DÖVLƏTDAXİLİ
XARİCİ ƏLAQƏ ORQANLARİ
3.1. Konstitusion orqanlar
3.1.1.Prezident
Müasir beynəlxalq münasibətlər onun iştirakçılarından, xü-
susilə də dövlətlərdən yüksək peşəkarlıq, əhəmiyyətli dərəcədə
intellektual təşkilati və maddi resurslar tələb edir. Bu vasitələr isə
əsasən dövlət başçısının ixtiyarında cəmlənmişdir. Kəşfiyyat
orqanları, böyük həcmli informasiyanın analizi vasitələri, qəbul olun-
muş qərarları həyata keçirmək iqtidarında olan aparat və nəhayət,
birbaşa diplomatik və xarici dövlətlərlə digər əlaqə kanalları məhz
dövlət başçısının sərəncamındadır. Yəni beynəlxalq ünsiyyətin
şərtlərinin müəyyən etdiyi fakta əsasən, xarici əlaqələr ənənəvi olaraq
icra hakimiyyəti sferasına aiddir.
Respublikamız üçün, onun xarici əlaqələrinin həyata
keçirilməsinin səmərəliliyi baxımından bu və bunun kimi digər vacib
sənədlərin qəbul edilməsi bu gün olduqca zəruridir. Ümid edirik ki,
tezliklə bu boşluqlar doldurulacaq, Azərbaycanda diplomatiya
hüququ sahəsində dövlətdaxili qanunvericilik respublikamızın iştirak
etdiyi beynəlxalq-hüquqi aktları tamamlayaraq onların Azərbaycan
Respublikasına münasibətdə tətbiqini daha da effektli edəcəkdir.
Bu ümumqəbulolunmuş müddəa ilə əlaqədar fransız mü-
təxəssisi F.Luşer yazır ki, "beynəlxalq münasibətlər ənənəvi olaraq
icra hakimiyyətinin imtiyazıdır". Bu baxımdan Braziliyanın 1988-ci
il Konstitusiyası xüsusi maraq kəsb edir. Bu konstitusiya icra haki-
miyyətinin iştirakı olmadan hazırlanmış və qəbul edilmişdir.
Konstitusiyaya müvafiq olaraq federal hakimiyyət daxili və xarici
işlərdə prezident vasitəsilə təmsil olunur. Heç bir digər hakimiyyət
qolu danışıqlar aparmaq və beynəlxalq müqavilələr imzalamaq
hüququna malik deyildir. Q.Soares qeyd edir: “Prezident Braziliya
Federal Respublikasının beynəlxalq münasibətlərdə
öhdələndirilməsində müstəsna hakimiyyətə malikdir".
Bu müddəa həm dövlətlərin konstitusiya hüququnda, həm də
beynəlxalq hüquqda öz əksini tapmışdır. Beynəlxalq hüquqa əsasən, öz
rəsmi mövqeyinə görə dövlət başçısı heç bir xüsusi vəkalət olmadan
(ex offisio) dövləti təmsil edir (Beynəlxalq müqavilələr hüququ
haqqında 1969-cu il Vyana Konvensiyası, maddə 7. 2).
Prezidentin xarici əlaqələr sahəsində bu cür xüsusi vəziyyəti
74
75
həm beynəlxalq, həm də daxili faktorlarla şərtlənmişdir. Dövləti ali
səviyyədə yalnız bir orqan təmsil edə bilər. Parlament kimi, kollektiv
orqan bunun üçün yararlı ola bilməz.
vermək daha məqsədəmüvafiq olardı: "… Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
diplomatik nümayəndəliklərinin başçısını təyin edir və geri çağırır".
Bu düzəliş aşağıdakı məsələyə aydınlıq gətirmiş olardı: prezident
Azərbaycan Respublikasının xaricdəki bütün diplomatik
nümayəndələrini deyil, yalnız xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda diplomatik nümayəndəliklərinin başçısını təyin edir.
Zənnimcə, konstitusion normaların daha dəqiq ifadə olunması
zəruridir.
İ.İ.Lukaşuk xarici siyasət məsələlərində prezident və parlament
arasındakı hakimiyyət bölgüsü problemini araşdıran elmi
məqaləsində xarici siyasətin həyata keçirilməsində qanunverici və
icra orqanının qarşılıqlı əlaqələrinin vacibliyini qeyd etsə də, xüsusi
olaraq vurğulayır ki, bununla yanaşı, həmin sahədə əsas məsuliyyəti
məhz icra hakimiyyəti daşıyır
1
.
Bu məsələ ilə bağlı prezidentin daha bir səlahiyyəti 109-cu
maddənin 16-cı bəndi ilə müəyyən olunmuşdur. Bu xüsusi
səlahiyyətə əsasən prezident xarici dövlətlərin diplomatik
nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir. Bu
bənddə də "diplomatik nümayəndələrinin" yerinə "diplomatik
nümayəndəliklərinin başçılarının" termininin işlədilməsi daha düzgün
olardı.
Dövlət başçısının xarici əlaqələr sahəsində konkret
səlahiyyətlərinə gəldikdə isə, bu, hər bir dövlətin konstitusion sistemi
ilə müəyyən olunur. Prezident respublikalarında onların səlahiyyətləri
adətən daha genişdir.
Azərbaycan Respublikasında Prezidentin xarici əlaqələr
sahəsində konstitusion səlahiyyətlərinin araşdırılmasına Azərbaycan
Respublikası Əsas Qanununun 8-ci maddəsindən başlayaq.
Konstitusiyanın 8-ci maddəsi "Azərbaycan dövlətinin başçısı"
adlanır. Onun I bəndində deyilir ki, "Azərbaycan dövlətinin başçısı
Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və
xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir". III bənddə
deyilir ki, "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət
olunmasının təminatçısıdır"
2
.
Yeri gəlmişkən qeyd edək ki, xarici əlaqələr sahəsində digər
səlahiyyətlərdən fərqli olaraq 15 və 16-cı bəndlərdə təsbit olunmuş
səlahiyyətlər prezidentin xarici əlaqələr sahəsində müstəsna
səlahiyyətləridir. Bu müstəsna səlahiyyətlərdən başqa prezidentin
Azərbaycan Respublikasının Milli Məclisi ilə bölüşdüyü bir sıra
digər səlahiyyətləri də mövcuddur. Bunlara əsasən aşağıdakılar
aiddir:
1)
Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası
beynəlxalq müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edir, təsdiqnamələri
imzalayır (109-cu maddə, bənd 17);
Prezidentin xarici əlaqələr sahəsində əsas səlahiyyətləri
"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri" adlanan 109-
cu maddə ilə müəyyən olunmuşdur. Həmin maddənin 15-ci bəndinə
əsasən prezident Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis
edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat
verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır.
2)
Azərbaycan Respublikasının Milli Məclisinin razılığı ilə
müharibə elan edir və sülh bağlayır (109-cu maddə, bənd 30);
Mövcud praktikanı nəzərə alaraq konstitusiyanın 109-cu
maddəsinin 15-ci bəndinin son müddəasını aşağıdakı redaksiyada
77
3)
Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan
Respublikasının Milli Məclisinin təsdiqinə verir (109-cu maddə, bənd
11). Bunlarla yanaşı, prezident danışıqlar aparır, dövlətlərarası və
hökumətlərarası beynəlxalq müqavilələr bağlayır (109-cu maddə,
bənd 17). Prezidentin bu səlahiyyətləri Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi
qaydaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci
maddəsi ilə də təsdiq olunmuşdur. Burada qeyd olunur ki,
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının
1
Лукашук И.И. Внешняя политика: президент и парламент // Госу-
дарство и право, 1996, №7, с. 144
2
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun. 1996, s. 6
76
bütün beynəlxalq müqavilələri barəsində danışıqlar aparmaq və onları
imzalamaq hüququna malikdir.
Bütün bu deyilənlər təkcə beynəlxalq müqavilələrin bağlan-
ması, icrası və ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini əks etdirir. Təbii ki, xarici əlaqələr
sahəsində prezidentin səlahiyyətləri bunlarla məhdudlaşmır.
Əksər hallarda prezident beynəlxalq müqavilələri özü
imzalamır, onların imzalanması üçün səlahiyyətlər verir. Adı çəkilən
qanunun 6-cı maddəsinə müvafiq olaraq beynəlxalq danışıqların
aparılması
və Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin imzalanması üçün səlahiyyətləri yalnız Azərbaycan
Respublikasının Prezidenti verir.
Xarici
əlaqələr sahəsində Azərbaycan Respublikası
Prezidentinin daha bir müstəsna səlahiyyəti 109-cu maddənin 24-cü
bəndində və uyğun olaraq Azərbaycan Respublikasının "Diplomatik
xidmət haqqında" qanununda göstərilmişdir. Adı çəkilən qanunun
"Diplomatik rütbələrin verilməsi qaydaları" haqqında 9-cu
maddəsində deyilir ki, fövqəladə və səlahiyyətli səfir, birinci və
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü
bəndində müvafiq olaraq verilir (maddə 9. 1). Yəni bu rütbələrin
verilməsi Azərbaycan Respublikası Prezidentinin müstəsna
səlahiyyətidir.
Azərbaycan Respublikasının Beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan
Respublikasının Qanununa əsasən prezidentə, həmçinin Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ləğv
edilməsi haqqında təkliflər təqdim olunur (maddə 4 və 21).
Azərbaycan Respublikasının adından, o cümlədən Azərbaycan
Respublikasının hökuməti adından bağlanan müqavilələrə dair
beynəlxalq danışıqların aparılması və beynəlxalq müqavilələrin
bağlanması haqqında qərarlarını da Azərbaycan Respublikasının
Prezidenti qəbul edir (maddə 5). Qanuna əsasən Prezident, artıq qeyd
etdiyimiz kimi, Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin ratifikasiyası haqqında Milli Məclisin qərarı əsasında
ratifikasiya fərmanı imzalayır (maddə 11).
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xarici
əlaqələrlə bu və ya digər dərəcədə əlaqəli olan müxtəlif səlahiyyətləri
mövcuddur.
Belə ki, Konstitusiyanın 109-cu maddəsinin 20-ci bəndinə
müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti vətəndaşlıq
məsələlərini həll edir. Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında Azərbaycan Respublikası Qanununun 14 və 16-cı maddələri
bu müddəanı bir daha təsdiq edir. Burada qeyd olunur ki, Azərbaycan
Respublikasının vətəndaşlığına qəbul haqqında və uyğun olaraq,
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında
qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
Prezident, həmçinin ratifikasiya tələb olunmayan Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrini təsdiq və ya qəbul edir
(maddə 13). O, eyni zamanda, Azərbaycan Respublikasının adından
və Azərbaycan Respublikasının hökuməti adından bağlanan və
ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrini ləğv edir (maddə 24).
109-cu maddəyə müvafiq olaraq prezident həmçinin siyasi
sığınacaq verilməsi məsələlərini həll edir (bənd 21), fövqəladə və
hərbi vəziyyət elan edir (bənd 29).
Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının
Prezidenti ratifikasiya tələb olunmayan müqavilələrə qoşulmaq
haqqında qərarlar da qəbul edir (maddə 14).
Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik
işğal olunduqda xarici dövlət və ya dövlətlər Azərbaycan
Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına
qarşı real silahlı hücum təhlükəsi yarandıqda və s. hallarda
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının
bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir
(Konstitusiyanın 111-ci maddəsi).
Qanunun 16-cı maddəsi Konstitusiyanın 8-ci maddəsinin III
bəndindəki müddəanı təsdiq edir. Burada qeyd olunur ki, Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin yerinə yetirilməsini təmin edir.
Onu da qeyd edək ki, idarələrarası xarakter daşıyan
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması,
icrası və ləğv edilməsi qaydaları Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilir (maddə 2).
Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və
78
79
başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və s. yönəldilən bu
kimi hərəkətlər edildikdə Azərbaycan Respublikasının Prezidenti
ayrı-ayrı yerlərdə fövqəladə vəziyyət tətbiq edir (Konstitusiyanın
112-ci maddəsi).
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanıdır (maddə 9).
Ali Baş komandan kimi Prezident özünümüdafiə qaydasında Silahlı
Qüvvələrin tətbiqi də daxil olmaqla, neytrallığın elan edilməsi,
barışıq haqqında müqavilənin imzalanması və s. beynəlxalq hüquqla
müharibə halı üçün nəzərdə tutulmuş bu kimi hüquqları həyata
keçirir.
Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti
respublikamızı xarici əlaqələrdə hərtərəfli təmsil edir. O, digər
dövlətin başçıları və vəzifəli şəxsləri ilə gündəlik görüşlər keçirir,
danışıqlar aparır, sənədlər imzalayır və sair.
Bu görüşlərdə mühüm xarici - siyasi məsələlər müzakirə edilir
və bu məsələlərlə əlaqədar əhəmiyyətli qərarlar qəbul olunur.
Gördüyümüz kimi, diplomatiya və xarici siyasət dövlət
başçısının fəaliyyətinin mühüm sferalarından biridir. Dövlətin xarici-
siyasi funksiyalarının həyata keçirilməsində dövlət başçısının rolu və
əhəmiyyəti, təbii ki, artmaqdadır. Dövlətin başçısı kimi prezident
beynəlxalq səviyyədə ali diplomatik vəzifəli şəxsdir, o, geniş
səlahiyyətlərə malikdir, ölkəni beynəlxalq münasibətlərdə təmsil edir
və bir sözlə, dövlətin timsalıdır.
Prezidentin xarici əlaqələr sahəsində səlahiyyətlərinin həyata
keçirilməsində Prezidentin İcra Aparatı və onun xarici əlaqələr şöbəsi
də mühüm yer tutur. Xarici əlaqələr şöbəsinin əsas fəaliyyət
istiqamətlərini aşağıdakı kimi müəyyən etmək olar:
1) Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə
səfərləri üçün lazımi sənədlərin və materialların hazırlanması;
2) xarici dövlətlərin başçılarının Azərbaycan Respublikasına
səfərləri ilə bağlı lazımi sənədlərin və materialların hazırlanması;
3)
Azərbaycan Respublikasının Prezidenti ilə xarici dövlət
rəhbərləri arasında rəsmi yazışmaların, telefon danışıqlarının təşkili;
4)
dövlət başçılarından və digər rəsmilərdən daxil olmuş
müxtəlif məzmunlu məktubların prezidentə məruzə edilməsi, onlara
cavabların hazırlanması və lazım gələrsə, onların mətbuatda dərc
edilməsi;
5)
Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə
olunmuş diplomatik nümayəndəlikləri ilə daimi əlaqələrin
saxlanılması və prezidentin xarici siyasət konsepsiyasının həyata
keçirilməsi istiqamətində birgə fəaliyyət göstərilməsi və s.
Prezidentin bütün sadalanan səlahiyyətləri, təbii ki, beynəlxalq
hüquqla prezidentə verilmiş bütün imkanları əhatə etmir. Bununla
yanaşı, təkcə ayrı-ayrı səlahiyyətləri və ya onların cəmini deyil,
bütövlükdə prezidentin hakimiyyətindən irəli gələrək real imkanları
nəzərə almaq vacibdir
1
. Prezidentin səlahiyyətləri bir qayda olaraq
onların realizəsi prosesində daha aydın ortaya çıxır.
Xarici siyasi funksiyaların həyata keçirilməsi sahəsində dövlət
başçılarının səlahiyyətləri təkcə dövlətlərin konstitusiyaları ilə deyil,
həm də beynəlxalq hüquqi aktlarla nəzərdə tutulur. Diplomatiya
hüququnda dövlət başçısının funksiyaları və statusu aşağıdakı
qaydada əks olunmuşdur. Diplomatik əlaqələr haqqında 1961-ci il
Vyana Konvensiyasının 14-cü maddəsinə müvafiq olaraq diplomatik
nümayəndəliklərin başçıları kimi səfir və elçilər dövlət başçısı yanına
akkreditə olunurlar.
Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyasının 21-ci
maddəsində ilk dəfə olaraq beynəlxalq ünsiyyətdə iştirak edən dövlət
başçısı və yüksəkrütbəli şəxslərin xüsusi statusu müəyyən
olunmuşdur. Həmin maddənin birinci bəndinə əsasən xüsusi
missiyaya başçılıq edən göndərən dövlətin başçısı qəbul edən
dövlətdə və ya üçüncü dövlətdə rəsmi səfərlə digər dövlətdə olan
dövlət başçısının beynəlxalq hüquqla tanınan imtiyaz, üstünlük və
immunitetlərindən istifadə edir. Bu o deməkdir ki, dövlət başçısı
ölkədən kənarda beynəlxalq müdafiədən istifadə edir. Eyni
məzmunlu müddəa Universal xarakterli beynəlxalq təşkilatlara
münasibətdə dövlətlərin nümayəndəlikləri haqqında 1975-ci il Vyana
Konvensiyasının 50-ci maddəsində də təsbit olunmuşdur. Yəni
beynəlxalq təşkilatların orqan və konfransındakı dövlətlərin nü-
mayəndə heyətinin başçıları kimi, dövlət başçılarının uyğun
immunitet və imtiyazları 50-ci maddədə öz əksini tapmışdır.
Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana
1
Лукашук И.И. Внешняя политика: президент и парламент // Госу-
дарство и право, 1996, №7, с. 145
80
81
Konvensiyasının 7-ci maddəsi qeyd edir ki, "dövlət başçıları öz
funksiyalarına görə və vəkalətnamə təqdim etmək zərurəti olmadan
müqavilənin imzalanmasına aid olan bütün aktların həyata keçirilməsi
məqsədlərində öz dövlətlərini təmsil etmiş hesab olunurlar".
Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən,
diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və
cəzalandırılması haqqında 1973-cü il Konvensiyasında da dövlət
başçısı beynəlxalq müdafiədən istifadə edən şəxs kimi müəyyən
olunmuşdur.
Beləliklə, "suverenin immuniteti" beynəlxalq ünsiyyətdə dəqiq
əməl olunan beynəlxalq hüququn ümumtanınmış normasıdır. Bu, o
deməkdir ki, dövlət başçısına istənilən digər dövlətdə tutduğu yüksək
vəzifəyə görə həmin dövlətdəki dövlət başçısına göstərilən hörmətə
bərabər hörmət göstərilməlidir. Dövlət başçısının ona hörmət
edilməsinə, təntənəli qəbul edilməsinə və s. olan hüquqların yerinə
yetirilməsi istənilən qəbul edən dövlətin öhdəliyidir.
Beləliklə, dövlətin xarici siyasətində icra hakimiyyətinin əsas
rolu və məsuliyyəti qanunauyğun haldır.
3.1.2. Hökumət və hökumət başçısı.
Hökumət də, həmçinin dövlətin yuxarı icra orqanı kimi xarici
əlaqələrin konstitusion orqanı hesab olunur. Dövlətin xarici siyasət
kursunun realizəsi və diplomatik fəaliyyətin təşkili hökumətin fəal
iştirakı olmadan təsəvvür edilə bilməz. Qeyd edək ki, hökumətin
fəaliyyətində xarici əlaqələr sahəsində əsas üç fəaliyyət istiqamətləri
birləşir. Belə ki, hökumət başçısı və hökumətin xarici əlaqələr üzrə
səlahiyyətlərinə xarici siyasətin əsas istiqamətlərinin müəyyən
edilməsində parlament və dövlət başçısına təkliflər vermək, qəbul
edilmiş xarici siyasət qərarlarının həyata keçirilməsi və həmçinin
onlar üzərində nəzarəti təşkil etmək daxildir
1
.
Parlament respublikalarında xarici əlaqələrin həyata
keçirilməsində əsas rol məhz hökumətə məxsusdur. Bizim
respublikamızda Nazirlər Kabineti prezident respublikalarına xas
olan ənənəvi sosial-iqtisadi rəhbərlik orqanı xarakteri daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
Azərbaycan Respublikasının Konstitusiyası, 1993-cü il 8 iyun tarixli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında
Əsasnaməsi və 1994-cü il 8 fevral tarixli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvəqqəti reqlamenti ilə müəyyən olunmuşdur.
Nazirlər Kabineti Azərbaycan Respublikasının xarici
dövlətlərdə, beynəlxalq təşkilatlarda təmsilçiliyini təmin edir,
hökumətlərarası müqavilə və razılaşmalar imzalayır, onları həyata
keçirir, xarci siyasi fəaliyyətə, dövlətlərarası iqtisadi, elmi-texniki və
mədəni əməkdaşlığa rəhbərliyi həyata keçirir.
Nazirlər Kabineti bütün dövlət müəssisələrinin xarici
əlaqələrini tənzimləyir. Koordinativ funksiya xarici əlaqələrlə bağlı
Nazirlər Kabinetinin ən mühüm funksiyasıdır.
Beynəlxalq müqavilələrin bağlanması haqqında təklifləri
Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və idarələri
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə və ya
onunla razılaşdırmaqla müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə verirlər. Nazirlər Kabineti
verilmiş təkliflərə baxır, onları digər müvafiq idarə və nazirliklərə
ötürərək təkliflər, rəylər alır, ümumiləşdirilmiş formada rəyləri və
məlumatları Xarici İşlər Nazirliyinə göndərir və nəhayət, bütün
bunların əsasında artıq konkret təklifi müvafiq rəylə birlikdə
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Təklif
verilərkən artıq beynəlxalq müqavilənin bağlanması zərurəti
əsaslandırılır, onun ehtimal olunan siyasi, iqtisadi, hüquqi, maddi və
maliyyə nəticələri müəyyənləşdirilir, beynəlxalq müqavilənin icraçıları
göstərilir, danışıqların aparılması, beynəlxalq müqavilənin mətninin
qəbul edilməsi və ya əslinə uyğunluğunun müəyyən edilməsi
məqsədilə Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibi
də
təklif edilir (“Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları
haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 4).
Nazirlər Kabineti Azərbaycan Respublikası hökuməti adından
bağlanan və ratifikasiyası tələb olunmayan beynəlxalq müqavilələri
Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən təsdiq və ya
qəbul etmək səlahiyyətinə malikdir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin
bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan
Respublikasının Qanununa əsasən, Nazirlər Kabineti müstəqil
1
Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа,
1986, с. 65
82
83
surətdə və ya digər nazirliklər, dövlət komitələri və idarələri ilə
birlikdə, yaxud onlarla razılaşmaqla Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təklifləri müəy-
yənləşdirilmiş qaydada Azərbaycan Respublikasının Prezidentinə
təqdim edirlər (maddə 21).
Nazirlər Kabineti, həmçinin Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri ilə tənzimlənən və onların səlahiyyətlərinə
aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü
öhdəliklərin yerinə yetirilməsini təmin edir.
İdarələrarası xarakter daşıyan Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi
qaydalarına əsasən, idarələrarası müqavilələrin bağlanması haqqında
təklif onu imzalayacaq idarə tərəfindən müvafiq aidiyyətli
təşkilatlarla razılaşdırılmış müqavilə layihəsi ilə birlikdə Nazirlər
Kabinetinə təqdim edilir. Nazirlər Kabineti verilmiş təkliflərə baxıb
müvafiq rəylə birlikdə müqavilə layihəsini Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir (maddə 2. 1).
Nazirlər Kabineti Azərbaycan Respublikasının diplomatik
xidmətini təşkil edir, xarici dövlətlərdə, beynəlxalq təşkilatlarda
diplomatik və konsul nümayəndəliklərinin təsis olunması, zəruri
maliyyə vəsaitlərinin ayrılması məsələlərini həll edir, Azərbaycan
Respublikasının beynəlxalq aləmdə xarici siyasət və diplomatiyasının
realizəsi üzrə vacib tədbirləri həyata keçirir.
Azərbaycan Respublikasının beynəlxalq mərasimlərdə
iştirakının maliyyə təminatı ilə əlaqədar, respublikada müxtəlif
beynəlxalq tədbirlərin keçirilməsi üçün vəsait ayrılması və s.
məsələlərlə bağlı Nazirlər Kabinetinin çoxsaylı sərəncam və qərarları
mövcuddur. Məsələn, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının Bakı şəhərində keçiriləcək tədbirlə
bağlı xərclərin ödənilməsi üçün vəsaitin Xarici İşlər Nazirliyinə
ayrılmasına dair 27 aprel 2004-cü il 81 №li sərəncamı, 2004-cü ildə
Şimali Atlantika Birliyinin “Sülh naminə tərəfdaşlıq” Proqramı
çərçivəsində keçirilən tədbirlərlə bağlı xərclər üzrə nəzərdə tutulmuş
vəsaitin bölgüsünün təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 10
may 2004-cü il tarixli 915 №li sərəncamı və s.
Azərbaycan Respublikasının xaricdəki səfirliklərinin,
konsulluqlarının və digər diplomatik nümayəndəliklərinin
saxlanılması, fəaliyyəti üçün onlara binaların alınması, təchiz və
təmir işləri üçün Nazirlər Kabinetinin müvafiq sərəncam və qərarları
ilə vəsaitlər ayrılır. Bunlara konkret misal olaraq Azərbaycan
Respublikasının Macarıstan Respublikasındakı səfirliyinin maliyyə
təminatı barədə 24 sentyabr 2004-cü il tarixli 140 №li qərarını,
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı sə-
firliyinin maliyyə təminatı barədə Nazirlər Kabinetinin 30 iyul 2004-
cü il 102 №li qərarını və s. göstərmək olar.
Respublikamızın üzv olduğu beynəlxalq ictimai-siyasi, kredit
təşkilatlarına vaxtında üzvlük haqları və kreditlər üzrə faizlərin
ödənilməsinə dair Nazirlər Kabinetinin sərəncamları da xüsusi yer
tutur.
Nazirlər Kabinetinin xarici əlaqələrlə bağlı sərəncam və
qərarları təkcə maliyyələşdirmə xarakterli aktlarla məhdudlaşmır.
Təşkilati məsələlərlə əlaqəli olaraq da bir çox sərəncam və qərarlar
mövcuddur.
Azərbaycan Respublikası digər dövlətlərlə çoxsaylı
hökumətlərarası sazişlər imzalamışdır. Nazirlər Kabineti, həmçinin
hökumətlərarası əməkdaşlığa dair sazişlərin həyata keçirilməsi ilə
əlaqədar tədbirlər görülməsi üçün sərəncamlar da verir.
Azərbaycan Respublikasının qoşulduğu konvensiyalardakı
müddəalardan irəli gələn öhdəlikləri həyata keçirmək üçün nəzərdə
tutulmuş ölkə üzrə səlahiyyətli orqan qismində aidiyyətlı orqanların
təyin olunması üçün Nazirlər Kabineti Azərbaycan Respublikası
Prezidentinin bir sira müvafiq sərəncam layihələrini hazırlayıb
Prezident Aparatına təqdim edir.
Nazirlər Kabineti Azərbaycan Respublikasının beynəlxalq
təşkilatlarla əlaqələrinin həyata keçirilməsi sahəsində də operativ iş
aparır. İlk öncə o, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığa dair
nazirlik və idarələrdən gələn təklifləri dəyərləndirir, onu digər
müvafiq orqanlara göndərir, cavablar alır və ümumiləşdirilmiş rəylər
əsasında konkret təkliflər verir. Digər tərəfdən, respublikanın artıq
əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla münasibətlərinin daha da
inkişaf etdirilməsi sahəsində də tədbirlər görür.
Nazirlər Kabinetinin xarici siyasət məsələləri ilə bağlı bu geniş
funksiyaları əsasən onun Mərkəzi Aparatının Xarici İqtisadi Əlaqələr
şöbəsi vasitəsilə həyata keçirilir. Nazirlər Kabinetinin İşlər İdarəsi
haqqında Əsasnamədə bu şöbənin aşağıdakı vəzifələri müəyyən
edilmişdir:
84
85
-
xarici iqtisadi siyasət strategiyasının hazırlanmasını və
həyata keçirilməsini təşkil etmək;
-
xarici iqtisadi əlaqələrin müxtəlif formalarının inkişaf
etdirilməsinə dair təklifləri hazırlamaq;
-
Azərbaycan Respublikasının hökumətlərarası saziş, müqavilə
və digər beynəlxalq aktlarının layihələrinin hazırlanmasını və
müəyyən edilmiş qaydada təqdim olunmasını təmin etmək;
-
nazirlik, baş idarə və təşkilatların xarici iqtisadi fəaliyyətinin
əlaqələndirilməsi və onun Azərbaycan Respublikasının xarici iqtisadi
siyasət strategiyasına uyğun olaraq həyata keçirilməsini təmin etmək;
-
xarici iqtisadi fəaliyyət sahəsində Azərbaycan Respublikası
qanunlarının, prezident fərmanlarının, Nazirlər Kabinetinin qərar və
sərəncamlarının icrası üzərində nəzarətin həyata keçirilməsi, bunun
üçün müvafiq təşkilatın nümayəndələrini cəlb etməklə yoxlama
komissiyalarının təşkil edilməsi, yoxlamanın nəticələrini təhlil edib
aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlərin
hazırlanması;
-
Azərbaycan Respublikası xalq təsərrüfatı sahələrinin inkişafı
üçün xarici kreditlər və investisiyaların cəlb edilməsi işinin təşkili;
-
Azərbaycan Respublikasının xarici ölkələrdə səfirlik və
nümayəndəliklərinin valyuta vəsaiti ilə, maliyyələşdirilmə məsələləri
ilə bağlı sənədlərin hazırlanması;
-
Azərbaycan Respublikası xətti ilə respublikaya rəsmi səfərə
gələn xarici nümayəndə heyətlərinin qəbulu və dövlət protokol
xidməti qaydalarına əməl olunmasının təmin edilməsi, habelə digər
xarici nümayəndə heyətlərinin və əcnəbi qonaqların Nazirlər
Kabinetinin rəhbərliyi tərəfindən qəbulunun təşkili;
-
beynəlxalq sərgilərin, simpoziumların, sərgilərin təşkili və s.
Əsasnamədə göstərilən vəzifələr xarici iqtisadi əlaqələr
şöbəsinin və bütövlükdə Nazirlər Kabinetinin uyğun sahədəki
fəaliyyəti barədə ümumi təəssürat yaradır.
Son olaraq qeyd edək ki, hökumət başçısı da həmçinin dövləti
və onun hökumətini öz səlahiyyətləri çərçivəsində xarici əlaqələrdə
təmsil edir. Baş nazir Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları
haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sülh
müqavilələri istisna olmaqla, Azərbaycan Respublikasının digər
beynəlxalq müqavilələri barəsində danışıqlar aparmaq və onları
imzalamaq hüququna malikdir. Beynəlxalq hüquq və praktikaya
əsasən də dövlətlərarası müqavilələrin bağlanmasında hökumət
başçısına vəkalətnamə tələb olunmur
Hökumət başçısı xüsusi vəkalət olmadan BMT-nin Baş
Assambleyasının və başqa beynəlxalq təşkilatların iclaslarında iştirak
edə bilər. Onun hər hansı bir mərasimdə olması hökumət başçısı kimi
öz səlahiyyətləri əsasında bu mərasimdə iştirak etməsinə əsas verir
1
.
Hökumət notası, beynəlxalq münasibətlər məsələləri üzrə
hökumət başçısının xarici dövlətin hökumət başçısına müraciəti,
hökumət nümayəndə heyətlərinin göndərilməsi və öz ölkəsində
qəbulu, onlar arasında danışıqlar aparılması və beynəlxalq
razılaşmaların imzalanması və s. hökumətin diplomatik fəaliyyətinin
geniş yayılmış formalarıdır
2
.
Dostları ilə paylaş: |