II FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
(FƏXRİ) KONSULUNUN TƏYİN EDİLMƏSİ VƏ ONUN
FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ QAYDALARI
1.5.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz
funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının
qanunvericiliyini, Azərbaycan Respublikasının və qəbul edən
dövlətin iştirak etdiyi beynəlxalq müqavilələri və eləcə də
beynəlxalq adətləri, bu Əsasnaməni rəhbər tutur.
2.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik
nümayəndələrinin və konsulluğunun təklifi ilə həmin dövlətin
müvafiq hakimiyyət orqanlarının razılığı ilə (təyin olunarkən)
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin
edilir və vəzifədən azad edilir.
1.6.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tabe olub
Azərbaycan Respublikasının qəbul edən dövlətdəki
diplomatik nümayəndəliyi və ya konsulluğunun və ya
bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Na-
zirliyinin rəhbərliyi altında fəaliyyət göstərir.
1.7.
Ştatdankənar (fəxri) konsulun dəftərxanasının və
iqamətgahının yeri, onun dərəcəsi və konsulluq dairəsi qəbul
edən dövlətlə razılaşdırılmaqla müəyyənləşdirilir.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
təyin edilməsi və fəaliyyətinə xitam verilməsi ilə bağlı
məsələlərin qəbul edən dövlətlə razılaşdırılması diplomatik
kanallarla həyata keçirilir.
1.8.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
Azərbaycan Respublikasının Dövlət gerbini və Azərbaycan
dilində ştatdankənar (fəxri) konsulun adını əks etdirən
möhürü vardır.
2.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
vəzifəsinə təyin edilərkən tam ad və soyadını, vətəndaşlığını,
konsulluq dərəcəsini, vəzifələrini icra edəcəyi konsulluq
dairəsini, ştatdankənar (fəxri) konsulun olduğu yeri, onun
səlahiyyətlərini təsdiq edən şəhadətnamə alır.
1.9.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
yerləşdiyi binaya Azərbaycan Respublikasının ştatdankənar
(fəxri) konsulunun yerləşdiyi binaya Azərbaycan
Respublikasının Dövlət gerbi həkk olunmuş lövhə vurmaq
hüququ vardır.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
şəhadətnaməsi Azərbaycan Respublikasının Xarici İşlər naziri və
ya onu əvəz edən şəxs tərəfindən imzalanır.
1.10.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
öz iqamətgahı da daxil olmaqla yerləşdiyi binada və eləcə də
öz funksiyalarının icrası ilə bağlı digər hallarda öz nəqliyyat
vasitələrində Azərbaycan Respublikasının Dövlət bayrağını
qaldırmaq hüququ vardır.
2.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu qəbul
edən dövlətin razılığını (ekzekvaturasını) aldıqdan sonra öz
funksiyalarının icrasına başlayır.
Ekzekvaturanın və ya onu əvəz edən sənədin Azərbaycan
Respublikasının ştatdankənar (fəxri) konsuluna verildiyi tarix və
onun öz vəzifəsinə başladığı tarix haqqında Azərbaycan
Respublikasının qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi
və ya konsulluğu, yaxud da bilavasitə ştatdankənar (fəxri) konsul
tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
məlumat verilir.
1.11.
1.19-cu və 1.10-cu bəndlərində göstərilən hüquqlar həyata
keçirilərkən, Azərbaycan Respublikasının və qəbul edən
dövlətin qanunları, digər qaydaları və adətləri nəzərə
alınmalıdır.
1.12.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulları
aşağıdakı dərəcələrə ayrılırlar:
2.4. Əgər Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
hər hansı bir səbəbdən öz funksiyalarını müvəqqəti olaraq yerinə
yetirə bilmirsə, onun vəzifələri qəbul edən dövlətin razılığı ilə
a) ştatdankənar (fəxri) baş konsul;
b) ştatdankənar (fəxri) konsul;
436
437
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu, yaxud da Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi tərəfindən başqa konsulluq darəsində fəaliyyət göstərən
digər Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsuluna
həvalə edilə bilər.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz
konsulluq dairəsində müvəqqəti olmayacağı bütün hallarda bu
barədə əvvəlcədən Azərbaycan Respublikasının diplomatik
nümayəndəliyini və ya konsulluğunu, yaxud da bilavasitə
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini xəbərdar
edir.
2.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz
funksiyalarına aşağıdakı hallarda xitam verir.
a) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və ya
konsulluğunun başçısı, yaxud da Azərbaycan Respublikasının
xarici işlər naziri tərəfindən qəbul edən dövlətin hakimiyyət
orqanlarına ştatdankənar (fəxri) konsulun səlahiyyətlərinə xitam
verilməsi barədə məlumat verildikdə;
b) ekzekvatura ləğv edildikdə;
c) qəbul edən dövlətin müvafiq hakimiyyət orqanları tərəfindən
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya
konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə qəbul edən dövlətin həmin şəxsi artıq
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu kimi
tanımadığı bildirildikdə;
d) Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
funksiyalarına onun Azərbaycan Respublikasının qəbul edən
dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna,
yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə əsaslandırılmış şəkildə göndərdiyi şəxsi vəsatəti
əsasında da xitam verilə bilər.
2.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
vəzifəsinə təyin olunmuş şəxs ona həvalə edilmiş konsulluq
funksiyalarını qüsursuz yerinə yetirəcəyi və əmək haqqı, digər
mükafat tələb etməyəcəyi barədə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə yazılı şəkildə öhdəlik təqdim edir.
2.7. Vəzifəyə təyin edilərkən və ya vəzifədən azad edilərkən
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu gerbli
möhürü, ştampları, kassanı, konsulluq rüsumları markalarını,
arxivi və başqa konsulluq rekvizitini Azərbaycan
Respublikasının qəbul edən dövlətdəki nümayəndəliyindən və ya
konsulluğundan akt əsasında qəbul edir və ya ona təhvil verir.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin və
ya konsulluğunun başçısı, yaxud da Azərbaycan Respublikasının
Xarici İşlər naziri qəbul edən dövlətin hakimiyyət orqanlarına
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
funksiyalarına xitam verilməsini bildirir.
III FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
(FƏXRİ) KONSULU FUNKSİYALARININ
YERİNƏ YETİRİLMƏSİ QAYDALARI
3.1.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
ona həvalə olunmuş funksiyaları şəxsən yerinə yetirir.
3.2.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz
konsulluq funksiyalarının yerinə yetirməsi ilə əlaqədar olaraq
Azərbaycan Respublikasının və xarici ölkələrin konsulluq
dairəsindən kənarda yerləşən idarə və təşkilatları ilə, habelə
bu dairədən göstərdiyi Azərbaycan Respublikası diplomatik
nümayəndəliyinin və ya konsulluğunun vasitəsilə əlaqə
saxlaya bilər. Qəbul edən dövlətdən Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu
olmadığı halda həmin əlaqələr Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla saxlanılır.
3.3.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qüvvədə
olan təlimatlarına uyğun olaraq Azərbaycan Respublikasının
diplomatik nümayəndəliynin və ya konsulluğunun köməyi ilə
kargüzarlığı və konsulluq arxivinin saxlanmasını təşkil edir,
onun mühafizəsini və təhlükəsizliyini təmin edir.
3.4.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunu
qeydiyyat jurnalları, ştampları və s. lazımi konsulluq
rekviziti (ləvazimatları) ilə onun fəaliyyətinə bilavasitə
rəhbərlik edən Azərbaycan Respublikasının qəbul edən
438
439
dövlətdəki diplomatik nümayəndəliyi və ya konsulluğu təmin
edir.
3.5.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
kommersiya və öz peşə fəaldiyyəti ilə məşğul ola bilər.
3.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu ildə
bir dəfədən az olmayaraq öz konsulluq dairəsinin ərazisini
gəzməlidir.
3.7. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
hərəkətləri barədə şikayətlərə Azərbaycan Respublikasının
qəbul edən dövlətdəki diplomatik nümayəndəliyi və ya
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi tabeçilik qaydasında baxır.
IV FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
(FƏXRİ) KONSULUNUN AZƏRBAYCAN
RESPUBLİKASININ HÜQUQİ ŞƏXSLƏRİNƏ VƏ
VƏTƏNDAŞLARINA MÜNASİBƏTİNİN ƏSASLARI
4.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu onun
fəaliyyətinə rəhbərlik edən Azərbaycan Respublikasının qəbul
edən dövlətdəki diplomatik nümayəndəliyinin və ya
konsulluğunun yaxud da Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyinin köməyi ilə Azərbaycan Respublikasının onun
konsulluq dairəsində olan hüquqi şəxslərinə və vətəndaşlarına
qəbul edən dövlətin qanunvericiliyi əsasında verilən,
Azərbaycan Respublikası ilə həmin dövlətin iştirak etdiyi
beynəlxalq müqavilələrdə nəzərdə tutulan, eləcə də beynəlxalq
adətlərdən irəli gələn bütün hüquqlardan onların tam həcmdə
istifadə etmələri üçün tədbirlər görür və həmvətənlərinə lazımi
yardım göstərir.
4.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
konsulluq dairəsində olan Azərbaycan Respublikası hüquqi
şəxslərinin və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa
etmək üçün müvafiq tədbirlər görür.
4.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz
konsulluq dairəsinin ərazisində daimi və müvəqqəti yaşayan
Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparır,
onlara lazımi konsulluq yardımı göstərir.
4.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
konsulluq dairəsinin ərazisində daimi və müvəqqəti yaşayan
Azərbaycan Respublikası vətəndaşlarına qəbul edən dövlətin
qanun və qərarları, adət və ənənələri barədə məlumat verir.
4.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının vətəndaşları və həmvətənlər üçün
mədəni-maarif tədbirlərinin keçirilməsinə yardım edir.
4.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan
Respublikasının vətəndaşları özləri olmadığı və öz işlərinin
aparılmasını digər şəxsə tapşırmadıqda, yaxud başqa səbəblərə
görə öz maraqlarını müdafiə edə bilmədikdə qəbul edən
dövlətin idarələrində onları təmsil etmək hüququ vardır. Bu
təmsilçilik təmsil edilənlər öz vəkillərini təyin edənədək və ya
hüquq və mənafelərinin müdafiəsini öz üzərlərinə götürənədək
davam edir.
V FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
(FƏXRİ) KONSULUNUN AZƏRBAYCAN RESPUBLİKASI
VƏTƏNDAŞLARININ HİMAYƏÇİLİK, QƏYYUMLUQ VƏ
ƏMLAK MƏSƏLƏLƏRİ İLƏ
ƏLAQƏDAR FUNKSİYALARI
5.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla öz konsulluq dairəsində
yaşayan yetkinlik yaşına çatmamış, valideynlərin himayəsindən
məhrum olmuş Azərbaycan Respublikası vətəndaşlarının və
habelə yetkinlik yaşında olan, səhhətinə görə öz hüquqlarını
həyata keçirə bilməyən və öz vəzifələrini yerinə yetirə bilməyən
Azərbaycan Respublikası vətəndaşlarının himayəçiliyə və
qəyyumluğa götürülməsi üçün tədbirlər görür.
440
441
5.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının vətəndaşı öldükdə bu barədə təxirə
salınmadan Azərbaycan Respublikasının qəbul edən dövlətdaxili
diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da
bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
məlumat verir və onunla razılaşdırılmaqla Azərbaycan
Respublikası vətəndaşının ölümündən sonra qalmış əmlakının
mühafizəsi üçün və ya əgər qalmış əmlak tamamilə, yaxud
qismən xarab olmağa başlamışsa, yaxud da saxlanması çox baha
başa gəlirsə, onun satılması üçün tədbirlər görür. Satışdan əldə
edilmiş pul aidiyyəti üzrə göndərilməlidir.
5.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra saxlamaq üçün
Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan pulu,
qiymətli əşyaları, qiymətli kağızları və sənədləri qəbul edə bilər.
5.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının dövlətinə, hüquqi şəxslərinə və
vətəndaşlarına hədiyyə olunan pulun, qiymətli əşyaların və
əmlakın keçirilməsini rəsmiləşdirməkdə xarici ölkələrin
vətəndaşlarına və təşkilatlarına yardım edə bilər.
VI FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ İTKİN DÜŞMÜŞ,
TUTULUB SAXLANILAN, HƏBSDƏ OLAN, BAŞQA
ŞƏKİLDƏ AZADLIQDAN MƏHRUM EDİLƏN VƏ YA
CƏZA ÇƏKƏN VƏTƏNDAŞLARI İLƏ ƏLAQƏDAR
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
(FƏXRİ) KONSULUNUN FUNKSİYALARI
6.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu onun
konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan itkin
düşmüş Azərbaycan Respublikası vətəndaşının axtarışına yardım
edilməsi üçün qəbul edən dövlətin səlahiyyətli hakimiyyət
orqanlarına müraciət edə bilər.
6.2. Azərbaycan Respublikasının vətəndaşı tutulub saxlanıldıqda,
həbs olunduqda və ya başqa formada azadlıqdan məhrum
edildikdə Azərbaycan Respublikasının ştatdankənar (fəxri)
konsulu bu barədə Azərbaycan Respublikasının qəbul edən
dövlətdəki diplomatik nümayəndəliyinə və konsulluğuna, yaxud
da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
dərhal məlumat verir və onların göstərişlərinə uyğun olaraq
hərəkət edir.
6.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla həbsdə olan və ya
şübhəli şəxs kimi tutulub saxlanılan, yaxud Azərbaycan
Respublikası vətəndaşının azadlığını məhdudlaşdıran başqa
tədbirlərə məruz qalan, yaxud da azadlıqdan məhrum edilməklə
cəza çəkən, habelə başqa inzibati və ya məhkəmə tədbirlərinə
məruz qalan Azərbaycan Respublikasının vətəndaşı barəsində
yerləşdiyi dövlətin qanunlarına və Azərbaycan Respublikası ilə
həmin dövlət arasındakı müqavilələrə əməl olunmasına nəzarət
edir.
Qanun pozuntusu müəyyən edildikdə o, bu barədə Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyinə
və ya
konsulluğuna, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə dərhal məlumat verir.
VII FƏSİL
AZƏRBAYACAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
(FƏXRİ) KONSULUNUN PASPORT-VİZA SƏNƏDLƏRİ,
SƏNƏDLƏRİN TƏLƏB EDİLMƏSİ VƏ NOTARİAT
MƏSƏLƏLƏRİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI
7.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu ilə razılaşdırmaqla Azərbaycan Respublikasının
vətəndaşlarınn pasportlarının vaxtını artıra və bu pasportlarda
dəyişikliklər edə bilər.
7.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasından sənədlərin tələb edilməsi üçün
ərizələri və vəsatətləri qəbul edib onları baxılmaq üçün
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və
442
443
ya konsulluğuna, yaxud da bilavasitə Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə göndərir, onların
tapşırığı ilə Azərbaycan Respublikasında yerləşən təşkilatların
və fiziki şəxslərin vəsatəti əsasında məhəlli xarakterli
sənədlərin tələb edilməsi ilə bağlı məsələlərlə məşğul olur.
7.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı notariat
əməliyyatlarını həyata keçirə bilər.
a) vəsiyyətnamələrin təsdiqi;
b) miras qalmış əmlakın qorunması üçün tədbirlərin görülməsi;
c) sənədlərin surətlərinin və onlardan çıxarışların düzgünlüyünün
təsdiq edilməsi;
ç) sənəddəki imzanın həqiqiliyinin təsdiq edilməsi;
d) bir dildən başqa dilə olunmuş tərcümənin düzgünlüyünün təsdiq
edilməsi;
f) vətəndaşın sağ olması faktının və ya vətəndaşın müəyyən yerdə
olmasının təsdiq edilməsi;
e) sənədlərin təqdim edilmə vaxtının təsdiq edilməsi;
ə) dəniz protestlərinin verilməsi.
7.4. Notariat əməliyyatları Azərbaycan Respublikasının ştatdankənar
(fəxri) konsulunun dəftərxanasında yerinə yetirilir. Lazımi
hallarda bu işlər dəftərxanadan kənarda da görülə bilər.
7.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
apardığı notariat əməliyyatlarının sirrini saxlamalıdır.
7.6. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
notariat əməliyyatlarını yerinə yetirərkən «Notariat haqqında»
Azərbaycan Respublikasının Qanununu, Azərbaycan
Respublikasının digər normativ-hüquqi aktlarını, habelə bu
Əsasnaməni rəhbər tutur.
7.7. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
tərəfindən görülmüş notariat əməliyyatları haqqında arayışlar
və sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinə
əsasən verilir.
7.8. Notariat qaydasında təsdiq edilən ərizələr və digər sənədlər
ştatdankənar (fəxri) konsulun yanında imzalanır. Əgər ərizə və
ya digər sənəd Azərbaycan Respublikasının ştatdankənar
(fəxri) konsulunun yanında imzalanmayıbsa, imza edən,
imzanın ona məxsus olduğunu şəxsən təsdiq etməlidir.
Notariat əməliyyatlarını aparan Azərbaycan Respublikasının
ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikası
vətəndaşlarının, hüquq və vəzifələrini onlara izah etməli,
aparılan notariat əməliyyatlarının nəticələri haqqında
xəbərdarlıq etməlidir ki, hüquqi məlumatsızlıqdan və bu kimi
başqa hallardan onların zərərinə istifadə olunmasın.
7.9. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz
adına və öz adından, arvadının (ərinin) adını və ya arvadının
(ərinin) adından, qohumlarının adını və ya qohumlarının
adından notariat əməliyyatları görə bilməz.
7.10. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan,
məzmun etibarilə Azərbaycan Respublikasının mənafeyinə və
onun vətəndaşlarının şərəf və ləyaqətinə xələl gətirə bilən
notariat əməliyyatlarını aparmaqdan imtina edir.
Notariat əməliyyatlarının aparılmasından imtina edilməsi
səbəbləri haqqında əlaqədar şəxslərə onların xahişi ilə məlumat
verilir və bu barədə şikayət verilməsi qaydaları izah edilir.
7.11. Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikası
vətəndaşlarının xeyrinə vərəsəlik açıldığı Azərbaycan
Respublikasının ştatdankənar (fəxri) konsuluna məlum olarsa,
o, bu vərəsəliyə dair və ehtimal olunan vərəsələr haqqında ona
bəlli olan bütün məlumatı dərhal Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da
bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
göndərir.
7.12. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun
notariat və digər kargüzarlığı Azərbaycan dilində (və ya
beynəlxalq münasibətlərdə ümumiliklə qəbul edilmiş dildə) və
ya qəbul edən dövlətin dilində aparılır.
VIII FƏSİL
KONSULLUQ RÜSUMLARI VƏ KONSULLUQ
FUNKSİYALARININ YERİNƏ YETİRİLMƏSİ İLƏ
BAĞLI FAKTİKİ XƏRCLƏRİN ÖDƏNİLMƏSİ
444
445
8.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
görülən konsulluq əməliyyatları müqabilində Azərbaycan Res-
publikasının konsulluq rüsumları tərəfinə uyğun olaraq yerləşdiyi
dövlətin valyutası ilə konsulluq rüsumu tutur.
9.1. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu, yaxud da bilavasitə Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə qarşılıqlı əlaqədə qəbul edən dövlətin
müvafiq hava və dəniz limanlarında, ərazi və daxili sularında
və ya öz konsulluq dairəsinin hüdudlarındakı digər
məntəqələrdə qəbul edən dövlətin qanunvericiliyinə və
Azərbaycan Respublikası ilə qəbul edən dövlətin iştirak etdiyi
beynəlxalq müqavilələrə, yerli adətlərə uyğun olaraq,
Azərbaycan Respublikasının dəniz və hava gəmilərinə kömək
və konsulluq yardımı göstərir, onlara tam həcmdə hüquq və
immunitetlər verilməsinə nəzarət edir.
Konsulluq rüsumları Azərbaycan Respublikasının büdcəsinə
keçirilir.
8.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
konsulluğu ilə razılaşdırmaqla özünün yerinə yetirdiyi konsulluq
əməliyyatlarının aparılması ilə bağlı faktiki xərclərin ödənilməsi
üçün haqq almalıdır. Alınan pul vəsaiti ştatdankənar (fəxri)
konsulun sərəncamına daxil olur.
8.3. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu olduğu
konsulluq rüsumları barədə tabe olduğu diplomatik
nümayəndəliyə və ya konsulluğa, yaxud da bilavasitə
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hesabat
verir.
9.2. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
məntəqənin sanitariya vəziyyəti, limanın və hava limanının
qaydaları, gəmi komandiri, kapitanı və ya heyət üzvləri
tərəfindən icrası məcburi sayılan liman qaydaları, yerli
qanunlar və adətlər haqqında, habelə gəmi kapitanına və ya
komandirinə yerli hakimiyyət orqanları ilə əlaqəyə girmək
üçün zəruri olan məlumat verir.
8.4. Ərizələrində göstərilən səbəblər üzürlü sayılarsa, Azərbaycan
Respublikasının ştatdankənar (fəxri) konsuluna ayrı-ayrı
şəxslərdən konsulluq rüsumlarının azaldılması və ya heç
tutulmaması hüququ verilir.
9.3. O, Azərbaycan Respublikasından gələn Azərbaycan
Respublikası gəmisinə baş çəkə, zəruri olduqda isə qəbul edən
dövlətin vəzifəli şəxslərinin yanına gedərkən gəmi kapitanını
(komandirləri) müşayiət edə bilər.
8.5. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
aşağıdakı hallarda konsulluq rüsumu tutmur:
a) konsulluq rüsumlarının qarşılıqlı surətdə tutulması haqqında
Azərbaycan Respublikası ilə qəbul edən dövlətin iştirak etdiyi
beynəlxalq müqavilə olduqda;
9.4. Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının gəmi kapitanlarına və
komandirlərinə Azərbaycan Respublikasının müvafiq
diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə əlaqə
yaradılmasına yardım edir. O, dəniz və ya hava gəmilərinin
qəbul edən dövlətin dəniz və ya hava limanlarına gəldiyini
kapitanın, yaxud komandirin ona bildirməsinə nəzarət edir və
bu barədə Azərbaycan Respublikasının qəbul edən dövlətdəki
diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud da
bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
məlumat verir.
b) Azərbaycan Respublikasının vətəndaşlarının vətənə qaytarılmasına
aid işlərdə;
c) vətəndaşların əmək stajına, sosial təminatına, aliment işlərinə aid
sənədlər leqallaşdırıldıqda və ya tələb edildikdə və Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda.
Dostları ilə paylaş: |