HəBİBƏ RƏŞad qızı allahverdiyeva


Tədqiqatın metodoloji əsası



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   2   3   4   5   6   7   8   9   ...   18
sen n ahr 11 07 18

Tədqiqatın metodoloji əsası. Naxçıvan teatrında səhnəqrafiyanın inki-
şafını müxtəlif elmi yanaşma prinsipləri ilə izləmək və onu qiymətləndir-
mək mümkündür. Biz pyes – rejissor – səhnə tərtibatı üçbucağının vəhdəti-
nin elmi-nəzəri əsaslarını tədqiqatımız üçün əsas götürmüşük. Belə yanaş-
mada həm nəzəri, həm də təcrübi prinsiplərə üstünlük verilir ki, bu da təd-
qiqatın metodoloji əsaslarının elmi xarakterini gücləndirir. 
Metodologiya əsasında elmi prinsiplər durur. Dramaturq, rejissor və 
rəssam birliyi üçbucağının vacib bir atributu kimi aktyorun səhnə davranı-
şının dəqiqliyi əsas götürülür. Tədqiqatın metodoloji əsasında bu yanaşma-
nın başlıca yaradıcılıq xüsusiyyətlərinə yönəldilən elmi-nəzəri baxış du-
rur. 
Tədqiqatın sərhədləri. Tədqiqatın xronoloji sərhədləri bir əsrdən artıq 
dövrü – 132 illi əhatə edir. Naxçıvan teatrının səhnə tərtibatının inkişafı 
geniş bir zaman kəsiyində (1882-2014) araşdırılılmış, onun estetik səciyyə-
ləri, poetika göstəriciləri təhlilə cəlb olunmuşdur. 
Tədqiqatın elmi yeniliyi. Tədqiqatın obyekt və predmetinin dəqiq təyi-
natı dissertasiyanın elmi yeniliyinə meydan açır. Araşdırmada teatrın ya-
radıcılıq üslubunun bütövlüyü, eyni zamanda kollektivin yaradıcılığında 
müxtəlif dövrlərdə dominant rol oynayan estetik tərtibat prinsipləri əsas 
götürülüb. Təhlil-araşdırma aşağıdakı elmi kriteriyalar əsasında aparılıb: 
- səhnəqrafiyada romantik teatr estetikasının əsas bədii təcəssümündə 
forma və məzmun prinsiplərinin qorunması; 
- realist teatr estetikasının əsas səciyyələrinin səhnəqrafiyada bədii-este-
tik həllinin vacib yaradıcılıq şərtləri; 
- lirik-psixoloji üslubun tələb etdiyi çağdaş səhnə tərtibatının əsas ifadə 
vasitələri və onun rəng-kompozisiya həllində fəlsəfi dərinlik; 
- avanqard səhnəqrafiya estetikasının başlıca ifadə vasitələrinin Naxçı-
van teatrında təcəssümünün əsas bədii-estetik xüsusiyyətləri. Avanqardiz-
mə əsaslanan ifadə vasitələrində milli kolorit axtarışları. 
Həmçinin, bu şərti dörd bölgünün əsas estetik səciyyələrinə, formalaş-
mış bədii poetika prinsiplərinə əsaslanmaqla hər rəssamın fərdi üslubunun 
başlıca özəl, fərdi mahiyyətli sənətkarlıq cəhətlərinə elmi-nəzəri qiymət 
verilib. Belə yanaşma prinsipi dissertasiyanın elmi yeniliyini müəyyənləş-
dirən əsas xüsusiyyətlərdəndir. 
Çağdaş dünya teatrında səhnə tərtibatı tamaşanın vacib atribut-obrazı 



kimi qəbul olunur. Naxçıvan teatrında da bu prinsip vacib sayılır və həmin 
istiqamətdə müəyyən sənətkarlıq prinsipləri formalaşıb. Dissertasiyada hə-
min məsələyə xüsusi diqqət yetirilib ki, bu da elmi yeniliyin başqa bir təza-
hürünün əlamətidir. 
Ayrı-ayrı tamaşalara verilən bədii tərtibatın obrazlı həlli, həm də tama-
şanın fəlsəfi-psixoloji məzmunu, janr prinsipləri, rejissorun səhnə əsəri 
üçün müəyyənləşdirdiyi ali məqsədlə vəhdətdə olmalıdır. Dissertasiyada 
bu yaradıcılıq vəhdətinin elmi-nəzəri əsaslara söykənməsi və təhlil prinsi-
pində əsas istinad nöqtələrindən olması da tədqiqatın elmi yeniliyi kimi də-
yərləndirilə bilər. 
Bədii tərtibat özlüyündə nə qədər gözəl, cazibədar, fikir baxımından tu-
tumlu olsa da, ilk növbədə rejissorun ideyasının bədii təcəssümünə və akt-
yorların sərbəst səhnə davranışlarına, hadisələrin psixoloji mahiyyətinə 
xidmət etməlidir. Naxçıvan teatrında səhnəqrafiyanın inkişafının təhlil 
prinsiplərində göstərilən vacib sənətkarlıq şərtləri əsas götürülüb və belə 
yanaşma yenilik kimi səciyyələnib. 

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin