Həcər Adil qızı Qasımova
Elmi redaktor:
h.e.d., dos. MƏMMƏDOV R.F.
Rəyçilər: h.e.d.,
dos.
ƏLİYEV Ə.İ.
h.e.n. QƏMBƏROV H.D.
XARİCİ ƏLAQƏLƏR HÜQUQU
H.A.Qasımova. Xarici əlaqələr hüququ. Dərslik. Bakı:
«Bakı Universiteti» nəşriyyatı, 2008, 480 səh.
Dərslik
Dərslikdə xarici əlaqələr hüququnun mühüm nəzəri və praktiki
problemləri araşdırılır, Azərbaycan Respublikasının praktikasında
xarici əlaqə orqanları (dövlətdaxili orqanlar, diplomatik
nümayəndəliklər, konsulluqlar, xüsusi missiyalar, beynəlxalq
təşkilatlardakı nümayəndələr), onların fəaliyyətini tənzimləyən prin-
sip və normalar öyrənilir.
Azərbaycan Respublikası Təhsil
Nazirinin 25.02.2008-ci il tarixli 266
saylı əmri ilə dərslik kimi təsdiq
edilmişdir.
Dərslik Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası, o
cümlədən hüquq ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tu-
tulmuşdur.
2008
017
017
07
658
03
1207000000
−
−
−
−
−
)
(
M
Q
BAKI – 2008
1
©
«Bakı Universiteti» nəşriyyatı, 2008
MÜNDƏRİCAT
4. 6. 2. Funksiyaların həyata keçirilməsi vasitələri................137
V FƏSİL. Diplomatik immunitet və imtiyazlar .......................141
GİRİŞ...........................................................................................3
5. 1. Diplomatik immunitet və diplomatik
imtiyaz anlayışları ...............................................................141
I FƏSİL. Dövlətin xarici əlaqələrinin hüquqi təşkili ...............9
5. 2. Diplomatik immunitet və imtiyazların nəzəri
1. 1. Beynəlxalq hüquq, xarici siyasət və diplomatiyanın
əsaslandırılması problemi ....................................................143
qarşılıqlı əlaqəsi....................................................................9
5. 3. Diplomatik nümayəndəliyin immunitet və imtiyazları.........148
1. 1. 1. Beynəlxalq sistemdə siyasət və hüquq.....................9
5. 3. 1. Binanın və nəqliyyat vasitələrinin toxunulmazlığı......... 148
1. 1. 2. Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi....... 11
5. 3. 2. Arxiv və sənədlərin toxunulmazlığı ...........................153
1. 2. Dövlətin xarici əlaqələri və xarici əlaqələr hüququ..............13
5. 3. 3. Nümayəndəliyin vergi və gömrük imtiyazları ...........154
1. 3. Xarici əlaqələr hüququnun müasir təbiəti ............................16
5. 3. 4. Bayraq və rəmzlərdən istifadə etmək hüququ............155
5. 4. Nümayəndəliyin personalının şəxsi immunitet
II FƏSİL. Xarici əlaqələr hüququnun mənbələri ....................20
və imtiyazları .......................................................................156
2. 1. Diplomatik fəaliyyəti tənzimləyən beynəlxalq
5. 4. 1. Diplomatik personalın immunitet və imtiyazları .......156
hüququn prinsip və normaları..............................................20
a) şəxsi toxunulmazlıq .......................................................156
2. 2. Konsul fəaliyyətini tənzimləyən beynəlxalq
b) iqamətgahın, şəxsı kağız və yazışmaların,
hüququn prinsip və normaları...............................................47
əmlakın toxunulmazlığı .................................................159
2. 3. Dövlətdaxili qanunvericilik və xarici əlaqələr hüququ.........58
c) yurisdiksiyadan immunitet ............................................160
d) Vergi və gömrük imtiyazları .........................................163
III FƏSİL. Dövlətdaxili xarici əlaqə orqanları ........................76
5. 4. 2. İmmunitet və imtiyazlardan istifadə edən
3. 1. Konstitusion orqanlar ...........................................................76
digər kateqoriyalar .....................................................166
3. 1. 1. Prezident ....................................................................76
3. 1. 2. Hökumət və hökumət başçısı .....................................85
VI FƏSİL. Beynəlxalq təşkilatların diplomatiya hüququ.......171
3. 1. 3. Qanunverici orqan .....................................................88
6. 1. Beynəlxalq təşkilat və konfranslarda dövlətlərin
3. 2. Xüsusi orqanlar.....................................................................96
nümayəndələri anlayışı və onların hüquqi statusunun
3. 2. 1. Xarici Işlər Nazirliyi ..................................................96
fərqli xüsusuiyyətləri ............................................................171
3. 2. 2. İxtisaslaşdırılmış orqanlar ..........................................103
6. 2. Beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi
IV FƏSİL. Daimi diplomatik nümayəndəliklərin təşkili və
nümayəndəlikləri ..................................................................178
fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsi ....108
6. 3. Beynəlxalq təşkilatın orqan və konfranslarında
4. 1. Tanınma, diplomatik münasibətlərin qurulması
dövlətlərin nümayəndə heyətləri ..........................................188
və diplomatik nümayəndəliklərin təsis olunması ...............108
6. 4. Müşahidəçilərin hüquqi statusu ............................................191
4. 2. Diplomatik missiyanın başlanması və bitməsi .....................113
6. 5. Dövlətin beynəlxalq təşkilat və konfranslardakı
4. 3. Diplomatik dərəcələr, rütbələr və vəzifələr ..........................119
nümayəndələrinin immunitet və imtiyazları........................196
4. 4. Diplomatik nümayəndəliyin personalı..................................122
4. 5. Nümayəndəliyin strukturu. Diplomatik korpus ....................125
VII FƏSİL. Xüsusi missiyalar hüququ.....................................206
4. 6. Diplomatik nümayəndəliyin funksiyaları və onların
7. 1. Xüsusi missiyalar institutunun anlayışı
həyata keçirilmə vasitələri ....................................................129
və tarixi inkişafı....................................................................206
4. 6. 1. Nümayəndəliyin funksiyaları.....................................129
7. 2. Xüsusi missiyaların təsnifatı və onların təşkili və
2
3
fəaliyyətinin beynəlxalq hüquqi əsasları ..............................209
GİRİŞ
7. 3. Xüsusi missiyaların immunitet və üstünlükləri ....................217
VIII FƏSİL. Konsulluq hüququ................................................220
8. 1. Konsul münasibətlərinin yaradılması və konsul
Xarici əlaqələrdə iştirak etmək hüququ, öz xarici əlaqə
orqanları vasitəsilə beynəlxalq aləmdə təmsil olunmaq hüququ
dövlətlərin suverenliyindən irəli gələn ən mühüm hüquqlardandır.
nümayəndəliklərinin təsis edilməsi ......................................220
8. 2. Konsul missiyasının başlanması və bitməsi.
Konsulluğun personalı, konsul korpusu ..............................224
Dövlətlərin beynəlxalq sistemdəki yeri və mövqeyi müəyyən
mənada onların tarixi taleləri, öz xarici əlaqələrini hansı formada
həyata keçirmələrindən, diplomatik məharətlərindən və diplomatik
xidmətlərinin təşkili və fəaliyyəti səviyyəsindən asılıdır.
8. 3. Fəxri konsul institutu............................................................228
8. 4. Konsul funksiyaları ..............................................................231
8. 5. Konsul immunitet və imtiyazları .........................................235
8. 5. 1. Konsul nümayəndəliklərinin immunitet
18 oktyabr 1991-ci il Konstitusiya Aktının qəbul edilməsi ilə
öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respub-
likası üçün də müstəqil xarici siyasət yeritmək, beynəlxalq birliyə
daxil olmanın öz yollarını işləyib hazırlamaq, dövlətlərarası mü-
nasibətlərin əsas istiqamətlərini müəyyən etmək kimi geniş imkanlar
açılmışdı. Müstəqillik və suverenlik Azərbaycan Respublikasına
dünya birliyinə inteqrasiya olmaq, bütün dövlətlərlə bərabər əsaslarla
qarşılıqlı münasib əlaqələr yaratmaq imkanı bəxş etdi.
və imtiyazları ..........................................................236
8. 5. 2. Konsul vəzifəli şəxslərinin immunitet
və imtiyazları ..........................................................239
Əlavələr
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası.....................246
Konsul əlaqələri haqqında Vyana Konvensiyası ..........................264
Xüsusi Missiyalar haqqında Konvensiya .....................................297
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü il oktyabr ayının
10-da prezident seçilməsi ilə bağlı keçirilən rəsmi andiçmə
mərasimindəki çıxışında qeyd etmişdir ki, "respublikamızın qarşıs-
ında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya
miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridil-
məsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz bir-
inci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə
yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu,
qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu
əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq möv-
qelərini möhkəmləndirmək, həm də respublikanın iqtisadiyyatını,
elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etmək-
dən ibarətdir”
1
. Müstəqil Azərbaycanın yeni rəhbərliyi tərəfindən
həyata keçirilən sülhsevər xarici siyasət kursu beynəlxalq aləmdə
geniş qəbul edilmişdir
2
.
Dövlətlərin Universal xarakterli beynəlxalq təşkilatlarla
münasibətlərində nümayəndəliyi haqqında
Vyana Konvensiyası.....................................................................318
Birləşmiş Millətlər Təşkilatının immunitet və
imtiyazları haqqında Konvensiya .................................................360
Diplomatik xidmət haqqında
Azərbaycan Respublikasının Qanunu...........................................366
Azərbaycan Respublikasının səfirliyi haqqında Əsasnamə..........380
Azərbaycan Respublikasının Konsul Nizamnaməsi.....................388
Azərbaycan Respublikasının Konsulluğu haqqında
Əsasnamə......................................................................................407
Azərbaycan Respublikasının Ştatdankənar (fəxri)
konsulu haqqında Əsasnamə ........................................................417
Azərbaycan Respublikası və Özbəkistan Respublikası
arasında Konsulluq Konvensiyası ................................................434
5
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
1
Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I kitab, Bakı, 1997, səh. 205
haqqında Əsasnamə ......................................................................464
2
Шукуров И. Дипломатия мира. Об итогах визитов президента
Азербайджанской Республики Гейдара Алиева в зарубежные страны
(1993-1997 гг. ). Изд-во «Азербайджан», Баку, 1997, ъ. 11.
İstifadə olunmuş ədəbiyyat siyahısı..............................................472
4
Totalitar sistem şəraitində beynəlxalq arenaya birbaşa çıxış
imkanlarından illərlə məhrum olmuş respublikamız üçün təbii ki, bu,
tamamilə yeni fəaliyyət sferası idi. Uzun illərdən bəri asılılıq
şəraitində yaşayıb yenicə müstəqillik əldə etmiş bir xalq, bir respub-
lika üçün indiki qarışıq dünyada düzgün xarici siyasət xətti müəyyən
etmək və uğurla həyata keçirmək son dərəcə çətin bir iş idi.
Azərbaycan nəinki heç bir dövlətdə və beynəlxaq təşkilatda müstəqil
dövlət kimi təmsil olunmur, hətta xarici siyasət sahəsində mütəxəssis
kadrlar hazırlayacaq heç bir instituta belə malik deyildi.
Bu gün Azərbaycan diplomatiyasının səsi dünyanın bütün
qitələrindən, planetimizin onlarla ölkəsindən gəlir. Azərbaycan
hazırda 158 ölkə ilə diplomatik əlaqələr qurmuşdur. Ölkəmizdə 34
dövlətin diplomatik nümayəndəliyi və konsulluğu, 10-dan çox bey-
nəlxalq təşkilatın nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın
xarici ölkələrdəki səfirliyi, daimi nümayəndəliyi və baş konsullu-
qlarının sayı artıq 54- ü keçmişdir.
Azərbaycan Respublikasının xarici siyasətinin, onun dip-
lomatik fəaliyyətinin həyata keçirilməsinin mühüm hüquqi və
təşkilati əsasları dövlət müstəqilliyimizin, demək olar ki, ilk günlərin-
dən yaradılmışdır.
Respublikamız beynəlxalq hüququn subyektinə çevrildikdən
sonra yaranan ən zəruri məsələlərdən biri onu xarici əlaqələrdə təmsil
edəcək xüsusi orqanlar sisteminin yaradılması idi. Bu məqsədlə ölkə
daxilində xarici əlaqələrin dövlətdaxili orqanları sistemini yaratmaqla
yanaşı, xarici əlaqələrin xarici orqanları – Azərbaycan Respublikası-
nın səfirlikləri, missiyaları, beynəlxalq təşkilatlardakı nümayəndələri,
konsulluqları də təsis olunmağa başlanmışdır.
Digər tərəfdən paralel olaraq Azərbaycan Respublikasının xa-
rici siyasət fəaliyyətini, diplomatik xidmət orqanlarının təşkili və
fəaliyyətini tənzimləyən qanunların, normativ hüquqi aktların qəbul
edilməsi, xarici əlaqə orqanlarının yaradılması və fəaliyyətini
tənzimləyən mühüm beynəlxalq konvensiyalara, sənədlərə qoşulması
zərurəti də yaranırdı.
Azərbaycan Respublikasının xarici siyasətinin, onun dip-
lomatik fəaliyyətinin həyata keçirilməsinin mühüm hüquqi və
təşkilati əsasları dövlət müstəqilliyimizin, demək olar ki, ilk
günlərindən yaradılmışdır. Lakin bu sahəd hələ görülməli olan bir
çox işlər qabaqdadır. Sevindirici haldır ki, öncəki araşdırmalarımız
nəticəsində təklif kimi irəli sürdüyümüz bir sıra dövlətdaxili qanun-
vericilik aktları (Azərbaycan Respublikasının Səfirliyi haqqında
Əsasnamə, Azərbaycan Respublikasının Konsulluğu haqqında
Əsasnamə və s.) bu gün Milli Məclis tərəfindən qəbul edilmişdir.
Bu mürəkkəb prosesin ən mühüm tərkib hissələrindən biri isə
beynəlxalq aləmdə milli maraqları qorumağı bacara bilən peşəkar
diplomat kadrların hazırlanması üçün ali tədris müəssisələrinin
yaradılması idi.
Hal-hazırda Respublikamızı dünyada layiqli təmsil edə biləcək
beynəlxalq hüquqşünasları yetişdirən mühüm tədris müəssisələri
mövcuddur ki, hazırki dərslik də məhz bu mütəxəssislərin uyğun
sahədəki vacib biliklərə yiyələnməsinə xidmət edir.
Xarici əlaqələr hüququnun nəzəri və praktiki problemlərinin
öyrənilməsi, xarici əlaqə orqanlarının təşkili və fəaliyyətinin milli və
beynəlxalq hüquqi əsaslarının araşdırılması, ölkəmizin öz
müstəqilliyinin ikinci onilliyinə inamla qədəm qoyduğu bu gü-
nümüzdə, xüsusilə vacibdir. Azərbaycanın xarici siyasətinin uğurları
bu məsələnin həllindən birbaşa asılıdır.
6
7
I FƏSİL
DÖVLƏTİN XARİCİ ƏLAQƏLƏRİNİN
HÜQUQİ TƏŞKİLİ
1.1.Beynəlxalq hüquq, xarici siyasət və
diplomatiyanin qarşılıqlı əlaqəsi
Beynəlxalq hüquq, xarici siyasət və diplomatiya təkcə bir- biri
ilə sıx bağlı olan deyil, həmçinin, bir çox baxımdan kəsişən anlayış-
lardır. Buna görə də onlardan hər hansı birinin ayrılıqda tədqiq olun-
ması qeyri-mümkündür.
Beynəlxalq hüququn xarici siyasət və diplomatiya ilə qarşılıqlı
əlaqəsi beynəlxalq hüququn mühüm nəzəri problemlərindən birini
təşkil edir. Bu qarşılıqlı əlaqə problemini daha ümumi xarakterli iki
məsələnin – siyasət və hüququn qarşılıqlı əlaqəsi və xarici siyasət və
diplomatiyanın qarşılıqlı əlaqəsi şəklində araşdırmaq olar.
1.1.1. Beynəlxalq sistemdə siyasət və hüquq
Siyasət geniş və çoxşaxəli bir anlayışdır. ”Siyasət” sözü yun-
anca politika sözündən götürülüb dövləti idarə etmək məharəti
mənasını verir. Müasir anlamda bu termin dövlətin həyata keçirdiyi
kurs, dövlət fəaliyyətinin müəyyən istiqaməti deməkdir.
Siyasət anlayışı dövlətin fəaliyyətinin məqsəd və prinsiplərini
və onun həyata keçirilməsinin üsul və vasitələrini əhatə edir.
Bütövlükdə siyasət dövlətin həyatının ən müxtəlif sferalarına dəlalət
edir. Ümumi siyasət anlayışı ilə yanaşı bu və ya digər konkret sahəni
əhatə edən iqtisadi siyasət, mədəni siyasət kimi xüsusi anlayışlar da
mövcuddur.
Hər bir dövlətin siyasəti tətbiq olunma sferasına müvafiq
olaraq onun daxili və xarici siyasətinə bölünür. Həm daxili, həm də
xarici siyasət eyni ali dövlət orqanları – dövlət başçısı, hökumət və s.
vasitəsilə idarə olunur. Lakin müxtəlif sferalarda reallaşdığına görə
onların həyata keçirilməsinin üsul və vasitələri də müxtəlif olur.
Xarici siyasət beynəlxalq sistemdə reallaşır və burada o, digər
dövlətlərin, xarici siyasətləri ilə qarşılıqlı əlaqədə olur. Dövlətin
xarici siyasət fəaliyyəti təkcə daxili faktorlarla deyil, həmçinin
beynəlxalq sistemin vəziyyəti ilə də müəyyən olunur.
Bütövlükdə xarici siyasət anlayışı geniş anlayış olub aşağıdakı
elementləri özündə cəmləşdirir: xarici siyasət kursu, xarici siyasət
doktrina və konsepsiyaları, xarici siyasəti həyata keçirən orqanlar və
dövlətin xarici siyasət fəaliyyəti.
Xarici siyasət və beynəlxalq hüququn qarşılıqlı əlaqəsi prob-
lemi mahiyyətcə beynəlxalq sistemdə siyasət və hüququn qarşılıqlı
əlaqəsi problemidir.
Hər hansı bir siyasətin nəticəsi kimi yaranan münasibətlər
məhz hüquq normalarının köməyi ilə qorunub saxlanılır və
möhkəmləndirilir. Siyasət öz birbaşa ifadəsini hüquqda tapır.
Hüquq normaları siyasi qərarlara məcburi xarakter verməklə
yanaşı, həmçinin özündən öncə mövcud olan hüquq prinsiplərinə
əsaslanır.
Hüquq, siyasətin nəticələrini möhkəmləndirməklə və eyni
zamanda onun reallaşdırılmasının təşkilati formalarını yaratmaqla
yanaşı, digər tərəfdən siyasətin öz üzərində fəal təsirini də hiss edir.
Onların qarşılıqlı əlaqəsində siyasət prioritetə malikdir. Belə ki,
hüquq normalarının yaradılması, onun məzmununun müəyyən
edilməsi ilə yanaşı, siyasət, həmçinin hüququn həyata keçirilməsi
prosesinin məzmununu da müəyyən edə bilir. Bəzən müxtəlif
şəraitlərdə hüququn tətbiq edilməsi prosesində onun məzmunu
dəyişikliyə uğrayır.
Beləliklə, hüquq və siyasətin qarşılıqlı əlaqəsi həm hüqu-
qyaratma, həm də hüquqtətbiqetmə proseslərində özünü büruzə verir.
Siyasi münasibətlər nəticəsində yaranan hüquq normaları elə həmin
siyasi münasibətlərin tənzimlənməsinə xidmət edir.
Mahiyyətcə bütün beynəlxalq hüquqi aktlar təkcə hüquqi deyil,
həmçinin siyasi xarakter daşıyır. Onların doğurduğu münasibətlər də
eyni zamanda həm hüquqi, həm də siyasi münasibətlərdir. Amerikalı
müəllif L. Henkin yazır ki, “bütün norma və öhdəliklər öz əsaslarına
görə siyasidirlər, onlara əməl etmək, həmçinin onları şüurlu surətdə
pozmaq – siyasi aktdır, xarici siyasət aktıdır”.
Doğrudan da beynəlxalq hüquq normalarının pozulması, həm
də onlara əməl olunması xarici siyasət fəaliyyətində ifadə olunur və
dövlətin uyğun qərarı isə xarici siyasət qərarıdır.
8
9
Beynəlxalq sistemdə hüquq və siyasətin qarşılıqlı
münasibətlərinin nəzəri cəhətdən düzgün müəyyən olunması mühüm
praktiki əhəmiyyətə malikdir.
Bu narahat dövrümüzdə ən realist xarici siyasət beynəlxalq
hüquqa istinad edən siyasət olmalıdır. Yalnız beynəlxalq hüququn
tələblərinə əməl edərək dövlətlərin ən mühüm siyasi maraqlarına –
onların müstəqilliyinə, suverenliyinə və təhlükəsizliyinə təminat
vermək olar.
1.1.2. Xarici siyasət və diplomatiyanın qarşılıqlı əlaqəsi
Beynəlxalq hüquq normaları dövlətin xarici siyasət, xüsusilə
də diplomatik fəaliyyət prosesi zamanı yaranıb fəaliyyət göstərir.
Müxtəlif müəlliflər diplomatiyaya bir çox təriflər vermişlər.
Lakin diplomatiya anlayışı çoxtərəflidir və onu bir təriflə əhatə etmək
mümkün deyil
Fransalı diplomat Qarden diplomatiyanın tam kursunda yazır:
“diplomatiya sözün geniş mənasında dövlətin xarici əlaqələri
haqqında elmdir, daha dəqiq mənada isə danışıqların aparılması elmi
və ya sənətidir. ”
Bir sıra müəlliflər isə diplomatiyanın tərifinə subyektiv xü-
susiyyətlər də əlavə edir. Məsələn, ingilis diplomatı E.Satau diplo-
matiyanı müstəqil dövlətlərin hökumətləri arasında rəsmi
münasibətlərin aparılmasına ağlın və taktın tətbiqi kimi müəyyən
edir. Digər ingilis diplomatı Q.Nikolson da yazır ki, diplomatiya sözü
nə xarici siyasəti, nə də beynəlxalq hüququ deyil, yalnız danışıqlar
məharətini ifadə etməlidir.
Keçmiş sovet ədəbiyyatlarında isə diplomatiya daha çox xarici
siyasətin həyata keçirilməsi vasitəsi kimi təyin olunur. Diplomatik
lüğətdə diplomatiyanın tərifi aşağıdakı kimidir: “Diplomatiya – həll
olunan məsələnin xarakterini və konkret şərtləri nəzərə almaqla tətbiq
olunan üsul və vasitələrin, qeyri-hərbi praktiki mərasimlərin
məcmusundan ibarət olan dövlətin xarici siyasətini həyata keçirmək
üsuludur. İkinci tərifə əsasən diplomatiya – dövlətin xarici siyasətinin
məqsəd və vəzifələrinin həyata keçirilməsi, dövlətin, onun xaricdəki
müəssisə və vətəndaşlarının hüquqlarının və maraqlarının qorunması
üzrə dövlət və hökumət başçılarının, xarici işlər nazirinin, xaricdəki
diplomatik nümayəndəliklərin, beynəlxalq konfranslardakı
nümayəndə heyətlərinin rəsmi fəaliyyətidir.” Bir çox yerlərdə diplo-
matiya dar mənada dövlətlər arasında danışıqlar aparmaq və
müqavilələr bağlamaq məharəti, bacarığı kimi də qiymətləndirilir.
Diplomatiya və xarici siyasət anlayışlarını bir-birindən fərq-
ləndirmək vacibdir. Xarici siyasət daha geniş anlayışdır və dip-
lomatiya onun həyata keçirilməsinin vasitəsi rolunu oynayır. Diplo-
matiyadan başqa dövlətin xarici siyasətinin həyata keçirilməsinin
fərqli üsul və vasitələri də mövcuddur; iqtisadi əməkdaşlıq, hərbi
güc, kəşfiyyat, xarici siyasi təbliğat və c. Lakin diplomatiyadan fərqli
olaraq onların bir çoxu xarici siyasətə münasibətdə müstəqil məqsəd
və vəzifələrə malik olurlar.
Xarici siyasət dövlətin beynəlxalq məsələlərdə ümumi kur-
sudur. O dövlətin məqsəd və vəzifələrini, onun beynəlxalq
münasibətlərdə fəaliyyətinin əsas istiqamətlərini, həmçinin istər sülh,
istərsə də müharibə dövründə bu fəaliyyətin forma və metodlarını
müəyyən edir.
Deyilənlərdən aydın olaraq görünür ki, diplomatiya xarici
siyasətə münasibətdə daha dar anlayışdır, çünki onun realizəsinin
vasitələrindən sadəcə olaraq biridir. Lakin qeyd etmək lazımdır ki,
diplomatiyanı xarici siyasətin digər üsulları ilə qarşılaşdıranda dip-
lomatiya xarici siyasətin əsas vasitəsidir və yalnız onun məqsədlərinə
xidmət edir.
Lakin bu üsul beynəlxalq hüquqdan fərqlənir. Diplomatiya hər
hansı bir dövlətin xarici siyasət maraqlarını başqa dövlətlərə (onların
hökumətlərinə, ayrı-ayrı siyasi dairələrinə, ictimai fikirə) mənəvi si-
yasi təsir vasitəsilə həyata keçirməyə, bu maraqların təmin olunması
üçün onları başqa dövlətlərin xarici siyasət maraqları ilə razılaşdır-
mağa çalışır. Diplomatiyanı beynəlxalq hüquqdan fərqləndirən
cəhətlərdən biri də odur ki, beynəlxalq hüquq bütün hallarda vahid
tənzimləmə sistemi kimi çıxış edir və bütün beynəlxalq aləm üçün
eynidir, lakin məlumdur ki, hər kəs üçün eyni olan ümumi diplo-
matiya mövcud deyildir. Hər dövlətin özünəməxsus diplomatiyası
vardır ki, onların da effektivliyi həmin dövlətlərin diplomatiya
məharətindən asılıdır.
Diplomatiya təbiətinə əsasən beynəlxalq münasibətlərin siyasi
tənzimləmə vasitəsidir və zor işlətməyin və zorla hədələmənin qada-
ğan olunduğu müasir dövrdə xarici siyasətin həyata keçirilməsinin
əsas vasitəsidir.
K.K.Sandrovskiy diplomatiyanın spesfik və yalnız ona xas
10
11
olan bir sıra cəhətlərini ayırır. Bunlara ilk növbədə beynəlxalq işlərdə
dövlətin fəaliyyətinin rəsmi xarakteri aiddir. İkincisi, diplomatik
fəaliyyət dövlətin istənilən orqanları ilə deyil, yalnız və yalnız bu
məqsədlə yaradılmış xüsusi orqanlar – xarici əlaqə orqanları vasitəsi
ilə həyata keçirilir. Üçüncüsü isə diplomatiya bütün hallarda yalnız
dinc vasitələrlə həyata keçirilməlidir. Xarici siyasəti həyata keçirmək
üçün digər dinc vasitələr də mövcud olduğu üçün sülh xarakteri təkcə
diplomatiyaya xas olan cəhət deyildir, lakin buna baxmayaraq o,
mühüm və müəyyənedici cəhətdir.
Müasir beynəlxalq hüquqda ikitərəfli və çoxtərəfli diplomatiya
anlayışı mövcuddur. İki dövlət arasında diplomatik fəaliyyəti
tənzimləyən ikitərəfli diplomatiyadan fərqli olaraq, çoxtərəfli dip-
lomatiya beynəlxalq təşkilatlar, konfranslar və müşavirələr
çərçivəsində bir neçə dövlət və dövlətlər qrupu tərəfindən həyata ke-
şirilir və çoxtərəfli əsasda dövlətin danışıqları, məşvərətləri ilə mü-
şayiət olunur.
BMT-nin və digər beynəlxalq təşkilatların yaradılması ilə
çoxtərəfli diplomatiya daha böyük əhəmiyyət kəsb etməyə başlayır.
Onun özünəməxsus xüsusiyyətləri vardır: iştirakçıların razılaşdırdığı
xüsusi proseduralar əsasında həyata keçirilir; iştirakçıların mövqeyi
fikir mübadiləsi, açıq çıxışlar və şəxsi görüşlər əsasında işlənib hazır-
lanır; qərarlar ya məcburi qüvvəyə malik olan, ya da tövsiyə xarakteri
daşıyan hüquqi aktlar formasında qəbul edilir.
Dostları ilə paylaş: |