3
TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tu-
tan Naxçıvan teatrı 1882-1922-ci illərdə müxtəlif truppalar şəklində ayrı-
ayrı məktəblərdə müəllim və şagirdlərin iştirakı ilə fəaliyyət göstərmşdir.
Bu dövr çağdaş Naxçıvan Dövlət Musiqili Dram Teatrının həvəskarlıq
dövrü kimi səciyyələnir. Müəyyən inkişaf yolu keçən, peşəkarlığını artıran
kollektiv 1923-cü ildə dövlət təsisatına keçib
və indiyədək institusional
mədəniyyət faktoru kimi fəaliyyət göstərir.
Naxçıvan teatrının təşəkkülü
1
, onun inkişaf yolu və sənətkarlıqda for-
malaşma prinsiplərinin
estetik səciyyələri
2
, sayılıb-seçilən səhnə ustaları-
nın yaradıcılıq tarixçələri
3456
, müxtəlif problemləri
7
barədə kitablar yazılıb,
elmi araşdırmalar aparılıb. Teatrın qabaqcıl səhnə ustaları öz xatirələrini
dərc etdiriblər
8
.
Naxçıvan teatrında səhnəqrafiyanın vəziyyəti, estetik prinsipləri
barədə
xatırlatdığımız mənbələrdə bu sənət ocağının müxtəlif tamaşaları barədə
yazılmış resenziyalarda az da olsa müəyyən məlumatlar verilib. Hətta bəzi
resenziyalarda rejissor işi, aktyor oyunu ilə bərabər rəssamın verdiyi tərti-
bat haqqında da elmi-nəzəri fikirlər yürüdülüb.
Lakin bütün görülən işlərlə yanaşı, Naxçıvan teatrında səhnəqrafiyanın
geniş elmi-nəzəri təhlili aparılmayıb, bu mövzuya fundamental tədqiqatlar
həsr olunmayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan milli teatrında peşə-
kar səhnəqrafiyanın təşəkkülü məhz Naxçıvan teatrı ilə bağlıdır. Sənətşü-
naslıq doktoru, professor İlham Rəhimlinin elmi qənaətinə görə ilk peşəkar
milli teatr rəssamı Naxçıvanda yaşayıb- yaradan Bəhruz bəy Kəngərli sayı-
lır. Eyni zamanda Əməkdar İncəsənət xadimi, sənətşunaslıq
üzrə fəlsəfə
doktoru Ziyadxan Əliyev və Nizami Aliyevin həmmüəllif olduqları “Bəh-
1
Xəlilov.Ə.T. Naxçıvan Teatrının tarixi - Bakı: Azərbaycan Teatr Cəmiyyəti, 1964, 93 s.
2
Rəhimli İ.Ə., Vəzirov.C.H. Naxçıvan teatrı – Bakı: “Aspoliqraf”, 2008, 350 s.
3
Rəhimli İ.Ə. Səhnədə ucalan əzəmət (İbrahim Həmzəyev). – Bakı: “Çaşıoğlu”, 2010. 416 s.
4
İsmayılova A.“Nehrəmli qız”- Bakı: “İşıq”, 1985, 27s.
5
Qazıbəyov R. və Vəzirov C.H. İbrahim Həmzəyev - Bakı: “İşıq”, 1982.
6
Qənimət Əlisaoğlu. Ömrün zirvəsi - Bakı, “Araz”, 2000. 192 s.
7
Naxçıvan Teatrı. Məqalələr, xatirələr. Tərtibçilər Fərman Xəlilov və Fəxrəddin Cəfərov -
Naxçıvan, “Əcəmi” 1914. 296 s.
8
Mövləvi S.M. Naxçıvan teatrında. Səhnədən keçən yollar kitabında- Bakı: “Yazıçı”, 1983. 238-
256 s.
4
ruz bəy Kəngərli taleyi”
9
kitabında göstərildiyi kimi rəngkarlıq sənətimizdə
ilk peşəkarlardan olan, Tiflisdə xüsusi rəssamlıq təhsili almış
Bəhruz bəy
Kəngərli Naxçıvan teatrındakı səmərəli fəaliyyəti ilə milli səhnəqrafiyamı-
zın inkişafında böyük xidmətlər göstərib. Tədqiqata cəlb etdiyimiz mövzu
bu baxımdan da aktualdır. Naxçıvan teatrında səhnəqrafiyanın inkişafının,
onun estetik səciyyələrinin geniş bir dövrdə – (1882-2014) araşdırılması,
təhlil olunması mövzunun aktuallığını şərtləndirən cəhətlərdəndir. Mövzu-
nun aktuallığı həm də bundadır ki, milli sənətşünaslığımızda ilk dəfə Bəh-
ruz bəy Kəngərlinin və Naxçıvan teatrında müxtəlif illərdə tamaşalara səh-
nə tərtibatları vermiş Adil Qazıyevin, Nağı Nağıyevin, Şamil Qazıyevin,
Ənvər Qazıyevin, Məmməd Qasımovun, Əyyub Hüseynovun, Şəmil Mus-
tafayevin, Rəcəb Rəcəbovun, Mustafa Məmmədovun, Sənan Qurbanovun,
Yuran Məmmədovun, Əli Səfərovun, Elçin Məmmədovun, Məmmədəli İs-
mayılovun, Əbülfəz Axundovun,
Səyyad Bayramovun, Mircəlil Seyido-
vun, Hüseynqulu Əliyevin yaradıcılığının janr-üslub xüsusiyyətləri, forma
prinsipləri, kompozisiya qurumundakı fərdi özəllikləri
bir tədqiqat işində
araşdırılır. Teatra dəvət olunaraq müqavilə əsasında tamaşalara tərtibat ve-
rən rəssamların da uğurlu işləri təhlil olunub.
Naxçıvan teatrında səhnəqrafiyanın inkişafının ümumi prinsipləri bila-
vasitə ayrı-ayrı sənətkarların fərdi yaradıcılıqları kontekstində araşdırılır.
Bu, elmi işin aktuallığını sübut edən növbəti məqamdır. Hər bir teatrın
yaradıcılıq yolu dramaturqun, rejissorun, aktyorun, rəssamın və bəstəkarın
birgə fəaliyyətləri zəminində araşdırılanda mövzu tam əhatə edilir. Naxçı-
van teatrının fəaliyyət dairəsində daha az işlənən
və nadir hallarda təhlilə
çəkilən səhnə tərtibatı işlərinə də rast gəlmək olar. Ən əsası odur ki, məhz
bu dissertasiyada Naxçıvan teatrında səhnəqrafiyanın inkişaf mərhələlərini
geniş şəkildə, sənət ocağının ümumi fəaliyyət prinsipləri əsasında araşdır-
mağa cəhd göstərilib.
Görkəmli alman dramaturqu və teatr xadimi Bertolt Brext tamaşanın
tərtibat obrazının rejissor konsepsiyasının reallaşmasının əsas atributların-
dan biri sayır
10
. Tədqiq olunan dissertasiya mövzusunda bu prinsipə xüsusi
diqqət yetirilib.
Dostları ilə paylaş: