi bacarır, dözümlüdür, güclü iradəyə malikdir, emosional olaraq davamlıdır, etibarlıdır.
Melanxolik: introvertdir, zəif, müvazinətsiz sinir sisteminə malikdir. O, inad-kar deyil, tez yorulur. Onun iş qabiliyyətliliyi zəifdir, uzun müddət müxtəlif hadi-sələrin təsiri altında yaşayır, xeyirxahdır, onun qəlbini qırmaq asandır.
Sanqvinik: ekstravertdir, güclü, tarazlı, hərəki sinir sisteminə malikdir. O, emosional cəhətdən stabildir, aktivdir, enerjilidir, yeni şəraitə asanlıqla uyğunlaşır, maraq göstərdiyi işdə məhsuldardır, yeni fəaliyyət növlərinə asanlıqla keçid edir, ünsiyyətcildir.
Xolerik: ekstravertdir, güclü, müvazinətsiz, hərəki sinir sisteminə malikdir. O, emosional cəhətdən qeyri-stabildir, reaksiyaları sürətlidir, enerjilidir, hökm-ranlığa meyllidir, mürəkkəb məsələlərin həllini öz öhdəsinə götürməyi, insanlara rəhbərlik etməyi bacarır, fəallığı dövri xarakter daşıyır.