Heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin


Yetkinlik yaşına çatmayanların saxlanılma şəraiti



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə52/82
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#1037
1   ...   48   49   50   51   52   53   54   55   ...   82
Yetkinlik yaşına çatmayanların saxlanılma şəraiti 

 

Müəssisə işıq, gigiyena, temperatur, qoxu, səs-küy, habelə verilən qidanın keyfiyyəti baxımından 



normal vəziyyətdədir. Müəssisədə adambaşına düşən yer norması milli standartlara əsasən təmin 

edilib. Lakin bu standartlar beynəlxalq standartlara uyğun deyil. Müəssisədə, həmçinin, fərdi 

otaqlar və ya guşələrin olmaması uşaqların özəl həyata olan hüquqlarını pozur. 

 

Tərbiyə Müəssisəsində  hər birində 6-dan 15-dək çarpayı olmaqla 9 yataq otağı, 8 kabinədən 



ibarət 4 tualet otağı  və 3 kabinədən ibarət 1 hamam var. Çarpayıların və yataqların vəziyyəti 

qənaətbəxşdir. Müdiriyyətin və yetkinlik yaşına çatmayanların əksəriyyətinin bildirdiyinə görə

onlara həftədə bir dəfə çimmək imkanı yaradılır. 

 

Müəssisədə yetkinlik yaşına çatmayanların istirahət və asudə vaxtının səmərəli təşkili üçün 



kitabxana, futbol oynamaq üçün meydança, masaüstü oyunlar (nərd,  şahmat), o cümlədən, 

masaüstü tenis var. Onlar həmçinin, ümumi radio və televizor, videofilmlər və qəzetlərlə təmin 

edilirlər.  

 

Uşaqların ibadətlə  məşğul olmaları üçün yaradılmış dini güşənin vəziyyətini qənaətbəxş hesab 



etmək olar. Lakin, müşahidə onu deməyə əsas verir ki, bu otaq nadir hallarda təmizlənir. 

 

 



53

 AR CM, Mad.85.5: “Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər:  

AR CM, Mad. 85.5.1 yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik 

yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində;  

AR CM, Mad. 85.5.2: əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar — möhkəm 

rejimli tərbiyə müəssisələrində”. 

54

 AR CİM, Mad.128.1: “On səkkiz yaşına çatmış  məhkumlar bir qayda olaraq tərbiyə müəssisələrindən cəzaçəkmə 



müəssisələrinə keçirilirlər. Tərbiyə müəssisələrində məhkəmənin qərarına əsasən məhkumlar iyirmi yaşınadək saxlanıla bilərlər”. 


33 

                                                

Müəssisə  rəhbərliyinin bildirdiyinə görə, məhkumlara öz paltarlarını geyinməyə icazə verilir. 

Lakin monitorinq qrupunun üzvlərinin müşahidəsi onu göstərib ki, müəssisədə saxlanılan bütün 

yetkinlik yaşına çatmayanlar “uniforma”ya bənzər paltar geyinir.  

 

Müəssisədə  məhkumların valideynləri ilə görüşməsinə  həftədə bir dəfə icazə verilir. Qısa 



müddətli görüş otağının vəziyyəti qənaətbəxşdir

55

. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, 



müəssisədə uzun müddətli görüş otağı yoxdur 

56



 

Müəssisədə 37 nəfər işçi çalışır. O cümlədən 1 həkim (tam iş günü), 1 psixoloq (tam iş günü), 10 

müəllim (tam iş günü) və 2 peşə təlimi üzrə müəllim (tam iş günü) fəaliyyət göstərir. İşçi heyət 

silah gəzdirmir. 

 

Müəssisədə axşam məktəbi fəaliyyət göstərir. Burada uşaqlara kompüter dərsləri də keçilir və 



onlar kompüterlə bağlı  zəruri biliklərə yiyələnirlər. Yetkinlik yaşına çatmayan məhkumlar, 

həmçinin texniki-peşə  təlimi də alır. Bununla yanaşı, müəssisədə ali məktəblərə  qəbul üçün 

keçiriləcək imtahanlara hazırlıq kursları  təşkil olunub. Lakin, ümumilikdə, müəssisə  uşaqları 

azadlığa çıxdıqdan sonra düşəcəkləri həyata hazırlamır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, 

yaxın zamanlarda cəzaçəkmə müəssisəsini tərk edəcək yetkinlik yaşına çatmayan şəxslərə 

psixoloji yardımım göstərilməsi üçün müəssisədə  hər hansı bir xüsusi proqram və ya bölmə 

fəaliyyət göstərmir. 

 

Tərbiyə müəssisəsində qanunvericilikdə  nəzərdə tutlmuş intizam təcridxanasına keçirmək (7 



günədək) növündə  tənbeh tədbirinin tətbiq edilməsi üçün intizam təcridxanası mövcuddur

 57


Lakin qeyd etmək lazımdır ki, göstərilən intizam tədbirinin tətbiqi Azərbaycanın tərəfdar çıxdığı 

“Azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsinə dair” BMT 

Təlimatlarını kobud şəkildə pozur

58

. Təcridxananın vəziyyətini qənaətbəxş hesab etmək olar. 



Müdiriyyətin bildirdiyinə görə, 2005-ci il ərzində daxili rejim qaydalarını pozmağa görə cəmi 38 

intizam tədbiri təbiq edilib ki, bunlardan 22-si intizam təcridxanasına keçirmə, 16-sı isə töhmət 

və xəbərdarlıq olub. 

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin