nın Səfirliyi haqqında Əsasnamə” ilə müəyyən olunur.
Burada qeyd olunur ki, Azərbaycan Respublikasının Səfirliyi
qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edən diplo-
matik xidmət orqanıdır, o Azərbaycan Respublikası Xarici İşlər Na-
zirliyinin rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid
sisteminə daxildir (İ. 1.).
Səfirlik qəbul edən dövlətdə Azərbaycan Respublikasının va-
hid xarici siyasət xəttinin həyata keçirilməsini öz səlahiyyətləri
daxilində təmin edir və bu məqsədlə Azərbaycan Respublikasının
dövlət və yerli özünüidaretmə orqanlarının, idarə, təşkilat və
müəssisələrinin nümayəndəliklərinin, nümayəndə heyətlərinin və
mütəxəssis qruplarının fəaliyyətini əlaqələndirir və işi üzərində
nəzarəti həyata keçirir. Adı çəkilən nümayəndəliklər, nümayəndə
heyətləri və mütəxəssis qrupları öz fəaliyyətini Səfirlik ilə razılaş-
dırmalı və öz fəaliyyəti barədə Səfirliyə məlumat verməlidir (I.3.).
Əsasnamə Səfirliyin aşağıdakı əsas vəzifələrini müəyyən et-
mişdir:
-öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Azərbaycan
Respublikasını təmsil etmək;
-qəbul edən dövlətdə Azərbaycan Respublikasının vahid xarici
siyasət xəttini öz səlahiyyətləri daxilində həyata keçirmək;
- qəbul edən dövlətdə Azərbaycan Respublikasının milli
maraqlarını, o cümlədən, suverenliyini, təhlükəsizliyini, ərazi bü-
tövlüyünü, sərhədlərinin toxunulmazlığını, siyasi, iqtisadi və digər
maraqlarını diplomatik üsul və vasitələrlə öz səlahiyyətləri daxilində
təmin etmək və müdafiə etmək;
-qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun
vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz
64
65
səlahiyyətləri daxilində müdafiə etmək və s.
Əsasnamənin III fəsli bu vəzifələrə uyğun Səfirliyin geniş
funksiyalarını müəyyən etmişdir ki, bunlara Azərbaycan Respub-
likasının qəbul edən dövlətlə iqtisadi, sosial, elmi-texniki, mədəni və
başqa sahələrdə əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində
kömək göstərmək, Azərbaycan Respublikasının qəbul edən dövlət ilə
dostluq münasibətlərini inkişaf etdirmək, habelə, Azərbaycan Re-
spublikasının həmin dövlətdə və bütövlükdə dünyada maraqlarının
təmin edilməsinə dair Xarici İşlər Nazirliyinə təkliflər təqdim
etmək,qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici və
daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında
rəsmi məlumatın yayılmasını təmin etmək, qəbul edən dövlətdə
Azərbaycan Respublikasının əmlak hüquqlarının və maraqlarının
müdafiəsində öz səlahiyyətləri daxilində iştirak etmək, burada
yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın
inkişafına öz səlahiyyətləri daxilində yardım etmək və s. daxildir.
Səfirliyin fəaliyyətinin təşkili ilə bağlı V hissədə qeyd olunur
ki, Səfir və ya Səfirliyin digər əməkdaşları Azərbaycan Respublikası-
nın və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət
doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda
vaxtından əvvəl geri çağırıla bilərlər.
Əsasnamədə, həmçinin səfirin səlahiyyətləri də öz geniş
təsbitini tapmışdır.
Azərbaycan Respublikasının xarici dövlətlərdə konsul
fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının Konsul
Nizamnaməsi 1994-cü il martın 1-də qüvvəyə minmişdir.
Nizamnamə on üç fəsildə birləşən 97 maddədən ibarətdir.
I fəsil “Ümumi müddəalar” adlanır. Burada konsulluqların
“Azərbaycan Respublikasının başqa dövlətlərlə dostluq
münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət,
ticarət, idman, turizm və digər əlaqələrin genişlənməsinə” yardım
göstərməsi vəzifəsi haqqında mühüm müddəa yer alır (maddə 1).
2-ci maddədə deyilir ki, konsulluqlar Azərbaycan Respub-
likasının diplomatik nümayəndəliklərinin konsul şöbələrindən, baş
konsulluqlardan, konsulluqlardan, vitse-konsulluqlardan və konsul
agentliklərindən ibarətdir. Baş konsulluqlara, konsulluqlara, vitse-
konsulluqlara və konsul agentliklərinə müvafiq surətdə baş konsullar,
konsullar, vitse-konsullar və konsul agentləri başçılıq edirlər (maddə
5).
Nizamnamədə qeyd olunur ki, konsul nizamnamədə təsbit ol-
unmayan başqa funksiyaları da yerinə yetirə bilər, bu şərtlə ki, həmin
funksiyalar Azərbaycan Respublikasının qanunvericiliyinə və konsul-
luğun olduğu dövlətin qanunvericiliyinə zidd olmasın (maddə 6).
Belə yanaşma Azərbaycan Respublikasının müqavilə praktikasına,
həmçinin Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası-
nın 5-ci maddəsinə əsaslanır. Maddə 7 yerləşmə dövlətinin icazəsi ilə
konsula diplomatik funksiyalarının həyata keçirilməsinin həvalə ol-
unmasının mümkünlüyünü nəzərdə tutur. 19-cu maddədə deyilir ki,
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi göstərişi
və qəbul edən dövlətin razılığı əsasında konsul digər dövlətin konsul
funksiyalarını da yerinə yetirə bilər. 12-ci maddə bu nizamnamədə
işlədilən “konsul”, “konsul vəzifəli şəxsi”, “konsulluğun əməkdaşı”,
“konsul dairəsi” kimi terminlərin açıqlanmasına həsr olunmuşdur.
Nizamnamənin 14-cü maddəsinə əsasən yalnız Azərbaycan
Respublikasının vətəndaşı konsulluğun vəzifəli şəxsi ola bilər.
Vəzifəyə təyin edilərkən konsul, Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyindən vəkalətnamə - konsul patenti alır (maddə
15). Konsul vəzifəsinin icrasına qəbul edən dövlətdən razılıq (ekzek-
vatura) alandan sonra başlayır (maddə 16).
Nizamnamənin mühüm əhəmiyyət kəsb edən IV fəslini xüsusi
qeyd etmək istərdik. Belə ki, burada Azərbaycan Respublikasının
vətəndaşları və hüquqi şəxsləri barəsində konsulun funksiyaları təsbit
olunmuşdur. Mühüm funksiyalar kimi pasport-viza məsələləri
(maddə 38, 39); vətəndaşlıq məsələləri üzrə (maddə 40); təmsil olu-
nan dövlətin vətəndaşlarının uçotu (maddə 25); ayrıca funksiya kimi
hərbi uçot (maddə 30); vətəndaşlıq vəziyyəti aktlarının qeydi
məsələləri üzrə funksiyalar (maddə 41); qəyyumluq və himayə üzrə
tədbirlər və s. təsbit olunmuşdur.
Konsulun apardığı notariat əməliyyatlarına V fəsil həsr olun-
muşdur. Konsul fəaliyyətinin mühüm sahəsi olan konsul leqallaşdır-
masına və konsul rüsumlarına VI və VII fəsillər həsr olunmuşdur.
Nizamnamə Azərbaycan Respublikasının hərbi gəmiləri və
köməkçi gəmiləri barəsində konsul funksiyalarını (VIII fəsil),
Azərbaycan Respublikasının gəmiləri barəsində konsul funksiyalarını
(IX fəsil), mülki hava gəmiləri və onların heyəti barəsində konsulun
66
67
funksiyalarını (X fəsil), avtomobil, dəmiryol nəqliyyatı vasitələri
barəsində konsulun funksiyalarını (XI fəsil), sanitariya, fitosanitariya
və baytarlıq mühafizəsi sahəsində konsulun funksiyalarını özündə
ehtiva edir.
Ştatdankənar konsullara 95, 96 və 97-ci maddələrdən ibarət
olan sonuncu - XIII fəsil həsr olunmuşdur.
Gördüyümüz kimi Konsul Nizamnaməsində konsulun təyin ol-
unması, onun xaricdə iş müddəti və s. kimi məsələləri tənzimləyən
müddəalar yer almamışdır. Məlum olduğu kimi, diplomatiya hüqu-
qundan fərqli olaraq, konsulluq hüququnda konsulluğun başçısının
təyin olunması məsələsi beynəlxalq hüquqla tənzimlənmir. 1963-cü il
Konsul əlaqələri haqqında Vyana Konvensiyasında deyilir ki, konsul
müəssisəsi başçısının təyin olunması və vəzifənin icrasına buraxıl-
ması məsələləri akkreditiv və yerləşmə dövlətlərinin daxili normaları
ilə tənzimlənir (Məs. keçmiş SSRİ-də konsulu Xarici İşlər Nazirliyi
təyin edirdi).
Bu və digər boşluqları tamamlamaq və bəzi məsələlərə aydınlıq
gətirmək məqsədilə 2007-ci il fevralın 2-də “Azərbaycan Respub-
likasının Konsulluğu haqqında Əsasnamə” təsdiq edilmişdir.
Əsasnamədə deyilir ki, Konsulluqlar Azərbaycan Respublikası
xarici işlər nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təsis edilir (mad. I. 3.).
Baş konsul Azərbaycan Respublikası xarici işlər nazirinin
təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən, kon-
sul, vitse-konsul və konsul agenti Azərbaycan Respublikasının xarici
işlər naziri tərəfindən təyin edilir və geri çağırılır (V. 17.). Baş konsu-
lun xaricdə fasiləsiz iş müddəti, bir qayda olaraq, dörd ildir. Bu
müddət Azərbaycan Respublikasının Prezidenti tərəfindən uzadıla
bilər (hansı müddətə qədər uzadıla biləcəyi burada da dəqiq müəyyən
edilməmişdir). Konsul, vitse- konsul və konsul agenti təyin olunmuş
şəxsin xaricdə fasiləsiz iş müddəti, bir qayda olaraq, üç ildir. Bu
müddət Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən bir
ildən artıq olmayan müddətə uzadıla bilər (V. 19).
Əsasnamə, həmçinin müəyyən edir ki, ali təhsilli və üzərinə
qoyulmuş vəzifələri yerinə yetirmək üçün işgüzar, mənəvi, peşəkar
keyfiyyətlərə və sağlamlıq vəziyyətinə malik olan Azərbaycan Respub-
likasının vətəndaşı Konsulluğun başçısı təyin edilə bilər (V. 18).
Əsasnamə Konsulluğun əsas vəzifələrini (II bölmə), onun funk-
siyalarını (III bölmə) və hüquqlarını (IV bölmə) dəqiqləşdirir.
Konsulluğun fəaliyyətinin təşkili ilə bağlı mühüm müddəalar
Əsasnamənin V bölməsində əks olunmuşdur. Onun 28-ci maddəsində
xüsusi qeyd olunur ki, Azərbaycan Respublikasının diplomatik
nümayəndəliyi olmadığı
və üçüncü dövlətin diplomatik
nümayəndəliyi vasitəsilə təmsil olunmadığı bir dövlətdə Konsulluğun
başçısına və (və ya) Konsulluğun digər işçilərinə qəbul edən dövlətin
razılığı ilə onların konsul statusuna təsir göstərmədən diplomatik
funksiyaların həyata keçirilməsi həvalə oluna bilər. Konsulluğun
başçısı və (və ya) Konsulluğun digər işçiləri tərəfindən bu funksiya-
ların yerinə yetirilməsi onlara diplomatik immunitet və imtiyazlara
iddia etmək hüququ vermir.
Azərbaycan Respublikasının xarici ölkələrlə çoxsahəli
əlaqələrinin genişlənməsi və həmin əlaqələrin konsulluq təminatının
səmərəliliyinin gücləndirilməsi və hüquqi şəxslərin hüquqlarının və
qanuni mənafelərinin qorunmasının lazımi səviyyədə həyata
keçirilməsi məqsədilə 1997-ci ildə Azərbaycan Respublikasının
ştatdankənar (fəxri) konsulu haqqında Əsasnamə qəbul edilmiş-
dir.
Əsasnamənin I fəslinin 1. 3-cü maddəsində deyilir ki,
Azərbaycan Respublikasının
ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının qəbul edən dövlətlərlə dostluq
münasibətlərinin inkişafına, iqtisadi, ticarət, elmi-texniki,
mədəniyyət, turizm və idman sahələrində əlaqələrin genişlənməsinə,
Azərbaycan Respublikasının iştirakı ilə təşkilatların və şirkətlərin
yaradılmasına və fəaliyyət göstərməsinə yardım edir.
Əsasnaməyə görə, Azərbaycan Respublikasının ştatdankənar
(fəxri) konsulu istər Azərbaycan Respublikasının vətəndaşı, istərsə də
xarici dövlətin vətəndaşı ola bilər (maddə 1. 1.). Burada, həmçinin
qeyd olunur ki, Azərbaycan Respublikasının ştatdankənar (fəxri)
konsulu vəzifəsinə müəyyən ictimai vəzifə tutan, lazımi şəxsi
keyfiyyətlərə malik olan və ona həvalə olunmuş konsulluq funksiya-
larını lazımınca yerinə yetirə bilən şəxs təyin edilir.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının dövlət qulluğunda olmur (maddə 1. 2.).
Azərbaycan Respublikasının
ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə tabe olub
Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik nüma-
68
69
yəndəliyi və ya konsulluğunun və ya bilavasitə Azərbaycan Respub-
likasının xarici işlər nazirinin rəhbərliyi altında fəaliyyət göstərir
(maddə 1. 6).
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
haqqında əsasnamə ştatdankənar (fəxri) konsulların aşağıdakı
dərəcələrini müəyyən etmişdir:
a)
ştatdankənar (fəxri) baş konsul
b)
ştatdankənar (fəxri) konsul
c)
ştatdankənar (fəxri) vitse-konsul
Əsasnamənin II fəslində Azərbaycan Respublikasının
ştatdankənar (fəxri) konsulunun təyin edilməsi və onun fəaliyyətinə
xitam verilməsi qaydaları müəyyən olunmuşdur. Burada ən önəmli
məsələlərdən biri odur ki, ştatdankənar (fəxri) konsul qəbul edən
dövlətdəki diplomatik nümayəndəliyin və konsulluğun təklifi ilə
həmin dövlətin müvafiq hakimiyyət orqanlarının razılığı ilə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin
edilir və vəzifədən azad edilir (maddə 2. 1. ).
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
vəzifəsinə təyin olunmuş şəxs ona həvalə edilmiş konsulluq
funksiyalarını qüsursuz yerinə yetirəcəyi və əmək haqqı, digər
mükafat tələb etməyəcəyi barədə Azərbaycan Respublikasının xarici
işlər nazirinə yazılı şəkildə öhdəlik təqdim edir (maddə 2. 6).
Ştatdankənar (fəxri) konsul funksiyalarının yerinə yetirilməsi
qaydaları III fəsildə göstərilir. Burada müəyyən olunur ki,
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz
konsulluq funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olaraq
konsulluq dairəsindən kənarda yerləşən Azərbaycan Respublikasının
və xarici ölkələrin idarə və təşkilatlarilə, habelə bu dairədən kənarda
ayrı-ayrı şəxslərlə yalnız rəhbərliyi altında fəaliyyət göstərdiyi
Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin və ya
konsulluğunun vasitəsilə əlaqə saxlaya bilər (3. 2). Daha bir mühüm
məqam ondan ibarətdir ki, ştatdankənar (fəxri) konsul kommersiya və
öz peşə fəaliyyəti ilə məşğul ola bilər (maddə 3. 5).
Ştatdankənar (fəxri) konsulun konsul funksiyalarına gəldikdə
isə, əsasnamədə onların funksiyaları ştatlı konsullarla müqayisədə
daha məhdud şəkildə müəyyən olunmuşdur. Birincisi, ştatdankənar
(fəxri) konsullar müəyyən olunmuş funksiyalarını Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu ilə
razılaşdırmaqla həyata keçirirlər.
İkincisi, onların, məsələn, Azərbaycan Respublikası
vətəndaşlarına pasport vermək, Azərbaycan Respublikasının
ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək
üçün vizalar vermək, onların vaxtını uzatmaq və ya onlarda
dəyişikliklər etmək və s. kimi funksiyaları müəyyən olunmamışdır.
Ümumiyyətlə, əsasnaməni bütövlükdə nəzərdən keçirəndə
görürük ki, ştatdankənar (fəxri) konsulun hüquqları geniş olsa da,
qeyri-məhdud deyildir. Başqa sözlə desək, onlar, bir növ, yardımcı
funksiyanı həyata keçirirlər və ştatlı konsul əməkdaşlarının
fəaliyyətini əvəz edə bilməzlər. Buna baxmayaraq, bu institutun
vacibliyi heç kimdə şübhə doğurmur.
Diplomatik fəaliyyəti tənzimləyən mühüm dövlətdaxili
aktlardan biri də Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi haqqında 2004-cü il 29 yanvar tarixli Əsasnamədir.
Əsasnamədə xarici işlər nazirliyinin əsas vəzifələri, funksi-
yaları, hüquqları, fəaliyyətinin təşkili qaydaları ətraflı təsbit
olunmuşdur.
1-ci maddədə deyilir ki, Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2-ci maddəyə əsasən nazirlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının
qanunlarını, Azərbaycan Respublikasının fərman və sərəncamlarını,
habelə bu əsasnaməni rəhbər tutur.
Əsasnamə nazirliyin əsas vəzifələri sırasında – Azərbaycan
Respublikasının xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri
üzrə təkliflərin hazırlanması və prezidentə təqdim edliməsi (7.1),
Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin
təmin edilməsi (7.2), beynəlxalq sülhün və təhlükəsizliyin
qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi (7.4),
Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq
təşkilatlarla diplomatik və konsul əlaqələrinin təmin edilməsi (7.7) və
s. kimi mühüm vəzifələri sadalanmışdır. Əsasnamədə, həmçinin, bu
vəzifələrə uyğun olaraq nazirliyin otuz dörd funksiyası da öz əksini
tapmışdır. Bunların arasında Azərbaycan Respublikasını digər
dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil etmək
(8.1.), Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin
70
71
layihələrini hazırlamaq (8.5), Azərbaycan Respublikasının digər
dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar aparmasını təşkil
etmək (8.6), beynəlxalq təşkilatların, konfransların, forumların
fəaliyyətində Azərbaycan Respublikasının iştirakını təmin etmək
(8.10) və s. yer alır.
Nazirlik Azərbaycan Respublikasının idarələrarası beynəlxalq
müqavilələrinin layihələrinin Azərbaycan Respublikasının
qanunvericiliyinə və beynəlxalq hüquqi normalara, habelə Azərbaycan
Respublikasının mənafelərinə uyğunluğuna nəzarəti həyata keçirmək (9.
2), səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada normativ hüquqi
aktlar qəbul etmək (9.7) və s. kimi hüquqlara malikdir.
Əsasnamə ilə bağlı məsələ sonrakı fəsildə də ətraflı araşdırılacaq.
Diplomatik fəaliyyəti tənzimləyən xüsusi qanunlardan başqa,
Azərbaycan Respublikasının bir sıra digər daxili qanunvericilik
aktlarında bu fəaliyyətin bu və ya digər məsələləri ilə bağlı mühüm
müddəaları yer alır.
Məsələn,
Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında Azərbaycan Respublikasının 1998-ci il Qanununun 9-
cu maddəsi Azərbaycan Respublikasının hüdudlarından kənarda
yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan
dövləti tərəfindən müdafiəsi adlanır. Bu maddədə deyilir ki,
“Azərbaycan Respublikasının dövlət orqanları, xarici dövlətlərdəki
və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və
konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan
Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan
Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respub-
likasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərinə, xarici
dövlətin qanunvericiliyinə, Azərbaycan Respublikası ilə Azərbaycan
Respublikasının vətəndaşlarının yaşadığı dövlət arasında bağlanmış
müqavilələrə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş
bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər
görməyə, qanunvericilikdə müəyyən edilmiş qaydalara, onların
qanunla qorunan hüquq və mənafelərini müdafiə etməyə, zərurət
olduqda isə Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş
hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar”.
“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında”
Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində deyilir:
”Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik
nümayəndəliyinin başçısı və ya beynəlxalq konfranslarda, beynəlxalq
təşkilatda və ya onun orqanlarının birində Azərbaycan Respublikası
nümayəndəliyinin başçısı xüsusi səlahiyyət olmadan müvafiq surətdə
qəbuledici dövlətlə və ya həmin beynəlxalq konfrans, təşkilat və ya
onun orqanlarının biri çərçivəsində Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin bağlanması haqqında danışıqlar aparmaq
hüququna malikdir”.
Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin hüquqi
əsaslarından danışarkən “ Xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununu
da xüsusi qeyd etmək lazımdır. Bu qanun xaricdə yaşayan
azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət
siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsi
ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.
Qanunda qeyd olunur ki, xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici
siyasətinin ayrılmaz hissəsidir (maddə 3. 20). Bu siyasəti həyata
keçirərkən Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla
qəbul edilmiş prinsiplərinə, o cümlədən, insan hüquq və azadlıqlarına
hörmət və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə
əsaslanır (3. 1). Azərbaycan Respublikası onun vətəndaşı olan və
onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan
azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik
edir (maddə 4. 1). Azərbaycan Respublikasının vətəndaşı olan və
xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının
ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşları ilə bərabər
hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar (maddə 4. 20).
Digər dövlətin vətəndaşı olan və ya vətəndaşlığı olmayan xaricdə
yaşayan azərbaycanlılarla bütün sahələrdə əlaqələrin saxlanmasına və
inkişaf etdirilməsinə Azərbaycan Respublikası kömək göstərir,
onların əsas hüquq və azadlıqlarının müdafiəsi üçün müvafiq
tədbirlər görür (maddə 4. 3).
Qanunda, həmçinin, xaricdə yaşayan azərbaycanlılarla bağlı
dövlət siyasətinin məqsədləri (maddə 2), prinsipləri (maddə 3), dövlət
siyasətinin əsasları (maddə 4), xaricdə yaşayan azərbaycanlılarla
bağlı vətəndaşlıq məsələləri (maddə 5), xaricdə yaşayan
azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının iqtisadi və sosial
72
73
III FƏSİL
siyasəti (maddə 6), mədəniyyət, dil və təhsil siyasəti (maddə 7) və s.
məsələlər öz hüquqi təsbitini tapmışdır.
Deyilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasının
öz müstəqilliyini bərpa etdiyi illər ərzində ölkəmizdə diplomatik
fəaliyyətin təşkili üçün kifayət qədər dolğun hüquqi əsas, baza
yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası, dip-
lomatiya hüququ sahəsində qanunları və hökumət qərarları xarici
siyasi fəaliyyətin hüquqi təminatı üçün münasib şərait yaratmışdır.
Lakin bu sahədə qəbul edilməsi zəruri olan bir sıra digər
qanunvericilik aktlarına da ehtiyac vardır. Məsələn, Azərbaycan
Respublikasının ərazisində xarici dövlətlərin diplomatik və konsul
nümayəndəlikləri haqqında heç bir normativ hüquqi akt mövcud
deyildir. Belə ki, əksər dövlətlərin praktikasında xarici dövlətlərin
ərazisindəki diplomatik, konsul və s. nümayəndəlikləri tərəfindən
onların funksiyalarının həyata keçirilməsi rejimini diplomatiya
hüququnun əsas prinsip və normalarına uyğun olaraq müəyyən edən
daxili qanunların qəbul edilməsi geniş yayılmışdır. Diplomatiya
hüququnun ümumtanınmış prinsip və normalarına əsaslanan bu
rejim, məsələn, qarşılıqlılıq prinsipi əsasında daha geniş immunitet
və imtiyazlar müəyyən edə bilər.
Dostları ilə paylaş: |