Kor nə istər iki göz, biri əyri, biri düz - istədiyim yar
idi, yetirdi pərvərdigar.
Kor nə istər iki göz, biri əyri, biri düz (288, s. 115).
Kor ölər, adı qalar badamgöz - bir adamı öləndən sonra
şişirtmək.
3 2 4
Türtjdeymhri
Kor peşiman- gəldiyinə peşiman olmaq.
Anam kor-peşiman yenə Qazaxıstana qayıtdı (105, s.17).
Kor peşiman geri qayıdarmış (148, s,55).
Kor şeytana lənət -p is fikirdən daşıııdırmaq.
Kor şeytana deyib oldu Nəsiro yar,
Eylordi N əsir bu sözü hər bəzmdə tokrar (72, c.III, s.264).
Kor tutduğunu buraxmaz - bir adam öyrəşdiyi pis işi
əldən verə bilməz.
Kor tutduğunu buraxmaz məsəli mocibiııcə, öz vəhşiyanə
hərəkətlərini daha da şiddətləndirmək və xəlqi fişar altında
qoymağı bizim bitərəfimə nəsihətlərimizi qəbul etməyə tərcih
verdilər (288, s.392).
İnsan olan xəncər belinə taxmaz.
Amma heyf, kor tutduğun buraxmaz (306, s.34)
Korun- korun yanmaq - içəridən yanmaq.
H əsrət alovlanır neçə baxışda,
Ürək koran-korun yanır,
Göynəyir (167, s. 120).
Kor yuxu - otalot, qəflət yııxusu.
Çıraq yandır, ocaq qur,
Kor yuxudan bircə dur (H.Sahir).
Kov- hesab.
Lap ciddi, çünki sənin o sayaq məni yıxmağın kov deyil
(1, s. 168).
Kovxanı gör, kəndi çap- bir yerin başçısı ilə əlbir olub
oranı soya bilərsən.
“Kovxanı gör, kəndi çap” məsəlini əzbərdən
bilən
əmiuşağını xatırladı (2 5 3 , s.326).
Köçün sürmək - ömür sürmək, ömrü başa çatdırmaq.
O məşhur teleqramı vuran adam, köçünü sürüb, dünyadan
getməsəydi... (142, səh. 144).
Köhnə bazara təzə nırx qoymaq - köhnə dəyərlərə
hörmət etməmək, hər şeyi dəyişmək.
Bu təzə gəlin təzə nırx qoyanda köhnə bazara,
...Ana dözəmmedi (328, s.303).
‘Behruz J-hqqi
T ur^dafim hri
Köhnə bazara təzə nırx qoymaq olmaz (9, s. 17).
Köhnə beyin - qoca, yaşlanmış, m ədəniyyət s a h ə s i n d ə
zamanın istəyindən geri qalmaq.
Hələ sən köhnə beyinsən, hələ sözə quş eyləmirsən,
Savadın yoxdur, bu m ətləbləri huş eləm irsən ( 1 6 8 ,
səh. 270).
Köhnə çuval - həyat, dünya.
Ey şeyx, sual tərkini qıldın qıl,
Bu köhnə çuval tərkini qıldın qıl!
Köhnə dağarcnğı tumaş yerinə qoymaq - gözdən p ə r d ə
asmaq.
Köhnə dağarcığı tumaş yerinə,
Aşıq Ələsgərə satma, heyifsəıı (32, c.II, s.17).
Köhnə dağarcıq - dərdə dəyməyən bir zad.
Köhnə dağarcığı tumaş yerinə,
Aşıq Ələsgərə satma, hayıfsan (14, səh. 206).
Köhnə dərdin qövr eləməsi - köhnə dərdin təzələnməsi.
Ax gözəl Azərbaycan vətənim, harda qalmısan? Böyük
yazıçının ürəyində qövr etmiş köhnə dərdi idi (197).
Köhnə hamam, köhnə tas - yəni, əvvəlki zamanlar kim i
qamınsuzluq.
Fəqət məəltəəssuf,
Köhnə hanıam, köhnə tas.
Yaltaqçı məmurlar, rus konsullarının başmağmı təmizlə
məklə məmuriyyət alan alçaqlar iş başından qovulmamışlar
Sohlidir. hələ bəlkə ən mühüm məmuriyyətlərə də göz dik
mişlər ((55, № 2).
Köhnə xərmənləri sovurmaq - köhnə işlərm, sözloriıı,
ənənələrin dalınca getmək.
Amma mən onu deyirəm ki, köhnə xərmənləri sovur-
maqdansa, təzə sözləri ortaya qoymaq lazımdır (195, səh. 35).
Köhnə kiillük eşələmək/ köhnə palan içi tökmnk-
lazımstz yerə köhnə haqq-hesabları təzələmək.
Kim isə hacının keçmişini qurdaladı, köhnə küllükləri
eşələdi ( M.Cəlal).
326
ÜSefirwr,
ä S L
Köhnə qabala açmaq - keçmişdə baş verən xətaları üzə
çəkmək.
Köhnə qapı həman daban/ köhnə hamamdı köhnə tas -
heç bir şey dəyişməyib.
Hə de görüm nə oldu bəs, ay balam iddiaların,
Tutmuş idi yeri, göyü nalələrin, nəvaların,
Köhnə qapı həmaıı daban, mən deyən oldu, olmadı (267).
Köhnə qurd - təcrübəli adam, hiyləgər.
Köhnə palan içi tökmək - keçmişdə baş veroıı
xoşagəlməz işləri yada salmaq.
Hampa Qüdrət, mən demədim ki, gələk burda köhnə palan
içi tökək (77, səh. 17).
Köhnə yaranın qövır eyləməsi - dərdin təzələnməsi.
Köhnə yaram qövr eylədi təzədən,
Təbib neştər vurdu yara dəyməmiş (32, с. 11, s. 12).
Köhnə yaraya duz səpmək - dərdini təzələmək.
E)uz səpsən köhnə yarama,
Yaram gülsün, duzun gülsün (260, s.86).
Kökdən kasıb, ya «sifr kasıb» - əzəldən kasıb, ən yoxsul
insan.
Qurbanidən (Təbrizin Eynalı ətəyində yer adı) üstə,
hamısı kasıbdı,
Uşaqlarının başını bit-sirkə basıbdır,
Sübh hay düşürü kəbla İman özün asıbdı,
Hər dərdi-bəla gəlsə, dözər, bu bala tnəmbelı.
Kökəlmisən su iç - kökəlmək hirslənmək mənasındadır.
Hirsləıımisənsə, su sənin hirsini söndürər.
Köksü gen - ürəyi açıq, böyük qəlbli.
Dəniz kimi tükəmmoz, dəniz kimi köksü gen (Z.Xəlil,
s. 140).
Kökünü qazmaq - bir şeyin axmnadək yemək, birinin
həyatını əlindən ulnıaq
Dallarını salma, kökünü qazma,
Özgə baltasına sap olma, dayan (H.Düzgün).
327
72
В е/аш
Ш
.
Kölgə salmaq - işinin əhəmiyyətini azaltmaq, yoxsul
lardan himayə etmək.
Nə ktitləvi surətdə edam edilmək və nə də rəhmsiz zülmə
qəddarlığa məruz qalmaq azırbaycanlıları sarsıda bilmədi. B u
şanlı ölkənin yaralı sinəsi üzərində dar ağacları qurdular. Bu dar
ağacları qızıl qana bələnmiş bu torpağın üstünə uzun kölgələr
saldı (153, s.7).
Canım qurban ədalətli insana,
Adil olan kölgə salar hər yana (159, səh. 69).
Kölgəsindən keçmək - hesaba qoymamaq.
Var günündə gəlib yeyib çərlər,
Yox günündə qohum-qarclaş yad olar (32, c.II, s.38).
Kölgəsindən qorxmaq/ürkmək- ürəksiz, çox qorxaq.
Falçı ağzına baxan, kölgəsindən qorxar ( 332, səh. 147).
Kölgəsində yatmaq -- birinin yaltaqlığını etmək, birinin
himayəsi ilə əli pula, çörəyə çatmaq.
M ənsəb üçün onun-bunun kölgəsində yatanlar,
Namusunu, vicdanını bir çörəyə satanlar (Mirzə).
Kölgəsiylə danışmaq - ruhi xəstəliyə düşmək, tənhalıq
rəmzi.
Bilməyirdim, bir gün olar,
Öz kölgəsiylə danışar insan («Bir gün payızda», səh. 45).
Kölgəsi uzanmaq- qocalıb, divar başının günü.
Oğlum, mən bir batan güııəın, gündüzdən- gündüzü
kölgələri uzadıram (204, s 25).
Kölgəsi üstündən əskik olmamaq- himayəsində olmaq.
Allah-təala siz tək üləmanın sayəsini bizim üstümüzdən
əskik eləməsin (195, c.II, s.35).
Kölgəsiz - xalqa fayda verməyən, xalqa acımay an.
Xalqa ağlamayan, xalqa gülməyən,
Kölgəsiz olandan nə zəhləm gedir (88, səh. 50).
Kölgəsiz ağac- heç kəsə xeyri dəyməyən.
Bənzisən bir ağaca meyvəsi yox, kölgəsi yox (168, s.846).
328
Be/iruz yfajtfi
Kömür kimi olmaq -- ümumiyyətlə, ətin və ya insanın lap
yanmasını və ya dərman, zəhərlənm ək nəticəsində kül olmasını
kömürün qaralığına bənzədirlər.
Əranmın ölüsünü əslə həli iki polislə qəbri stana apardılar.
Anası oğlunun kömür kimi qaralmış ölüsünü tanıya bilmədi (30,
№ 27, səh. 2).
Kömür qazana deyir, götün qaradır -öz eybini bilməyib
başqasında eyib axtaran.
Könlü balıq istəyənin quyruğu sııda gərək -- bir iş
görmək istəyən gərək çətinlikdən qormaya.
Könlü balıq istəyənin quyruğu suda gərək (335, s. 123).
Könlü bulanmaq - qam qaralmaq.
Könlüm bulanır küçədə cövlanını görcək,
Nitqim tutulur, horzəvü-hədyanını görcək (267, s.31).
Könlün açılması ~ ürəyin şad olması.
Əl yaylığı açılmaz,
Saçaqları saçılmaz.
Bu mənim sınmış könlüm,
Yar görməsə, açılmaz (33, s.160).
Könlü sıxılmaq - yəni darıxmaq, həddən artıq pis
fikirlərə məğlub olmaq.
Qoynunda yatıbdır gecənin, sübhün ümidi,
Bəxtin açılar, dan yeriı tək könlümü sıxma (317, səli. 20).
Könlün sınınası/ sönməsi -ürəyi qırılmaq.
Əl yaylığı açılmaz,
Saçaqları saçılmaz
Bu mənim sınmış könlüm,
Yar görməsə, açılmaz (33, s. 160).
Könlü sınıq - ürəyi dağlı, ağır dərdli, əzizini itirmiş,
vətənini əldən veı ən mənasında.
Bu dərədən çay gəldi.
Bahar gəldi, yay gəldi.
Sınıq könlüm gülməmiş,
Qarabağdan hay gəldi (38, səh. 34).
Könlünü ovlamaq - ürəyini ələ gətirmək.
329
Tur^deyimbri
Könlü talan olmaq - derdin təzələnməsi.
Xəraba tək boşalıbsan,
N ədən oldun talan, könlüm (32, c.II, s.42).
Könül almaq - incitdiyi adamı razı salmaq.
Əlində yar alması,
Dutubdur yar alması,
Yaxşı olur yar könlün,
Yar yıxıb, yar alması (33, s.82).
M inlərcə şəhər, ya qala almaqdan, əmin ol
Bir sadə çoban könlünü almaq, daha məqbul! (75, c.IV,
s.50).
Aşığam nəylən alım,
Əlifi beylen alım,
Küsdürüb yola saldım,
Könlünü nəylən alım? (33, S. 138).
Könül gözdən su içər -birini görməsən sevgi ölər.
Bacısından çox az xatirəsi olduğuna görə, onun ayrılığına
o qədər də ürəyi acımır, deyər məhəbbət gözdə olar (292,
s. 169).
Könül qoymaq - iradə etmək, razılıq vermək.
Gündə üç dəst libas olsa,
Könül qoysa, tikər (168, səh. 233).
Könül təx ti viran olmaq - qəlbi qırılmaq.
Yəqindir səndən ayrı şahi-xuban,
Bu könlüm təxti viran oldu sənsiz (142, s.82).
Könül tikmək - ürəyin almaq, küsənləri barışdırmaq.
M əslək olam sınıq könül tikənə,
Onda şirin olar bu həyat məno (273, s.3).
Könülün pərvazlan ması - ruhun açılması.
Könül pərvazlandı yarı görməyə,
Qar kəsdi yollan, boran qoymadı (32, c.II, s.9).
Könül vermək -birinə aşiq olmaq.
Başımda nə füsun eylədin bilməm,
Bu gün sənə könül verməyə gəldim (165).
Könül yaxmaq - ürəyini qırmaq.
330
'Skkjqfbnbri
Şimşək kimi çaxdın da neçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın! (75, c.IV,
s.24).
Könül yıxmaq - birinin evini yıxmaq, ürəyinə dəymək.
Budur sözüm, sənə məndən əlam ət,
Könül yıxma, bəli, eylə imarət (150, səh. 20).
Əlində yar alması,
Dutubdur yar alması,
Yaxşı olur yar könlün,
Yar yıxıb yar alması (33, s.82).
Kəbə yıxmaq bir günah,
Könül yıxmaq, min qandı.
Bir m əclisə getməginən, orda dura bilməsən,
Bir könülü yıxmaginən, yıxıb hörə bilməsən.
Köpəyin iyə düşəni tuladan yeyin olar - tamahkar adam
zirək olar.
Köpəyin iyə düşəni tuladan yeyin olar (335, s.l 18).
K önəz adam - bir sözünün üstündə dayanan, haqlı sözü
qəbul etməyən.
Köpü alınmaq - qarşısı alınmaq, qüdrətdən salmaq.
Elin zəfər marşı hər gün çalınır,
Qudurmuş çayların köpü alınır (Vahid).
Köpük kimi - dəyərsiz.
Köpük qusmaq - acmdan köpük qusmaq, mədənin boş
olması.
Köpünü yum -ağzını yum, danışma.
Köpüyünü almaq - qəzəbini azaltmaq, hirsini yatırtmaq.
Pişə vərinin inkaredilməz dəlilləri, M ircəfər Bağırovun
köpüyünü alsa da, içindəki qəzəb odunu söndürə bilmir.
Körpü altında dəlik tapıb - bəhanə axtaran, fürsət gəzən.
Kösövü tüstülü olmaq - adı pisə çıxmaq, adı vayqanlı
olmaq.
Bu sözü burda dedin, başqa yerdə demə.. Onsuz da
kösövümüz tüstülüdür (M.Hüseyn).
331
Kötük kirai arada durmaq - əl-sıyağı tutan yerdə duran,
kara gəlməyən.
Nə kötük kimi durmusan, karsan nədir, get qapım aç
(danışıqdan).
Kötük üstə çox cüvürlər kəsilib (çox küplər yanında
küzələr sınıb)- yəni, çox qocalar yanında cavanlar həlak olub.
Kötüyün üstündə od yandırmaq ■ nəslini kəsərəm
...Hər yandasan en gəl, kötüyünün üstündə od yandıraram,
dədəvi belivə sarıram, ey kafər (203).
Köynək-köynək ə t tökmək - bərk utanmaq, xəcalət
çəkmək.
Köynəyi qaradan biçilən - şanssız, qarabəxt. taleyi
gətirm əyən insan.
Araz sahilində ayrılıq günü,
Köynəyi qaradan biçilən mənərn (264, səh. 109).
Közmələnən yaranı aşlandırmaq - yaddan çıxan bir
dərdi təzələmək.
İstəmirəm gözləri yaşlandıram,
Közmələnən yaram aşlandıram (306, s.88).
Küçələri ölçmək - işsizlikdən xiyabanları gəzən.
Küçənin canına düşmək - avaralanmaq.
Genə bu dəli bambılılar nə düşüblər küçənin canına (195,
с.II, s.155).
Kİikü dadı vermək - çox dadlı, xoşa gələn.
Kül altında od - zahirdə sakit, əslində od-alov olmaq.
Kül altında yüz il qala od sönməz,
İgid ölürsə də, həqq yoldan dönməz (“Peyami no” Təbriz,
ordebehişt, 1999).
Kıül başına - qarğış menasında, acıqla deyilən söz, başın
yerə girsin.
Fətəli şahın nəvəsi Mücəlliddövlənin qızı İsmət də
ingilislər tərəfindən İrana qoyulan şahın arvadı olmuşdur.
ƏbdüLrza, Məhmudrza və Həmidrza onun uşaqları idi. Bu
uşaqların dayələri M eşəd qadınlarından idi. Tacülmülk (Şəms,
M əhəmmədrza, Əşrəf, Əlirzanın anası) onları göndərirmiş ki, o
Tür^demt&ri
332
birisi arvadı vursunlar. Onlar Rzaxanı gördükləri zaman, qorxub
qaçırmışlar. M əhəmmədrzanın anası onlara deyirmiş ki, „qor
xaqlar, Rzanın ki, qorxusu yoxdur, kül başına! (Fərdust, səh. 75).
Kül edib göyə sovurmaq -məhv eləm ək, yoxa çıxarmaq.
Ata sərvətindən nə cür barına,
Bir gün də kül edib göyə sovura,
Nə də ki qat-qat artıra (284, s.311).
Alov tutub qovrulmuşuq,
Kül tək göyə sovrulmuşuq (226, №348, 2004).
Külliik sərçəsi -Kifır, baxımsız uşaq.
Kül tək göyə sovııtrmaq - hər şeyin yoxa çıxması,
düşmən, zalım əli ilə talan edilməsi.
Külünü göyə sovurmaq - məhv eləmək.
O da odur ki, burjuyların külünü göyə sovurasan (148,
s. 118).
Küp dibində yatm aq -içki düşkünü, sərxoş.
Sən d.ə mənim kimi dərs oxuyub qurtarandan sonra
başlayacaqsan İskəııdor dadaşın kimi küplərin dibində yatmağa
(195, с.II, s.21).
K üpə girən qarı -hiyləgər, ara vuran, çoxbilmiş.
Küpünü doldurmaq - fürsətdən istifadə eclib pul
qazanmaq və ya fırıldaqla çoxlu var-dövlət ələ gətirmək.
Kür adam - xasiyyəti ağır, dalaşqan, hamıya pis nəzərlə
baxan.
Kürd çaldıqca börü çingənə oynar deyirlər - hər kəs öz
adamım tanıyır.
Kürd çaldıqca börü, çingənə oynar deyirlər.
Bu m əsəldir ki, demiş Türkiyə iranlıları (267, s.287).
Kürdoğlu küləyi - bala, kiçik çillənin axır günlərində
Kürdoğlu dəyirm ana gedir.
Çillənin axırıncı gecəsi qayıdan
zaman küləyə düşüb qarm içinə yıxılır. Dədəsi deyir: Ə gər gecə
yarısına qədər ölməsə, daha ölməz.
Xalqın inamına görə, hər il bu gecə Kürdoğlu küləyi
yağar. Cənubda yellə yağan qara külək deyilir.
333
lürjvfayimhri^
Kürək dil -dili uzun, hər sözə hörmətsizliklə cavab
qaytaran.
Kürəkən küllükdədir? ■ nə tələsik iş var ki?
Kürəyə ə l vurmaq - birinin dabanım çəkmək, təhrik
eləmək.
M illəti qəyur..deyə kürəyinə əl vurub dilini kəsirlər bir
millətin (54, s.43).
Kürkünə birə düşmək - narahat olmaq, əl-ayağa düşmək,
qorxmaq. Kürk qoyun dərisindən tikilən uzun qış geyimidir.
Bilmirəm bu kağızlarda nə yazılıb. Dünəndən kürkünə
birə düşüb (302, s.31).
Mirzə, bu uşaq gəlibdir, indi m ənim kürkümə birə düşüb
(129, s. 105).
Kişinin kürkünə birə doldura-doldura axırda dəli-divanə
etm əsinlər (2 5 3 , s.257).
Kürkə bit daraşmaq - cocalrııaq, əldən düşmək.
At qəmi, tut dəmi,
Öz varlığının qədrini bil
O qədər keçməz oğul,
Kürkümüzə bit daraşar (168, səh. 377).
Kürlük - dalaşqan, davakar, ağır xasiyyət.
Elə həmin gecə uşaq kürlük eləyir, ağlayır, özünü öldürür
(84, s.457).
Kürsü altından boğma çıxarmaq - ürəyində olanı açıq
deməmək.
Biz Tehranda hay-küy salan ağalara deyirik: əgər sizin
doğrudan Azərbaycana ürəyiniz yanırsa, buyurun. Bu meydan,
burada xalqın içərisində çalışıb öz fikrinizin doğru olduğunu
isbat edin. Daldan boğma çıxarmağın mənası yoxdur (246,
s.248).
Kürt toyuq - evdən çölə çıxmayan, başqaları ilə gəl-get
etməyən.
Kürt yatmaq - tərpənmir, tənbəl.
Kütbaş - ağılsız, düşüncəsiz, gec başa düşən.
Kütbaşlar - ağılsızlar, savadsızlar.
334
rBehruz Hhqqi
Kütbaşlar deməsin ki, başa düşmürük səni (264, səh. 114).
Kütbeyin -səfeh, anlamaz.
Kütbeyin düşmən mağara axtarır gizlənməyə,
Hər biri olmuş odur quli-biyabamm mənim (“Rübailər
aləmində” , s.123).
Küt getmək - haldan düşmək.
Yorğunluqdan uşaqlar küt getdilər.
Kütü kəsilmək - çörəyi kəsilmək.
Küy düşm ək -bu qəzet h ər nöm rə çıxandan sonra hay-
küy düşüb müdiri gözdən itib dalda-bucaqda daldalanıb səs-
küy yatandan sonra yenə işinə davam edərdi (191, “A dinə” ,
6 isfənd, 1980).
Twf^tkmnkm
Qabağa çəkmək - hörmət qoymaq, irəli çəkmək.
El səni istəyib qabağa çəksə,
Ağır ol, alçağa düşmə dünyada (148, s.248).
Qabağına ağac qoymaq - maneə törətmək.
Öz istədiyimi seçəcəyəm, kimin ııə ixtiyarı var ki, m ən im
qabağıma ağac qoysun? (257, c.I, s.100).
Qabal olmaq - qabal fərş toxumaqda müşəxxəs bir
miqdarın vahididir.
İş qabal olmasa, yatar fələ, kişi, xatircəm olma n aəh lə
(301, s/76).
Qab dibi yalamaq - əcnəbilərə vətəni satmaq, varlılara
yaltaqlıq eləmək, özgələrin minnətli çörəyini yemək.
“Ədalət ” firqəsi kəndləri mülkədarların qabımrı dibini
yalayan onların xainanə məqsədlərinə xidmət edən kəndxuda vo
mübaşirlərdən xilas edib rəyasətin və hökumətin kəndlilərin
özləri intixab etdiyi kənd şuralarına mühəvvəl edilməsini tə lə b
edir (141, 21 noyabr, 1919, 33).
В izim o qüdrətimiz yox çalaq, çapaq talayaq,
bizə müqəddər olubdur qab dibi yalayaq (168, s.3).
Şəl ola ingilisə qab yalayan,
Türkmənçay sənədin imzalayan (168, s.784).
Qab dibi yalayan - öz mənliyini itirən varlıq.
Təqlid və təkrar bizləri bacarıq və hünər sıralarından
qırağa tullayıb, süfrə açan yox, bəlkə qabdibi yalayan...
becordibdir (314, səh. 25).
Qabığında qurumuş ■ yoxsul, yaman günə düşmüş.
Qabıqdan çıxmaq - zəhmət ilə yaşamaq, don əvəz etmək.
O xanımlar «qonaq» gəlib Nyu-Yorkdan, Londondan
İlan kimi çıxıb hər gün min qabıqdan, min dondan (263,
səh. 356).
Borclarım verə bilməməkdən yana nə qədər cəfalar
görsələr də biyara işləməkdən qabıqdan çıxsalar da, yeni
336
'Beftruz Jfajqi
lür^ıCafimhri
həyatlarından bir dərəcə məmnun idilər. Çünki “Krepostnaya
prava” denilən əsarətdən xilas olmuşdular (65, №1, s.4, 1917).
Qabına salmaq - birinin yrlan iddialarını rədd edib cavab
vermək, yerində oturtmaq.
O, Milli hökumət ərəfəsində maarif vəziri olan Biriya şəm
paylayanda məni görüncə dedi: deyəsən sən də şəm paylayırsan.
Mən dedim, yox mənim nəzirim yoxdur. Sənin varsa, Allah
qəbul eləsin. O, yollanandan sonra bir daha dönüb dedi: Saldın
ha. Bir dənə mənim tələbim (“Biriyanın istintaqnaməsi”).
Qabırğası qalın
-
söz; əsər etməyən insan, sırtıq,
gönüqalın adam.
O vədə ki, gəlin oldun, qabırğası qalın oldun (13,. səh. 69).
Qabırğasız - arvadsız dolanmaq.
Norveç qəzetləri yazırlar ki, vəkil seçmək üçün qadınlar
ixtiyar aldılar. Əgər ki, atamız Həzrəti Adəm övrəti öz qabırğası
bilirdi və hər yerdə yanınca dolandırırdı. Amma bu iş bizim
qeyrətimizə sığışmadı, dedik: Qabırğasız dolanmaq, kəç
qabırqadan yaxşıdır (195, səh. 59(3).
Qablamaq - kimsənin avamlığından təcrübəsizliyindən
istifadə edib ona dəyərsiz bir şeyi baha qiymətə satmaq.
Baxıllar müştərinin ağzına hesablıllar,
T ərəf görürlər ki, xamdı üçolli qablıllar (168, s.234).
Qaçanı qovan namərddir - acizə zor demək kişilikdən
deyil.
Qaçanı tut, qalan ınalınıızdı -
bir zaman hökumət
tərəfindən köçərilər üçün vergi kağızı göndərilir. Savadsız
köçərilər bu vergi kağızını o vaxt, yazıb-oxuya bilməyən bir
adama aparırlar. Kağızı kəllə-taş tutaraq deyir: «Bu uzunlar
odundur, yandıracaq üçündür, bu yumrular «yuvarlaq», qığdır,
qoyun qığı, bu yastı yastılar da təzəkdir, sığır təzəyi. Hökumət
sizdən bunları istəyir» Onlar da istənilən şeyləri yükləyib
Kərkükdə hökumət evinə gedirlər. Hökumət adamları bunları
həbsə alır. Zindan məmurları bunların nə qədər cahil olduqlarını
bilməkdən ötəri, bir miqdar qara üzüm, bir az da qapa pıspısla
qara böcək, bunlhra yemək üçün verirlər.
Ac və yorğun
337
‘B efm ı^hc^
Türiide^mbri
kəndçilər pıspısların yeriməyini görüncə deyirlər; «Qaçanı tut,
qalan malımızdı». Əvvəlcə pıspısları yeyirlər. Məmurlar işi belə
görüb, onları bağışlayırlar (158, səh. 83-84).
Qadaxlı ağız - sirr saxlayan.
Bağırmışam, boğulmuşam,
Elin qadaxlı ağzıyam (N.Xiyavi, s,31).
H ər qayçının qadağını açanda,
Tiyələri ayrılıqda küt gördüm.
Köçən quşlar dəstə-dəstə uçanda,
Onların da ən azmı cüt gördüm (292, s.340
Qafin kəlləsi - ən uca zirvə, ən çətin və əlçatmaz yer.
Qafin kəlləsində olsa məskənim,
Yaraşmır şənimə bəndəlik mənim (282, s. 146).
Dostları ilə paylaş: |