Bakı şəhəri Mərdəkan qəsəbəsi Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə
müəssisəsində tərbiyə olunanlar arasında sorğu
Monitorinq zamanı müəssisədə tərbiyə olunan 9-16 yaş arasında olan 15 uşaq arasında anonim
sorğu aparılmışdır. Uşaqların hamısının dediklərinə əsasən, onlar buraya evdən və ya məktəbdən
qaçdıqları, valideynlərlə ünsiyyətdə çətinlik çəkdikləri səbəbindən yerləşdirilmişlər. Yalnız bir
respondent buraya nə üçün düşdüyünü bilmədiyini söylədi. 15 uşaqdan 3-ü onların bura
salındıqlarından əvvəl heç kim tərəfidən onlara və yaxud onların valideynlərinə xəbərdarlıq
edilmədiklərini bildirdilər.
Qeyd etmək lazımdır ki, dindirilən uşaqların hamısı aztəminatlı sosial təbəqəyə aid olan
natamam ailələrdən olan uşaqlardır. Uşaqların əksəriyyətinin ataları yoxdur, mövcud olanı isə
həbsxanada cəza çəkir və ya yataq xəstəsidir, bir uşaq atası olamadığını və anası da onu tərk
etdiyini bildirdi, biri isə, ümumilikdə, valideynlərinin olmamasını bildirdi. Buraya onları kimin
göndərməsi sualına uşaqlar valideynləri, polis, əvvəllər təhsil aldıqları məktəbin müdiri və ya
müəllimi olduğunu bildirdilər. Ümumilikdə, uşaqlar buradakı saxlanılma şəraitinin yaxşı
olduğunu, onlarla müəssisədə yaxşı rəftar olduğunu bildirdilər. Uşaqlar müəssisədəki həyatlarını
yaxşı qiymətləndirsələr də, əksəriyyəti öz ailələrinə qayıtmaq istədiklərini bildirdilər. 15 uşaqdan
2-si valideynləri və qohumları onları ziyarət etmədiklərini, üçü hərdən-bir ziyarət etdiklərini,
qalanları isə mütamadi olaraq ziyarət edildiklərini bildirdilər. Uşaqlar yaxınları gəldikdə
müəssisədə onların görüşməsinə imkan yaradıldığını bildirdilər.
«Siz nadinclik edəndə müəllimlər, tərbiyəçilər sizə qarşı hansı tədbirlər tətbiq edirlər» sualına
uşaqlar barələrində şifahi tədbirlərin görüldüyünü bildirdilər. Yalnız bir uşaq müəlimlərin onun
qulağını burduğunu və sillə vurduqlarını bildirdi.
Dindirənlərin əksəriyyəti 50-60 nəfərlə birgə idman zalında yatdıqlarını bildirdilər. Yataq
dəstinin dəyişılməsini bir uşaq 10 gündən bir, digər uşaq isə 1 ayda 1 dəfə dəyişildiyini göstərdi.
«Sənin fikrincə, bura göndərilmənin əvəzində sənə qarşı hansı tədbirin görülməsi daha
məqsədəuyğun olardı» sualına uşaqların əksəriyyəti bura göndərilmənin düzgün olduğunu,
bəziləri isə bu haqda bir fikirləri olmadıqlarını bildirdilər.
48
15 uşaqdan yalnız 1-i buradakı təhsilin yaxşı olmadığını bildirdi. Uşaqlar dərs vaxtı qrup
paltarlarını, adi vaxt isə umumi paltarlarını geyindiklərini bildirdilər.
Əyləncə imkanlarının qiymətləndirməsinə gəldikdə isə uşaqların çox hissəsi onlardan razı
qaldıqlarını bildirdilər, yalnız bir uşaq müəssisədə olan kompüter otağına onları daha tez-tez
buraxılmasını arzu etdi.
Dindirilən uşaqlardan (onların sözlərinə görə) ən uzun müddət burada saxlanılanı 6 il burada
olduğunu bildirdi (hal-hazırda onun 16 yaşı var).
Dostları ilə paylaş: |