Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Xüsusi tədris müəssisələrinin fəaliyyəti ilə əlaqədar təkliflər



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə66/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   62   63   64   65   66   67   68   69   ...   82
3.6. Xüsusi tədris müəssisələrinin fəaliyyəti ilə əlaqədar təkliflər: 

 

1.

 



Açıq və qapalı tipli xüsusi tədris müəssisələri haqqında Nümunəvi  Əsasnamədə 

Azərbaycanın tərəfdar çıxdığı və öhdəlik götürdüyü BMT-nin UHK və digər beynəlxalq 

konvensiyalara uyğun olaraq əlavə və dəyişikliklər edilməlidir. Nümunəvi Əsasnamənin 

mövcud maddələri özəl həyata və yazışmaya, təhsilə və zorakılıqdan müdafiə olunmağa, 

habelə qeyri-insani və alçaldıcı rəftardan azad olmağa olan hüquqları pozur. 

  

2.



 

Xüsusi tədris müəssisələri QHT-lər və icma nümayəndələri tərəfindən dövrü monitorinq 

edilməlidir. 

 

3.



 

Uşaqlara BMT-nin UHK-da təsbit edilmiş hüquqları öyrədilməli və bu hüquqların 

pozulması hallarına dair dərhal məlumatın azad şəkildə müvafiq qurumlara çatdırılması 

üçün  şərait yaradılmalıdır. Hər bir müəssisədə  uşaq hüquqlarının pozulması  və ya 

uşaqların məruz qaldığı zorakılıq halları ilə bağlı məlumatın və ya şikayətlərin verilməsi 

məqsədilə Uşaq Şikayət Qutuları quraşdırılmalıdır.  

 

4.

 



İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Ombudsman təsisatı yanında 

yaradılmış  Uşaq Hüquqları  Mərkəzi tərəfindən xüsusi tədris və  tərbiyə müəssisələrində 

rübdə bir dəfə monitorinqlər aparılmalıdır.  

  

5.



 

Uşaqların özünə inamının artırılması, onların iştiraklarının təmin edilməsi məqsədilə hər 

bir tədris müəssisəsində  uşaq parlamenti yaradılmalıdır. Uşaq parlamenti uşaqlara öz 

fikirlərini söyləmək, müxtəlif məsələlər qaldırmaq və onları müzakirə etmək, problemlər 

ətrafında fikir mübadiləsi aparmaq və danışıqların aparılması bacarıqlarının inkişaf 

etdirilməsinə yardımçı olacaq.  

  

6.

 



Tədris müəssisələri yetkinlik yaşına çatmayanların psixoloji reabilitasiyasına diqqəti 

artırmalı, onların inkişafı üçün təhlükəsiz və müdafiəli mühit yaratmalı  və müstəqil 

həyata hazır olmaları üçün düzgün iş aparmalıdır.  

  

7.



 

Xüsusi tədris və  tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların peşə  təliminə 

cəlb edilməsi məsələlərinə diqqət artırılmalı, bu təlimlərin  əmək bazarında mövcud 

tələbata  əsasən qurulması  nəzərdən keçirilməlidir. Yetkinlik yaşına çatmayanların ali 




45 

təhsil müəssisələrinə daxil olması  məqsədilə, onların qəbul imtahanlarında iştirakının 

təmin edilməsi üçün daha geniş imkanlar və şərait yaradılmalıdır. 

 

8.



 

Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların nümayəndələri tərəfindən xüsusi 

tədris və tərbiyə müəssisələrində saxlanılan yetkinlik yaşına çatmayanların saxlanılması 

və tərbiyəsi vəziyyəti mütamadi olaraq monitorinq edilməli və lazım gəldikdə onların bu 

müəssisələrdə qalmasının zəruriliyinə yenidən baxmalıdır. 

 

9.



 

Quba rayonunda yerləşən Oğlanlar üçün texniki-peşə  məktəbi iki səbəbə  əsasən 

bağlanmalıdır: 1) müəssisənin fiziki şəraiti uşaqların saxlanması  və  tərbiyəsi üçün 

yararsızdır; və 2) müəssisədə 25 nəfərdən az uşağın saxlanıldığı  və  tərbiyəyə  cəlb 

olunduğunu nəzərə alaraq, bu müəssisə qanuna əsasən bağlanmalıdır. Burada saxlanılan 

uşaqlar Mərdəkan qəsəbəsində yerləşən Oğlanlar üçün xüsusi tədris müəssisəsinə 

göndərilməlidir.  

 

10.



 

Xüsusi tədris müəssisələrinin işçiləri üçün yuvenal ədliyyə, yetkinlik yaşına 

çatmayanların reabilitasiyası  və  cəmiyyətə inteqrasiyası, habelə  hər bir uşağa 

ünvanlanmış  fərdi inkişaf və reabilitasiya planlarının hazırlanması sahəsində intensiv 

təlim proqramları təşkil olunmalıdır. 

 



46 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin