3.1.3. Qanunverici orqan.
Ali qanunverici orqan tərəfindən xarici əlaqələr sahəsində
müəyyən funksiyaların həyata keçirilməsinin kökləri hələ qədim
quldarlıq dövlətlərinin praktikasına dəlalət edir
3
. Belə ki, qədim
Romada müharibə və sülh məsələlərinin həlli, xarici dövlətlərlə
danışıqlar aparılması, xarici dövlətlərə diplomatik missiyaların və
səfirlərin göndərilməsi və s. məsələlər senatın funksiyalarına aid idi.
Orta əsrlər dövründə respublika idarə forması olan dövlətlərdə də
xarici əlaqələrin əsas məsələləri qanunverici orqanın funksiyalarına
aid idi.
Hal-hazırda da parlamentlər
əksər dövlətlərin
konstitusiyalarına uyğun olaraq xarici siyasətə ümumi rəhbərliyi
həyata keçirir
4
. Baxmayaraq ki, nə beynəlxalq hüquq, nə də
87
1
Зорин В.А. Основы дипломатической службы. М.: Международ-
ные отношения 1977, с. 84
2
Блищенко И.П. Дипломатическое право 2-е издание. М.: Высшая
школа, 1990, с. 28
3
Зорин В.А. Основы дипломатической службы. М.: Международ-
ные отношения, 1977, с. 80
4
Курс международного права в семи томах. Том 7. Основные принци-
пы международного права. Г.В.Игнатенко, В.Н.Караташкин, Б.М.Климен-
ко и др. М.: Наука, 1989, 240 с. Том 3. Основные институты международ-
ного права. М.: Наука, 1990, с. 99
86
beynəlxalq praktika parlamentin xarici əlaqə orqanı statusunu tanıyır.
Konstitusiya hüququnda da bu, müəyyən olunmamışdır. ABŞ-ın
Prezidenti və dövlət katibi dəfələrlə digər hökumətlərə müraciət
edərək izah etmişlər ki, Konqres üzvləri nə fərdi çıxışlarında, nə də
birgə bəyanatlarında ABŞ-ın xarici siyasət mövqeyini əks etdirmir və
bu cür sənədlər hüquqi əhəmiyyətə malik deyil.
Lakin bütün bu deyilənlər parlamentlərin xarici siyasətin müəy-
yən olunması və həyata keçirilməsindəki rolunu azaltmır. Məlumdur ki,
icra hakimiyyəti qanunverici hakimiyyətin siyasi, mənəvi və maddi
dəstəyinə hər zaman ehtiyac duyur. Burada Blişenkonun fikri ilə
razılaşmaq olar ki, parlamentin dövlət mexanizmindəki yeri onun xarici
əlaqə orqanı kimi tanınmasını tələb edir
1
.
Lakin müxtəlif dövlətlərdə parlamentlərin xarici əlaqələrdə
faktiki rolu eyni deyildir. Bir sıra dövlətlərdə parlamentlər xarici
əlaqələr sahəsində geniş səlahiyyətlərə malik olsalar da, digərlərində
bu orqanların xarici əlaqələrdə rolu formal xarakter daşıyır.
İstənilən halda xarici siyasətin formalaşması və həyata
keçirilməsində parlamentin rolu onun dövlət hakimiyyəti orqanları
sistemindəki yeri ilə müəyyən olunur.
Azərbaycan Respublikasının Milli Məclisinin timsalında ali
qanunverici orqanın xarici əlaqələr sahəsində fəaliyyətini nəzərdən
keçirək.
Azərbaycan Respublikasının parlamenti – Milli Məclis Azər-
baycanın xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir. Onun
səlahiyyətləri ilk öncə Azərbaycan Respublikasının Konstitusiyası ilə
müəyyən olunur.
Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
məsələləri Azərbaycan Respublikası Milli Məclisinin Daxili
Nizamnaməsi (1996-cı il 17 may tarixində Azərbaycan
Respublikasının qanunu ilə təsdiq edilmişdir) ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan
Respublikası Milli Məclisinin xarici əlaqələr sahəsindəki
səlahiyyətləri aşağıdakı qaydada təsbit olunmuşdur. Konstitusiyanın
95-ci maddəsi "Azərbaycan Respublikasının Milli Məclisinin həll
etdiyi məsələlər" adlanır. Bu məsələlər sırasında xarici əlaqələr
sahəsində bir sıra geniş səlahiyyətlər də mövcuddur. Belə ki, Milli
Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə
Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edil-
məsi məsələsini həll edir (maddə 9 bənd 2), dövlətlərarası
müqavilələrin təsdiq və ləğv edilməsi məsələsini həll edir (bənd 4);
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının hərbi doktrinasını təsdiq edir (bənd 7);
Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə
elan edilməsinə və sülh bağlanmasına razılıq verir (bənd 17).
Bununla yanaşı, Azərbaycan Respublikasının Milli Məclisi
Konstitusiyanın 94-cü maddəsinə uyğun olaraq aşağıdakı məsələlərə
dair ümumi qaydalar müəyyən edir; ərazi quruluşu, dövlət sərhədi
rejimi (bənd 21); beynəlxalq müqavilələrin təsdiqi və ləğvi (bənd 22).
95-ci maddənin 2-ci bəndində göstərilən səlahiyyətlərin icrası
məqsədilə yeni konstitusiya qəbul edilənədək Milli Məclis tərəfindən
qərarlar qəbul edilirdi. Milli Məclisin qərarı ilə Azərbaycan
Respublikasının Amerika Birləşmiş Ştatlarında (1922-ci il 23
sentyabr), Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığında (1992-ci il 23 sentyabr), Azərbaycan
Respublikasının Fransa Respublikasında (1992-ci il 23 sentyabr);
Azərbaycan Respublikasının Ukraynada (1992-ci il 28 oktyabr) və
digər ölkələrdə səfirliyi açılmışdır.
1995-ci ildən
Azərbaycan Respublikasının səfirlikləri
Qazaxıstanda (1997-ci il 11 aprel), Özbəkistanda (1996-cı il 14 iyun),
Türkmənistanda (1997-ci il 11 aprel), Koreya Respublikasında
(2005-ci il 20 sentyabr), Litva Respublikasında (2006- cı il 2 okt-
yabr), Qırğız Respublikasında (2006-cı il 2 0ktyabr) və s. Azərbaycan
Respublikasının qanunları ilə təsis olunmuşdur.
Dövlətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi Milli
Məclisin ən mühüm fəaliyyət sahələrindən biridir. Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və
ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikası
Qanununun 8-ci maddəsi Milli Məclis tərəfindən ratifikasiya edilməli
olan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə aşa-
ğıdakıları aid edir:
1)
dostluq, əməkdaşlıq və qarşılıqlı yardım (həmrəylik) haq-
qında dövlətlərarası münasibətlərin prinsiplərini müəyyən edən
müqavilələr;
1
Блищенко И.П. Дипломатическое право 2-е издание. М.: Высшая
школа, 1990, с. 18
88
89
2)
sülh müqavilələri;
3)
ərazilərin bölünməsi, özgəninkiləşdirilməsi və sərhədlərin
dəqiqləşdirilməsi məsələsi istisna olmaqla, ərazi və sərhəd məsələləri
barəsində Azərbaycan Respublikasının başqa dövlətlərlə mü-
qavilələri;
4)
müdafiə xarakterli və hərbi əməkdaşlığa dair müqavilələr;
5)
hüquqi yardım haqqında müqavilələr;
6)
Azərbaycan Respublikasının universal və regional xarakter
daşıyan beynəlxalq təşkilatlara daxil olması haqqında müqavilələr və
s.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müxtəlif
müqavilə və sazişlər təsdiq edilir. Konstitusiyanın 118-ci maddəsinin
ikinci hissəsinə uyğun olaraq həmin sənədlər təsdiq edildikdən sonra
Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz
tərkib hissəsini təşkil edir.
Azərbaycan Respublikasının beynəlxalq konvensiyalara qo-
şulması – həm beynəlxalq hüquq nöqteyi-nəzərindən, həm də milli
hüquq sistemi üçün pozitiv faktdır. Lakin bu məsələ eyni zamanda
ölçülü yanaşma tələb edir. Buna görə də Azərbaycan Respublikasının
hər hansı bir beynəlxalq müqaviləni ratifikasiya etməsi və ya ona
qoşulması məsələsini müzakirə edən zaman parlamentin bu məsələyə
ekspertləri, mütəxəssisləri, beynəlxalq hüquqşünasları cəlb etməsi,
fikrimizcə, daha səmərəli nəticələr verərdi. Belə ki, beynəlxalq
müqavilə mühüm hüquqi akt olmaqla yanaşı, eyni zamanda onu
qəbul edən dövlətin müəyyən öhdəliklərini və məsuliyyətini yaradan
sənəddir.
Adıçəkilən qanunun 22-ci maddəsinə əsasən, Milli Məclis,
həmçinin Azərbaycan Respublikasının adından bağlanmış və
ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrini Azərbaycan Respublikası Prezidentinin təklifinə
əsasən ləğv edir. Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları
haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə
əsasən ləğv edilən Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin ləğvi haqqında təkliflərə Milli Məclisin müvafiq
daimi komissiyaları qabaqcadan baxıb rəy verir (maddə 23).
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Res-
publikasının hərbi doktrinasını
təsdiq edir. Azərbaycan
Respublikasının hərbi doktrinası Azərbaycan dövlətinin mənafeyinin
və təhlükəsizliyinin təmin edilməsi prinsiplərini və üsullarını özündə
əks etdirən, ölkənin xarici siyasətinin formalaşmasında mühüm rol
oynayan, siyasi və hüquqi əhəmiyyəti ilə digər normativ hüquqi
aktlar sırasında xüsusi yerə malik olan sənəddir. Bu sənədin işlənib
hazırlanmasında başlıca rol icra hakimiyyətinə mənsubdur. Dövlət
təhlükəsizliyinin təmin olunmasında əsas ağırlıq məhz icra
hakimiyyəti strukturlarının üzərinə düşür. Bununla belə, 95-ci mad-
dədəki səlahiyyətlər qanunverici orqana icra hakimiyyətinə nəzarət
imkanı verir. Milli Məclisin həll etdiyi məsələlər elə qurulub ki, bunlar
icra hakimiyyəti başçısının çoxşaxəli fəaliyyətinin müxtəlif sferalarına
müəyyən dərəcədə nəzarət etməyə imkan verir
91
1
.
95-ci maddənin 17-ci bəndinə uyğun olaraq qanunverici
hakimiyyət icra hakimiyyəti ilə birgə müharibə elan etmək və sülh
bağlamaq hüququna malikdir. Şübhəsiz ki, bu səlahiyyətin həyata
keçirilməsi beynəlxalq hüquqa uyğun olmalıdır.
Bütövlükdə parlamentin xarici siyasətə qanunverici təsir
örnəkləri bununla bitmir. Buna misal olaraq Milli Məclisin qəbul
etdiyi bu və ya digər dərəcədə xarici siyasətlə əlaqəli olan çoxsaylı
qanunları göstərmək olar. Məsələn, qeyd etdiyimiz Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və
ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının
Qanununda xarici əlaqələr sahəsində göstərilən mühüm funksiyaların
həyata keçirilməsi ilə bağlı prezidentin, Nazirlər Kabinetinin, Xarici
İşlər Nazirliyinin bir sıra əsas səlahiyyətləri müəyyən olunmuşdur.
Yeri gəlmişkən onu da qeyd edək ki, xarici siyasətin qanunverici
əsaslarının müəyyən olunması ilə bağlı Milli Məclisin qarşısında
görülməli olan bir çox işlər vardır. Artıq qeyd etdiyimiz kimi, diplomatik
fəaliyyətin təşkili və həyata keçirilməsi ilə əlaqəli respublikamızın
qanunvericilik sistemində bir sıra boşluqlar mövcuddur.
Bütövlükdə xarici siyasətə gəldikdə isə, burada İ.İ.Lukaşukun
fikri ilə də razılaşmaq lazımdır ki, xarici siyasətin tamamilə
tənzimlənməsi daha çox onun imkanlarının məhdudlaşdırılmasına gətirib
çıxarır
2
. Buna görə də xarici siyasətin formalaşması və həyata
1
Əsgərov Z. Konstitusiya hüququ. Bakı, Bakı Universiteti nəşriyyatı.
2002, s. 342
2
Лукашук И.И. Внешняя политика: президент и парламент // Госу-
90
keçirilməsi haqqında ümumi qanunun qəbul edilməsi qeyri – mümkün-
dür. Uyğun mexanizm konstitusiya ilə artıq müəyyən olunmuşdur.
mütəmadi olaraq iştirak edərək Azərbaycan həqiqətlərini bütün
dünyaya çatdırmaqdadır.
Bütün bu deyilənlərlə yanaşı, müasir dövrümüzdə
parlamentlərin xarici əlaqələrdə birbaşa iştirak formaları da geniş ya-
yılmışdır. Buna digər dövlətlərə, beynəlxalq təşkilatlara göndərilən
parlament nümayəndə heyətləri, ayrı-ayrı parlamentlərin xaricə
səfərləri və görüşləri parlaq misaldır. Parlamentlər digər dövlətlərin
parlamentlərinə müraciətlə çıxış edir, xarici siyasət məsələləri ilə
əlaqədar bəyanatlar qəbul edir, xarici məsələlər üzrə daimi
komissiyalar yaradır.
Bundan əlavə, Milli Məclisin AŞ PA ilə əməkdaşlıq
çərçivəsində bir sıra mühüm tədbirlər keçirilmişdir. 1997-ci il iyulun
10-11-də Bakıda ASPR ilə Azərbaycan Respublikası Milli Məclisinin
birgə hazırladığı "Müasir cəmiyyətdə yerli demokratiya"
mövzusunda beynəlxalq elmi seminar təşkil olunmuşdur.
Azərbaycan parlamentinin Avropa İttifaqı ilə də əlaqələri
səmərəli olmuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəf-
daşlıq və Əməkdaşlıq Sazişi 1996-cı il aprelin 22-də imzalanmış,
1999-cu ilin iyununda Lüksemburq sammitində qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin həmin sahədə
fəaliyyəti barədə ümummilli liderimiz Heydər Əliyev öz fikirlərini
belə açıqlamışdır: "Milli Məclis Azərbaycan dövlətinin xarici
siyasətinin həyata keçirilməsində də parlamentlərarası əlaqələr
vasitəsilə, başqa vasitələrlə bizim ümumi işimizə öz payını
vermişdir"
1
.
2004-cü il iyulun 7-də Avropa İttifaqının genişlənmə üzrə
komissarı vəzifəsini icra edən Yaneş Potoçninin başçılıq etdiyi
nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Milli Məclisdə görüş
zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və
əməkdaşlıqdan da danışılmış, ikitərəfli münasibətlərin dərinləşməsi,
Azərbaycanın Avropaya inteqrasiyası, demokratiya və iqtisadi tərəqqi
yolunda əldə edilmiş nailiyyətlərdən söz açılmışdır
1
. Azərbaycan
Respublikası Milli Məclisinin sıx əməkdaşlıq etdiyi beynəlxalq
qurumlardan biri də MDB dövlətlərinin Parlamentlərarası
Assambleyasıdır. Bu qurum çərçivəsində MDB ölkələri qanunlarının
uzlaşdırılmasına kömək üçün qəbul olunan model qanunların
hazırlanmasında Azərbaycan parlamentinin nümayəndələri fəal
iştirak edir.
Azərbaycan Respublikasının Milli Məclisində dünyanın 60-
dan çox ölkəsinin parlamenti ilə əlaqələr üzrə qrupları yaradılmışdır.
Milli Məclisin nümayəndə heyətləri tez-tez xarici ölkələrdə səfərlərdə
olur, Milli Məclisdə isə xaricdən gələn siyasi və dövlət xadimləri,
parlament üzvləri ilə görüşlər təşkil edilir
2
.
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq
təşkilatlardakı fəaliyyəti bu baxımdan daha diqqətəlayiqdir.
Milli Məclis Azərbaycan Respublikasının Avropa Şurası ilə
əlaqələrinin dərinləşməsinə öz layiqli töhfəsini vermişdir. Dövlət
başçısı Heydər Əliyevin 1996-cı il 8 iyul tarixli sərəncamına əsasən
respublikanın qanunvericilik orqanı ilə Avropa Şurasının Parlament
Assambleyası arasında əməkdaşlığa dair müvafiq proqram sənədi
işlənib hazırlanmışdır. 1996-cı ilin sentyabrında AŞ Parlament
Assambleyasının tədbirlərində iştirak etmək üçün Milli Məclisin
deputatlarından ibarət nümayəndə heyəti yaradılmışdır. Nümayəndə
heyəti Avropa Şurası Parlament Assambleyasının tədbirlərində
93
Azərbaycan parlamenti, həmçinin Qara dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatının Parlament Məclisi ilə də yaxından
əməkdaşlıq edir. 2001-ci il iyunun 19-21 də Qara dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatının ən yüksək forumu ikinci dəfə Bakı
şəhərində keçirildi. Bunu yüksək dəyərləndirən Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev forum iştirakçılarına
müraciətində demişdi: "İri beynəlxalq qurum olan Qara dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi bölgə dövlətləri
arasındakı münasibətlərin genişlənməsinə təkan verir və
ölkələrimizin parlamentlərarası dialoquna geniş perspektivlər açır".
дарство и право, 1996, №7, с. 141
1
Əsgərov M. Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq
təşkilatlarda fəaliyyəti. Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar.
Azərbaycan Respublikasının Milli Məclisi. Bakı, 2004, s. 6
1
Əsgərov M. Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq
təşkilatlarda fəaliyyəti. Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar.
Azərbaycan Respublikasının Milli Məclisi. Bakı: 2004, s. 18
2
Yenə orda. s. 7
92
Ölkəmizin hərbi-siyasi təhlükəsizliyinə
təminatı
gücləndirməyin vacibliyi baxımından NATO ilə əməkdaşlıq xarici
siyasətimizin əsas hədəflərindən birinə çevrilmişdir. 1994-cü ildə
ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın NATO-nun "Sülh
naminə tərəfdaşlıq" Proqramına qoşulması üçün NATO-nun çərçivə
sazişini imzaladı və beləliklə, Azərbaycan - NATO əlaqələrinin
bünövrəsi quruldu. 1999-cu ildən NATO-nun Parlament
Assambleyasında müşahidəçi statusu alan Azərbaycan bu təşkilatda
Milli Məclisin sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə
təmsil olunur. Həmin ildən etibarən Azərbaycan parlamentinin
nümayəndə heyətləri təşkilatın bütün tədbirlərində, sessiyalarında,
Rouz-Rout seminarlarında fəal iştirak etmiş, 2002-ci ilin noyabr
ayında keçirilmiş NATO Parlament Assambleyasının illik sessiyası
zamanı assambleyanın daimi komitəsinin iclasında Azərbaycan
Respublikasına bu təşkilatda assosiativ üzv statusunun verilməsi
barədə qərar qəbul edilmişdir.
Xarici əlaqələr sahəsində fəaliyyətin həyata keçirilməsini
yüngülləşdirmək məqsədilə Milli Məclisin beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr daimi komissiyası fəaliyyət göstərir. Bu
komissiya ona aid edilmiş məsələlərlə bağlı qanun layihələri
hazırlayır və başqa səlahiyyətləri həyata keçirir.
Bütün bu deyilənləri ümumiləşdirərək xarici əlaqələr sahəsində
ali qanunverici orqanın fəaliyyətinin 5 əsas istiqamətini müəyyən
etmək olar. Birincisi – Azərbaycan Respublikasının xarici siyasətinin
əsas istiqamətinin müəyyən olunması; ikincisi – xarici siyasət və
diplomatiya sahəsində parlamentin qanunvericilik fəaliyyəti;
üçüncüsü – ikitərəfli və çoxtərəfli beynəlxalq konvensiya və
müqavilələrin Milli Məclis tərəfindən ratifikasiya və denonsasiyası;
dördüncüsü – xarici əlaqələr sahəsində Azərbaycan Respublikasının
konvensiya və müqavilələrinin həyata keçirilməsi üzərində nəzarət;
beşincisi – beynəlxalq parlament təşkilatları ilə və xarici dövlətlərin
parlamentləri ilə əlaqələrin yaradılması və inkişafı.
Azərbaycan Respublikasının Milli Məclisi ilə İslam Konfransı
Təşkilatının Parlament Məclisi arasındakı əlaqələr də xüsusi
əhəmiyyət kəsb edir.
3.2. Xüsusi orqanlar
Adı çəkilən beynəlxalq parlament təşkilatları ilə əlaqələrin
analizi göstərir ki, Milli Məclis digər mühüm məsələlərlə yanaşı, xarici
əlaqələrin həyata keçirilməsində, həmçinin birbaşa iştirak edir.
3.2.1. Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi dövlətin diplomatik fəaliyyətini birbaşa
və gündəlik həyata keçirən, həmin dövlətin əlaqələrini birbaşa təşkil
edən və əlaqələndirən dövlət hakimiyyətinin mərkəzi aparatıdır.
Azərbaycan Respublikası Milli Məclisi ilə xarici ölkələrin
qanunverici orqanları arasında əməkdaşlıq haqqında sazişləri də
xüsusi qeyd etmək istərdik. Azərbaycan Respublikasının Milli Məc-
lisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq
haqqında, Azərbaycan Respublikasının Milli Məclisi ilə Ukraynanın
Ali Radası arasında əməkdaşlıq haqqında və s. bu kimi sazişlər də
parlamentin xarici əlaqələr sahəsində fəaliyyətinə bariz misaldır. Belə
sazişlərin imzalanmasında məqsəd parlamentlərarası əməkdaşlığın
müxtəlif formalarının inkişaf etdirilməsidir.
Xarici işlər idarəsi dünyanın bütün ölkələrində xarici əlaqələrin
aparılması üçün xüsusi olaraq yaradılmış və hökmətin nəzarəti
altında olan orqandır. Dünya ölkələrinin əksəriyyətində bu idarələr
Xarici İşlər Nazirliyi adlanır. Lakin bununla yanaşı, başqa adlara da
rast gəlinir. Məsələn, ABŞ-da Dövlət Departamenti, İngiltərədə Forin
Offis, Fransada Xarici Əlaqələr Nazirliyi, Liviiyada Xarici Əlaqələr
üzrə Milli Büro və s. adlanır. Onların funksiyaları, demək olar ki,
bütün dünya ölkələrində eynidir, baxmayaraq ki, onların realizəsinin
hər bir dövlətin konstitusiyasına müvafiq olaraq öz xüsusiyyətləri
vardır
1
.
Rusiya Federasiyasının Federal Məclisiylə imzalanmış saziş
əsasında Milli Məclis və Federal Məclisin əməkdaşlığı üzrə daimi
Parlamentlərarası Komissiya təsis edilmişdir (maddə 4)
1
.
95
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edənə qədər
1
Azərbaycan-Rusiya. Россия-Азербайджан. 1992-2002, sənədlər toplusu,
сборник документов. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi,
Rusiya Federasiyasının Bakıdakı səfirliyi, Cümə, QTSJ, 2002, s. 565
1
Танин О. Внешнеполитические органы государств // Международ-
ная жизнь, №2, М.: Общ-во Знание, 1986.
94
onun Xarici İşlər Nazirliyinin işi əsasən üç istiqamətdə qurulmuşdur.
Belə ki, Azərbaycan SSR-in Xarici İşlər Nazirliyinin təşkilati
strukturu haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 15
sentyabr tarixli 323 nömrəli qərarına əsasən nazirliyin strukturu
aşağıdakı şəkildə müəyyən olunmuşdur. Konsul şöbəsi, protokol
şöbəsi, informasiya və məlumat şöbəsi.
4)
Azərbaycan Respublikasının suverenliyinin,
təhlükəsizliyinin,
ərazi bütövlüyünün və
sərhədlərinin
toxunulmazlığının, onun siyasi, iqtisadi və digər maraqlarının
diplomatik üsul və vasitələrlə təmin edilməsi (7. 5);
5)
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və
hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə edilməsi
(7. 6);
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin funksiyaları və vəzifələri əhəmiyyətli
dərəcədə genişlənmişdir. Onun strukturu kökündən dəyişmiş,
tamamilə yeni şöbələr və xidmətlər meydana gəlmişdir.
6)
Azərbaycan Respublikasının digər dövlətlərdə
və
beynəlxalq təşkilatlarda diplomatik və konsul əlaqələrinin təmin
edilməsi və s. (7. 7).
1992-ci ildə 9 aprel tarixli prezident fərmanı ilə təsdiq edilmiş
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında
Əsasnamədə XİN-in artıq bir sıra yeni, çoxistiqamətli funksiya və
vəzifələri öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi əsasnamə ilə
müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları
yerinə yetirir:
1)
Azərbaycan Respublikasını digər dövlətlərlə və beynəlxalq
təşkilatlarla münasibətlərdə təmsil edir (8. 1);
2004-cü il yanvarın 29-da isə Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin yeni Əsasnaməsi qüvvəyə minmişdir.
2)
Azərbaycan Respublikasının diplomatik xidmət
orqanlarının vahid sisteminə rəhbərlik edir (8. 2);
İlk öncə onu qeyd edək ki, Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini həyata
keçirən mərkəzi hakimiyyət orqanıdır. Nazirlik öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabi-
netinin qərar və sərəncamlarını, habelə əsasnaməni rəhbər tutur.
Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının
diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən,
Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında
nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və qurumlar
vasitəsilə həyata keçirir.
3)
Azərbaycan Respublikasının xarici və daxili siyasəti
ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiyanın
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə
xaricdə yayılmasını təmin edir (8. 3);
4)
Azərbaycanın beynəlxalq müqavilələrinin layihələrini
hazırlayır, müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüv-
vəsinin dayandırılması barədə təkliflər hazırlayır və müəyyən
olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə
baxılmaq üçün təqdim edir (8. 5);
5)
Azərbaycan Respublikasının digər dövlətlər və beynəlxalq
təşkilatlarla danışıqları aparmasını təşkil edir (8. 6);
6)
Azərbaycan Respublikasında xarici dövlətin diplomatik
nümayəndəliklərinin və konsulluqlarının fəaliyyətinə kömək göstərir,
öz səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən təşkilatların
fəaliyyətinə nəzarət edir (8. 14);
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi haqqında 2004-
cü il Əsasnaməsi nazirliyin əsasən aşağıdakı vəzifələrini müəyyən
etmişdir:
1)
Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası
və əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilməsi (7. 1);
7)
Diplomatik və konsul imtiyaz və immunitetlərinə riayət
olunması üzərində nəzarəti həyata keçirir (8. 17);
2)
Azərbaycan Respublikasının xarici siyasətinin həyata
keçirilməsinin təmin edilməsi (7. 2);
8)
Öz səlahiyyətləri daxilində diplomatik rütbələrin verilməsi
qaydalarını müəyyən edir (8. 31) və s.
3)
beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına dip-
lomatik üsul və vasitələrlə kömək göstərilməsi (7. 3);
Azərbaycan Respublikasının “Diplomatik xidmət haqqında”
qanununda da qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Xarici
96
97
İşlər Nazirliyi Azərbaycan Respublikasının diplomatik xidmət
orqanlarının vahid sisteminə rəhbərlik edir (maddə 2. 2), fövqəladə və
səlahiyyətli səfir, birinci və ikinci dərəcəli fövqəladə və səlahiyyətli
elçi diplomatik rütbələri istisna olmaqla, digər diplomatik rütbələrin
verilməsi qaydalarını müəyyən edir (maddə 9. 2).
Bunlarla yanaşı, Xarici İşlər Nazirliyi hökumətimizi və
dövlətimizi digər dövlətlərlə xarici əlaqələrində, o cümlədən, ölkəyə
akkreditə olunmuş səfirliklərə münasibətdə gündəlik təmsil edir.
Xarici İşlər Nazirliyi xaricdəki diplomatik nümayəndəliklərə
rəhbərlik edir, diplomatik kadrları hazırlayır, xarici əlaqələr
sahəsində arxiv materiallarının hazırlanmasına rəhbərlik edir və s.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası
üzərində ümumi müşahidəni həyata keçirmək, milli qanunvericiliyin
Azərbaycan Respublikasının beynəlxalq hüquq öhdəliklərinə
uyğunlaşdırılması haqqında təkliflərin hazırlanmasında iştirak etmək
də XİN-in birbaşa funksiyalarına aiddir.
XİN, həmçinin dövlət hakimiyyəti orqanlarının xarici siyasi
fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə Azərbaycan Respublikası
Prezidentinə məlumat verir, xarici siyasət və beynəlxalq
münasibətlər, habelə diplomatik xidmət haqqında Azərbaycan
Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri
müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Prezidentinə
təqdim edir, Azərbaycan Respublikası Milli Məclisinin
parlamentlərarası və digər xarici əlaqələrinin həyata keçirilməsinə
kömək edir.
XİN öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikası
vətəndaşlığı məsələlərinin baxılmasında da iştirak edir.
Xarici İşlər Nazirliyi aparatının əməkdaşları xarici dövlət və
hökumət nümayəndə heyətlərinin qəbulunda, dövlət
nümayəndələrinin xarici səfərlərinin təşkilində iştirak edir. Nazirliyin
nümayəndələri müxtəlif beynəlxalq konfransların, müşavirələrin
işində fəaliyyət göstərir, müqavilə və razılaşmaların layihələrini
işləyib hazırlayır
1
[92, s. 15].
Xarici İşlər Nazirliyinin mühüm funksiyalarından biri də onun
depozitarı funksiyasıdır. Nazirlik Azərbaycan Respublikasının
bağladığı beynəlxalq müqavilələrin əsl nüsxələrinin (təsdiq edilmiş
nüsxələrinin, rəsmi tərcümələrinin) saxlanmasını, nazirlikdə
saxlanacaq olan sənədlərin uçotunu və istifadəsini təmin edir.
Fövqəladə və səlahiyyətli səfir, 1-ci və 2-ci dərəcəli fövqəladə
və səlahiyyətli elçi diplomatik rütbələrinin verilməsinə olan təklifləri
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidentinə
təqdim edir.
Bütün sadalananlarla yanaşı, Xarici İşlər Nazirliyi haqqında
Əsasnamənin 8.34-cü maddəsində deyilir ki, nazirlik Azərbaycan
Respublikasının qanunvericiliyi ilə ona həvalə olunmuş digər
funksiyaları da yerinə yetirir.
Göstərilən vəzifələrə və funksiyalara müvafiq olaraq Xarici
İşlər Nazirliyi aparatının strukturu təşkil olunur.
Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikası Prezidenti
tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən nazir
rəhbərlik edir. Onun prezident tərəfindən vəzifəyə təyin olunan və
vəzifədən azad edilən müavinləri vardır. Nazirliyin strukturunda
xüsusi tapşırıqlar üzrə səfirlər, ümumi katiblik, ərazi şöbələri,
funksional və inzibati şöbələr yer alır.
Nazir nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir.
Onun səlahiyyətləri Azərbaycan Respublikasının XİN haqqında 29
yanvar 2004-cü il Əsasnaməsi ilə müəyyən olunmuşdur. O, nazirliyin
mərkəzi aparatının strukturunu təsdiq edir, ikitərəfli və çoxtərəfli
danışıqlarda Azərbaycan Respublikasını təmsil edir, Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrini imzalayır, xarici
dövlətlərin dövlət hakimiyyəti orqanları, beynəlxalq təşkilatlarla
qarşılıqlı münasibətlərdə nazirliyi təmsil edir; müəyyən edilmiş
qaydada nazirliyin mərkəzi aparatının və xaricdəki nü-
mayəndəliklərin işçilərini öz səlahiyyətləri çərçivəsində vəzifəyə
təyin edir və vəzifədən azad edir, öz səlahiyyətləri daxilində dip-
lomatik rütbələr verir; müəyyən edilmiş qaydada xaricdəki
nümayəndəliklərin əməkdaşlarının rotasiyasını həyata keçirir və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər
səlahiyyətləri həyata keçirir.
Xarici işlər nazirinin tapşırığı ilə yuxarıda sadalanan funk-
siyaların bəzilərinin həyata keçirilməsi onun müavinlərinə həvalə
edilə bilər.
1
Никифоров Д.С., Борунков А.Ф. Дипломатический протокол в
СССР. Принципы, нормы, практика М.: МО, 1985, с. 15
98
99
Nazirliyin növbəti struktur hissəsi - kollegiyadır. Kollegiya
nazirdən (kollegiya sədri), onun müavinlərindən, habelə nazirliyin
digər rəhbər işçilərindən təşkil olunur. Kollegiya üzvlərinin sayı və
şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilir. Kollegiya məşvərətçi orqan xarakteri daşıyır. Kollegiya
hər hansı məsələni müzakirə edib, müvafiq qərar qəbul etdikdən sonra
onun qərarları nazirin əmrləri ilə həyata keçirilir.
Funksional idarələr və şöbələr isə dövlətin maraqlı olduğu
beynəlxalq münasibətlərin konkret məsələləri, xarici əlaqələrin xüsusi
sahələri üzrə iş aparır. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyində əsasən aşağıdakı funksional şöbələr fəaliyyət göstərir:
Dövlət Protokolu İdarəsi; Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi;
Təhlükəsizlik İdarəsi; İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsi; Xarici
siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsi; Konsulluq
İdarəsi; Mətbuat və İnformasiya Siyasəti İdarəsi və s.
Mərkəzi aparatın xarici əlaqələr sahəsində gündəlik praktiki
fəaliyyətini həyata keçirən əsas işçi orqanları XİN - in şöbə və
idarələridir. Bütün digər xarici işlər idarələrində olduğu kimi,
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində də iki qrup şöbə
mövcuddur: operativ diplomatik şöbələr və inzibati - təsərrüfat
şöbələri. Operativ diplomatik şöbələr isə, öz nöbəsində, ərazi və
funksional şöbə və idarələrə bölünür.
Bu idarənin bir neçəsinin əsas fəaliyyət istiqamətini nəzərdən
keçirək.
Dostları ilə paylaş: |