HəBİBƏ RƏŞad qızı allahverdiyeva


Dissertasiyanın elmi-nəzəri və elmi-praktiki əhəmiyyəti



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix27.05.2022
ölçüsü467,3 Kb.
#59781
1   2   3   4   5   6   7   8   9   ...   18
sen n ahr 11 07 18

Dissertasiyanın elmi-nəzəri və elmi-praktiki əhəmiyyəti. Milli səh-
nəqrafiyamızın inkişaf tarixi ilə müqayisədə onun elmi-nəzəri tədqiqi sə-
nətşünaslıqda, o cümlədən, teatrşünaslıqda bir qədər yenidir. Dissertasiya-
nın əsas elmi-nəzəri əhəmiyyəti ondan ibarətdir ki, bu problem Naxçıvan 
teatrının tarixində belə geniş şəkildə ilk dəfədir ki, təhlilə çəkilir. Disserta-
siyada səhnəqrafiyanın inkişafı müxtəlif dövrlər, üslublar əsasında və yal-
nız elmi-nəzəri prinsiplərlə aparılıb. Belə yanaşma tərzi geniş mənada təd-
qiqat işinin milli səhnəqrafiyamızın inkişafındakı əhəmiyyətinin elmi-nə-
zəri əsaslarını səciyyələndirib. 
Dissertasiyada elmi-nəzəri prinsiplər yalnız zahiri elmi xarakter daşı-
mır. Gəlinən qənaətlər, sistemləşdirilən estetik prinsiplər onu göstərir ki, 
Naxçıvan teatrında səhnəqrafiyanın inkişafının güclü elmi-nəzəri əsasları 
var. Bu əsaslar formalaşaraq güclü ənənəyə çevrilib. Deməli çağdaş teatr 
rəssamları bu ənənədən bəhrələnə bilərlər. 
Digər tərəfdən, dissertasiyada əldə olunan elmi qənaətlər, estetik prin-
siplər səhnəqrafiyamızın müxtəlif teatrlardakı inkişaf mərhələlərini təhlilə 
çəkmək üçün istifadə edilə bilər. 
Dissertasiyanın elmi-nəzəri və elmi-təcrübi əhəmiyyəti bir də ondadır 
ki, haqqında söhbət gedən rəssamlar barədə yazılacaq monoqrafiyalarda, 
elmi araşdırmalarda buradakı zəngin faktlardan istifadə edilə bilər. 
Dissertasiya elmi-təcrübi baxımdan səhnəqrafiya təhsili alan tələbələr 
üçün də əhəmiyyət kəsb edir. 
Gənc rejissorların hazırladıqları tamaşalarda onların rəssamla iş birliyi-
nə yüksək estetik kateqoriyalar zəminində, peşəkarçasına nail olmaları 



üçün dissertasiyanın elmi-nəzəri və elmi-praktiki əhəmiyyəti vacib mahiy-
yət daşıyır

Tədqiqatın aprobasiyası. Dissertasiya işi Azərbaycan Dövlət Rəssam-
lıq Akademiyasının “İncəsənət tarixi” kafedrasında yerinə yetirilmiş, mü-
zakirə edilərək açıq müdafiəyə buraxılmışdır. Dissertasiyanın əsas elmi 
məzmunu və nəzəri müddəaları respublikada və respublikadan kənarda çı-
xan müxtəlif elmi orqanlarda çap olunmuş, konfrans və elmi seminarlarda 
mövzu üzərindəki axtarışları əks etdirən məruzələri dinlənilmişdir. 

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin