Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Yetkinlik yaşına çatmayanların saxlanılma şəraiti



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə49/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   45   46   47   48   49   50   51   52   ...   82
Yetkinlik yaşına çatmayanların saxlanılma şəraiti 

 

Təcridxanadakı  dərs otağında 1 kompüter, televizor, kitab şkafı  və bir neçə parta var. 



Kitabxananın kitab bazası çox zəifdir. Müdiriyyətin bildirdiyinə görə, müəllimlər təhsil almaq 

istəyən uşaqlara burada dərs keçirlər. Lakin sorğu aparılmış yetkinlik yaşına çatmayanların 

əksəriyyətinin bildirdiyinə görə, buradakı dərslər formal xarakter daşıyır və yox səviyyəsindədir. 

 

 



nəzərə alınmaqla müəyyən edilir. Bu zaman fərdi sosial-psixoloji diaqnostika əsasında psixokorreksiya işi üçün şəraitin 

yaradılması, sağlamlaşdırıcı  tərbiyə  tədbirləri sisteminin, ictimai faydalı  işlə  məşğulluğun,  şagirdlərin asudə vaxtı da daxil 

olmaqla, günün səmərəli bölgüsünün təşkili, şagirdlərin neqativ hallardan maksimum müdafiəsi təmin edilməlidir.”  

42

 “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Əsasnamə” 



43

 AR CPM, Mad. 434.1: “Yetkinlik yaşına çatmayan şübhəli və təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbirinin 

tətbiq edilməsinə yalnız ona az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol 

verilir.”  

44

 Bunların arasında həyat və sağlamlıq və mülkiyyət əleyhinə olan cinayətlər çoxluq təşkil edir. 



45

 Bura, məsələn, CM-nin aşağıdakı məddələrinə əsasən zorakılıqla müşayət edilməyən cinayətlər aid edilir:  

Maddə 185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə. 

Maddə 177. Oğurluq  

Maddə 177.2.2. təkrar törədildikdə;  

Maddə 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;  

Maddə 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə. 



30 

                                                

Təcridxananın kitabxanası  təmirə ehtiyacı olan və köhnə kitablarla təchiz edilmiş otaqdan 

ibarətdir. Müəssisəyə yeni kitablar da gətirilsə  də, onlar təsərrüfat işləri üzrə briqadirin 

otağındakı şkafda saxlanılır (bu kitablar latın əlifbası ilə çap edilmiş milli və dünya ədəbiyyatı 

nümunələridir). 

 

Gəzinti meydançasının vəziyyətini qənaətbəxş hesab etmək olar. Təcridxanada saxlanılan 



yetkinlik yaşına çatmayanların gün ərzində iki saatlıq gəzinti hüququ var

46

. Müdiriyyətin 



sözlərinə görə, uşaqlara gündə 1-2 saatlıq gəzinti hüququ verilir. Bu məlumat uşaqlar tərəfindən 

də təsdiqlənib. 

 

Qanunvericiliyə  əsasən, yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatmışlardan ayrı 



saxlanılmalıdırlar

47

. 3 saylı  İstintaq Təcridxanasında yetkinlik yaşına çatmayanlar 4-5 nəfər 



olmaqla ayrı-ayrı kameralarda saxlanılırlar. Kamera otaqlarında 4-5 çarpayı və kiçik masa var, 

həmçinin kameraların küncündə ayaqyolu üçün nəzərdə tutulmuş hissə mövcuddur. Qeyd etmək 

lazımdır ki, burada hər kamerada yetkinlik yaşına çatmayanlarla birgə yetkinlik yaşına çatmış 

şəxs saxlanılır

48

. Bu fakta dair müdiriyyət burada yetkinlik yaşına çatmayanlarla yetkinlik yaşına 



çatmış şəxslərin saxlanılmasının zəruri olduğunu və bunun uşaqlar tərəfindən bir-birinə göstərilə 

bilən fiziki və psixi təcavüzün, hər hansı bir mənfi təsirin qarşısını almaq məqsədi daşıdığını 

bildirib. Təcridxananın rəisi onu da bildirib ki, sözügedən yetkinlik yaşına çatmış şəxslər ağır, 

xüsusilə  ağır və umumiyyətlə zorakı cinayətlər törətməkdə ittiham olunmayan və  uşaqlara 

pozitiv təsir göstərə bilən şəxslər arasından seçilir. Təcridxanadakı uşaqların söylədiklərinə görə, 

onlarla birgə saxlanılan böyüklərin adətən 21, 38, 34, 42, 45, 47 və 52 yaşlarında olublar. 

Uşaqlardan 4 nəfəri əvvəllər məhkum edilmiş şəxslərlə birgə saxlanıldığını söyləyib

49



 

Böyüklərlə birgə saxlanılmalarına dair uşaqlara sual verdikdə, əksəriyyəti bunun pis olmadığını 

bildirib və qeyd edib ki, “ağsaqqal”lar kamerada nizam-intizamın təmin olunmasında böyük rol 

oynayır. “Təkadamlıq kamerada qalmaq istərdinizmi?” sualına isə, bir nəfər istisna olmaqla, 

uşaqlar neqativ cavab verib. 

 

Uşaqlardan yalnız 6 nəfəri valideynlərinin onlara baş  çəkdiyni, digər 6 nəfər isə çox nadir 



hallarda qohumları  tərəfindən ziyarət edildiklərini söyləyib. Onlar həmçinin qeyd ediblər ki, 

görüşə heç bir məhdudiyyət qoyulmayıb. Lakin uşaqların digər qismi isə bildirib ki, valideynləri 

ilə görüşə icazə verilmir. Uşaqlardan üçü isə, təcridxanaya gətirildikdən indiyədək ümumiyyətlə 

valideynlərini görmədiyini söyləyib. Onlar bunun səbəbini “istintaq altında” olmaqları ilə izah 

ediblər. Bu məsələ barəsində  təcridxana rəhbərliyinə sual verildikdə, o, “uşaqlarla görüşmək 

üçün valideynlər ilk öncə istintaq aparan şəxs tərəfindən təcridxanada saxlanılan şəxsin qanuni 

nümayəndəsi kimi tanınmalıdır”

50

 cavabını verib.  



 

Təcridxanadakı sanitar-gigiyenik vəziyyəti ümumilikdə  qənaətbəxş hesab etmək olar. Burada 

saxlanılanların yuyunması üçün hamam var. Müdiriyyətin və yetkinlik yaşına çatmayanların 

əksəriyyətinin bildirdiyinə görə, burada saxlanılanlara on gündə bir dəfə çimmək imkanı 

yaradılır. Kameranın ayaqyolu hissəsində  təmizləyici vasitələr və sudan istifadə etmək üçün 

 

46



 Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnamənin 3.1-ci maddəsinə əsasən 

47

 AR-nın CPM-in 434.3-cü maddəsi və “Həbsdə saxlanılma yerlərində şəxslərin saxlanılmasına dair Müvəqqəti Əsasnaməsinin 



2.10 maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar böyüklərdən ayrı saxlanmalıdır. 

48

 Müəssisənin rəisi onu da bildirdi ki, sözügedən yetkinlik yaşına çatmış şəxslər xüsusi olaraq seçilmiş (onlar ağır, xüsusilə ağır 



və umumiyyətlə zorakı cinayətlər törətməkdə ittiham olunmayan şəxslər arasından seçilir) və yetkinlik yaşına çatmayan şəxslərə 

müsbət təsir göstərə biləcək  şəxslərdir. Həmçinin qeyd etmək lazımdır ki, Uşaq Hüquqları Konvensiyasının 37-ci maddəsinin 

“V” bəndinə  əsasən, uşağın mənafelərinin daha yaxşı  təmin olunması naminə  məhbəslərdə yetkinlik yaşna çatmayanlarla 

yetkinlik yaşına çatmış şəxslərin saxlanılmasına icazə verilə bilər. 

49

 AR CPM Maddə 434.3: “Həbsdə saxlanılan yetkinlik yaşına çatmayan şəxslər digər şəxslərdən ayrı saxlanılmalıdırlar. Onlar 



yaşının, cinsinin və  şəxsiyyətinin xüsusiyyətlərinə görə  tələb olunan qulluq, müdafiə  və digər fərdi yardımla təmin 

edilməlidirlər”. 

50

 Belə qənaətə gəlmək olar ki, işi aparan müstəntiq və ya istintaqı aparan şəxs uşağa və onun valideynlərinə onların hüquq və 



vəzifələrini izah etməmişdir.  


31 

                                                

müvafiq qablar mövcüddur, pis qoxu gəlmir. Monitorinq aparılmış kamera otaqlarının pəncərəsi 

var. Kameralardakı şəraiti, o cümlədən, sanitar-gigiyenik vəziyyəti qənaətbəxş hesab etmək olar. 

Onların döşəməsi taxtadan, ayaqyolu hissəsi isə metlax örtükdən ibarətdir. Kamera otaqlarında 

istilik sistemi bir o qədər də yaxşı  təşkil olunmayıb. Yataq dəstlərinin vəziyyətini qənaətbəxş 

hesab etmək olmaz. Belə ki, yataq dəsti nazik, çirkli döşək və örtükdən ibarətdir. Bu dəstlər qış 

ayları və soyuq hava şəraiti zamanı istifadə üçün yararsızdır. 

 

Uşaqların bildirdiyinə görə, burada onlar vaxtlarını masaüstü oyunlar oynamaq, kitab oxumaqla 



keçirirlər. 

 

Müdiriyyətin sözlərinə görə, kameralarda uşaqların dini ayinləri icra etmələrinə maneəçilik 



törədilmir. 

 

İbtidai araşdırma və  məhkəmə istintaqı altında olan və  təcridxanada saxlanılan  şəxslərə 



münasibətdə  tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədilə intizam mövcuddur. Monitorinq 

qrupunu müşaiyət edən  əməkdaşın verdiyi məlumata görə, intizam təcridxanasında barəsində 

tənbeh tədbiri tətbiq edilmiş yetkinlik yaşına çatmayanlar bir neçə gün müddətində saxlanılır

51

İntizam təcridxanasının vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Belə ki, monitorinq zamanı 



müəyyən edilib ki, döşəmə metlaxdandır, istilik sistemi yaxşı işləmir və ayaqyolu qovşağından 

pis qoxu gəlir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın tərəfdar çıxdığı “Azadlıqdan 

məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair” BMT Təlimatları  uşaqların 

tənbeh tədbiri kimi cərimə  təcridxanasına və ya cərimə kamerasına salınmasını  qəti  şəkildə 

qadağan edir


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin