istəyən uşaqlara burada dərs keçirlər. Lakin sorğu aparılmış yetkinlik yaşına çatmayanların
əksəriyyətinin bildirdiyinə görə, buradakı dərslər formal xarakter daşıyır və yox səviyyəsindədir.
yaradılması, sağlamlaşdırıcı tərbiyə tədbirləri sisteminin, ictimai faydalı işlə məşğulluğun, şagirdlərin asudə vaxtı da daxil
olmaqla, günün səmərəli bölgüsünün təşkili, şagirdlərin neqativ hallardan maksimum müdafiəsi təmin edilməlidir.”
“Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə”
AR CPM, Mad. 434.1: “Yetkinlik yaşına çatmayan şübhəli və təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbirinin
tətbiq edilməsinə yalnız ona az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol
Bunların arasında həyat və sağlamlıq və mülkiyyət əleyhinə olan cinayətlər çoxluq təşkil edir.
Bura, məsələn, CM-nin aşağıdakı məddələrinə əsasən zorakılıqla müşayət edilməyən cinayətlər aid edilir:
Maddə 185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə.
Maddə 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;
30
Təcridxananın kitabxanası təmirə ehtiyacı olan və köhnə kitablarla təchiz edilmiş otaqdan
ibarətdir. Müəssisəyə yeni kitablar da gətirilsə də, onlar təsərrüfat işləri üzrə briqadirin
otağındakı şkafda saxlanılır (bu kitablar latın əlifbası ilə çap edilmiş milli və dünya ədəbiyyatı
nümunələridir).
Gəzinti meydançasının vəziyyətini qənaətbəxş hesab etmək olar. Təcridxanada saxlanılan
yetkinlik yaşına çatmayanların gün ərzində iki saatlıq
gəzinti hüququ var
46
. Müdiriyyətin
sözlərinə görə, uşaqlara gündə 1-2 saatlıq gəzinti hüququ verilir. Bu məlumat uşaqlar tərəfindən
də təsdiqlənib.
Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatmışlardan ayrı
saxlanılmalıdırlar
47
. 3 saylı İstintaq Təcridxanasında yetkinlik yaşına çatmayanlar 4-5 nəfər
olmaqla ayrı-ayrı kameralarda saxlanılırlar. Kamera otaqlarında 4-5 çarpayı və kiçik masa var,
həmçinin kameraların küncündə ayaqyolu üçün nəzərdə tutulmuş hissə mövcuddur. Qeyd etmək
lazımdır ki, burada hər kamerada yetkinlik yaşına çatmayanlarla birgə yetkinlik yaşına çatmış
şəxs saxlanılır
48
. Bu fakta dair müdiriyyət burada yetkinlik yaşına çatmayanlarla yetkinlik yaşına
çatmış şəxslərin saxlanılmasının zəruri olduğunu və bunun uşaqlar tərəfindən bir-birinə göstərilə
bilən fiziki və psixi təcavüzün, hər hansı bir mənfi təsirin qarşısını almaq məqsədi daşıdığını
bildirib. Təcridxananın rəisi onu da bildirib ki, sözügedən yetkinlik yaşına çatmış şəxslər ağır,
xüsusilə ağır və umumiyyətlə zorakı cinayətlər törətməkdə ittiham olunmayan və uşaqlara
pozitiv təsir göstərə bilən şəxslər arasından seçilir. Təcridxanadakı uşaqların söylədiklərinə görə,
onlarla birgə saxlanılan böyüklərin adətən 21, 38, 34, 42, 45, 47 və 52 yaşlarında olublar.
Uşaqlardan 4 nəfəri əvvəllər məhkum edilmiş şəxslərlə birgə saxlanıldığını söyləyib
49
.
Böyüklərlə birgə saxlanılmalarına dair uşaqlara sual verdikdə, əksəriyyəti bunun pis olmadığını
bildirib və qeyd edib ki, “ağsaqqal”lar kamerada nizam-intizamın təmin olunmasında böyük rol
oynayır. “Təkadamlıq kamerada qalmaq istərdinizmi?” sualına isə, bir nəfər istisna olmaqla,
uşaqlar neqativ cavab verib.
Uşaqlardan yalnız 6 nəfəri valideynlərinin onlara baş çəkdiyni, digər 6 nəfər isə çox nadir
hallarda qohumları tərəfindən ziyarət edildiklərini söyləyib. Onlar həmçinin qeyd ediblər ki,
görüşə heç bir məhdudiyyət qoyulmayıb. Lakin uşaqların digər qismi isə bildirib ki, valideynləri
ilə görüşə icazə verilmir. Uşaqlardan üçü isə, təcridxanaya gətirildikdən indiyədək ümumiyyətlə
valideynlərini görmədiyini söyləyib. Onlar bunun səbəbini “istintaq altında” olmaqları ilə izah
ediblər. Bu məsələ barəsində təcridxana rəhbərliyinə sual verildikdə, o, “uşaqlarla görüşmək
üçün valideynlər ilk öncə istintaq aparan şəxs tərəfindən təcridxanada saxlanılan şəxsin qanuni
nümayəndəsi kimi tanınmalıdır”
50
cavabını verib.
Təcridxanadakı sanitar-gigiyenik vəziyyəti ümumilikdə qənaətbəxş hesab etmək olar. Burada
saxlanılanların yuyunması üçün hamam var. Müdiriyyətin və yetkinlik yaşına çatmayanların
əksəriyyətinin bildirdiyinə görə, burada saxlanılanlara on gündə bir dəfə çimmək imkanı
yaradılır. Kameranın ayaqyolu hissəsində təmizləyici vasitələr və sudan istifadə etmək üçün
46
Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamənin 3.1-ci maddəsinə əsasən
47
AR-nın CPM-in 434.3-cü maddəsi və “Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnaməsinin
2.10 maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar böyüklərdən ayrı saxlanmalıdır.
48
Müəssisənin rəisi onu da bildirdi ki, sözügedən yetkinlik yaşına çatmış şəxslər xüsusi olaraq seçilmiş (onlar ağır, xüsusilə ağır
və umumiyyətlə zorakı cinayətlər törətməkdə ittiham olunmayan şəxslər arasından seçilir) və yetkinlik yaşına çatmayan şəxslərə
müsbət təsir göstərə biləcək şəxslərdir. Həmçinin qeyd etmək lazımdır ki, Uşaq Hüquqları Konvensiyasının 37-ci maddəsinin
“V” bəndinə əsasən, uşağın mənafelərinin daha yaxşı təmin olunması naminə məhbəslərdə yetkinlik yaşna çatmayanlarla
yetkinlik yaşına çatmış şəxslərin saxlanılmasına icazə verilə bilər.
49
AR CPM Maddə 434.3: “Həbsdə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər digər şəxslərdən ayrı saxlanılmalıdırlar. Onlar
yaşının, cinsinin və şəxsiyyətinin xüsusiyyətlərinə görə tələb
olunan qulluq, müdafiə və digər fərdi yardımla təmin
edilməlidirlər”.
50
Belə qənaətə gəlmək olar ki, işi aparan müstəntiq və ya istintaqı aparan şəxs uşağa və onun valideynlərinə onların hüquq və
vəzifələrini izah etməmişdir.
31
müvafiq qablar mövcüddur, pis qoxu gəlmir. Monitorinq aparılmış kamera otaqlarının pəncərəsi
var. Kameralardakı şəraiti, o cümlədən, sanitar-gigiyenik vəziyyəti qənaətbəxş hesab etmək olar.
Onların döşəməsi taxtadan, ayaqyolu hissəsi isə metlax örtükdən ibarətdir. Kamera otaqlarında
istilik sistemi bir o qədər də yaxşı təşkil olunmayıb. Yataq dəstlərinin vəziyyətini qənaətbəxş
hesab etmək olmaz. Belə ki, yataq dəsti nazik, çirkli döşək və örtükdən ibarətdir. Bu dəstlər qış
ayları və soyuq hava şəraiti zamanı istifadə üçün yararsızdır.
Uşaqların bildirdiyinə görə, burada onlar vaxtlarını masaüstü oyunlar oynamaq, kitab oxumaqla
keçirirlər.
Müdiriyyətin sözlərinə görə, kameralarda uşaqların dini ayinləri icra etmələrinə maneəçilik
törədilmir.
İbtidai araşdırma və məhkəmə istintaqı altında olan və təcridxanada saxlanılan şəxslərə
münasibətdə tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədilə intizam mövcuddur. Monitorinq
qrupunu müşaiyət edən əməkdaşın verdiyi məlumata görə, intizam təcridxanasında barəsində
tənbeh tədbiri tətbiq edilmiş yetkinlik yaşına çatmayanlar bir neçə gün müddətində saxlanılır
51
.
İntizam təcridxanasının vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Belə ki, monitorinq zamanı
müəyyən edilib ki, döşəmə metlaxdandır, istilik sistemi yaxşı işləmir və ayaqyolu qovşağından
pis qoxu gəlir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın tərəfdar çıxdığı “Azadlıqdan
məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair” BMT Təlimatları uşaqların
tənbeh tədbiri kimi cərimə təcridxanasına və ya cərimə kamerasına salınmasını qəti şəkildə
qadağan edir
Dostları ilə paylaş: