Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


Maddə 67  Yerləşmə dövlətinin vətəndaşları və



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix17.01.2017
ölçüsü6,32 Mb.
#5722
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

Maddə 67 
Yerləşmə dövlətinin vətəndaşları və  
həmin dövlətdə daimi yaşayan şəxslər 
1. Yerləşmə dövlətinin vətəndaşı olan və ya həmin dövlətdə 
daimi yaşayan nümayəndə heyətinin başçısı, hər hansı başqa nü-
mayəndə  və nümayəndə heyətinin diplomatik heyət üzvü yerləşmə 
dövlətinin təqdim edə biləcəyi  əlavə imtiyazlar və immunitetlərlə 
yanaşı, yalnız öz funksiyalarını yerinə yetirərkən etdiyi rəsmi 
hərəkətlərə münasibətdə yurisdiksiyadan immunitetə 
və 
toxunulmazlığa malikdir. 
2. Nümayəndəliyin yerləşmə dövlətinin vətəndaşları olan və ya 
həmin dövlətdə daimi yaşayan digər  əməkdaşları yalnız öz 
funksiyalarını yerinə yetirərkən etdikləri rəsmi hərəkətlərə 
münasibətdə yurisdiksiyadan immunitetə malikdirlər. Bütün başqa 
hallarda bu əməkdaşlar, eləcə  də yerləşmə dövlətinin vətəndaşları 
olan və ya həmin dövlətdə daimi yaşayan şəxsi ev işçiləri imtiyaz və 
immunitetlərdən yalnız yerləşmə dövlətinin icazə verdiyi hədlər 
 
360
 
361

daxilində istifadə edirlər. Lakin yerləşmə dövləti bu cür əməkdaşlar 
və ev işçiləri üzərində öz yurisdiksiyasını elə  tərzdə  həyata 
keçirməlidir ki, nümayəndəliyin funksiyalarının həyata keçirilməsinə 
lüzumsuz müdaxilə edilməsin. 
Maddə 68 
İmtiyaz və immunitetlərin qüvvədə olma müddəti 
1.  İmtiyaz və immunitet hüququna malik olan hər bir şəxs öz 
vəzifəsini tutmaq üçün gedərkən bu hüquqlardan yalnız yerləşmə 
dövlətinin ərazisinə daxil olduğu anda və ya əgər həmin şəxs artıq bu 
ərazidədirsə, onun təyinatı barədə  Təşkilat və ya göndərən dövlət 
tərəfindən yerləşmə dövlətinə xəbər verildiyi andan istifadə edir. 
2.  Əgər imtiyaz və immunitetlərdən istifadə edən  şəxsin 
funksiyaları başa çatırsa, onun imtiyaz və immunitetlərinə adətən 
həmin şəxs yerləşmə dövlətinin ərazisini tərk edən anda və ya bunu 
etmək üçün ağlabatan müddət başa çatdıqdan sonra xitam verilir. 
Lakin bu cür şəxs tərəfindən öz nümayəndəliyinin  əməkdaşı 
funksiyalarını yerinə yetirərkən edilmiş  hərəkətlərə münasibətdə 
immunitetlər mövcud olmaqda davam edir. 
3. Nümayəndəliyin  əməkdaşı  vəfat etdikdə onun ailə üzvləri 
malik olduqları imtiyaz və immunitetlərdən yerləşmə dövlətinin 
ərazisini tərk etmək üçün ağlabatan müddət başa çatana qədər istifadə 
etməkdə davam edirlər. 
4. Nümayəndəliyin yerləşmə dövlətinin vətəndaşı olmamış  və 
ya həmin dövlətdə daimi yaşamamış əməkdaşı və ya onunla birlikdə 
yaşayan ailə üzvü vəfat etdikdə yerləşmə dövləti vəfat etmiş  şəxsin 
yerləşmə dövlətinin  ərazisi hüdudlarında  əldə etdiyi və daşınıb 
aparılması  həmin  şəxsin vəfat etdiyi vaxtda qadağan edilmiş bütün 
əmlak müstəsna olmaqla onun daşına bilən  əmlakının aparılmasına 
icazə verir. Yerləşmə dövlətində olan daşınmaz  əmlakdan vərəsəlik 
vergisinin bütün növləri yalnız vəfat etmiş  şəxsin həmin dövlətdə 
nümayəndəliyin  əməkdaşı  və ya nümayəndəliyin  əməkdaşının ailə 
üzvü kimi olması səbəbindən tutulmur. 
 
Maddə 69 
Funksiyalara xitam verilməsi 
Nümayəndəliyin başçısının və ya nümayəndəliyin diplomatik 
heyət üzvünün funksiyalarına aşağıdakı hallarda xitam verilir: 
a) funksiyalara göndərən dövlət tərəfindən xitam verilməsi 
barədə Təşkilatın bildirişinə əsasən; 
b) nümayəndəlik həmişəlik və ya müvəqqəti geri çağırıldığı 
hallarda. 
 
Maddə 70 
Binaların, əmlakın və arxivlərin mühafizəsi 
1. Nümayəndəlik müvəqqəti və ya həmişəlik geri çağırıldıqda 
yerləşmə dövləti nümayəndəliyin binalarına, əmlakına və arxivlərinə 
hörmətlə yanaşmalı  və onları mühafizə etməlidir. Göndərən dövlət 
yerləşmə dövlətini bu xüsusi vəzifədən mümkün qədər tez azad 
etmək üçün bütün lazımi tədbirləri görməlidir. O, nümayəndəliyin 
binalarının,  əmlakının və arxivlərinin mühafizəsini Təşkilata,  əgər 
Təşkilat buna razıdırsa və ya yerləşmə dövləti üçün məqbul olan 3-cü 
dövlətə etibar edə bilər. 
2. Göndərən dövlətdən müvafiq xahiş daxil olduqda yerləşmə 
dövləti göndərmə dövlətinin nümayəndəliyin əmlakını və arxivlərini 
yerləşmə dövlətinin  ərazisindən daşıyıb aparması üçün ona imkan 
verir. 
 
IV hissə. Orqanlarda və konfranslarda müşahidəçi 
nümayəndə heyəti 
 
Maddə 71 
Müşahidəçi nümayəndə heyətinin göndərilməsi 
Təşkilatın qaydalarına müvafiq olaraq dövlət orqana və ya 
konfransa müşahidəçi nümayəndə heyəti göndərə bilər. 
 
Maddə 72 
Müşahidəçi nümayəndə heyətinə aid ümumi qayda 
Bu Konvensiyanın 43-70-ci maddələrinin bütün müddəaları 
müşahidəçi nümayəndə heyətlərinə tətbiq edilir. 
 
V hissə. Ümumi müddəalar 
 
Maddə 73 
Nümayəndəliyin əməkdaşlarının, nümayəndə heyətinin 
üzvlərinin və ya müşahidəçi nümayəndə heyətinin üzvlərinin 
vətəndaşlığı 
 
362
 
363

Maddə 76 
1. Nümayəndəliyin başçısı və nümayəndiliyin diplomatik heyət 
üzvləri, nümayəndə heyətinin başçısı, başqa nümayəndələr və 
nümayəndə heyətinin diplomatik heyət üzvləri, müşahidəçi 
nümayəndə heyətinin başçısı, digər müşahidəçi nümayəndələr və 
müşahidəçi nümayəndə heyətinin diplomatik heyət üzvləri prinsip 
etıbarı ilə göndərən dövlətin vətəndaşları olmalıdırlar. 
Göndərən dövlətlə yerləşmə dövlət arasında əməkdaşlıq 
Zəruri hallarda və nümayəndəliyin nümayəndə heyətinin və ya 
müşahidəçi nümayəndə heyətinin funksiyalarının müstəqil  şəkildə 
yerinə yetirilməsi ilə bir araya sığacaq dərəcədə göndərən dövlət 23, 
28, 29 və 58-ci maddələrin icrası ilə  əlaqədar həyata keçirilən hər 
hansı  təhqiqat və ya məhkəmə  təqibi zamanı göndərən dövlətlə 
mümkün qədər tam həcmdə əməkdaşlıq edir. 
2. Nümayəndəliyin başçısı və nümayəndiliyin diplomatik heyət 
üzvləri, yerləşmə dövlətinin vətəndaşları  sırasından bu dövlətin 
razılığı olmadan təyin edilə bilməzlər və bu razılıq istənilən vaxt ləğv 
edilə bilər. 
 
Maddə 77 
Yerləşmə dövlətinin qanunlarına və qərarlarına hörmət 
3. Nümayəndə heyətinin başçısı, hər hansı başqa nümayəndə və 
ya nümayəndə heyətinin diplomatik heyətinin istənilən üzvü və ya 
müşahidəçi nümayəndə heyətinin başçısı  hər hansı başqa müşahidəçi 
nümayəndə  və ya müşahidəçi nümayəndə heyətinin diplomatik 
heyətinin hər hansı üzvü yerləşmə dövlətinin vətəndaşları  sırasından 
təyin edildikdə bu dövlətin razılığı o halda nəzərdə tutulur ki, həmin 
dövlət bu barədə  xəbərdar edilmiş olsun və yerləşmə dövlətinin 
vətəndaşının bu cür təyinatı etiraza səbəb olmasın. 
1.İmtiyaz və immunitetlərə malik olan bütün şəxslər özlərinin 
bu cür imtiyazlarına və immunitetlərinə  xələl gətirmədən yerləşmə 
dövlətinin qanunlarına və  qərarlarına hörmət etməyə borcludurlar. 
Onlar həmçinin bu dövlətin daxili işlərinə qarışmamağa borcludurlar. 
2.Yurisdiksiya immunitetinə malik olan şəxs tərəfindən 
yerləşmə dövlətinin cinayət qanunvericiliyi ciddi və aşkar pozulduğu 
halda göndərən dövlət həmin şəxsin immunitetindən imtina etməzsə 
onu geri çağırır, onun nümayəndəlikdəki, nümayəndə heyətindəki və 
ya müşahidəçi nümayəndə heyətindəki funksiyalarına xitam verir və 
şəraitdən asılı olaraq onun həmin ölkədən getməsi üçün tədbirlər 
görür. Yerləşmə dövlətinin daxili işlərinə ciddi və  aşkar müdaxilə 
hallarında da göndərən dövlət eyni tədbirlər görür. Bu bəndin 
müddəaları həmin şəxsin nümayəndəliyin funksiyalarını, nümayəndə 
heyətinin və ya müşahidəçi nümayəndə heyətinin vəzifələrini yerinə 
yetirərkən etmiş olduğu istənilən hərəkətlərə şamil edilmir. 
 
Maddə 74 
Vətəndaşlıq əldə edilməsi barədə qanunvericilik 
Yerləşmə dövlətinin vətəndaşları olmayan nümayəndəlik 
əməkdaşları, nümayəndə heyətinin üzvləri və ya müşahidəçi nüma-
yəndə heyətinin üzvləri və onlarla birgə yaşayan və ya müvafiq 
surətdə müşayiət edən ailə üzvləri yerləşmə dövlətinin vətəndaşlığını 
yalnız bu dövlətin qanunvericiliyinə görə əldə etmirlər. 
 
3.Nümayəndəliyin binalarından və nümayəndə heyətinin 
binalarından nümayəndə heyətinin funksiyalarının və ya vəzifələrinin 
yerinə yetirilməsi ilə bir araya sığmayan məqsədlər üçün istifadə 
edilməməlidir. 
Maddə 75 
Bir neçə funksiya eyni vaxtda həyata keçirildikdə  
imtiyazlar və immunitetlər 
4.Bu maddənin heç bir müddəası yerləşmə dövlətinin öz 
mənafelərini müdafiə etməsi üçün zəruri tədbirlər görməsinin 
qadağan edilməsi kimi təfsir edilməməlidir. Belə hallarda yerləşmə 
dövləti 84-cü və 85-ci maddələrin müddəalarına xələl gətirmədən bu 
cür tədbirlərin nümayəndəliyin, nümayəndə heyətinin və ya 
müşahidəçi nümayəndə heyətinin normal fəaliyyətinə mane 
olmamasını  təmin etmək məqsədilə göndərən dövlətlə lazımi 
məsləhətləşmələr aparır.  
Yerləşmə dövlətində olan daimi diplomatik nümayəndəliyin və 
ya konsul müəssisəsinin  əməkdaşları nümayəndəliyin, nümayəndə 
heyətinin və ya müşahidəçi nümayəndə heyətinin tərkibinə daxil 
edildikdə onlar bu Konvensiya ilə verilən imtiyazlar və 
immunitetlərlə yanaşı daimi diplomatik nümayəndəliyin və ya konsul 
müəssisəsinin  əməkdaşları qismində malik olduqları imtiyazları  və 
immunitetləri saxlayırlar. 
 
 
364
 
365

Maddə 78 
5.Bu maddənin 4-cü bəndində  nəzərdə tutulan tədbirlər 
yerləşmə dövlətinin konstitusion normalarına müvafiq olaraq xarici 
işlər nazirinin və ya hər hansı başqa səlahiyyətli nazirin razılığı ilə 
həyata keçirilir. 
Üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası 
Nümayəndəliyin əməkdaşları, nümayəndə heyətinin üzvləri və 
ya müşahidəçi nümayəndə heyətinin üzvləri onların istifadə etdikləri 
və ya onlara məxsus olan bütün nəqliyyat vasitələrinə, o cümlədən 
gəmilərə və uçuş aparatlarına münasibətdə üçüncü şəxslər qarşısında 
məsuliyyətin sığortalanması barədə yerləşmə dövlətinin 
qanunlarından və  qərarlarından irəli gələn bütün öhdəlikləri yerinə 
yetirirlər. 
 
Maddə 79 
Yerləşmə dövlətinin ərazisinə gəlmə 
1.Yerləşmə dövləti öz ərazisinə: 
a) nümayəndəliyin  əməkdaşlarının və onlarla birgə yaşayan 
ailə üzvlərinin; 
b) nümayəndə heyətinin üzvlərinin və onları müşayiət edən ailə 
üzvlərinin və  
c) müşahidəçi nümayəndə heyətinin üzvlərinin və onları 
müşayiət edən ailə üzvlərinin gəlməsinə icazə verir. 
2.Viza tələb edildiyi halda bu maddənin 1-ci bəndində gös-
tərilən hər bir şəxsə mümkün qədər qısa müddətdə viza verilir. 
 
Maddə 80 
Ölkədən getməyə kömək 
Yerləşmə dövlətinə müvafiq xahişlə müraciət edildikdə o, 
imtiyaz və immunitetlərə malik olan və yerləşmə dövlətinin 
vətəndaşları olmayan şəxslərə  və bu cür şəxslərin ailə üzvlərinin 
vətəndaşlığından asılı olmayaraq onların öz ərazisindən getmələrinin 
təmin olunmasına kömək edir. 
 
Maddə 81 
Üçüncü dövlətin ərazisindən tranzit 
1.Əgər nümayəndəliyin başçısı  və ya nümayəndəliyin dip-
lomatik heyətinin üzvü, nümayəndə heyətinin başçısı, başqa nü-
mayəndə  və ya nümayəndə heyətinin diplomatik heyət üzvü, mü-
şahidəçi nümayəndə heyətinin başçısı, başqa müşahidəçi nümayəndə 
və ya müşahidəçi nümayəndə heyətinin diplomatik heyətinin üzvü öz 
funksiyalarını həyata keçirmək və ya bərpa etmək üçün gedərkən və 
 
366
 
367

ya öz ölkəsinə qayıdarkən zəruri hallarda ona viza vermiş üçüncü 
dövlətin  ərazisindən keçib gedirsə  və ya onun ərazisindədirsə, bu 
üçüncü dövlət həmin  şəxsin tranzitinin təmin edilməsi üçün tələb 
oluna biləcək toxunulmazlığı  və başqa bu cür immunitetləri ona 
təqdim edir. 
2.Bu maddənin 1-ci bəndinin müddəaları, həmçinin: 
a) nümayəndəliyin başçısının və ya nümayəndəliyin diplomatik 
heyət üzvünün onunla birgə yaşayan və onunla birlikdə  və ya 
ayrılıqda getmələrindən asılı olmayaraq onunla birləşmək və ya öz 
ölkəsinə qayıtmaq üçün imtiyaz və immunitetlərə malik olan ailə 
üzvlərinə; 
b) nümayəndə heyətinin başçısının, hər hansı başqa nüma-
yəndənin və ya nümayəndə heyətinin diplomatik heyət üzvünün onu 
müşayiət edən ailə üzvlərinə - onların onunla birlikdə və ya ayrılıqda 
getmələrindən asılı olmayaraq onunla birləşmək və ya öz ölkəsinə 
qayıtmaq üçün imtiyazlara və immunitetlərə malik olan ailə 
üzvlərinə; 
c) müşahidəçi nümayəndə heyətinin başçısını, hər hansı başqa 
müşahidəçi nümayəndənin və ya müşahidəçi nümayəndə heyətinin 
diplomatik heyət üzvünün onu müşayiət edən, onunla birgə  və ya 
ayrılıqda getmələrindən asılı olmayaraq onunla birləşmək və ya öz 
ölkəsinə qayıtmaq üçün imtiyazlara və immunitetlərə malik olan ailə 
üzvlərinə də aid edilir. 
3.Bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilənlərə oxşar 
hallarda üçüncü dövlətlər inzibati-texniki və ya xidmət heyəti 
üzvlərinin və onların ailə üzvlərinin öz ərazisindən keçib getmələrinə 
mane olmurlar. 
4.Üçüncü dövlətlər tranzit qaydasında aparılan rəsmi 
korespondensiyaya və digər rəsmi məlumatlara, o cümlədən 
kodlaşdırılmış  və ya şifrələnmiş depeşalara yerləşmə dövlətinin bu 
Konvensiyaya müvafiq olaraq təqdim etməli olduğu sərbəstliyi və 
müdafiəni təqdim edirlər. Onlar zəruri hallarda viza verilmiş nüma-
yəndəliyin, nümayəndə heyətinin və ya müşahidəçi nümayəndə 
heyətinin kuryerlərinə, nümayəndəliyin, nümayəndə heyətinin və ya 
müşlahidəçi nümayəndə heyətinin tranzit qaydada aparılan poçtuna 
yerləşmə dövlətinin bu Konvensiyaya müvafiq olaraq təqdim etməli 
olduğu toxunulmazlığı və müdafiəni təqdim edirlər. 
5.Üçüncü dövlətlərin bu maddənin 1, 2, 3 və 4-cü bəndlərində 
nəzərdə tutulmuş  vəzifələri həmin bəndlərdə adları  çəkilən, üçüncü 
dövlətin ərazisində olmaları fövqəladə hallarla bağlı olduğu şəxslərə, 
rəsmi məlumatlara və nümayəndəliyin, nümayəndə heyətinin və ya 
müşahidəçi nümayəndə heyətinin poçtuna da aiddir. 
 
Maddə 82 
Dövlətlərin və ya hökumətlərin tanınmaması  
və ya diplomatik və ya konsul münasibətlərinin olmaması 
1.Yerləşmə dövlətinin və göndərən dövlətin bu Konvensiyada 
nəzərdə tutulmuş hüquq və  vəzifələrinə bu dövlətlərdən birinin 
digərini və ya onun hökumətini tanımaqdan imtina etməsi, onların 
arasında diplomatik və ya konsul münasibətlərinin olmaması  və ya 
bu münasibətlərin pozulması təsir göstərmir. 
2.Bu Konvensiyanın icrası ilə  əlaqədar nümayəndəliyin təsis 
edilməsi və ya saxlanması, nümayəndə heyətinin və ya müşahidəçi 
nümayəndə heyətinin göndərilməsi və ya mövcud olması özlüyündə 
istər yerləşmə dövlətinin və ya onun hökumətinin göndərən dövlət 
tərəfindən tanınmasını, istərsə  də göndərən dövlətin və ya onun 
hökumətinin yerləşmə dövləti tərəfindən tanınmasını nəzərdə tutmur. 
 
Maddə 83 
Ayrı-seçkiliyin yolverilməzliyi 
Bu Konvensiyanın müddəaları  tətbiq edilərkən dövlətlər 
arasında ayrı-seçkiliyə yol verilmir. 
 
Maddə 84 
Məsləhətləşmələr 
Əgər bu Konvensiyanın iştirakçıları olan iki və ya bir neçə 
dövlət arasında onun tətbiq və ya təfsir edilməsi ilə  əlaqədar 
mübahisə yaranarsa onlardan hər hansı birinin xahişi ilə onların 
arasında məsləhətləşmələr aparılır. Mübahisə tərəflərindən hər hansı 
birinin xahişi ilə  Təşkilat və ya konfrans məsləhətləşmələrdə  iştirak 
etmək üçün dəvət olunur. 
 
Maddə 85 
Barışıq proseduru 
1. Əgər mübahisə 84-cü maddədə göstərilmiş məsləhətləşmələr 
nəticəsində  həll edilməsə, məsləhətləşmələrin başlandığı andan 
 
368
 
369

etibarən bir ay müddətində məsləhətləşmələrdə iştirak edən istənilən 
dövlət həmin mübahisəni baxılmaq üçün Təşkilata və 
məsləhətləşmələrdə  iştirak edən başqa dövlətlərə yazılı bildiriş 
göndərmək yolu ilə bu maddənin müddəalarına müvafiq olaraq 
yaradılan barışıq komissiyasına verə bilər. 
2. Hər bir barışıq komissiyası üç üzvdən ibarət olur: üzvlərdən 
ikisi müvafiq surətdə mübahisə  tərəflərinin hər biri tərəfindən təyin 
edilir, komissiyanın sədri isə bu maddənin 3-cü bəndinə uyğun olaraq 
təyin edilir. Bu Konvensiyanın iştirakçısı olan hər bir dövlət bu cür 
komissiya üzvü qismində fəaliyyət göstərməli olan şəxsi əvvəlcədən 
təyin edir. Həmin dövlətlər bu təyinat barədə  Təşkilata məlumat 
verir, Təşkilat isə  təyin edilən  şəxslərin siyahısını  tərtib edir. Əgər 
dövlət bu təyinatı  əvvəlcədən etməmişdirsə bunu barışıq 
prosedurunun gedişində komissiya bu maddənin 7-ci bəndinə 
müvafiq olaraq hazırlamalı olduğu məruzəni tərtib etməyə başlayan 
ana qədər həyat keçirə bilər. 
3.Komissiyanın sədri komissiyanın digər iki üzvü tərəfindən 
seçilir.  Əgər bu maddənin 1-ci bəndində adı  çəkilən bildiriş 
göndəriləndən sonra 1 ay müddətində komissiyanın digər iki üzvü 
arasında razılıq  əldə edilməsə  və ya mübahisə  tərəflərindən biri 
komissiya üzvlərindən birini sədr təyin etmək hüququndan istifadə 
etməzsə, tərəflərdən birinin xahişi ilə  sədr Təşkilatın  əsas vəzifəli 
şəxsi tərəfindən təyin edilir. Bu təyinat həmin xahiş daxil olandan 
sonra bir ay müddətində həyata keçirilməlidir. Təşkilatın əsas vəzifəli 
şəxsi komissiyanın sədri qismində istər Təşkilatın  əməkdaşı, istərsə 
də mübahisədə tərəf olan dövlətin vətəndaşı olmamalıdır. 
4.Hər hansı vakansiya ilkin təyinat üçün nəzərdə tutulan 
qaydada doldurulmalıdır. 
5.Komissiya sədrin təyin edildiyi andan etibarən hətta tam 
tərkibdə olmasa belə işə başlayır. 
6.Komissiya öz prosedur qaydalarını səs çoxluğu ilə müəyyən 
edir, öz qərarlarını  və tövsiyələrini səs çoxluğu ilə  qəbul edir. Əgər 
Təşkilat birləşmiş millətlər Təşkilatının nizamnaməsinə müvafiq 
olaraq buna müvəkkil edilmişdirsə komissiya ona tövsiyə edə bilər 
ki, bu Konvensiyanın tətbiq və ya təfsir edilməsinə dair beynəlxalq 
məhkəmənin məsləhət rəyini tələb etsin. 
7.Əgər komissiya sədrin təyin edildiyi andan etibarən iki ay 
müddətində mübahisənin həlli barədə mübahisə  tərəfləri arasında 
razılığa gələ bilməzsə o, mümkün qədər qısa müddətdə öz işi 
barəsində  məruzə hazırlamalı  və onu mübahisə  tərəflərinə 
göndərməlidir. Məruzədə faktlar və hüquq məsələləri barədə 
komissiyanın rəyi, eləcə  də mübahisənin həllinə kömək məqsədilə 
onun tərəflərə etdiyi tövsiyələr olmalıdır. Yuxarıda adı  çəkilən iki 
aylıq müddət komissiyanın qərarına  əsasən artırıla bilər. 
Komissiyanın məruzəsində olan tövsiyələr mübahisə  tərəfləri həmin 
tövsiyələri qəbul etməyincə mübahisə tərəfləri üçün məcburi qüvvəyə 
malik deyildir. Bununla belə, mübahisə  tərəflərinin hər biri 
məruzənin ona aid tövsiyələrini birtərəfli qaydada yerinə yetirəcəyini 
bəyan etmək hüququna malikdir. 
Bu maddənin  əvvəlki bəndlərinin heç bir müddəası bu 
Konvensiyanın tətbiq edilməsi ilə  əlaqədar yaranan mübahisələrin 
həlli üçün hər hansı başqa münasib prosedur müəyyən edilməsinə və 
ya bu Konvensiyanın təfsir edilməsinə  və ya bu mübahisənin həll 
edilməsi məqsədilə Təşkilatda müəyyən edilmiş prosedurun və ya hər 
hansı başqa prosedurun tətbiq edilməsi barədə mübahisə  tərəfləri 
arasında başqa razılaşma əldə edilməsinə mane olmur. 
Bu maddə dövlətlər arasında və ya dövlətlərlə beynəlxalq 
Təşkilatlar arasında qüvvədə olan beynəlxalq sazişlərdə 
mübahisələrin həllinə dair müddəalara xələl gətirmir.  
 
VI hissə. Yekun maddələr 
 
Maddə 86 
İmzalanma 
Bu Konvensiya bütün dövlətlər tərəfindən imzalanmaq üçün 30 
sentyabr 1975-ci ilə  qədər Avstriya Respublikasının Federal Xarici 
İşlər Nazirliyində, sonra isə 30 mart 1976-cı ilə qədər Nyu-Yorkda, 
BMT-nin mərkəzi müəssisələrində açıqdır. 
 
Maddə 87 
Ratifikasiya 
Bu Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya sənədləri 
saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil 
verilir. 
 
Maddə 88 
 
370
 
371

Qoşulma 
Bu Konvensiya istənilən dövlətin ona qoşulması üçün açıqdır. 
Qoşulma haqqında sənədlər saxlanılmaq üçün Birləşmiş Millətlər 
Təşkilatının Baş Katibinə təhvil verilir. 
 
Maddə 89 
Qüvvəyəminmə 
1. Bu Konvensiya sayca otuz beşinci ratifikasiya sənədi və ya 
qoşulma haqqında sayca otuz beşinci sənəd saxlanılmaq üçün təhvil 
veriləndən sonra otuzuncu gündən qüvvəyə minir. 
2. Sayca otuz beşinci ratifikasiya sənədi və ya qoşulma 
haqqında sayca otuz beşinci sənəd saxlanılmaq üçün təhvil 
veriləndən sonra Konvensiyanı ratifikasiya etmiş və ya ona qoşulmuş 
hər bir dövlət üçün Konvensiya həmin dövlət öz ratifikasiya sənədini 
və ya qoşulma haqqında sənədini saxlanılmaq üçün təhvil verəndən 
sonra otuzuncu gündən qüvvəyə minir. 
 
Maddə 90 
Təşkilatlar tərəfindən müddəaların yerinə yetirilməsi 
Bu Konvensiya qüvvəyə mindikdən sonra universal xarakterli 
beynəlxalq Təşkilatın səlahiyyətli orqanı Konvensiyanın müvafiq 
müddəalarının yerinə yetirilməsi barədə qərar qəbul edə bilər. 
Təşkilat bu qərar barədə yerləşmə dövlətinə və Konvensiyanın 
depozitarisinə məlumat verir. 
 
Maddə 91 
Depozitari tərəfindən göndərilən bildirişlər 
1. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu 
Konvensiyanın depozitarisi qismində: 
a) 86, 87 və 88-ci maddələrə müvafiq olaraq Konvensiyanın 
imzalanması və ratifikasiya sənədlərinin və ya qoşulma sənədlərinin 
saxlanmaq üçün təhvil verilməsi faktları haqqında; 
b) 89-cu maddəyə müvafiq olaraq Konvensiyanın qüvvəyə 
minmə tarixi haqqında; 
c) 90-cı maddəyə müvafiq olaraq ona bildirilən hər hansı qərar 
barədə bütün dövlətlərə məlumat verir. 
2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi həmçinin, zəruri 
hallarda, bu Konvensiyaya aidiyyəti olan başqa aktlar, bildirişlər və 
ya məlumatlar barədə bütün dövlətlərə informasiya verir. 
 
 
372
 
373

Maddə 92 
Birləşmiş Millətlər Təşkilatının 
Autentik mətnlər 
imtiyazları və immunitetləri haqqında 
KONVENSİYA

İngilis, ispan, çin, rus və fransız dillərində  mətnləri eyni 
dərəcədə autentik olan bu Konvensiyanın  əsli saxlanılmaq üçün 
Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verilir, o isə bu 
Konvensiyanın təsdiq edilmiş surətlərini bütün dövlətlərə göndərir. 
13 fevral 1946-cı il 
(çıxarış
 
Özlərinin müvafiq hökumətləri tərəfindən bundan ötrü lazımi 
qaydada müvəkkil edilmiş  səlahiyyətli nümayəndələr bunları 
təsdiqləmək üçün bu Konvensiyanı imzaladılar. 
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 104-cü 
maddəsində  Təşkilatın öz Üzvlərindən hər birinin ərazisində öz 
funksiyalarını yerinə yetirməsi və öz məqsədlərinə çatması üçün 
zəruri ola biləcək səlahiyyətlərə malik olması nəzərdə tutulduğundan, 
Min doqquz yüz yetmiş beşinci il mart ayının on dördündə 
Vyanada İCRA EDİLDİ. 
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci 
maddəsində  Təşkilatın öz Üzvlərindən hər birinin ərazisində öz 
funksiyalarını yerinə yetirməsi və öz məqsədlərinə çatması üçün 
zəruri ola biləcək səlahiyyətlərə malik olması, Birləşmiş Millətlər 
Təşkilatının Üzvlərinin nümayəndələrinin və onun vəzifəli 
şəxslərinin də  Təşkilatın fəaliyyəti ilə  əlaqədar öz funksiyalarını 
müstəqil yerinə yetirmələri üçün zəruri imtiyazlara və immunitetlərə 
malik olması nəzərdə tutulduğundan, 
 
 
Yuxarıda  şərh edilənlərlə əlaqədar, Baş Assambleya 13 fevral 
1946-cı ildə  qəbul edilmiş  Qətnaməsində  aşağıdakı Konvensiyanı 
bəyənir və Birləşmiş Millətlər Təşkilatının bütün üzvlərinin bu 
Konvensiyaya qoşulmalarını təklif edir: 
 
Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin