11
7 UT^tCeyimhri
!ЪеЛгиг Jbqqi
millətin düşmənlərinin baltasının sapma çevrilirlər. Belə “özümü
zünkülər” bizə düşmənlərdən qat-qal: dəhşətli zərbələr endirirlər.
Ölkəmizdə şovinist hakimiyyət dilimizi yasaq etməklə ki
fayətlənməyib, bizi iqtisadi-ictimai fəlakətlərlə də üzbəüz qo
yubdur. Aydındır ki, qalib gələn hakim iyyətlər fürsət tapdıqca
dilin aradan getməsinə yox, bəlkə o milləti tarix səhifəsindən
silməyə çalışacaqlar. Tarixi abidələrimiz nəinki qorunmur, hətta
belə bir əsrdə ki, tarixi abidələr beynəlxalq təşkilatlar tərəfindən
qorunur, bəşəriyyətin gözünün qarşısında Ərk qalası və Şiri-
xurşid teatr salonu kimi möhtəşəm binalar bombalarla məhv
edilir. Qacar zamanında “məmalüki- m əhrusə” adlatıaıı ölkənin
ən böyük, ən zəngin m əm ləkəti olan Azərbaycan qurbanlıq əti
kimi qonşu əyalətlərə pay-pülıiş olunmaqdadır. Bunlar hamısı
düşmənin
“vəhdəti-milli”
şüarı
altında
həyata keçirilir.
“Vəhdəti-milli” m üxtəlif millətlərdən təşkil olunan ölkədə belə
bir anlamdadır ki, “səninkin yeyək, mənimkin oynadaq”. Fars
dili millətin varlığım tarac edən bir dəhşətli silaha çevrilir.
Beləliklə, bu dil fars olmayan millətlərin nifrətini qazanır.
Hakim qüdrətlər təkcə universitetlərdə, idarələrdə, məktəblərdə
və gündəlik başqa millətləri təhqir edən televiziya və qəzetlərdə
fars dilini hakim edib, başqa millətlərin kökünü kəsməyə razı
olmur. O, var qüvvəsi ilə, arasıkəsilməz çalışmaqla, bir millətin
aradan getməsinə çalışır. Öz kimliyinə əl tapmağı müqəddəs sa
yan hər bir cavan qız və oğlanı xəlvət küçələrdə tutub zindan
lara aparıb, orda fiziki və mənəvi işgəncəro m əruz qoymaqla,
ondakı ağır yuxudan diksinib oyanan milli hissləri də öldürür.
Bizim bu günkü ağır vəziyyətimizə şərait yaradanlar öz di
binə işıq salmayan, ətəyində ilan becərən şahlarımız, ədib
lərimiz, şairlərimiz olubdur. İndi də vardır. Milli azadlığımızın
qabağında dayanan manqurtlar az deyildir. Hələ milli azadlıq
yolunda bir addım da götürməsək, köynəyini yırtıb düşmənin
yarılmamış başına sarıyan özümüzünkülər az deyildir. Onların
bu işləri ata-babalarımızın hikmətli sözlərini xatırladır: “Ağanın
malı gedər, nökərin cam”.
12
TiHğdafimbri
Hefiruz
Buna görə də, deyim hər millətin milli duyğu və
təfəkkürünün ən dəyərli fidanlarından hesab olunur. Düşmən
baltası ilə kəsilən dillə yanaşı onun milli kimliyi, milli varlığı,
ənənələri, milli torpağını tarix boyu müdafiə edən qəhrəmanları
da unudulur. Aydındır ki, milli qəhrəmanlarını unudan bir millət
daha öz ölkəsini müdafiə edən qəhrəman qızlar, oğlanlar
yetirməkdən aciz qalır. Torpaqları düşmənlərin at oynatmaq
meydanına çevrilir. Millətin dilini bilməyən ziyalılar nə onun
dərdinə dərman edə bilir, nə də millətlərini milli zülm və milli
fəlakətdən qoruya bilirlər.
M üxtəlif millətlər yaşayan bir ölkədə yalnız bir ,dil hakim
olur, bir dil atını çapdırır, başqa millətlərin folkloru, ədəbiyyatı
rəsmi tanınmır, onların milli dili televiziya, qəzet, mədrəsə və
universitetlərdə, dövlət müəssisələrində işlədilmir. Beləliklə,
m illətlər öz məmləkətlərində, öz vətənlərində özgə və doğmaya
bölünürlər.
Sizə təqdim etdiyim deyimlər dilimizin zənginliyini
nümayiş etdirən nümunələr, tiyan: dil faktlarıdır. Bu vaxta qədər
ayrıca
araşdırma
obyekti
olmamış
deyimlər
bir
sıra
özünəməxsııslüqlara malikdir. Deyimlər ata sözlərindən yığcam,
qısa olsa da, anlam, dolğunluq baxımından daha zəngindirlər.
Deyim lər və atalar sözləri öz mahiyyətinə görə bir-birinə
olduqca yaxındır. Deyimlər türkün duyğularını, düşüncələrini
diqqətəlayiq bir ifadə ilə bəyan edir, onu anlamaq üçün gərək
insan m ənəvi gücünü, beynini, əldə etdiyi biliyini, şüurunu işə
salsın. Deyim bir həyat təcrübəsini, bir fikri ortaya qoymaq üçün
yaradılmış ifadə vasitəsi, ifadə formasıdır.
Bu forma türk
dilində geniş yayılmış olduğuna görə, imkan verir ki, deyim və
atalar sözünün fərqini başa düşək. Misal üçün:
“Yalan tikan deyil ki, dilə batsın”, “Halva biş, ağzıma
düş”, “Bu gün görülən iş, sabaha tapılmışdır” və s.
Ata sözləri, ümumiyyətlə, soy- kökümüzdə duran el və
tayfanın eniş-yoxuşlu həyallarının acı, şirin xatirələrindən,
təcrübələrindən yaranıbdır. Onlar tarix boyu xalqın sinəsində
mühafizə olunaraq, onlara yol göstərib, ictibdadların təkrar
13
‘Beftruz Jbqqi
olunmasının qabağını alıb. Atalar sözləri türk ədəbiyyatında
həmişə nəsihət formasında bəyan olunur. Buna görə ata
sözlərini həyat bulaqlarına oxşadırlar. Onu millətin yaşadığı
kültürün, həyat tərzinin aynası hesab edirlər.
H ər millət miri illərdən bəri yadda qalan atalar sözlərinin
yardımı ilə keçmişini bu günə, bu gününü gələcəyə bağlayır.
Xalq deyimi yaratmaqla öz fikrini - bir olaydan aldığı acı
nəticəm, ya şirin xatirəni yeni bir qəlibə salır. Deyimlər bəzən
zamanın istəyi əsasında yaranır, yaranandan bir müddət sonra
zamanın keçməsi, həyat tərzinin dəyişm əsi ilə əsil mənasım
eldən veril', və ya ondan uzaqlaşaraq, təzə bir ictimai məsələnin
haqqında işlədilir.
M üəyyən tarixi dövrdə bir deyimi aydınlar həqiqi mənası
ilə tanıyıb işə aparsalar da, kütlələr
mütaliədəu məhrum
olduqlarına görə, öz deyimlərinə biganə qalıb, onların gerçək
anlamından uzaqlaşırlar.
Müəyyən siyasi-ictimai baxımdan
yaranan deyim zaman keçdikcə öz anlamını xalqın tarixi
hafizəsində
əldən
verib,
dedi-qodular
əsasında yaranan
anlamlarla işlədilir.
Xalqın dil əzbəri olan: “İşin var ver
culfaya” deyimi nəinki cavanlar, bəlkə yaşlılar üçün də əsil
mənasından uzaq, yanlış şəkildə izah olunur. Burada “culfa”
sözü keçmişdə türklər üçün tam anlaşıqlı olan toxucu anlamında
deyil, yanlış olaraq yer adı kimi, yəni Culfa şəhəri mənasında
işlənir. Bu deyimdə “iş” sözü altında xalı, bez kimi toxunma
şeylər nəzərdə tutulur.
Dağdan gəlir dağ arabası,
Heç kim onu mindiyi yox.
Culfa toxur nazik bezi,
Heç kim onu geydiyi yox (20, s.234)
Ö m ək olaraq “palanı əyri” deyimini bu baxımdan gözdən
keçirmək olar.
M əşrutə dövründən başlayaraq,
Cənubi Azərbaycanda
m ütrəcelər tərəfindən ziyalılar haqqında işlənən “palam əyri”
sözü illərdir ki, öz anlamını əldən verib, cahillər tərəfindən
xalqın şəxsi həyatına burun uzadaraq, qadınlar haqqında
14
Hehruz 9bqqi
^■kdapmhn
işlənilir. Bu gün “palanı əyri” sözü onların nəzərində əxlaqsız
qadınlar haqqında işlənilir. Misal üçün:
Sən də ki, bəzi cavanlar tək, əyibsən palanı,
Əldə “Quran”dı dəlilim, sözümün yo x yalanı (168).
Deyimlər bəzən sadə, bəzən də m ürəkkəb cümlə forma
sında işlədilir. “Qırğı Şirvanı aşdı” və ya “Atı alan Üsküdarı
keçdi”, “İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir”,
“Yağışdan çıxdıq, yağmura düşdük”, “Yarıdıq, yaza çıxdıq”,
“M ənə bax, nə gündəyəm, yara bax, nə sallanır9”, “Hacdan gə
lən mənəm , xəbər gətirən sən” və s. Bəzən də kəlm ə formasın
da xalq öz hədəf və istəyini həyata keçirir. “Göy”, “Yekəbaş”,
“əli dar”, “əli qabarlı”, “ürəyi yaralı”, “dırnaqsız”, “ipi qırıq”
kimi. Bir sıra deyimlər də qalıblanmış sözlərdən çıxan məna və
kəlm ələrin həqiqi anlamının içində bulunur. “İyi günün dostu”,
“Göydən yerə yağar, yerdən göyə yox”. Türk dilində bir
kəlm ədən də yaranan deyim çoxdur. Bizim deyimlərimiz bir, iki
kəlm ədən də ibarət olur. “Qırmızı”, “qurd”, “tülkü”, “eşşək”,
“qırmızı adam”, “dəvə daylağı”.
Aydındır ki, ata-babadan yadigar qalan deyimlər mənim
və ya başqasının istəyi əsasında başqa qəlibə girə bilməz. Başqa
sözlə desək, onların qəlibləri dəyişməzdir. “Aç qapım, ört qapı
nı” deyimini heç zaman “ört qapım, aç qapını” şəklində işlədə
bilmərik. Deyinilər ilk dəfə işlədildiyi formanı zaman-zaman
hifz edib qoruyur.
Deyimlər çox vaxt m əsdər formasında da yaranırlar.
“Balta olmaq”, “kölgə olmaq”, “çalı tikanı olmaq”, “gözü doy
maq” “Əli aşından da, Vəli aşından da əli olmaq” kimi. Aşağıda
gətirilən və ifadə olunanları deyimlərdən saymaq olmaz. Bunlar,
bənzətm ələr hesab olunur. Misal üçün, “pambıq kimi”- “çox
yumşaq”, “kağız kimi”- “çox ağ və incə”, “bal kimi”-”çox şirin
və dadlı”, “Koroğlu kimi”- “çox igid və qorxmaz” bu kimi
bənzətm ələr deyimlərə həddən artıq yaxındırlar.
15
HUrkdeyimbri^
Geniş bir coğrafi məntəqədə, at belində yaşayan ata-
babalarımız, bir-birindən çox zaman 180 dərəcə fərqli olayları
təcrübə edən, ən əski kitablardan sayılan D ədə Qorqudlar
yaradan türk imperatorluq]arı deyimləri hər yaşadığı torpağın,
coğrafiyanın özünəməxsus formalarında bizə miras qoymuş
dular. Saııamalar, tapmacalar, bilməcələr, qaravəllilər, ovsunla-
malar, bayatılar, atalar sözləri, deyimlər, gəraylılar, ağılar və
daşların üstündə ən əski zamanlardan qalan Qobustan, Əhər
Kəleybər ətrafında daşlara həkk olunan rəssamlıq işləri bu
millətin zəngin sərvətə malik olmasının böyük nümunələrindən
hesab oluna bilər.
Bu mənəvi varlığımızda milli xarakterimiz, milli ruh və
kimliyimiz fərqli boyalarda olsa da, vahid bir soy-kökümüzdəıı
xəbər verir. Q x araşdırmada atalar sözləri ilə deyimləri bir-
birindən ayırmaq, məncə, siyasət və kültürün arasında Çin divarı
çəkməkdən də çətin və ağlabatmayan bir düşüncədir.
Biz
deyimlər vo atalar sözləri ilə bağlı millətimizin tarixini,
kültürünü, mədəniyyətini, milli kimlik və ruhunu öz əsərlərində
əbədiləşdirən siyasi xadimlərdən, şairlərdən, yazıçılardan misal
gətirməyə çalışmışıq. Deyimlər danışıq dilinin, eləcə də bədii
dilin ayrılmaz komponentləridir. Tarixin və zamanın istəyinə
zidd olan, türkün parlaq keçmişinə düşmənlər tərəfindən ağ
yamaq kimi vurulan iyrənc, qondarma deyimlərin, atalar
sözlərinin yazılmasını məqsədə uyğun bilmədik, xüsusən, milli
şüurun azlığından yaranan deyimləri nəzərdə tuturuq. Şimalda
güneylilər haqqında işlənən “homşəri” deyimi XIX yüziliıı sonu,
XX yüzilin əvvəllərində Cənubdan çörək pulu qazanmaq üçün
Bakı neft mədənlərinə üz tutan Azərbaycan türkləri, daha sonra
ümumiyyətlə,
Güney
azərbaycanlıları
haqqında
işlənən
tohgqiqamiz deyimdir. Eləcə də Ermənistanla savaşın ilk
dövrlərində yaranan “yeraz” deyimi- İrəvan azərbaycanlıları,
“qıraz” -Gürcüstan azərbaycanlıları haqqında işlənir.
Qədim
türk tayfalarından birinin adı olan ‘ayrım” sözü bəzi zonalarda
yaşayanlara ünvanlanaraq təhqiramiz mənada işlənir.
Bu
deyimlər millətin bütövləşməsmin, birləşməsinin qarşısını alan,
16
-S
O
S
6
-
Türğtleymlari
düşmən dəyirmanına su tökən ifadələrdir. Millətimizin yarısını
təşkil edən qız və analarımızın haqqında islamdan sonra dilə
gələn təhqirlərdən, iyrənc deyim və atalar sözlərindən də
çalışdıq ki, uzaq gəzək.
«Ana evin ürəyidir», «Ana haqqı, Tanrı haqqı», «Arvadsız
ev, susuz dəyirman», «Qız üz qızardar» kimi türk təfəkkürünü əks
etdirən deyimlərlə yanaşı: «Ər arvadın tacıdır», «Ər ağacı, gül
ağacı, var təqsirim - vur ağacı», «Arvad yıxan evi, fələk də yıxa
bilməz», «Arvad yuxusu yalan olar», «Arvadın öyüdü arvada
keçər», «Arvad şeytana papış tikər», «Arvadın xirtdəyi olmaz»,
«Saçı uzunun ağlı olmaz», «Arvac! üzlü kişidən, kişi üzlü arvaddan
əlhəzər», «Kişi seldir, arvad göl» kimi deyimlər də mövcud
olmuşdur ki, türkün qadma münasibətini əks etdirmir.
Deyimlər ictimai-siyasi, mədəni həyatın, m əişətin müx
təlif sahələri ilə bağlı yaranır: ‘Allahın bacısı oğlu”, “Firon”,
“dinar çıxıb ceyran belinə” , “dərə xəlvət, tülkü bəy” , “mücöür
(mücavir-B.H) aşı”, “iynə yemiş it”, “almaçı eşşəyi”, “başına
and içmək” və s.
Bəzən deyimlər zamana uyğunluğunu əldən vermək
məcburiyyətində qalaraq, milli kültürü tərk edirlər, demək olar
ki, xalqın hafizəsindən silinib getmək məcburiyyətində qalırlar.
Elm, texnika və başqa istəklərlə yeniliklərə ə l tapmaq əsasında
yeni deyimlərin, kəlm ələrin tapılıb, xalqın folklor və mədəniy
yətində yaranması zəruri olur. Demək olar ki, heç bir deyim
zamandan qıraqda yaranmır. Başqa sözlə desəm, hər bir deyimin
öz doğum günü var. Bu tarix hər bir araşdırıcının kiçicik diqqəti
ilə aydınlaşa bilər. Həmin deyimin yarandığı zamanın sosial,
iqtisai, siyasi və mədəni vəziyyəlini aydınlaşdırmaq olar.
«Ağazadələr»,
«Allahın bacısı oğlu»,
«Top kimi»,
«Valaylamaq» və s.
Elə bil ki, sənin beynin valaylıdır,
Sağlamlığa nisbət təsdiq varındırmı? (2 1 9 , səh. 110).
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
‘Behruz, Jbqqi
«Malı qaz», «yataq yandırmaq», «radiatoru qaynadıb»,
«saşısı əyilmək», «yağ yandırmaq», «atom partlatmaq», «ayaq
larım Fransa yazır», «açar Fransa», “olifi gülüf oxumaq” kimi
deyimləri xatırlatmaq olar.
Ata-babalarımız təbiətdən və quşlardan ilham alaraq,
yeyinliyi bildirən “qırğı”, “ildırım”, “ley”, “cıdır atı”, “güllə”
kimi, cet (böyük, sürətlə gedən təyyarə- B.H), “təyyarə” kimi
deyimlər yaradırlar.
Və ya «ayaqdan çəkmək» düşmənçilik mənasında işlənir.
Zülm ilo bizi ayrı salıblar elimizdən,
Ayrı salalı həm elimizdən, dilimizdən,
Düşmənlərimiz handadı çəksinlər ayaqdan,
Bir dost tapılmır ki, yapışsın əlimizdən (338, səh.74).
Bəzi deyimlər ölkəmizin müəyyən bir bölgəsində yaran
maqla, orda başqa yerlərdən daha da doğma olur. Misal üçün,
1882-ci ildə ölkəmizin şimalında xəstəlik yayılır. Ölənləri milli
ənənələr əsasında yox, pal-paltar ilə torpağa basdırmaq
məcburiyyətində qalırlar. Ramana kəndindən olan M əhəmməd
Cəfər bəy adlı bir xeyirxah kişi top-top ağ alıb, kəfən üçün
ehsan edir. Xalq faciəni yüngülləşdirərək, özünə təsəlli verib, bu
deyimi yaradır:
«Ölüm haqdan, kəfən Məmməd Cəfər bəydən».
Deyimlər çox zaman məcazi nrəııa daşıyır, həqiqi məna
daşıyan sözlə bir qəlibdə və formada olsalar da, bəzən tam zidd
anlamda da işlədilir. Misal üçün, “toy tutmaq” həqiqi mənada,
şadlıq, toy-düyün anlamı daşıyır. Amma deyimdə «toy tutmaq» -
əzab vermək, birini və ya bir milləti ağır vəziyyətə salmaq
anlamında işlədilir.
Kərbəlayi Vəli: «Mənim bacım Giilnisəni siyahıya saldır.
Qoy yazıq arvad dirilsin. Və öz dili ilə cənabınıza ərz eləsin,
görün bu Hacı Baxşəli onun başına nə toy tutub» ( 195, II cild).
«Ağacdan maşa olmaz, çingənədən paşa», «divarı nəm
yıxar, irısanı qəm» kimi atalar sözlərində çox zaman deyim,
18
‘Beftruz ttöqqi
ЧжкфецтСт
atalar sözü bir millətin acı və ya xoş taleyini, ictimai ədaləti,
m illət adına milli varlığı talan etmək nəticəsində yaranan zülmü
tarixdə zəbt edir. Misal üçün, «Səksən-doxsan, bir gün yoxsan»,
«Yaş yetmiş, iş bitmiş».
Aydındır ki, keçmişin əksinə olaraq, bu gün Azərbay
canımızın həm şimalında, həm də cənubunda ağır vəziyyətin ha
kim olmasına görə, səksən və ya doxsan il yaşamaq ağlasığmaz
yaşam həddidir. Əgər yuxarıdakı atalar sözü ölkəmizin təmiz
havasım, qızıl torpağından gələn nemətlərin bolluğunu, nəticədə
orada yaşayan insanların sağlam və uzun ömürlü olmasım
xatırladırsa, bu gün cavan olmamış solan qız və oğlanlarımızın
vəziyyəti keçmişin ziddindən xəbər verir. Vo qızıl üstündə ac-
yalavac yaşayan azərbaycanlı soydaşlarımızın bu günkü durumu
ilə keçmişi heç bir cəhətdən bir-birinin üstünə düşmür. Əgər
ata-babalarımız qılıncla, kişiliklə vətən keşiyində durub, orda
yağılara və işğalçılara qalib gəlm əklə milli kimliklərini qoruyub
saxlayıbsa, bu gün biz keçmişimizə biganə olaraq, nə təkcə
torpaq almaq fürsətini əldən veririk, bəlkə ata-babalardan bizə
qalan müqəddəs vətənimizi də düşmənlərə verib, onu almaq
fikrindən tlə vaz keçirik. Bu faciələr bizim həm deyimlərimizdə,
həm də atalar sözlərimizdə gələn nəsillərə qoyduğumuz
utanmalı bir mirasdır. Təbiidir ki, bu atalar sözlərinin mahiyyəti
tam başqa olmaqla bərabər, gələn nəsillərin de bizlər
haqqındakı düşüncələri bambaşqa olacaqdır.
Dil, yazı insanların müasirləri, xələfləri ilə əlaqə yaratmaq
üçün bir vəsilədir, yoldur. Əgər bu yol hamardırsa,
burda
m aneələr yoxdursa, onda təbiidir ki, kültürün, onunla əlaqədar
iqtisadi-ictimai vəziyyətin gəlişməsi olduqca rahat və yüngül
olur. Belə bir yolda ağır-ağır yükü daşımaq da mümkün olur.
Bu yol əg ər hakim şovinist siyasətlərin yaratdığı maneələrlə
olursa, çətin keçilirsə, onda fikrin məhsuldarlığı, əlaqə imkanları
iflic olur. Bu maneələr, xüsusən, çox m illətlərdən ibarət olan
ölkələrdə daha da qabarıqdır. Ə gər bir millət m ədəni sahədə
istisna olursa, onun hər varlığı, milli şüuru ilə bərabər milli
torpağı da yoxa çıxır. Hakim dil, səratan (xərçəng -B .H .) kimi
19
Tkfm ız
* S S L
Tİk
k k jie ^ n h d
yerli dili xəstələndirərək, o dilə malik olan millətin də milli
şüurunu aradan aparır. Və o millətin ürəyində olan müqəddəs
arzularını külə döndərir.
Ana dilimiz, əgər zamanla ayaqlaşırsa, məcburdur ki,
zamanın nailiyyəti olan texnologiya əsasında yaratdığı yeni
sözlərlə yanaşı, yeni deyimlər də formalaşdırsın.
Keçmişdə Azərbaycan vahid tarixə və m ədəniyyətə malik
olsa da, düşmənlər əli ilə bağlanan Gülüstan və Türkməııçay
müqavilələri, onların davamı kimi hakimiyyətə gələn şovinist
rejimlər bizi başqa *bir tale yaşamağa məcbur edibdir.
Düşmənlərin bərəkətli süfrəmizin başında oturub, gecə-gündüz
bizim
isti aşımıza soyuq su qaıtmaqları aydınca duyulur.
Berextin sözü bizim haqqımızda olduqca doğrudur: “O zaman ki,
faciə geniş surətdə baş verir, nəzərlərdən gizli qalır. O zaman ki,
əzab və zəhm ət dözülməz окт, insan daha fəryadları eşitmir.
Əgər adi bir durumda günahsız insanın yumruq yeməsinə kütləvi
etiraz olursa, amma faciələr sel kimi başdan aşan zaman daha
heç kəs kütləvi qışqırıqlara da gözünün ucu ilə baxmır” .
Əgər biz türklər, gözümüzün önündə ana vətənimizin çır
pınan qəlbi, sehrli səsi olan Qarabağın düşmən əlində qalmasına
etiraz etmiriksə, daşdan səs çıxır, biz isə sükut ediriksə, onda
biz “diri ölülər” deyimi ilə yox, bəkcə bir ölü millətin bu günkü
təmsilçisi kimi tarixdə zəbt olu amağa layiq görülərik.
Azərbaycanın şimalı rus imperiyasının, Güneyi dünənədək
hakim olduğu fars millətinin əlində əsir düşdüyünə görə, bu vahid
millət milli formalaşma prosesini, təbii ki, müxtəlif formalarda
keçirmək məcburiyyətində qalıbdır.
Bizim vahid tariximiz,
mədəniyyətimiz danılmaz olsa da, düşmənlər əli ilə iki müxtəlif
siyasi-ideologiya sərhədlərində əsir düşdüyümüzə görə, vahid
dünyəvi mənəviyyatımız da böyük zərbələrə məruz qalıb. Biz
illərdir ki, təkcə Türk dünyasının yox, bəlkə də arasından su
keçməz vahid Azərbaycanın da dərdini başa düşmək qüdrətini
əldən vermişik. Bunların səbəbləri də hamıya aydındır.
Ə gər rəqs, rəssamlıq, teatr və şeri başa düşmək üçün,
onların dilini, məğzini bilmək lazımdırsa, deyimləri də yağ kimi
20
‘Beftruz Hbqqi
Tür^deyim bri
qəbul edib, başa düşmək üçün, o xalqın yaşamını, o mühitin
sosial keçmişindən əlavə, bu gürıkü durumunu, habelə millətin
milli varlığının nə dərəcədə gəlişməsini də başa düşmək
gərəkdir. Misal üçün, «Qoçulanmaq» deyimi, bu gün ölkəmizin
quzey və cənubunda vahid anlamda işlədilir. Buna baxmayaraq
quzeydə bu deyim daha da doğmadır. Bundan başqa, özü
nəm əxsus tarixini yaşayır.
“Əli kəsiyəm” deyimi, o deyimin atalar sözü forması- “əli
kəsiyin dərdini əli kəsik bilər” nə qədər adi bir cümlə olsa da,
geriçilərin mənafeyini
qoruyan qanunlar adı
ilə yaranan
boğuntunun,
ictimai faciənin yaşamından xəbər verir. Deyim
surətində bəyan olunan “əli kəsikdi” və ya “əli kəsiyəm” bir saf
güzgü kimi, yaxud da bir tənqidçi kimi o toplumun iqtisadi, ictimai,
əxlaqi vəziyyətini özünə əks etdirir. Göz çıxardıb, əl kəsməklə
millətin tərbiyəsinə çalışan hakimiyyətlərin nə qədər zamandan
geri qalmasını, o cameəıtin gəlişməsinin qabağına maneə
olmalarını aydınca nişan verir. “Qıış var, ətin yeyərlər, quş var ət
yedirdərlər”, “nənəsinin əmcəyini kəsən”, “qursaqsız”, “çıraq
qoymaq” kimi deyimlər tariximizin bir səhifəsini gözümüzün
qabağında açıb onu bu günün mühakiməsinə verir. Məşmtə
dövründə milli azadlıq uğrunda mübarizə edən, ölkənin şimal və
cənubunu vahid ana torpağı kimi nəzərdə tutan Heydər Əmioğluya
həsr olunan şerdə “çıraq qoymaq” deyimi öz anlamını bəlli edir:
Baqqal bazara çıraq qoydu,
Kasıbların qarnı doydu,
Hər bir işə qanun qoydu,
Yaşasın gözəl Ərnioğlu!
Güneydə, bazarda çıraq qoymaq hər şeyin ucuzlaşmasın
dan xəbər verirdi.
Bəzi deyimlər bir şəhərin tarixi abidələrinin adı ilə bağlı
olmaqla, müəyyən tarixi hadisəni bəyan etməklə, o şəhərin, ya
kəndin keçmişi, gələcəyi haqqında məlumat verir. M əsələn,
Təbrizin möhtəşəm qalası sayılan Ərkin adım çəkmək olar:
Dostları ilə paylaş: |