göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini
nəzərə alır.
3. Səfirlik qəbul edən dövlətdə Azərbaycan Respublikasının
vahid xarici siyasət xəttinin həyata keçirilməsini öz səlahiyyətləri
daxilində təmin edir və bu məqsədlə Azərbaycan Respublikasının
dövlət və yerli özünüidarəetmə orqanlarının, idarə, təşkilat və
müəssisələrinin nümayəndəliklərinin, nümayəndə heyətlərinin və
mütəxəssis qruplarının fəaliyyətini əlaqələndirir və işi üzərində
nəzarəti həyata keçirir. Adı çəkilən nümayəndəliklər, nümayəndə
heyətləri və mütəxəssis qrupları öz fəaliyyətini Səfirlik ilə
razılaşdırmalı və öz fəaliyyəti barədə Səfirliyə məlumat
verməlidirlər.
4. Səfirliyin binasında və ya onun ərazisində Azərbaycan
Respublikasının xarici dövlətdəki Fövqəladə və Səlahiyyətli Səfirliyi
(bundan sonra - Səfir) iqamətgahında Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət
bayrağını qaldırır. Səfirliyin binasında və ya onun ərazisində
Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan
dilində və qəbul edən dövlətin dövlət dilində (dövlət dillərində)
"Azərbaycan Respublikasının (qəbul edən dövlətin adı) Səfirliyi"
yazısı olan lövhə vurulur. Səfirin nəqliyyat vasitəsi üzərində
Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir. Azərbaycan
Respublikasının dövlət rəmzləri qəbul edən dövlətin protokol
təcrübəsi nəzərə alınaraq istifadə olunur.
5. Səfirlik, səfirliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə
üzvləri qəbul edən dövlətdə beynəlxalq hüquq normalarına və qəbul
edən dövlətin qanunvericiliyinə uyğun olaraq immunitet və
imtiyazlardan istifadə edir. Səfirliyin əməkdaşları və onlarla birlikdə
yaşayan ailə üzvləri qəbul edən dövlətin qanunvericiliyinə, adət və
ənənələrinə hörmət etməli, qəbul edən dövlətin daxili işlərinə
qarışmaqdan və daxili işlərinə qarışmaq kimi təsfir oluna bilər
hərəkətlərdən çəkinməlidir.
6. Səfirlik Nazirlik tərəfindən təsdiq olunmuş Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş
möhürə, ştamplara, blanklara və bank hesablarıa malikdir.
7. Azərbaycan Respublikasının mülkiyyəti olan Səfirliyin torpaq
sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
Səfirliyə təhkim olunur.
8. Səfirlik ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə
və sərəncam hüququnu Azərbaycan Respublikasının müvafiq
qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.
II.SƏFİRLİYİN ƏSAS VƏZİFƏLƏRİ
9. səfirliyin əsas vəzifələri aşağıdakılardır:
9.1. öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Azərbaycan
Respublikasını təmsil etmək;
9.2. qəbul edən dövlətdə Azərbaycan Respublikasının vahid
xarici siyasət xəttini öz səlahiyyətləri daxilində həyata keçirmək;
9.3. qəbul edən dövlətdə Azərbaycan Respublikasının milli
maraqlarını, o cümlədən suverenliyini, təhlükəsizliyini, ərazi bü-
tövlüyünü, sərhədlərinin toxunulmazlığını, siyasi, iqtisadi və digər
maraqlarını diplomatik üsul və vasitələrlə öz səlahiyyətləri daxilində
təmin etmək və müdafiə etmək;
9.4. qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun
vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz
səlahiyyətləri daxilində müdafiə etmək;
9.5. qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik
və konsul əlaqələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada
həyata keçirmək;
9.6. qəbul edən dövlətə rəsmi nümayəndə heyətlərinin
səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə öz səlahiyyətləri
daxilində kömək etmək.
Dostları ilə paylaş: