Arpası artıq düşüb -həddindən artıq şuluqluq edən, əlinə
düşən imkandan xalqın əleyhinə, zərərinə istifadə edən.
Ya bunların artıq düşüb arpası
Düldül kimi badi-payi bəyənm əz (32, c.II, s.62).
Arpaya qatsan at yeməz, sümüyə qatsan it -dəyərsiz
adam, çirkin arvad
Arsen Lopen -Moris Loblanın əsərinin qəhrəmanı, börk
qoyan, zirək.
Arşın- arşın söz- ürək dolusu dərd, yaxın qohum-qardaşın
əlindən cana gəlmək. Həyatdan çox təcrübəsi olan ürəyi dərdli
adam.
Arşın- arşın sözürrı var, bir arşın mal alan yox (61, 1379).
Arşın gətir bez apar, çuval gətir qoz apar- birinin işi
bərkə düşəndə nəzir deyir. Sonra yaddan çıxarır, yenə
də
çətinliyə düşəndə yadına nəzir etdiyi bir neçə çuval qozu və bir
neçə arşın bezi yadına salıb deyir: arşın gətir bez apar, çuval
gətir qoz apar.
Artıq-əskik danışmaq - danışığını bilməmək.
Anasına desin, bundan sonra mənim kişisi olmayan evə
getməyim yaxşı deyil, artıq-əskik danışığa, qiybətə səbəb olar
(1, s. 164).
Utandığından bir kəlmə artıq-əskik danışa bilməyəcək (9,
s.21).
Nə isə, çox artıq-əskik sözlər danışırdılar ( 253, s.l 14).
Artıq tamah daş yarar, daş qayıdar, baş yarar -
tamahkarlıqdan əziyyət çəkərsən.
Dedim sənə, artıq tamah baş yarar, çox yemək adamı az
yeməkdən də qoyar (9, s. 142).
Artıq tikə- artıq var- dövlət.
Artıq tikə məgər baş yarar? Əvvələn malınız, pulunuz
artar, ikincisi də ad-san çıxararsınız (5, s. 58).
69
‘Beftruz ybqqi
Arvada cahad haranıdır - fanatik islami düşüncə
əsasında arvadların nə yaşam haqqı var, nə vətəni müdafiə
etmək, cahad etmək haqqı. Bu deyimi, ümumiyyətlə, iki kişi
bir-birini təhqir edəndə işlədərlər, yəni sən qorxaqsan, əlsiz-
ayaqsızsan.
Arvad hesabına yaşayan kişilər - arvadın sadəliyindən,
təvazökarlığından istifadə edən nankor kişilər.
Elə ki, kef çəkib sərvətin axırına daş atırdı, pul qurtarırdı,
kişi xırda bir şey bəhanə tutub. evdən gedirdi (297, səh. 43).
Arvadın dulu, ayrıı düyünlər pulun - dul arvad dünyagir
olar, kişiyə ürək yandırmaz.
Arvad şalonladır, kişi talouıla - bu deyim son illərdə
Azərbaycanın şimalında Qarabağ müharibəsi və gənclərin
Rusiyaya mühacirəti nəticəsində yaranmış kişi qıtlığı ilə bağlı
işlənir.
Arvad-uşaq basmaq -çoxlu uşağı olmaq.
Bii' də məni arvad uşaq basmayıb ki, onları dolandırmağın
fikrini çəkim (1, s.335).
Arzu ayağı uzanır -adam gəzib dolandıqca, xüsusən
cavanlarda dolanmaq, seyr etmək gücü daha da artır.
Arzugöz qalmaq/ Arzusu gözündə qalmaq — vətən
üçün burnunun ücü göynəmək, arzusuna çatmamaq, ən böyük
arzusunun hasil olmaması.
Arzugöz qalmış idim, öz ana yurdum vətənə,
Yandı-qındı verir indi, ata yurdum da mənə ( Şəhriyar).
Göylər pərisini görmək əməli
Gözümdə qalmışdır cocuqluğumdan (337, c.I, s.l 10).
At deyil, eşşək deyil - o qədər də bahalı bir zad deyil ki,
razılığa gəlməyək.
Asıb- kəsm ək - hədələm ək, gəlin aparmaqdan bir gecə
qabaq icra olunan bir dəbin adıdır.
O gecə kürəkənə kürəkən paltarı geyindirəndə bir cür
edərlər ki, onun qolunun biri gir elər. Nəmər almayınca, onu
boşlamazlar. O gecə həna qoymaq gecəsi olar, amma asdı-
70
'Befiruz Jhqtfi
7
ür£deyim&ri
basdının əsas dəbi kəndin meydanında gecə yarısı zurna, təbil
çalaraq güləşməkdir.
Aslan dişindən, kişi işindən tanınar - adına gorə iş gör,
insana əməlinə görə qiymət verərlər.
Aslan ürəkli - qorxmaz, igid, cəsur.
Keçmiş zamanda bir obada aslan ürəkli igid bir cavan
yaşayırdı (4 3 ,1 cild, səh. 60).
Asta qaçan namərddi - var qüvvəsi ilə qaçmaq.
Keşiş evinə gəlib hamım yuxuya verdi, gecə yan ağırdan-
yüngüldən götürüb yola düşdü. Asta qaçan namərddi (35, s.556).
Astarını yaxşı tanımaq - birinin iç üzünü yaxşı tanımaq.
Əgər doktor əfşarlar «qızım sənə deyirəm, gəlinim, sən
eşit» məqsədilə bizə aid olan sözləri əfəndilərə xitabən
deyirlərsə,
biz bu bəhanələrin astarını yaxşı tanırıq (246,
səh. 101).
A starı üzündən baha- lazımsız bir şeyin qiyməti, əsl
şeyin qiymətindən baha olur.
Yox bizimki tutmadı, bir az çox oldu, astarı özündən baha
düşür (9, s. 176).
Astar üzünə çevirmək -yoxlamaq.
Dostları çevirdim astar üzünə
Nə yaxşı ki,
Düşmən çıxan olmadı (260, s.21).
Asta vur, rasta vur - düz iş gör.
Asta vur, rasta vur( 103, s.70).
Aşağıvı da görmüşük, yuxarıvı da - sənin hər üzünü
görmüşük, zahirini də, batiııivi də
Bir dilənçi bir evə gedib yardım istəyir. Çox xəsis olan ev
sahibəsi deyir: əgər aşağıda olsaydım, sənə sədəqə verərdim.
Sonra bir dəfə də gedir, bu dəfə aşağı m ərtəbədə olan arvad
yenə deyir ki, yuxarı m ərtəbədə olsaydım, sənə sədəqə
verərdim. Dilənçi deyir: xanım, sənin aşağıvı da görmüşük,
yuxarıvı da.
Aş bişirib, üstündə bir qarış yağ -birini yaman günə
salmaq, uğursuzluğa düçar etmək.
71
‘Bef iruz
lÜT^tüybnhri
Fi lək bir aş bişirdi, bir qarış üstündə yağ durmuş,
Bu dünyada Nəsira, bir piyalə aşə tovlandım (241, s.79).
Aş bişirmək -birinə nəqşə çəkmək, əzaba salmaq.
Diri insanlara məndən bunu peyğanı aparın,
Ki bilin odlu ocaqda, bizə pis aş pişilir (95, s.78).
İndi də əhli-Amrika olub oynaş sizə,
Yeyəcəksiz bişirib dəmdə qoyub aş sizə (80, c.II, s. 110).
Aşdan isti kasa - fırıldaqçılıqla şəxsi mənafeyin üstün
tutaraq, birinə zahirən ürək yandırmaq.
M adam ki, biz bu dil ilə danışırıq, gün məğribdən çıxmır,
əgər bununla oxuyub yazsaq da, yerin kürəs;i öz mədarından
çıxmayacaqdır. Əl çəkib bizi öz yaralarımızı sağaltmağa buraxın.
Bundan artıq inad etməyin. Bizə aşdan isti kasa olmayın. Biz öz
dərdimizin çarəsini yaxşı bilirik (30, №39, 1324).
Aşığın, ya saqqızın oğurlamaq - ürəyinə girmək,
sevgisini qazanmaq.
Aşığı ovçu durub - bəxti açılıb, işlər yaxşı olub.
Aşığın duruş halətlərindən börk, cik, tava, avçı, ombanın
adını çəkmək olar. Avçı halətində duran aşıq hər cür duran aşığı
udar.
Aşıq atm aq -qumar oynamaq, ümumiyyətlə, “get aşıq
atmağının dalınca!” formasında işlənir. Bu iş sənlik deyil, başın
çıxmır.
Get aşıq atmağıva, qeyrəti neylərsən oğul,
Hələ sən xırdacasan, övrəti neylərsən oğul? (168).
Aşıq haya, molla vaya - aşıq sevinc olan yerə molla isə
yas yerinə can atar.
Asıq-qoz oynamaq - hələ əlindən bir iş gəlməmək.
Qız deyir ki, hələ sən get aşıq-qoz oynamağının dalınca.
Sənə evlənm ək yaraşmaz (46, s. 124).
Asıqsız saqqa -yalqız, subay. Hamıdan uzaq gəzən erkək.
Asma ağı qatmaq - qan qaraltmaq, həyata acı qatmaq.
Düşmən gəldi qarşımıza,
Ağı qatdı aşımıza,
Kül ələndi başımıza
72
Defm ız
M
.
Getdi əlimizdən getdi,
Sipəhsalarımız getdi.
Qacar zamanında Urmiyada Məhəmmədquluxan Əfşarın
federal milli hökumət qurması i! ə əlaqədar deyilib. Urmiyada
ağıya “ovu” deyirlər.
Aşma, aşma çıxdı ocaq başına - göstərilən hörmətin
qədrini bilməmək, sırtıqlıq etmək.
Aşma soyuq su qatmaq - işlərini korlamaq.
Bəy ilə molla və xan qatdı soyuq su aşıma,
Töküb İranın o xanzadələri kül başıma (80, c.II, s. 111).
Aşına zəhər qatmaq -■ birinə pislik etmək.
Bir arvadla gün keçir zəhər qatma aşına,
Kişi çox arvad alsa, yaramaz heç, yaramaz (80, c.II, s. 61).
Malı mala, canı cana qatdılar,
Aşımıza yaxşı zəhər qatdılar (80, с. II, s. 141).
Başıma gələni söyləyim sənə,
Gör nə zəhər qatılıbdı aşıma? (35, s.504).
Aşm bişib - mənfi mənadadır. Etdiyi əm ələ görə cəzasım
alacaq.
Yazda arpa yeyən atın qışda aşı bişər.
Aşının duzunu vermək - dərsini vermək.
Çıxardaq onları qaçıb gizləndikləri siçan deşiklərindən
gün işığına, aşlarının duzunu verək, çıxıb getsinlər (9, s.101).
Aşna si..n -tanıdığı, yaxın adama yadlardan qat- qat artıq
əzab-əziyyət vermək.
Ata-baba günü - bütün elin-tayfanın bir yerə yığışıb, toy-
düyün tutduğu gün- adam əlindən tərpəşə bilməyən gün.
Ata çörəyi- meydan çörəyi, oğul çörəyi- zindan çörəyi -
ata hər zəhm əti çəkər, övlad zəhmətini başa vurar.
Ata çörəyi-meydan çörəyi, oğul çörəyi- zindan çörəyi
(103, s.69).
Ata görən oğul meydan açar, nənə görən qız süfrə - ata-
ana tərbiyəsinin övladının tərbi)'əsində rolu böyükdür. Qədim
təsəvvürlərdə oğlanın ən böyük üstünlüyü döyüşkənliyi, qızın
isə ən yüksək keyfiyyəti evdarlığı sayılırdı.
73
м м 2 п м |
At ağızlı - böyük ağızlı. Gözəllik, igidlik mənasında
işlənib.
At ağızlı bəy Uruz, ağsaqqal, əldə qopuz ( Səhənd).
Atam evində balıq başı, ərim evində toyuq aşı - bəzi
yerlərdə balıq başı yemək yaxşı sayılmır. Bu məsəldə ər evində
vəziyyətin ata evinə nisbətən yaxşı olduğuna işarədir.
Atasından qabağa düşən tulam qurd yeyər ■ ehtiyatlı
olmaq, vəziyyəti nəzərə almaq. Əslində isə tarixi inkişaf yeni
nəslin özündən əvvəlki nəsildən mütləq irəlidə olmasını tələb
edir.
Atasını, anasını qəbirdən çıxarmaq -söymək.
Həri, ağəz ey, belə lap bir-birinin atasını anasını qəbirdən
çıxardıblar. Az qalıb ki, lap saçlaşsınlar (72, c.III, s.l 18).
Atasına od vurmaq / Atasına od qoymaq - çox sərt
davranmaq.
Atama vurdu bir od, yaxşı bu dövran, dayıcan,
Axırı oldu işim, naləvü - əfqan dayıcan! (80, c.lT, s.l 13).
Kimdi səni incidən, atasına od qoyaram (9, s. 140).
Atasını dalısına sarımaq - söyüb biabır eləmək.
Onun atasım da dalısına sanmaq lazımdır (1, s.l 19).
At atla savaşdı, arada eşşəyin qıçı sındı - kiçik adamlar
böyüklərin davalarının qurbanı oldular, günahsız adamın zorər
görməsi.
At minənindir, qılınc qurşananındır - kim bacanqlıdırsa
hər şey ona çatır.
At binənindir, qılınc qurşananındır (229, s.24).
At çapdırmaq / çapmaq- zor demək, meydan sulamaq,
xalqın
avamlığından
istifadə
etmək,
quldurluq,
xarici
düşmənlərin basqını.
Çapma atını, girmə bu meydana a molla,
Çox
mosxərə
sən
yazma
müsəlmana,
a
molla!
(M.Ə.Sabir).
İnsafdırmı at çapa sinəndə əcnəbi?
Düşmən əlində çaki-giriban olaıı Vətən! (65, №1, 1917).
Heç kəs öymədı adımı
74
<
Beftruz Mdqqi
TÜT^dajb’thri
Çoxu çaparıda atını (260, s.65).
Elin döşündə çap at, tut əlində Quranı (308).
Atdan düşəndə addlan düşmə - hər şeyi itirsən də, təmiz
adım itirmə.
Atdan düşəndə addan düşmə (103, s.68).
Atdan düşən ölməz, eşşəkdən düşən ölər - əcəl gələndə
cavana, qocaya baxmaz.
Atdan düşən ölməz, eşşəkdən düşən ölər (229, s.26).
Atdan düşüb eşşəyə minm ək - əvvəlkinə nisbətən daha
əlverişsiz vəziyyət.
Atdıra-atdıra gətmək - atdırmaq, hərzəlik etmək, başqa
ları ilə gəzm ək və ya qəzəblə gəlmək.
A t əti, it əti - faydasız ət.
Ə tlər olmuş at əti, ya it əti.
Donmuş ətin iyi başı çatladır (338, s .l26).
A təşə qalanmaq -birinə aşiq olmaq.
Bimürvətin atəşinə qalandım,
Bir soruşan yoxdu əhvalım mənim (32, c.II, s. 18).
At getdi, örkən apardı - əlinə bəhanə düşdü.
At getdi, öıkən apardı (129, с. I, s.39).
At görəndə axsar, su görəndə susar -h ə r zada göz dikən,
tamah salan.
At, göydə deyim - yəni heç bir iş, heç bir məsuliyyət
qanun və hesab- kitabla deyil.
Atı daşlığa sürmək - tartan-partan danışır.
Atı dostun kimi bəslə, düşm ənin kimi min - minəndə at
sürətlə getməlidir.
Atı dostun kibi bəslə, düşmənin kimi bin (229, s.32).
Atın nalı gümüşdü - özünü bəyənən, təkəbbürlü adam.
Atılıb düşmək - narazılığını bildirmək, əl-ayağını ölçmək.
Atılıb düşmə, cocuq, yırtma yalandan çulunu,
Biri öz oğlunu evləndirir, oğlan sənə nə? (168, s.288).
Hacı, yaxşı deyirsən, amma qorxuram Nazlı atılıb-düşə
(195, c.II, s.49).
Deyirlər, içmə, gülmə, danışma,
75
<
Beftruz
TitrtçdejjimhH
Atılma, düşmə, zurna da çalma (301, səh. 92).
Atım özündən, donum özündən, bəyə nökərəm - heç bir
haqq almadan biri mənə ağalıq edir.
Atının quyquğunu diiynıək - meydan oxumaq.
Çün bu ərsədə çoxlar atır ın quyruğun düyüb,
Oynadıb çapıb (223, s. 15:5).
Atın qabağına ət, itin qabağına ot qoymaq - uyğun
olmayan iş görmək.
Zirvələrdə dayandıq,
Dənizlərdə at qovduq.,
Çöllərdə yelkən açdıq,
Atlara sümük, itlərə arpa təklif etdik (207, s.36).
Atışmaq - sözləşmək, iki nəfərin acı-acı danışmaları.
Azərbaycanda iki nəfərin birəlli güləşmələrinin adıdır.
At ilxısı, köpək sürüsü - çoxlu ailəyə, çoxlu uşağı olan
yerə deyilir.
At qacdı, palan dıiişdü - hər şeyin bir birinə dəyməsi,
aləmin qarışması.
Elə bu min aylar hərəsi şövqünü bir yana salar, bir-birini
danar, özünü igid sanar, özgəni bilməm nə qanar. Bu arada
amma iş yanar, baş yanar, baş qanar, hərə apardığı yüngül yükü
salar, at qaçar, palan düşər (20^-).
Atlar dəpişsə, arada eşşək ölər - böyük adamlar
dalaşanda arada kiçiklər tapdanar.
Atlar dəpişsə, arada eşşək ölər(229, s.28).
Atlı qarışqa - az vaxtda çox yeri dolaşan adam, çox gəzən.
Atlını atdan salar -ilanı yuvasından çıxarar. Şirin dilli,
hiyləgər.
Atlını atdan salmaq -şirındillilik və həyasızlıq mənasında
işlənir.
Atmaralı - yöndəmsiz.
Çopur Abdulla köpəkoğlu, atmaralı idi (1, s.227).
Atma sözlər - acı söz , birinə eyhamla toxunan, təhqiramiz
bir söz demək.
M ənə yaman da desən, üzdə de, qəbulumdur,
76
Hehruz
9
hqqi
lür^deuim hri
Atma sözlər ilən sevgilim, söz atma mənə (304, s.82).
At mənim altımda büdrəməsin - arvad mənə vəfalı
çıxsın.
At m inən - bəxti gətirən, işləri yoluna düşən.
At minən atasını tanımadı ( Dərəgəz məsəli).
At muraddır -yuxuda at görən muradına çatar.
A ta oğlundan ötəri mülkündən keçdi, oğul atadan ötəri
kürkündən keçmədi - ata-ana övladma təmənnasız zəhmət
çəkər.
Ata oğlundan ötəri mülkündən keçdi, oğul atadan ötəri
kürkündən keçmədi (103, s.71).
At olan yerdə ot olmur, ot olan yerdə at - hər. şey yerli-
yerində olmur.
At olan yerdə ot olmur, ot olan yerdə at (103, s.73)
At oynatmaq - birlik və milli şüur olan yerdə düşmən at
oynada bilməz.
Bu güukü kimi siyasi mübarizə meydanında hər hansı bir
m ənsəbporəst və fürsət gözləyən adam öz atını oynada bilmirdi
(6, 1324).
At ölüb itin bayramıdır - birinin uğursuzluğundan o
birinin istifadə etməsi.
At sürmək - hakimlik edən.
Filosoflar, siyasətçilər və ədiblər meydanında at sürən
Qızıl Arslanlar mənim müəmmalarımı həll edə bilməz (234,
s.515).
At təpiyinə at dözər • həyatın ağır zərbələrinə hər adam
dözə bilməz. Yaman günə dözmək hər adamın işi deyil.
At ucuz, dayça baha -yaşlı nəslə layiqincə ehtiram
göstərilmədiyi, onların övladırma çox ehtiram göstərildiyi yerdə
işlənir.
Atı uduzub çuluna güvənir - faydalı, böyük şeyləri əldən
verib kiçik bir şeylə özünü aldatmaq.
Atüstü gəlmək - tələm- tələsik, baş vıırub keçən.
At vurdu dizimə, indi gəldim özümə - böyük bir
fəlakətdən sonra özünə gəlmək.
77
Avam aşı -yoxsul və cahil insanların mollalara və yalançı
din xadimlərinə etdiyi haqsız xidmətlər və uşaqlarının
boğazından kəsib onlara verdiyi pula işarədir.
Molla əmi, az ye avam aşını
Tulla fırıldaqçılığın daşım.
Aya baxma, gəlib düşsün ayağına -məğrur ol, hörmətini
saxla, tamahkar olma.
Aya deyir sən çıxma, mən çıxım - çöx gözə! qız. Tiirk
folklorunda Ay gözəllik simvoludur.
Vallah bu elə bir gözəldir ki, aya deyiı son çıxma, məıı
çıxım, suya deyir, sən axma, mən axım (174, s.47).
Tanrı Xoca Hidayətə bir oğlan inayət etdi ki, aya deyir sən
çıxma, mən çıxım, günə deyir sən çıxma, mən çıxım (209, s.25).
Aya-günə dönmək - az-az görünmək.
A kişi, hardasan, gəl çıx da, aya-günə dönmüsən (9, s.166).
Ayağa baş salmaq -qurban olmaq. Ürəkdən birisinə
vurulmaq.
Ayağına başın kim ki saldı əz səı i sidq,
Qəbuli həzrəti- eşq oldu eybilən hünəri (132).
Ayağı düşmək - xurafatı düşüncələr əsasında əgər bir
körpə uşaq 40 günə qədər çığır-bağır etsə, yəni bu mənadadır
ki, yanına murdar adam, ağır nəfəsli adarn gəlib.
D əyər tapmaq, qiymətə minmək, bahalanmaq.
Bir ildə yeralmaya ayaq düşdü zamanda,
M üstəzəfı saymırdı, yatırdı Cəməranda (168, s. 171).
Cəm əran özünü müstəzəflər 1 ərafdan kimi tanıdan
Xomeyninin sarayı
Ayağa salmaq -dəyərdən salmaq, puç etmək.
Göydə ahım yeli söndürdü, çırağın günəşin,
Yerdə əşkim ayağa saldı dürri-qəltanı (120, s.91).
Dustan, saldı ayaqdan məni hicran öləmi (149, s,22).
Ayağa vermək - birini alçaltmaq.
Amma di gəl, bərk ayaqda ayağa verməz (9, s. 164).
Ayağı altında ot bitmək -çoxlu gözləmək, dözmək.
^ шяат1
Tur^de^ m b ri
ISefruz
m
78
‘SeAruz Jbqqi
Ayağı altında otıırmaq -birini düz yoldan çıxartmaq. Pis
yola çökmək.
Ayağı bağlı -birinə cişiq olmaq.
Kimin didəsi bağlı, bağrı dağlı,
Başı qaralı, ayağı bağlı (120, s.96).
Ayağı götvərən qəbrinə girmək -bir ağır günahda ittiham
olunmaq, işin pis gəlməsi
Ayağı qarnındadır -ilan kimidir, zahiri yaxşı olsa da,
fürsət olo gələn kimi pislik edər. Təhlükəli adam
Ayağın altını qaşımaq -birinə quyu qazmaq.
Ayağım yerə yapışdı -heyrətdə qaldım, mat qaldım.
Ayağına getmək -hörmət qoymaq, alçaq könüllülük
etmək.
Ayağına sabun çəknıək -birini xatalı işə göndərmək, var-
dövlətini əlindən çıxartmaq
Ayağında əkdi, başında sovurdu -hər şeyi bir-biriııə
qatmaq.
Ayağını götürüb yerinə sən qoymusan - eyni onun
kimisən.
Deyəsən Qüdrət dayı “Yaxşı igid dayısına oxşayar”
“ayağını götürüb sən qoymusan” (109, s. 138).
Ayağının altına daş qoymaq - qızışdırmaq, birinin
əleyhinə qaldırmaq.
Ayağının altını qazmaq - quyu qazmaq, pislik etmək.
Balağa kimi çörəyi dizinin üstündə olanlar ayağımızın
altını qazırlar (I, s. 161)
Ayağını yerə basanda başı göyə minnət edir -iddialı,
təkəbbürlü adam
Ayağım yorğanına görə uzat (1 2 9 ,1, s.492).
Ayağını Öz yorğanına görə uzatmaq - yəni ictimai,
iqtisadi vəziyyəti nəzərə alaraq, bir işə əl vurmaq.
Adam ayağım yorğanına görə uzadar (84, s. 119).
Mazan əmi, ayağını yorğanına görə uzat deyiblər, bizi niyə
qoz qabığına soxursan? (1. s.269).
79
‘BrJiruz
9
bqqi
Lakin biz heç vaxt icazə vermək istəmirik ki, o, ayağım öz
yorğanından kənara çıxararaq, bu qanuni hüquq ilə tanış olsun
(248, səh 53).
Ayağı sayalı olmaq -
Atam deyir: Quruluq ili idi. Sən
olduğun gün birdən göy qunıldayıb, yağış yağmağa başladı.
Onda elin ağsaqqalları dedi: «Uşağın ayağı sayalıdır», yəni
uğurludur, düşərlidir.
Ayağı sürüşkən -əxlaqsız qadın.
Ayağı sürüşkənin, gözü dağınığın biridir, odur ki, alan
yoxdur da (9, s.143).
-O Nazı ayaqdan sürüşkənin, quşqundan boşun birisidir
(253, s.325).
Ayağı yanan it -təcrübəsi olan, bir yerdə dayanmayan,
həmişə gəzib dolanan, avara, didərgin düşmüş
Ayağı y er alm aq -qudurmaq, bir şeydən istifadə edib
haqsızlıq etmək.
Mən səm ən yavaş danışıram, yoxsa ayağın yer alır? (335, s.73)
Gedərdim Çomağatava, amma ayağın yer alacaqdı (84, s.72).
Aya hürmək - boş söz danışmaq.
İt olub hürmədik aya,
Yıxdı bizi abır-həya (260, s.83).
Ayaq açmaq - hücum etmək, bir vətənin torpağını işğal
etmək anlamında.
Yağılar
yurdumuzu
başsız
görüb,
üstümüzə
ayaq
açmasınlar (173).
Ayaq ayağa sürtmək -nigaran, avara qalmaq.
Ayaq
çulu
- hörmət
qoyulmayan,
adam
yerinə
qoyulmayan.
Qız idim sultan idim,
Nişanlandım xan oldum,
Gəlin oldum qul oldum,
Ayaqlara çul oldum.
Ayaq döymək -bir işin arxasınca çox gedib- gəlmək.
80
lü rfjdapm tm
‘Beftruz Jhqai
Düz bir həftə idi ki, rayon maarif şöbəsi ilə baş mühasib
Şeydayevin idarəsi arasında ayaq döyməkdən yorulmuşdum
(310, s.84).
Ayaqdan düşmək -əldən düşmək, yorulmaq, pis günə qal
maq, yaşlanmaq, qocalmaq, ağır vəziyyətdə, pis durumda olmaq.
Ayaqdan düşmüşəm saqi, əlimdən tut ayaq ilən,
Əlində sağəri zərrin, görüm homvarə var olsun ( Xazin).
Salmış məni zəm anə ayaqdan, dəxilüvəm,
Qovza ayağımı məni salma ayağa, gəl (147, səh. 42).
Ali-Qacarı fələk .salsa ayaqdan, cana,
Görəsən milləti-İran, genə yuxlar, ya yox (80, c.II, s.79).
Dostları ilə paylaş: |