Müəssisə rəhbəri Xalıq Bayramov 1974-cü ildən sözügüdən müəssisədə çalışır və 1985-ci ilin
aprel ayından sözügedən müəssisənin rəhbəri vəzifəsindədir. O, öz işindən çox razı olduğunu
bildirdi. Müəssisə rəhbərinin aylıq əmək haqqının 80-100 manat təşkil etdiyini bildirdi.
X. Bayramov müəssisədə uşaqların işləyib pul qazanması imkanın olmamasını bildirsə də,
47
yetkinlik yaşına çatmayanların ali məktəbə qəbul imtahanlarda iştirak etmək və diplom əldə
etmək imkanlarının olmamasını qeyd etdi. Onun verdiyi məlumata əsasən, müəssisə
məzunlarından yalnız 1988-ci ildə 1 uşaq ali məktəbə qəbul olub.
X. Bayramov müəssisənin Nizamnaməsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynlərini
görmək və ya digər məqsədlər üçün (təhsil və s.) müəssisənin hüdudlarını tərk
edə bilmədiklərini
bildirdi. O, eyni zamanda telefon danışıqlarına və məktublaşmaya heç bir məhdudiyyət
olmadığını bildirdi. Müəssisədə tərbiyə olunanlara qarşı heç vaxt güc tətbiq edilmədiyini də
söylədi.
Müəssisə rəhbərinin sözlərinə görə, tərbiyə olunanlar 18 yaşları tamam olduqda Pedoqoji
Şuranın qərarı ilə evə buraxılır, 18 yaşına çatmayanlar isə Təhsil Nazirliyi tərəfindən evə
buraxıla bilərlər.
Müəssisədə hər gün saat 14.00-dan 1 nəfər həkim, 1 psixoloq, saat 09.00-13.00 radələrində isə 4
nəfər müəllim, peşə təlimi üzrə 1 nəfər istesalat ustası çalışırlar. Işçilərin orta aylıq əmək haqqı
56 YAM təşkil edir.
Dostları ilə paylaş: