Müəssisənin rəisi Elxan Sadıxov artıq 25 ildir ki, azadlıqdan məhrumetmə yerlərində çalışır. 9
Qeyd etmək lazımdır ki, müəssisə işçiləri burada işin ağır, verilən məvacibin isə az olmasından
51
E.Sadıxov təcridxanada mövcud olan istirahət və əyləncə imkanlarının qənaətbəxş hesab edir.
Lakin o, hər bir halda uşağın təcrid olunaraq dəmir barmaqlıqlar arasında saxlanmasını düzgün
hesab etmir. Onun fikrincə, belə hal uşaq psixologiyasının korlanmasına, onlarda sərtləşmə,
həyata küskünlük hisslərinin yaranmasına gətirib çıxarır. Hər bir halda uşaqlar onların
psixologiyası və yaşları nəzərə alınmaqla yaradılmış xüsusi təlim-tərbiyə müəssisələrində
saxlanılmalıdırlar.
E.Sadıxov burada təhsil almaq, ali məktəbə qəbul imtahanlarında iştirak etmək imkanının
olmadığını, lakin bu məsələnin Təhsil Nazirliyində müzakirə edildiyini bildirdi.
Rəis buradakı yeməyin, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olduğunu qeyd etdi. O, hal-
hazırda müəssisədə təmir işlərinin aparılması haqda məlumat verdi.
Rəisin bildirdiyinə görə, müəssisədə gecə vaxtı 26 nəfər növbə çəkir.
E.Sadıxov burada yetkinlik yaşına çatmayanların hər hansı bir səbəbə görə müəssisəni
müvəqqəti tərk edə bilmədiklərini, telefonla hətta valideynləri ilə də əlaqə saxlaya bilmədiklərini
bildirdi (Milli qanunvericilikdə bu hüquqlar nəzədə tutulmayıb).
Rəisin dediyinə görə, saxlanılanlara qanunla nəzərdə tutulmuş qaydada yazışma imkanı yaradılır.
Rəis onu da bildirdi ki, burada işlədiyi vaxt ərzində heç bir halda heç bir məhbusa qarşı güc, o
cümlədən, silah tətbiq edilməmişdir.
Ən böyük problem kimi, cənab Sadıxov işçi heyətinin gördüyü ağır işin müqabilində az maaş
aldığını və bu səbəbdən kadrların bu müəssisəyə işləməyə can atmadıqlarını bildirdi. Bu da öz
növbəsində kadr çatışmazlığına gətirib çıxarır. (rəis 274, digər işçilər 150-250, 80-100 manat
məvacib alırlar.)
Dostları ilə paylaş: