Maddə 38
İmtiyaz və immunitetlərin qüvvədə olma müddəti
1. İmtiyaz və immunitet hüququna malik olan hər bir şəxs öz
vəzifəsini tutmaq üçün gedərkən bu hüquqlardan yalnız yerləşmə
dövlətinin ərazisinə daxil olduğu andan və ya əgər həmin şəxs artıq
bu ərazidədirsə, onun təyinatı barədə Təşkilat və ya göndərən dövlət
tərəfindən yerləşmə dövlətinə xəbər verildiyi andan istifadə edir.
2. Əgər imtiyaz və immunitetlərdən istifadə edən şəxsin
funksiyaları başa çatırsa, onun imtiyaz və immunitetlərinə, adətən,
həmin şəxs yerləşmə dövlətinin ərazisini tərk edən anda və ya bunu
etmək üçün ağlabatan müddət başa çatdıqdan sonra xitam verilir.
Lakin bu cür şəxs tərəfindən özünün nümayəndəliyin əməkdaşı
funksiyalarını yerinə yetirərkən edilmiş hərəkətlərə münasibətdə
immunitetlər mövcud olmaqda davam edir.
3. Nümayəndəliyin əməkdaşı vəfat etdikdə onun ailə üzvləri
malik olduqları imtiyaz və immunitetlərdən yerləşmə dövlətinin
ərazisini tərk etmək üçün ağlabatan müddət başa çatana qədər istifadə
etməkdə davam edirlər.
4. Nümayəndəliyin yerləşmə dövlətinin vətəndaşı olmamış və
ya həmin dövlətdə daimi yaşamamış əməkdaşı və ya onunla birlikdə
yaşayan ailə üzvü vəfat etdikdə yerləşmə dövləti vəfat etmiş şəxsin
yerləşmə dövlətinin ərazisi hüdudlarında əldə etdiyi və daşınıb
aparılması həmin şəxsin vəfat etdiyi vaxtda qadağan edilmiş bütün
əmlak müstəsna olmaqla onun daşına bilən əmlakının aparılmasına
icazə verir. Yerləşmə dövlətində olan daşınmaz əmlakdan vərəsəlik
348
349
vergisinin bütün növləri yalnız vəfat etmiş şəxsin həmin dövlətdə
nümayəndəliyin əməkdaşı və ya nümayəndəliyin əməkdaşının ailə
üzvü kimi olması səbəbindən tutulmur.
Maddə 39
Peşəkar fəaliyyət və kommersiya fəaliyyəti
1. Nümayəndəliyin başçısı və nümayəndəliyin diplomatik
heyətinin üzvləri yerləşmə dövlətində şəxsi mənfəət əldə etmək
məqsədilə peşəkar və ya kommersiya fəaliyyəti ilə məşğul
olmamalıdırlar.
2. Bu cür imtiyaz və immunitetlər yerləşmə dövləti tərəfindən
verilə biləcəyi hallardan başqa inzibati-texniki heyətin üzvləri, eləcə
də, nümayəndəliyin əməkdaşları ilə birgə yaşayan şəxslər şəxsi
mənfəət əldə etmək məqsədilə peşə və ya kommersiya fəaliyyətini
həyata keçirərkən onların bu cür fəaliyyətin həyata keçirilməsi
zamanı və ya həyata keçirilməsi ilə əlaqədar etdikləri hərəkətlərə
münasibətdə heç bir imtiyaza və immunitetə malik deyillər.
Maddə 40
Funksiyalara xitam verilməsi
Nümayəndəliyin başçısının və ya nümayəndəliyin diplomatik
heyət üzvünün funksiyalarına aşağıdakı hallarda xitam verilir:
a) Təşkilatın funksiyalara göndərən dövlət tərəfindən xitam
verilməsi barədə bildirişinə əsasən;
b) nümayəndəlik həmişəlik və ya müvəqqəti geri çağırıldığı
hallarda.
Maddə 41
Binaların, əmlakın və arxivlərin mühafizəsi
1. Nümayəndəlik müvəqqəti və ya həmişəlik geri çağırıldıqda
yerləşmə dövləti nümayəndəliyin binalarına, əmlakına və arxivlərinə
hörmətlə yanaşmalı və onları mühafizə etməlidir. Göndərən dövlət
yerləşmə dövlətini bu xüsusi vəzifədən mümkün qədər tez azad
etmək üçün bütün lazımi tədbirləri görməlidir. O, nümayəndəliyin
binalarının, əmlakının və arxivlərinin mühafizəsini Təşkilata, əgər
Təşkilat buna razıdırsa, yaxud yerləşmə dövləti üçün məqbul olan
üçüncü dövlətə etibar edə bilər.
2. Göndərən dövlətdən müvafiq xahiş daxil olduqda yerləşmə
dövləti göndərmə dövlətinin nümayəndəliyin əmlakını və arxivlərini
yerləşmə dövlətinin ərazisindən daşıyıb aparması üçün ona imkan
verir.
III hissə. Orqanlarda və konfranslarda nümayəndə heyətləri
Maddə 42
Nümayəndə heyətlərinin göndərilməsi
1. Dövlət Təşkilatın qaydalarına müvafiq olaraq orqana və ya
konfransa nümayəndə heyəti göndərə bilər.
2. İki və ya bir neçə dövlət eyni bir nümayəndə heyətini
Təşkilatın qaydalarına müvafiq olaraq orqana və ya konfransa
göndərə bilər.
Maddə 43
Nümayəndə heyətinin üzvlərinin təyin edilməsi
Göndərən dövlət 46-cı və 73-cü maddələrin müddəalarını
nəzərə almaqla öz nümayəndə heyətinin üzvlərini öz mülahizəsinə
əsasən təyin edə bilər.
Maddə 44
Nümayəndələrin səlahiyyətləri
Nümayəndə heyətinin və başqa nümayəndələrin səlahiyyətləri
dövlət başçısının, hökumət başçısının, xaric işlər nazirinin adından,
yaxud əgər Təşkilatın qaydalarına və ya konfransın prosedur
qaydalarına görə buna icazə verilirsə, göndərən dövlətin başqa
səlahiyyətli orqanı tərəfindən verilir. Həmin səlahiyyətlər qoşma
məktubla, müvafiq surətdə Təşkilata və ya konfransa çatdırılır.
Maddə 45
Nümayəndə heyətinin tərkibi
Nümayəndə heyətinə nümayəndə heyətinin başçısından əlavə
digər nümayəndələr, diplomatik heyət, inzibati-texniki heyət və
xidmət heyəti daxil ola bilər.
350
351
Maddə 46
Maddə 48
Nümayəndə heyətinin say tərkibi
Nümayəndə heyəti başçısı vəzifələrini icra edən
Nümayəndə heyətinin üzvlərinin sayı müvafiq surətdə orqanın
funksiyaları və ya konfransın məqsədləri, eləcə də həmin nümayəndə
heyətinin tələbatı və yerləşmə dövlətində mövcud hallar və şərait
nəzərə alınmaqla ağlabatan və normal sayılan hədləri aşmamalıdır.
1. Əgər nümayəndə heyətinin başçısı yoxdursa və ya öz
funksiyalarını yerinə yetirə bilmirsə, nümayəndə heyətinin başçısı və
ya əgər o bunu edə bilmirsə göndərən dövlətin səlahiyyətli orqanı
başqa nümayəndələr sırasından nümayəndə heyətinin başçısı
vəzifələrini icra edən şəxsi təyin edir. Nümayəndə heyətinin başçısı
vəzifələrini icra edənin soyadı müvafiq surətdə Təşkilata və ya
konfransa bildirilir.
Maddə 47
Bildirişlər
2. Əgər nümayəndə heyətinin tərkibində nümayəndə heyətinin
başçısı vəzifələrini icra etməyə qabil olan başqa nümayəndə
yoxdursa, bu məqsədlə başqa şəxs təyin edilə bilər. Bu halda
səlahiyyətlər 44-cü maddəyə müvafiq olaraq verilməli və qoşma
məktubla çatdırılmalıdır.
1. Göndərən dövlət, müvafiq surətdə Təşkilata və ya konfransa
aşağıdakılar barədə məlumat verir:
a) nümayəndə heyətinin tərkibi haqqında, nümayəndə heyətinin
üzvlərinin vəzifələri, rütbələri və üstünlüyü barədə məlumatlar, eləcə
də sonradan onlarda baş vermiş hər hansı dəyişikliklər barədə
məlumatlar;
Maddə 49
b) nümayəndə heyətinin üzvlərinin gəlməsi və tamam getməsi
və nümayəndə heyətində onların funksiyalarına xitam verilməsi
barədə;
Birincilik
Nümayəndə heyətlərinin birinciliyi dövlətlərin adlarının
Təşkilatda tətbiq edilən əlifba sırası ilə müəyyən edilir.
c) nümayəndə heyətinin üzvünü müşayiət edən istənilən şəxsin
gəlməsi və tamam getməsi barədə;
Maddə 50
ç) yerləşmə dövlətində yaşayan şəxslərin nümayəndə heyəti
üzvləri və ya ev işçiləri qismində xidmətlərinin başlanması və başa
çatması barədə;
Dövlət başçısının və yüksəkrütbəli şəxslərin statusu
1. Dövlət başçısı və ya müvafiq dövlətin Konstitusiyasına
uyğun olaraq dövlət başçısı funksiyalarını yerinə yetirən kollegial
orqanın hər bir üzvü nümayəndə heyətinə başçılıq etdiyi vaxtda o,
yerləşmə dövlətində və ya üçüncü dövlətdə ona bu Konvensiya ilə
verilən imkanlar, imtiyazlar və immunitetlərlə yanaşı, beynəlxalq
hüquqda dövlət başçılarına verilən imkanlardan, imtiyazlardan və
immunitetlərdən də istifadə edir.
d) 59-cu maddəyə müvafiq olaraq toxunulmazlıq hüququna
malik olan nümayəndə heyətinin binalarının və şəxsi yaşayış
binalarının harada yerləşməsi barədə, eləcə də bu cür binaların
eyniləşdirilməsi üçün zəruri ola biləcək hər hansı başqa məlumatlar.
2. Gəlmə və tamam getmə barədə məlumatlar mümkün qədər
əvvəlcədən verilir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində adları çəkilən
bildirişlər müvafiq surətdə Təşkilat və ya konfrans tərəfindən qoşma
məktubla yerləşmə dövlətinə çatdırılır.
2. Hökumət başçısı, xarici işlər naziri və ya digər yüksəkrütbəli
şəxs nümayəndə heyətinə başçılıq etdikdə və ya nümayəndə
heyətinin üzvü olduqda yerləşmə dövlətində və ya üçüncü dövlətdə
ona bu Konvensiya ilə verilən imkanlar, imtiyazlar və immunitetlərlə
yanaşı, beynəlxalq hüquqda bu cür şəxslərə verilən imkanlardan,
imtiyazlardan və immunitetlərdən də istifadə edir.
4. Göndərən dövlət, həmçinin bu maddənin 1-ci və 2-ci
bəndlərində adları çəkilən bildirişləri qoşma məktubla yerləşmə
dövlətinə çatdıra bilər.
Maddə 51
Ümumi imkanlar
352
353
1. Yerləşmə dövləti nümayəndə heyətinin öz vəzifələrini yerinə
yetirməsi üçün ona bütün zəruri imkanları yaradır.
2. Müvafiq surətdə konfrans və ya Təşkilat nümayəndə
heyətinin bu imkanları əldə etməsinə kömək edir və nümayəndə
heyətinə onun özünün səlahiyyət dairəsinə daxil olan imkanlar
təqdim edir.
Maddə 52
Binalar
Yerləşmə dövləti və əgər zəruridirsə Təşkilat və ya konfrans
göndərən dövlətin xahişinə əsasən nümayəndə heyəti üçün məqbul
şərtlərlə zəruri binalar və onun üzvləri üçün münasib yaşayış sahələri
almaqda ona kömək edir.
Maddə 53
İmtiyazlar və immunitetlər təqdim edilməsinə kömək
1. Təşkilat və ya müvafiq surətdə Təşkilat və konfrans zəruri
hallarda göndərən dövlətə, onun nümayəndə heyətinə və onun
nümayəndə heyətinin üzvlərinə bu Konvensiyaya müvafiq olaraq
nəzərdə tutulmuş imtiyazların və immunitetlərin təmin olunmasında
kömək edir.
2. Təşkilat və ya müvafiq surətdə Təşkilat və konfrans zəruri
hallarda göndərən dövlət, onun nümayəndə heyəti və onun
nümayəndə heyətinin üzvləri tərəfindən bu Konvensiyaya müvafiq
surətdə nəzərdə tutulmuş imtiyazlar və immunitetlər barəsində
öhdəliklərin yerinə yetirilməsinin təmin olunmasında yerləşmə
dövlətinə kömək edir.
Maddə 54
Binaların vergitutmadan azad edilməsi
1. Göndərən dövlət və ya onun nümayəndə heyətinin nü-
mayəndə heyəti adından fəaliyyət göstərən istənilən üzvü nümayəndə
heyətinin binalarına münasibətdə konkret xidmət növlərinin haqqı
olan vergilər, yığımlar və rüsumlardan başqa bütün dövlət, rayon və
bələdiyyə vergilərindən, yığımlarından və rüsumlarından azad edilir.
2. Bu maddədə bəhs edilən vergitutmadan azadetmə yerləşmə
dövlətinin qanunlarına uyğun olaraq göndərən dövlətlə və ya
nümayəndə heyətinin üzvü ilə kontraktlar bağlayan şəxslərdən
tutulan vergilərə, yığımlara və rüsumlara aid edilmir.
Maddə 55
Arxivlərin və sənədlərin toxunulmazlığı
Nümayəndə heyətinin arxivləri və sənədləri həmişə və onların
harada yerləşməsindən asılı olmayaraq toxunulmazdır.
Maddə 56
Yerdəyişmə sərbəstliyi
Yerləşmə dövləti dövlət təhlükəsizliyi mülahizələrinə əsasən
daxil olmaq qadağan edilən və ya tənzimlənən zonalar haqqında
qanunların və qaydaların müddəalarını nəzərə almaqla nümayəndə
heyətinin bütün üzvlərinin yerləşmə dövlətinin ərazisində
yerdəyişməsinin nümayəndə heyətinin vəzifələrinin yerinə
yetirilməsi üçün zəruri olduğu dərəcədə sərbəstliyini təmin edir.
Maddə 57
Əlaqələrin sərbəstliyi
1. Yerləşmə dövləti nümayəndə heyətinin bütün rəsmi
məqsədlər üçün əlaqələrinin sərbəstliyinə icazə verir və bu sərbəstliyi
qoruyur. Nümayəndə heyəti göndərən dövlətin hökuməti, onun daimi
diplomatik nümayəndəlikləri, konsul müəssisələri, daimi
nümayəndəlikləri, daimi müşahidəçi missiyaları, xüsusi missiyaları,
başqa nümayəndə heyətləri və müşahidəçi nümayəndə heyətləri ilə
əlaqələr zamanı onların harada yerləşməsindən asılı olmayaraq, bütün
münasib vasitələrdən, o cümlədən kuryerlərdən və kodlaşdırılmış və
ya şifrələnmiş depeşalardan istifadə edə bilər. Lakin nümayəndə
heyəti radioötürücü qurğunu yalnız yerləşmə dövlətinin razılığı ilə
quraşdıra və ondan istifadə edə bilər.
2. Nümayəndə heyətinin rəsmi korrespondensiyası toxunul-
mazıdır. Rəsmi korrespondensiya dedikdə nümayəndə heyətinə və
onun funksiyalarına aid olan bütün korrespondensiya başa düşülür.
3. Bundan ötrü praktiki imkan olan yerlərdə nümayəndə heyəti
göndərən dövlətin əlaqə vasitələrindən, o cümlədən onun diplomatik
poçtundan və kuryer xidmətlərindən, göndərən dövlətin daimi
diplomatik nümayəndəliyinin, konsul müəssisəsinin, daimi
nümayəndəliyinin və ya daimi müşahidəçi missiyasının xid-
mətlərindən istifadə edir.
4. Nümayəndə heyətinin poçtu açılmamalı və tutulub
354
355
Maddə 59
saxlanmamalıdır.
Şəxsi yaşayış binalarının və əmlakın toxunulmazlığı
5. Nümayəndə heyətinin poçtunun tərkib hissələri olan bütün
yerlərin üzərində onların xarakterini göstərən, aşkar görünən zahiri
nişanlar olmalıdır və həmin yerlərdə yalnız nümayəndə heyətinin
rəsmi istifadəsi üçün nəzərdə tutulan sənədlər və ya əşyalar ola bilər.
1. Nümayəndə heyətinin başçısının, başqa nümayəndələrin və
nümayəndə heyətinin diplomatik heyət üzvlərinin şəxsi iqamətgahı
toxunulmazlıq və müdafiə hüququna malikdir.
2. Nümayəndə heyətinin başçısının, başqa nümayəndələrin və
nümayəndə heyətinin diplomatik heyət üzvlərinin sənədləri, onların
korrespondensiyası və 60-cı maddənin 2-ci bəndində nəzərdə
tutulmuş istisnalarla onların əmlakı toxunulmazdır.
6. Nümayəndə heyətinin kuryeri onun statusunun və poçtu
təşkil edən yerlərin sayının göstərildiyi rəsmi sənədlə təchiz
olunmalıdır və öz vəzifələrini icra edərkən yerləşmə dövləti
tərəfindən qorunur. O, şəxsi toxunulmazlıq hüququna malikdir və hər
hansı formada həbs edilməməli və ya tutulub saxlanmamalıdır.
Maddə 60
7. Göndərən dövlət və ya nümayəndə heyəti nümayəndə
heyətinin ad hoc kuryerlərini təyin edə bilər. Belə hallarda da bu
maddənin 6-cı bəndinin müddəaları bu istisnalıqla tətbiq edilir ki,
həmin bənddə adları çəkilən immunitetlərə ad hoc kuryer nümayəndə
heyətinin ona tapşırılmış poçtu təyinatı üzrə çatdırdığı anda xitam
verilir.
Yurisdiksiyadan immunitet
1. Nümayəndə heyətinin başçısı, başqa nümayəndələr və
nümayəndə heyətinin diplomatik heyət üzvləri yerləşmə dövlətinin
cinayət yurisdiksiyasından immunitet hüququna, eləcə də öz rəsmi
funksiyalarını yerinə yetirərkən etdikləri bütün hərəkətlərə
münasibətdə yerləşmə dövlətinin mülki və inzibati
yurisdiksiyasından immunitet hüququna malikdirlər.
8. Nümayəndə heyətinin poçtu gəminin və ya mülki təyyarənin
gəlməsinə icazə verilmiş limana və ya hava limanına yola düşən
gəminin və ya mülki təyyarənin komandirinə etibar edilə bilər.
Komandir poçtu təşkil edən yerlərin sayı göstərilməklə rəsmi sənədlə
təchiz olunmalıdır, lakin o, nümayəndə heyətinin kuryeri hesab
edilmir. Yerləşmə dövlətinin müvafiq hakimiyyət orqanları ilə
razılaşmaya əsasən, nümayəndə heyəti poçtun gəmi və ya təyyarə
komandirindən bilavasitə və maneəsiz qəbul edilməsi üçün öz
əməkdaşlarından birini göndərə bilər.
2. 58-ci və 59-cu maddələrə uyğun olaraq icra tədbirləri bu
şəxslərin hüquqları pozulmadan tətbiq edilə biləcəyi hallar müstəsna
olmaqla, bu şəxslərə münasibətdə heç bir icra tədbiri tətbiq edilə
bilməz.
3. Bu şəxslər şahid qismində ifadələr verməyə borclu deyillər.
4. Bu maddənin heç bir müddəası bu cür şəxsləri onların istifadə
etdikləri və ya onlara məxsus olan bütün nəqliyyat vasitələri, o cümlədən
gəmilər və uçuş aparatları ilə əlaqədar bədbəxt hadisə nəticəsində
vurulmuş zərərlərin ödənilməsinə dair iddialara münasibətdə, əgər
həmin zərərlər sığortaçı tərəfindən ödənilə bilməzsə, yerləşmə dövlətinin
mülki və inzibati yursidiksiyasından azad etmir.
Maddə 58
Şəxsiyyətin toxunulmazlığı
Nümayəndə heyətinin rəhbərinin və nümayəndə heyətinin
diplomatik heyət üzvlərinin şəxsiyyəti toxunulmazdır. Onlar hər
hansı formada həbs edilməməli və ya tutulub saxlanmamalıdır.
Yerləşmə dövləti onlara lazımi hörmətlə yanaşmağa və onların
şəxsiyyətinə, azadlığına və ya ləyaqətinə hər hansı qəsblərin
qarşısının alınması üçün bütün lazımi tədbirləri görməyə, eləcə də bu
cür qəsbləri törətmiş şəxsləri məhkəmə qaydasında təqib etməyə və
cəzalandırmağa borcludur.
5. Bu şəxslərin yerləşmə dövlətinin yurisdiuksiyasından hər
hansı immuniteti onları göndərən dövlətin yursidiksiyasından azad
etmir.
Maddə 61
İmmunitetdən imtina
1. Göndərən dövlət nümayəndə heyətinin başçısının, başqa
nümayəndələrin, nümayəndə heyətinin diplomatik heyət üzvlərinin və
66-cı maddəyə müvafiq olaraq immunitet hüququna malik olan şəxslərin
356
357
yurisdiuksiyadan immunitetlərindən imtina edə bilər.
2. İmtina həmişə dəqiq ifadə edilmiş olmalıdır.
3. Bu maddəin 1-ci bəndində göstərilmiş istənilən şəxs
tərəfindən iş qaldırılması onu bilavasitə əsas iddia ilə əlaqədar olan
istənilən qarşılıqlı iddiaya münasibətdə yurisdiksiyadan immunitetə
istinad etmək hüququndan məhrum edir.
4. Mülki və ya inzibati mühakimə icraatına münasibətdə
yurisdiksiyadan immunitetdən imtina edilməsi qərarın icrasına mü-
nasibətdə immunitetdən imtina edilməsi demək deyildir, bundan ötrü
ayrıca imtina tələb edilir.
5. Əgər göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən
hər hansı şəxsin immunitetindən mülki iddiaya münasibətdə imtina
etməmişdirsə o, işin ədalətli həlli üçün hər cür səy göstərir.
Maddə 62
Sosial təminat sahəsində qanunvericilikdən istisnalar
1. Bu maddənin 3-cü bəndinin müddəaları nəzərə alınmaqla
sosial təminat haqqında yerləşmə dövlətində qüvvədə ola biləcək
müddəalar göndərən dövlətə göstərilən xidmətlərə münasibətdə
nümayəndə heyətinin başçısına, başqa nümayəndələrə və nümayəndə
heyətinin diplomatik heyət üzvlərinə şamil edilmir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan istisna yalnız
nümayəndə heyətinin başçısına, başqa nümayəndələrə və nümayəndə
heyətinin diplomatik heyət üzvlərinə xidmət edən şəxsi ev işçilərinə
də şamil edilir, bu şərtlə ki:
a) həmin şəxslər yerləşmə dövlətinin vətəndaşları olmasın və
ya həmin dövlətdə daimi yaşamasın və
b) göndərən dövlətdə və ya üçüncü dövlətdə qüvvədə ola
biləcək sosial təminat haqqında müddəalar onlara şamil edilsin.
3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan istisnanın şamil
edilmədiyi şəxsləri muzdlu işə cəlb edən nümayəndəliyin başçısı və
nümayəndəliyin diplomatik heyətinin üzvləri yerləşmə dövlətində
qüvvədə olan sosial təminat haqqında qaydalara görə işəgötürənlərə
həvalə edilən öhdəlikləri yerinə yetirirlər.
4. Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan istisna
yerləşmə dövlətinin sosial təminat sistemində könüllü iştirak etməyə
mane olmur, bu şərtlə ki, həmin dövlət bu cür iştiraka icazə versin.
5. Bu maddənin müddəaları sosial təminat haqqında əvvəllər
bağlanmış ikitərəfli və ya çoxtərəfli sazişlərə aid deyildir və
gələcəkdə bu cür sazişlər bağlanmasına mane olmur.
Maddə 63
Yığımlardan və vergilərdən azadetmə
Nümayəndə heyətinin başçısı, başqa nümayəndələr və nü-
mayəndə heyətinin diplomatik heyət üzvləri, aşağıdakılar müstəsna
olmaqla imkan daxilində bütün şəxsi və əmlak, dövlət, rayon və
bələdiyyə vergilərindən, yığımlarından, rüsumlarından azad edilir:
a) adətən, malların və ya xidmətlərin qiymətinə daxil edilən
dolayı vergilər;
b) yerləşmə dövlətinin ərazisində yerləşən şəxsi daşınmaz
əmlaka görə yığımlar və vergilər, əgər həmin şəxs bu daşınmaz
əmlaka göndərən dövlətin adından nümayəndə heyətinin məqsədləri
üçün malik deyildirsə,;
c) 68-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş istisnalarla
yerləşmə dövləti tərəfindən tutulan müxtəlif miras vergiləri;
ç) mənbəyi yerləşmə dövlətində olan şəxsi gəlirdən yığımlar və
vergilər, həmçinin yerləşmə dövlətində kommersiya tədbirlərinə
əsaslı vəsait qoyuluşundan vergilər;
d) konkret xidmət növlərinə görə tutulan rüsumlar;
e) 54-cü maddədə nəzərdə tutulmuş istisnalarla daşınmaz
əmlaka münasibətdə qeydiyyat, məhkəmə və reyestr rüsumları,
ipoteka rüsumları və gerb rüsumu.
Maddə 64
Şəxsi mükəlləfiyyətlərdən azadetmə
Yerləşmə dövləti nümayəndə heyətinin başçısını, başqa
nümayəndələri və nümayəndə heyətinin diplomatik heyət üzvlərini
bütün şəxsi və dövlət mükəlləfiyyətlərindən, onların xarakterindən
asılı olmayaraq, eləcə də rekvizisiya, kontribusiya və hərbi yerləşmə
kimi hərbi mükəlləfiyyətlərdən azad edir.
Maddə 65
Gömrük rüsumlarından və gömrük yoxlamasından azadetmə
1. Yerləşmə dövləti onun qəbul edə biləcəyi qanunlara və
qaydalara müvafiq olaraq aşağıda göstərilən əşyaların idxal
edilməsinə icazə verir və bütün gömrük rüsumlarından, vergilərdən
və anbar rüsumları, daşımaya görə və oxşar xidmətlərə görə rüsumlar
358
359
müstəsna olmaqla, başqa əlaqədar yığımlardan azad edir:
a) nümayəndə heyətinin rəsmi istifadəsi üçün nəzərdə tutulan
əşyalar;
b) nümayəndə heyətinin başçısının, hər hansı başqa nüma-
yəndənin və nümayəndə heyətinin diplomatik heyət üzvünün şəxsi
istifadəsi üçün nəzərdə tutulan, bu şəxs orqanın sessiyasının işində və
ya konfransda iştirak etmək məqsədilə yerləşmə dövlətinin ərazisinə
ilk dəfə gələrkən onun şəxsi baqajında gətirilən əşyalar.
2. Nümayəndə heyətinin başçısının, hər hansı başqa nüma-
yəndənin və nümayəndə heyətinin diplomatik heyət üzvünün şəxsi
baqajında bu maddənin 1-ci bəndin göstərilən istisnaların şamil
edilmədiyi əşyaların, yaxud gətirilməsi və ya aparılması yerləşmə
dövlətinin qanunu ilə qadağan edilmiş və ya yerləşmə dövlətinin
karantin qaydaları ilə tənzimlənən əşyalar olmasını güman etmək
üçün ciddi əsaslar olmadıqda yoxlamadan azad edilir. Belə hallarda
yoxlama yalnız azadetmənin şamil edildiyi şəxsin və ya onun
səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır.
Maddə 66
Başqa şəxslərin imtiyazları və immunitetləri
1. Nümayəndə heyətinin başçısını müşayiət edən ailə üzvləri və
hər hansı başqa nümayəndənin və ya nümayəndə heyətinin dip-
lomatik heyət üzvünün nümayəndə heyətinin bu cür üzvlərini mü-
şayiət edən ailə üzvləri yerləşmə dövlətinin vətəndaşları deyillərsə və
ya həmin dövlətdə daimi yaşamırlarsa, onlar 58, 60 və 64-cü
maddələrdə, 65-ci maddənin 1 "b" və 2-ci bəndlərində göstərilən
imtiyazlara və immunitetlərə malikdirlər və əcnəbilərin qeydiyyatdan
keçmək vəzifəsindən azad edilirlər.
2. Nümayəndə heyətinin inzibati-texniki heyət üzvləri, əgər
onlar yerləşmə dövlətinin vətəndaşları deyillərsə və ya həmin
dövlətdə daimi yaşamırlarsa, 58, 59, 60, 62, 63 və 64-cü maddələrdə
göstərilmiş imtiyazlardan və immunitetlərdən istifadə edirlər. Onlar,
həmçinin orqanın və ya konfransın sessiyasının işində iştirak etmək
məqsədilə yerləşmə dövlətinin ərazisinə ilk dəfə gələrkən onların
şəxsi baqajında gətirilən əşyalara münasibətdə 65-ci maddənin 1 "b"
bəndində göstərilmiş imtiyazlardan istifadə edirlər. İnzibati-texniki
heyət əməkdaşının onu müşayiət edən ailə üzvləri, əgər onlar
yerləşmə dövlətinin vətəndaşları deyillərsə və ya həmin dövlətdə
daimi yaşamirlarsa, 58, 60 və 64-cü maddələrdə göstərilmiş
imtiyazlardan və immunitetlərdən bu cür heyət əməkdaşları üçün
nəzərdə tutulmuş həcmdə istifadə edirlər.
3. Nümayəndə heyətinin xidmət heyətinin yerləşmə dövlətinin
vətəndaşları olmayan və ya həmin dövlətdə daimi yaşamayan üzvləri
öz vəzifələrinin icrası zamanı etdikləri hərəkətlərə münasibətdə
nümayəndə heyətinin inzibati-texniki heyət üzvləri ilə eyni
immunitet hüququndan istifadə edir, onların öz xidmətləri
müqabilində əldə etdikləri qazanc vergilərdən, yığımlardan və
rüsumlardan azad edilir, həmçinin 62-ci maddədə adı çəkilən
azadetmə hüququndan istifadə edirlər.
4. Nümayəndə heyətinin əməkdaşlarının şəxsi ev işçiləri
yerləşmə dövlətinin vətəndaşları deyillərsə və ya həmin dövlətdə
daimi yaşamırlarsa, onların öz xidmətləri müqabilində əldə etdikləri
qazanc vergilərdən, yığımlardan və rüsumlardan azad edilir. Başqa
məsələlərdə onlar imtiyaz və immunitetlərdən yalnız yerləşmə
dövlətinin icazə verdiyi hədlər daxilində istifadə edə bilərlər. Lakin
yerləşmə dövləti bu şəxslər üzərində öz yurisdiksiyasını elə həyata
keçirməlidir ki, nümayəndə heyətinin funksiyalarının həyata
keçirilməsinə lazımsız müdaxilə edilməsin.
Dostları ilə paylaş: |