21
‘Behruz Hhqqi
Tür^demrnhri
Aşağıdakı şer milli dəyərlərə yalançı tarixçilərin deyil, şərəfli
bir millətsevərin münasibətini vaxtında, dəqiqliklə əls etdiurir:
Tapılmış indisə bir təzə düşmən,
Nədir Çingiz, nədir Hitler, Ayşimən?
Dedi tez yıxdırın Ərkin qalasın,
0 şahlar qondaran zülmün binasın.
Teatra ümmətin yoxdur niyazi,
Behişt almaq gərək, yıx, qıl namazı.
Hünər var, incəlik- qanmaz, nə anlar,
Qoyuldu dörd bucaqda güclü bombalar.
Yıxıldı əlqərəz, Ərk oldu yan,
Rahatlaşdı bir az Tehranda qarı! (Dəmirçi).
M ədəniyyətimizdə milli əxlaq və gündəlik yaşamımızda o
zamana qədər ki, insanların ictimai, dövləti məsuliyyətinə
baxmayaraq, sorğu-sual öz yerini almayıb, hər bir vətəndaşın
danılmaz həqqi tamlmayıbdır, o toplumda dövləti senzuraya
gərək yoxdur, çünki belə bir boğuntuda yaşayan millətin hər
birisi özü bilmədən dilini, qələmini və hətta gözlərini də
reallıqları dilə gətirib, qələmə almaqdan, görməkdən də senzura
edir. Həmin toplumda “millət” sözü yox, bəlkə islamın ilk
zamanında yaranan “ümmət” sözü və ya sadəcə olaraq, “çoban
və sürü” anlamı daha da yerinə düşər. Belə bir toplumlarda
iyrənc, milləti hər cür təbii faciələrdən də dəhşətli fəlakətlərlə
üz-üzə qoyan deyimlər, atalar sözləri yarana bilər.
“Əyilən boynu vurmazlar”, “öpməklə ağız murdar olmaz”.
Atışahlıq və anaşahlıq dövründən qalan, bu günkü
həyatımızda da öz tarixi mənasını daşıyan deyimlərə,
ata
sözlərinə rast gəlmək mümkündür.
“Arvadın bir qabırğası
əskik olar” və s.
Qeyd etmək lazımdır ki,
əski mədəniyyətimizdə elin,
tayfanın içində adlım adamlar “qabırğası artıq” deyimi ilə
tanınardı. İslam dini qalib gələndən sonra elin, tayfanın yarısını
təşkil edən, gündəlik həyatda kişilərlə bərabər hüquqlu Tomrus
22
'Behruz Zbqqi
H irktleybnbri
analar, Həcərlər və b.
“qabırğası əskik” deyimi ilə təhqir
olunurlar. Beləliklə, bütün ictimai fəaliyyətlərindən məhrum
edilərək,
dörd
divar
arasında
zindan
həyatı
yaşamaq
məcburiyyətində qalırlar.
“Qırx arvadın ağlı bir qara toyuqca olmaz” deyimi, eləcə
d ə həyat boyu kişi ilə isti-soyuğa, yaman günlərə dözən həyat
yoldaşını “bizim ev”, və ya “uşaqların anası” adlandırıb, həqiqi
adını dilə gətirm əkdən utanc hissi duymaq da cəmiyyətin geri
qalmasından xəbər verir.
“Arvadın şərikli olsun, malın şərikli olmasın” və ya
“ Yeddi oğlun olsun, bir qızın” kimi kədərli sözlər təəssüflə toy-
düyünlərdə dilə gətirilib, belə düşüncə ilə fəxr edilməsi də
utanc doğuran bir hərəkətdir.
Ölkədə yaxşı sərlövhələrin altında aşkarcasına haqsızlıq
lara, rüşvət alıb vətəni satmağa əl bulaşdırmaqla o ölkədə hər
zad həqiqi mənasından uzaqlaşır. Demək olar ki, hər zad həqiqi
mənasını əldən verir, başqa bir adla çağırılır. Misal üçün, yeri
gələndə “aslanın erkəyi, dişisi olmaz” atalar sözünü biz həm
radiodan, həm televiziyadan, həm də gündəlik həyatımızda hər
yerdə eşidirik. Bu günkü türk qadınının yaşayışı isə heç bir
ictimai, iqtisadi, siyasi mövqelərlə üst-üstə düşmür. Bir yerdə
ki, türk qadını
qanunsuzluq və iqtisadi vəziyyətdə bir tikə
çörəyə möhtac olaraq, dörd divar arasında zindan kimi yaşayırsa,
orada min illərlə yaşanan atalar sözünü təkrar eləmək, bu günkü
faciəli durumumuza pərdə çəkmək deyilmi?
Keçmiş yüzilliklərdə siyasətçilərin, ideololoqların barmağı
ilo dillər əzbəri olan bu ifadələr həm şimalda, həm də cənubda
toplanırsa, böyük bir ensiklopediya yarana bilər. Buna görə də,
ə g ə r
bir toplumda oğru sözünün oğm haqqında, tülkü sözünün
tülkü haqqında işlənməsi yasaq olursa, onda hər bir aslana da
siçan demək adi bir hala çevrilir. Orda həm əxlaq, hem də dil
tohrif olunursa, insan oğlu insanın bütün varlığı da təhrif olunur.
Siyasət ilə, siyasətin qələm i ilə ölməyə məhkum olan
insanlar kimi
ifadələr də təbii həyatlarını itirir. İdeologiya
divarlarının arasında çürüməyə məhkum o lurlar.
23
Azad və inkişaf etmiş ölkələrdə həyatın dəyişməsi ilə
bilik, incəsənət yaşadığı dövrün yeni yaranan təzə deyim və
atalar sözlərinin ehtiyacını duyur. El elə liklə, dilin vo ifadələrin
zənginliyi təmin olunur.
Çox zaman sözü kişilərdən kəskin olan türk qadım, türk
yaşamının hər bir sahəsində kişilərlə çiyin-çiyinə iştirak edən,
at belində qılmc oynadan ana-bacılarımız elə bir faciələrlə
üzləşirlər ki, hətta o zamanlardan yüz illər keçməsinə
baxmayaraq, indiki dövrdə də islami, baxışdan nə təkcə hünər, o
cümlədən musiqi, oxumaq, rəqs, hətta dini mərasim sayılan azan
vermək də qadınlar üçün yasaq sayılır.
Bu islam donuna
bürünmüş köhnə fikir və mütləq haqsızlıq türk toplumunu bütün
zamanlarda geri qoymaqdadır.
Təbiidir ki, türk millətinin yarısını təşkil edən qadının səsi
kişiciyəzləri yoldan çıxarırsa, onda bu yerlərdə qadın səssiz qul
vo kənizə çevrilir. Aydındır kv, danışmaq haqqı olmayan, bütün
toplumda məsuliyyət daşıyan dövlət adamlarım yuxarıdan
aşağıya qədər tənqid edə bilməyən qadın, heç vaxt ölkəsinin
golişməsinə, inkişafına, azadlığına vo istiqlaliyyətinə yardım
edə bilməyəcək. Belə bir ölkədə boya-başa çatan qadınlar heç
vaxt vətən uğrunda canlarından keçən, elm-hünər sahəsində
böyük nailiyyətlər qazanan qəhrəmanlar və alimlər yetişdirmək
iqtidarına malik olmayacaqlar.
Azərbaycanın güneyində baş verən milli-azadlıq hərəkat
larının rəhbərlərinin nitqlərində, məqalələrində də deyimlərdən
geniş istifadə olunmuşdur
Səttarxan: “Azərbaycan bir daş qazana bənzər, gec qızar,
gec də soyuyar”(3).
“Bu sudur qurban,
(şərab-B.H .)
sizi görən kimi
xəcalətindən rəngi qızardı” (3, s.59).
Xiyabani: “Ağciyər adamlar, yəni cəsarətsiz, ürəksiz
qocalar, gənclər, qadınlar, oğlanlar təbii olaraq qorxaq bir
ictimaiyyəti, qorxaq camaat və milləti təşkil edirlər” (153, s.16).
24
S.C.Pişəvərinin işlətdiyi deyimlərdən bəzi nümunələr
diqqətəlayiqdir: ’’Başımızın altına yastıq qoya bilməzlər vo
məram-məqsədimizdən milnhərif edə bilməzlər” (246, s.156 ).
“Zirək quş dimdiyindən tələyə düşər” (246, s.148).
“Biz
Tehran
mürtəce
və
muzdur
ruznaməlorinin
yazdıqlarına əhəmiyyət vermirik. Əl çəkib bizi öz yaralarımızı
sağaltmağa buraxın, bizə aşdan isti kasa olmayın” (30, №39 ).
“Mərkəzi dövlətin rəsmi nümayəndəsi olan Miistofinin
təhqiredici sözləri, bayquş səsi kimi honuz Azərbaycan xalqının
qulaqlarında tənin-əndazdır” .
“Mərkəz kəklik kimi başını qara qoymaqla, xalqın
hissiyyatının üzərinə pərdə çəkmək istəyir” və ya “çadra
altından boğma çıxartmaq”
Bəzi deyimlər ictimai şəraitin acı olaylarını özündə əks
etdirir. Şovinist siyasətlər nəticəsində bərəkətli torpağından mü
hacirət etməyə məcbur olan türkün acı taleyindən xəbər verir.
Kənddən qaçdmı Tehrana,
Evim qaldı virana,
Əlim qotumdan uzun,
Qalmışam yana-yana (60, səh. 39 ).
Dil var ki, acıdır, ilan quyruğu
Dil do var ki, min bolam ya n verər ( Pərviz Qaradağlı).
Bəzi deyimlər çox. vaxt müxtəlif formalarda yaransalar da,
vahid bir h ə d əf daşıyırlar M əsələn, eyni anlamda yaranan bir
deyim, hər məkanın özünəməxsus şivə və forması ilə tarixdə
qalır. M əsələn,
Mahmud Kaşğari “Dili isti yerdən çıxır”(162). Tərtər.
“Ağzı isti yerdədir”. Təbriz: “Səsi isti yerdən gəlir”.
“İpə un sərmək” , və ya “şəritə un sərmək”
Kültür heç zaman siyasət kimi olmur. Bəlkə siyasətdir ki,
insanın mənəvi, əxlaqi inkişafı ilə hər rəngə yaxınlaşır.
25
Behruz
Ä
т пш яЗт ш ш И т л
Deyimlər də bir sıra kəlmələr, ifadələr kimi ictimai,
texnoloji dəyişikliklər, tarixi proseslər nəticəsində unudulur, və
ya zamana uyğunluğunu əldən verir. D ünənədək əyri olan inək
dərisindən düzələn gönləri hamarlamaq üçün Təbrizin gönçülər
bazarında ayaqlar altına salardılar. M ürtəce və ikiüzlü şeyxlər
sahibindən icazəsiz gönə ayaq vurmaq, küfr, yəni günah sayılır
bəhanəsi ilə gönün üstündən tullanıb keçərdilər. Bu hadisə
«Gön atlayan şeyxlər» deyiminin yaranmasına səbəb olmuşsa
da, bu gün texnologiyanın inkişafı ilə əlaqədar nə o əyri gönlər,
nə də o vaxtkı tarixi şərait var. Təbii ki, deyimlərin yaranması
m üəyyən tarixi zərurətlə bağlıdır.
«Qılı qıldan ayırmaq» deyimi bu şəkildə işlədilmişdir:
Xəzinə tökdü, ləşkərin çalırdı,
Ədalətdən, qılı qıldan ayırdı (Təbrizli Fədai).
Deyimlər və atalar sözləri nə qədər qısa, hətta bir, və ya
bir neçə kəlm ədən ibarət olursa, çox zaman türk dünyasının
genişliyindən, tarix boyu bö'rtik impratorluqlar yaradan, idarə
edən türkün geniş coğrafi bölgələrdə yaşamasından hekayət edir.
M əsələn: “Ana kimi yar olmaz, Bağdad kimi diyar”, “H əm ədan
uzaq, kərdisi yaxın”, “Hökmavar uzaq, kərdisi yaxın”, “H ələb
ordasa, arşını burda”, “İsfahanda yüz iynə boyu atlamaq”, “Balı
olanın çibini Şamdan gələr”, v. s.
Keçən yüzildə ieologiya əsasında sinfi mübarizəni hər
zaddan üstün, əsas tutmaq, b zi milli şüurdan məhrum edibdir.
Bu xəstəlik türkü milli kökündən, türk dünyasından uzaqlaşmaq
xəstəliyinə düçar edibdir.
Bu kitabda deyimlərlə bərabər bir sıra bənzətm ələr və
hətta şovinist siyasətlər nəticəsində xalqın hafizəsindən
silinmək təhlükəsi ilə üzbəüz olan kəlm ələr də qeyd olunubdur.
Bir qayda olaraq, bunlar məcazi məna daşıyırlar. Misal üçün:
“quzu kimi”, “ayı kimi”, “ayı şuxluğu”, “dəvə inadlı”, “fal yox,
yumurta yox” v. s.
26
Behruz tfbqqi
Göründüyü kimi, bunlar iki kəlm ədən ibarət olsalar da,
böyük, geniş anlam daşıyırlar.
M üxtəlif formalı deyimlər te z ə n eyni m əna ifadə edirlər.
Firudin bəy Köçərli yazır: “İsmayıl bəy əlindəki toyuğu havada
uçan qaza dəyişdirən adamlardan deyildi” (166, səh. 198).
Bu deyimlə eyni məna daş yan daha bir neçə deyimimiz
var: “Dəryada balıq sevdası”, “Sabahkı quyruq kababından,
indiki övkə yaxşıdır” .
Nəriman Nərimanov yaza: “İndi bu m əsələdə də
boşboğazlıqdan qeyri bir şey meydana gəlm əz isə, əmin olun ki,
millətin başdaşı üzərində bu sözlər yazılacaqdır” (166, səh. 190).
Eyni anlamda aşağıdakı deyimlər dilimizdə işlənməkdədir:
“Əvvəl yumruğunu düyünlə, sonra qanmaza söz çatdır”,
“Ə vvəlcə arxı hoppan, sonra “bərəkallah” de” ., “Ayını
soymamış dərisinə qiymət qoyma!”
Nizami, Füzuli, Xaqani, Saib, M.Xalxali, M.Ə.Sabir,
H.Cavid, M.Ə.Möcüz, Şəhriyar, Səhənd, S.Vurğun, S.Rüstəm,
B.Vahabzadə, H.Sahir, Yalqız, Kərimi, Nəccaroğlu, Şəhrək kimi
şairlərimiz, M.F. Axundov, Ə. Haq verdiyev, C.Məmmədqulu-
zadə,
N.Vəzirov,
C.Cabbarlı,
İ.Hüseynov,
H.Abbaszadə,
S.Rəhimov, Anar, M.Süleymanlı kimi yazıçılarımız xalqa, xalq
dili və ədəbiyyatına ağlasığmaz qədər bağlı olduqlarına görə,
hər kiçik şerlərində, hekayə ve povestlərində onlarca atalar
sözlərini, deyimləri muncuq təki ipə-sapa düzüblər. Təsadüfi
deyil ki, N əcəf bəy Vəzirovun əksər əsərlərinin adı ata sözləri
və deyimlərdən ibarət idi. Təsadüfi deyil ki, Ə.Haqverdiyevin
əsərlərinin yüksək sənətkarlıq məziyyətləri sırasında onun xalq
deyimlərindən geniş istifadə etməsi üzərində də geniş
dayanılmışdır( 217, s.282-298).
Klassiklərin əsərlərində geniş işlədilmiş ata sözlərinin,
deyimlərin böyük əksəriyyəti bu gün dilin lüğət tərkibindən
çıxmaqda, unudulmaqdadır. Bəclii əsərlərdə həmin deyimlər
tarixi dil faktı kimi yaşayır. Biz də imkan daxilində dildə işlənən
deyimlərin bədii ədəbiyyatda işlədilməsinə dair nümunələr də
verməyə çalışmışıq. Nümunə tapmadıqda deyimin izahını
27
defıruz
9
hqqi
nSrSjdafimbri
vermoklə kifayətlənmişik. Deyimin qarşısında onun izahı,
altında isə onun bədii ədəbiyyatda işlədilm əsinə dair nümunə
verilmişdir. Bəzi deyimlər bir neçə məna verir, bu halda həmin
mənalar vergüllə ayrılmışdır. Bəzən canlı danışıqda, şifahi
eşitdiyimiz bir ifadəni xatırlatmaqla kifayətlənmişik. Kitab
üzərində iş on illər boyunca davam etdiyi üçün, digər tərəfdən
mühacirətdə m ənbələri əldə etmək çətinliyi üzündən deyimləri
seçdiyimiz m ənbələrin bəzilərinin səhifələrini, nəşr ilini
dəqiqliklə göstərə bilməmişik.
Deyimlər hər bir yazıçım qadir edir ki, öz şer və nosriııi
qüvvətləndirərək, oxucuda axtarış hissini gücləndirsin. Və atalar
dernişkətı, dinləyicini zəhmətə salmayaraq, bir balaca işarə ilə
yolun yarısından əlidolu qaytarsın. Deyimdən faydalanan hər bir
ziyalı və ya adi bir insan, öz kəlamını gözəlləndirərək, sözün
təsirini qat-qat artırsın. Deyimlər də teatr kimidir ki, əgər onda
olan əsil mənanı birinin üzünə desən, acı bir həqiqət kimi çoxlarını
qəzəbləndirə bilər. Deyim uzun izahı lazım olan bir mövzunun
rəsmi kimi işlədilir,
nağılçıya oxşayır ki, bir hadisəyə, olaya
əfsanəvi don geydirməklə onu şirinləşdirir. Aydındır ki, qoçular
və donuz kimi xalqın məhsulunu, əlinin zəhməti ilə qazandığı var-
dövlətini tarac edən hakimlər olan ölkələrdə xalq yaradıcıları
onların basıb-kəsməyindən nicat tapdıqlarına görə, onları rəmz
kimi yaratmaq məcburiyyətində qalırlar. Təbiidir ki, boğurıtu olan
vo diktatorluq mədəniyyəti hökm sürən ölkələrdə dilə gətirilə
bilməyən həqiqətlər həmişə heyvanların, quşların dili ilə, və ya
kinayə, əfsanə, romz formasında ifadə olunur.
Acı həqiqətləri azad surətdə dilə gətirmək mümkün
olmayan ölkələrdə həqiqətlər əfsanə doııu geymək məcburiyyə
tində olacaq. M əsələn, İranın böyük şairəsi, Azərbaycanın unu
dulmaz qızı Pərvin Etisami elə bu baxışla Azərbaycanı “tavus”,
İranı isə “qarğa” timsalında verərək, çoxınonalı bir tərzdə deyir:
Qarğa gözəl deyil, buna tavuz neyləsin?
Cəhlin səni sürükləyir iracl tutmağa (149, səh.69).
28
lurkdeyim hri
Elə həcmcə kiçik şer parçaları, bədii m ətnlər var ki,
onların az qala hər sətrində deyim lərdən istifadə olunmuşdur. O
sənətkarlar deyimlərdən uğurla, yerli-yerində istifadə edə bilir
ki, onlar xalq həyatına, xalqın zəngin folkloruna dərindən
bələddir və onu hifz edib saxlamağın zərurətini dərk edirlər.
Oğlan ürəyinin sandığın açır,
Oğlan acıqlanıb, dodağın büzür.
Bütün el-obanın daşını atır,
“Vətən” deyə tutur burnunun ucun.
Ürəyi ağacda yarpaq tək əsir.
Başım daşdan-daşa dəydi,
Ölüncə götürməm üz ayağından ( Səhənd).
Bir sıra deyimlər m üəyyən yerdə baş verən hadisələrlə
əlaqədar yaranır.
“Meymun gözünü açdı” kimi deyimi
xatırlatmaq olar. Türkiyədə dükançı bir yerə gedən zaman,
dükanı meymuna arxayın olub, gedir. Bir oğru gəlib meymuna
baxaraq, o qədər əsnəyir ki, meymunu yuxu aparır. Oğru
fürsətdən istifadə edərək, dükanı boşaldır Dükan sahibi gəlib
işi belə görən zaman, meymunu bərk döyür. Başqa bir gün yenə
oğru gəlib, istəyir yenə də meymunu yuxuya verib, dükanı
boşaltsın. N ə qədər çalışırsa, görür ki, meymun daha gözlərini
yummur. Ona belə deyir: “Meymun gözünü açdı” (2, seli. 16).
“Sağ ə l” deyiminin işlədilməsinə də tez-tez təsadüf edilir.
- “Amirhaşım xan Xiyabanı Bağırxanın sağ əli idi. O. Sarıdağ
səngərlərinə baş vuran zaman, orda şəhid olur” .
Deyimlər türkün mənəvi varlığının və milli kültür
birliyinin danılmaz örnəyidir. “İynə salmağa yer yox idi”,
“Yalan ayaq tutar, amma yeriməz” və s.
Bəzən bir kəlm ədən istifadə yolu ilə bir sö
2
;ün neçə
formaya düşməsi ilə m üxtəlif deyimlər yaranır. Məsələn,
“şorgöz”, “gözü açıq”, “acgöz”, “göz tikmək”, “göz kötəyi
vurmaq”, “göz verib, işıq verm əm ək” və s. deyimlər “göz”
sözündən istifadə yolu ilə yaranmışdır.
29
Bir sıra deyimlər də vardır ki. dəyişik bölgələrdə dəyişik
kəlm ələrlə yaransa da, anlam baxımından eynidir. «Dil ustası, iş
xəstəsi», «çənəsi boş», «əngəbəy», «dırnaqsız», «Siyədöyün
iti», «suya düşmüş siçan», «dəvəsi ölmüş ərəb», «iynə yemiş it
kimi», «hamam fitəsi kimi hər gələnin belinə bağlanan»,
«gələnə qardaşdır, gedənə yoldaş», «dəvə kimi böyüdükcə
dalıya işəyən», «çürükbaş» və s. “Tehrandakı o çürükbaşlar,
fasidbeyinlər bilməlidirlər ki, nə vaxta qədər o qorxulu, zülm,
əsarət nişanəsi olan (Rzaxanın Təbrizdəki mücəssəməsinə
işarədir -B .H .) m ücəssəmələr aradan getməyibdir, nə vaxta
qədər bunlar millətin, əli. ilə götürülüb, sərnigun olmayıbdır,
İranda azadlıq ola bilməz» (S.C.Pİşovəri).
Bağırxan: 1326-cı ilin Şəvval ayının 25-do Eynüldövlənin
Səttarxana təslim olmaq üçün göndərdiyi kağıza Bağırxan cavab
verərək deyir: «Hər nə əllərindən gəlir, əsirgəm əsinlər» (149,
səh. 52).
«Gözdən sürməni çəkmək» və ya «gözdən sürmə
oğurlamaq» deyiminin yararıma tarixi də maraqlıdır.
Bir zamanlar İstanbulda, Qayımpaşada qayıq yapılan
yerlərə göz və qayıq yapımında istifadə olunan taxtalara da
«sürmə» deyilərmiş. Bəzi açıqgöz hırsızlar “göz” deyilən qayıq
otaqlarından taxtaları aşırırlarmış (2, səh. 15).
Bəzi deyimlər və atalar sözləri hakimiyyət və hakim olan
ideologiyanın dəyişməsi ilə əsil anlamını əldən verir, tam əks
mənada işlədilir. M əsələn, Anaşahltq dövründə ictimai qüdrəti
təmsil edən “Al arvadı» deyimi Ataşahlıq hakimiyyəti dövründə,
öz mənasını əldən verərək təhqiredici, fəlakət və törəniş ziddi
olan anlam daşıyır. Bəzi deyimlər vardır ki, insanların şikar
(ovçuluq-B.H.) dövründən qaian ənənələrlə əlaqədar yaransa
da, bu gün də öz həyatını davam etdirir. Misal üçün, “cöcəmə
bəzəm ək”, və ya “pişik bəzəmək”.
Bəzi deyimlər məsdər şəklində işlədilir. Misal üçün,
“pişik bəzəm ək”. Bəzi fellər əmr şəklində, deyim surətindən
çıxıb, atalar sözü anlamını daşıyır. Məsələn, “pişik bəzəm ə!”.
30
“Göz dağı” deyiminin yaranma tarixinə nəzər salaq. Təb
riz, Güney Azərbaycanın mərkəzi şəhəridir. H ələ eramızdan
əvvəl şəhər qala kimi düşmənə göz dağı üçün tikilib. “Göz dağı”
deyimi ilə bərabər “göz kötəyi” deyimi də işlədilir. Ağır
şəraitdə qalanda insanlar öz istək və arzusunu həyata keçirə
bilmədikdə ona baxmaqla ürəyini soyudarlar. M əsələn, əmim
arvadının dediyinə görə, anam mən zindana düşəndən sonra,
imkansız olan zamanlar qızıl dükanına kənardan baxaraq
deyərmiş: “Bizim ki, almağa gücümüz çatmır, qoy heç olmasa,
göz kötəyi vurmaqla, ürəyimizi soyudaq”.
Bəzi deyimlər var ki, ata-babalarımızın islamdan əvvəlki
inamlarını, o cümlədən odpərəstliyi və hətta ondap əvvəlki
dövrləri də özündə əksi etdirir. Bu gün də “od qisməti” kimi
deyimlər əski zamanlarda odan türklərin yaşadığı soyuq
məkanlarda nə qədər dəyərli olduğunu isbat edir. Və ya “od
aparmaq” deyimi vacib olan məqamda lazım olanı ələ gətirib,
təmkinlə vaxtı əldən verməməyə işarədir.
Bu gün od un dəyəri dünyada texnologiyanın və elmin
inkişafı nəticəsində təbiidir ki, keçmiş zamanlardakı kimi deyil.
Aya, günəşə yol tapan insan bu gün bir çox sahələrdə qələbə
çalmışdır. Təəssüflə deyə bilərik ki, biz odlar yurdunda yaşasaq
da, neftsiz, neft m ədənlərindən məhrum olan ölkələrin əksinə
bizim çoxlu vətəndaşlarımız, yuyunmaqdan, sıçaq su tapmaqdan
ötrü, və ya isti otaqda yatmaqdan ötrü yad ölkələrə üz tuturlar.
Belə bir ağır vəziyyətlər göstərir ki, biz m üxtəlif səbəblər
üzündən hələ də geridə qalan ölkələr sırasındayıq. İnanıram ki,
qəhrəman ruhlu, yüksək iradə və milli şüurdan bəhrələnərək,
milli faciələrə son qoymaq istəyən insanların əli ilə hər cür
çətinliklərə qalib gəlmək mümkündür. Bunu da unutmayaq ki,
təkcə qədim dövrlərdə olduğu kimi kişiliklə, mərdliklə bu tex
noloji əsrdə düşmənlərimizə qalib gəlmək mümkün deyil. Biz
gərək bu günkü texnologiyaya, biliyə sahib olaraq, türkün fəda
kar oğul, qızlarının yüksək iradəsi ilə hər bir torpağımıza göz
dikənləri yerində oturmağa nail olaq. Buna inanmaq istəyirik ki:
31
T ürkjkm m hri
Yad qardaş olammaz bizə, qardaş da y a d olmaz,
Qəlbim sən ilə şad olu, sənsiz də şad olmaz.
Biz gərək qardaşlıq yumruğunu düyünləyəndən sonra
qanmaz düşmənlərimizə türkün gücünü anladaq.
“Başa çıxartmaq” deyimi. Elə bil dünəndir, Azərbaycan
Milli
Elmlər
Akademiyasında
böyük
M irəli
Seyidovla
oturmuşuq. Erm ənilər Qarabağı zəbt eləm ək fikirlərini hərdən
dilə gətirirlər. M irəli Seyidov onlara cavab verərək, ermənilərə
“dostlar”a deyir:
“Bizim evimizi m əhəbbət yıxıb. Düşmənə m əhəbbət et
mək, öz xalqına xəyanət etmək deməkdir. Biz əski zamanlardan
başlayaraq,
qardaşlıq
və
internasionalizm
şüarı
altında
Azərbaycan torpaqlarım qurbanlıq əti kimi düşmənlərə pay-
pülüş etmək siyasətini başa düşməmişik. Beləliklə, düşmənləri
öz süfrəmizin başında oturtduğumuza görə, onları tanıya
bilməmiş, onları sözün əsil mənasında başımıza çıxartmışıq”.
Ayağm münbərə qoycaq, elədin hökme- cəhad,
O qədər dad elədin, xəlqi çıxartdın başıma.
Tökdü hürriyyəti- İran əcəb, kül başıma ( 93, səh. 46).
Deyimlərimizdə türkün əski inamları da özünü əks etdirir.
Göy rəngi türk dilli xalqlarda bir tərəfdən qıtmırlıq (xəsislik-
B.H.), digər tərəfdən də qara gün, matəm, yas simvolu olubdur.
Elə bu inamı çağdaş dövrümüzdə də deyimlərimizdə çox
qabarıq surətdə görə bilirik. «Hacı Qara» əsərində Tükəz əri
Hacı Qaranın qıtmırlığını, xəsisliyini görərkən, onu «ay
göyərmiş» sözü ilə təhqir edib, tanıtdırır. Və ya Qarabağ
zonasında təkcə kəlm ədən ibarət olan «göy» deyimini işlədib,
bir insanın xəsis, səxavətsiz olduğunu ifadə edirlər. Bu inam,
mədəniyyət “D ədə Qorqud»da da gözə çarpır. Orda ən rəhmsiz
düşmən:, “göygöz kosa” adlandırırlar. Eyni anlam xalqımızın ən
məşhur şairi aşıq Ələsgərdə də çox aydın təzahür edir.
Dostları ilə paylaş: |