Ayaqdan salma -yormaq, zərərə salmaq.
Məhparələrin fikri səni salmış ayaqdan,
Ağzın sulanır busə üçün, qönçə dodaqdan (282, səh. 193).
Bir gün ki əlində var idi qüdrəti imkan,
Bədbəxt eləyib çoxlarını saldı ayaqdan (168, s.445).
Ayaq daşı -çopur, utanmaz adama deyilir.
Qasid ayağına o qədər sürtüb ağladım,
M ərm ər yüzüm qoturlaşıb oldu ayaq daşı (168, s.530).
Ayaq ilə gəlib, baş ilə gedəcəksən -gəlin köçən qıza
deyirlər. Yəni ölənə qədər bu evdə qalacaqsan.
Bizdə olan ənənələrə göm, ölən adamı evdə tabuta qoyan
dan sonra başı tərəfdən evdən çıxardarlar. İslam hakimiyyəti
dövründə uzun illər zindanların məsulu olan Əsədullah Lacə-
vərdi deyirdi: Zindana gələn ayaq üstə gələr, başı üstə çıxar.
Ayaqqabımı geyə bilərsən, amma yerişimi yeriyə bil
m əzsən -biri özünü başqasına bənzətsə də ona bənzəyə bilməz.
Ayaqlar baş oldu, başlar ayaq -vəziyyətin tərsinə dəyişməsi.
Maddi və mənəvi mənada yoxsulların, əskik adamların yük
sək məqamda oturması və böyük adamların öz məqamını itirməsi.
Ayaqlarım Fransa yazırdı - Qacar dövründə Azər
baycanda xarici dil Fransa dili idi. Bu deyimdən hədəf budur ki,
elə sərxoş idim ki, bilmirdim nə cür yeriyəm
Ayaq ortaya qoymaq -araçılıq etmək, bir işin həllində
vasitəçilik etmək. v
81
Тиг^йуШ т
Ayaq tozu -şərtin kiçiyinəm, müqayisədə çox kiçik olmaq,
dəyərsiz, qul, kəniz.
M ən ayaq tozunam, sən başım tacı,
Çün mənim xalqımın söz memarısan.
Ayazımış üz - üzün həddən artıq qansızlıq nəticəsində
ağarması.
Sanki qəfil ayrılığın təşvişindən kişinin üzü ayazımışdı
(325, səh. 48).
Aydan arı, sudan duru- türk mifologiyasında ay və su
təmizlik, duruluq, saflıq simvolu kimi müqəddəs sayılmışdır.
Buna görə də mənoviyyatca ən təmiz adamlar ay və su ilə
müqayisə edilmişlər.
Pis qız deyil, gül kimi təmiz uşaqdır, aydan arı, sudan dum
(9 ,s.l7 2 ).
Aydan gəlm isən -bu dünyanın adamı deyilsən?
E;/ sən də bilmirəm Aydan gəlmisən, ya Marsdan, başa
düşmürsən nə deyir? (84, s. 114).
Ay daş atan bəxtəvər, daşın da öz vaxtı var- bu iş üçün
bu vaxt uyğun deyil, hər işin öz vaxtı var.
Ayağı yer almaq -yerini möhkəm, etibarlı görmək, təklif
olunan işə razı olsa da, zahurdə özünü narazı göstərmək.
O ad sənə halal olsun, doğrudan da dediklərinə görə
varsanmış, pulunu götür, bu dəfə Aşıq Ələskərin ayağı yer aldı:
“Yox götürməyəcəyəm, atımı özümə verin, bəsdir”(13, s.241).
Ay durəcənab -yumşaq surətdə danışanı yalançılıqda
ittiham etmək. Təxminən “üzdən İraq” mənasında.
Ay gedən it, gəl məni qap -başqalarına səbəbsiz öcəşən
adam.
A yğır -dinc oturmayan, qaynayan qız haqqında işlənir.
Ayı balası -güclü.
Ayıbını qara yer örtsün -xəcalət çək, utan.
Ayı çezir, qaban oynur- heç kim heç kimin kitabını
oxumur.
82
'Be/iruz^aSäm
Türkdeijimlm
Ayı çıxmaq -çətinliklə üzbəüz olmaq, Boynuna agır bir iş
düşdü, yenə bir xərc çıxmaq, çətinliklə üzbəüz olmaq,
bədbəxtliyin başlanğıcı.
Gəlirim gediri ev kirasına,
Ay başa çatınca çıxırdı ayım (338, s. 143).
Adı batmış əcəl gələndə bizə,
Mənim ayım çıxdı, gün də batmışdı (306, səh 180).
Ayıdan dönmə -m əhəbbətə, sevgiyə biganə olan.
Bacı- qardaş deməz, ata- anasın bilməz,
Deginən bir ayı, ya bir səhra, səhra... (223, s.9).
Ayı dostluğu -mövqeyyətə, şəraitə uyğun olmayan sözləri
dilə gətirmək, zarafat eləmək, cahil adam, cahil dost.
Mümkündür ittifaq düşsün ki, tək-tək adamlar müsadirə
olunan mallardan istifadə etmiş olsunlar. Lakin bu çox nadirdir.
Onların dostluğu ayı dostluğudur. Bizə düşmənlikdir (305, səh 85).
Ayı ilə bir çuvala girmək -hesabsız, ağılsız bir işə əl
qoymaq, qanmaz adamla bir yerdə yaşamağa məcbur olmaq,
müştərək iş görmək.
Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur -birisinin
özünü haqlı sayaraq başqasına naz etməsi.
Ayın neçəsindən danışırsan? - heç nədən xəbərin
yoxdur. Danışdığın faydasız və dərdə dəyməyəndir. Mətləbə
dəxli yoxdur.
Ayı nədi, oynamaq nədi? - bu sənə nə yaraşır?
Ayı nədi, oynamaq nədi? (103, s.73).
Ayını əvvəl öldür, sonra dərisinə qiymət qoy/ Ayını
öldürməmiş dərisini satma - dəryada balıq sövdası eyləmə. İş
görmək əvəzinə boş danışan adam.
M əsxərə ilə dedi, söylə mənə,
Gəldi ayı, bir nə danışdı sənə?
Verdi Ekost böylə cavab durmadan:
Satmayın heç vaxt dərini soymadan (80, c.EI, s.202).
Ayının min bir-iki oyunu var, bir armudun başında -
biri quldurluq, soyğunçuluq etmək istər, səbəbinə amma bir
bəhanə gətirər.
83
‘Behruz Jbqqi
'JurkdeywUm
A ym -şaym - şən, sevincək.
M ən burda hər bir zadı aym-şaym görürəm (195, c.II,
s.51).
Ayı yuvası, asma üzüm- ayı üzümü çox sevər. Bir adam
ayının yuvasında üzüm saxlamaq istəsə, səhv edir.
A ynan- g ü n n ən görünm ək - gec-gec görünmək.
O vaxtdan ki, yazığı işdən çıxardılar, aynan-günnən
görünürsən (72, с.III, s.49).
Ayna qabağında durub özıiinə dərəcə vermək -özünü
bəyənən, yekəxana, özündən müştəbeh.
Aynanın kaslanması - Azərbaycanda olan qədim ənənəyə
görə, uğursuzluq əlamətidir.
Aynası açılmaq - kefi açılmaq.
İzin ver M olikməhəmm ədi də aparaq, aynası, açılsın (46,
s.297).
Aynası hovdaın düşmək - ölmək.
Əjdaha tək nəfəsindən belə ki, püskürür od,
N əfəsi gizlənəcək aynası hovdan düşəcək (338, s.91).
Ayranı dağılmış qarı -deyingən adam, hər zadı əldən
vermiş adam.
Ayrı düyünləmək -sədaqətsiz, gizli özünə pul- para
yığan, özünü düşünən.
Ayrı pəstəh a- başına oyun açmaq.
M illət dedi ki, almaq mümkün dəgil bahadır,
Timsar dedi: bəs onda bu ayrı pəstəhadır (69).
Ay şaqqılar, şaqqılar -it vaqqılar- bir balaca işarəyə
bənddir. Kiçik bir çətinlikdən səsi çıxar.
Aza dedilər hara gedinsən? Dedi çoxun yanma - hamı
varlı tərəfə can atır.
Aza dedilər hara gedirsən? Dedi çoxun yanına (103, s.71).
Azarı satın almaq - soyuqda nazik paltar geyinən adama
deyilir.
Ay bala, yel əsir, bir köynəklə balkonda nə qədər
dayanmaq olar. Azarı satın alırsan? (1, s.209).
84
Twkjdeijimhri
Behruz Jbqqi
Az aşım, ağrımaz başım -aza qane olmaq, tamahkar
olmamaq, minnət götürməmək.
Səhər çayım, nahar naııü- pənir, axşam bozbaşım,
Dəxi dərdim nədir aya? Az aşım, ağrımaz başım,
Nə düşmüşdür mənə çəkim el qayğısın,
millət qəmin
(“ İqbal”, 1914, 12 fevral).
Az aşın duzu deyil - çoxbilmiş, hiyləgər, bacarıqlı.
Sən qocaman da bu çal çağında heç də azacıq aşın duzu
deyilsən ( 253, s. 191).
Azca arıca -qazanılan bir şey az olsa da təmiz, halal
zəhm ətlə qazanılsın.
Arı türkdilli xalqlarda təmiz və saf mənasında işlənilir.
Azdan az gedər, çoxdan çox - hər kəsdən damarına görə
qan alarlar.
Azdan az gedər, çoxdan çox (103, s.71).
Az getdi, üz getdi - nağıllarda işlənir.
Az gedib üz gedib dərə təpə düz gedib bir quyuya rast
goldilər(148, s.56).
Az idi arıq uruq, biri do gəldi dabanı cırıq - xoşa
gəlnıoyon bir adamın yersiz müdaxiləsinə etirazdır.
Al öz uşağını, az idi arıq yırıq, biri də gəldi dabanı cırıq
(72, с.III, s. 124).
Az qalıb boğaza yığılam - səbr kasam dolub artıq.
Az qalıb boğaza yığım onları (3, səh. 50).
Az ye özünə hambal tut -ö z işini özün gör.
Mən çəkəcəyəm sənin yerinə, az ye özünə bir hambal tut!
(9, s. 126).
85
ЧкЧпя
Tw^değbnhti
-В-
Babalın it götürməz -günahı çoxdur, çox pis adam,
rəhmsiz..
Babalın yumaq -bilmədən bir nəfərin arxasınca danışmaq
Babı - Babın başçılıq etdiyi mütərəqqi dini təriqətin
tərəfdarlarına babı deyilir.
Bu babi oğlu babi dünən küçədə hamını başına yığıb
həzrətin tuman bağma lağ eləyir (195, с II, s. 116).
Bacadan düşən kimi qismətin üstünə düşmək -
gözlənilmədən xoşbəxtliyə qovuşmaq.
Deyəsən, elə bacadan düşən kimi qismətin üstünə
düşmüşdü (174, s.26).
Bacadan quyruq yağmaq -başından ruzi tökülmək.
M ən də sənin kimi xoşbəxt deyiləm, gəlib hazır üstünə
çıxam, sənin bacandan quyruq yağır (129, c.I, s. 145).
Bacarana baş qurban - bacarlıqlı adama nə etsən halaldır,
hər kəs bacardığı kimi yaşayır.
Deyirdi: görünür, bu dünyada bacarana baş qurbandır (253,
s.373).
Badalaq vurmaq -bir işin qabağını almaq, marıeə
törətmək.
Dedim bəlkə mənə badalaq vurmaq istəyir (288, s. 113).
Əli, ədə nömrə, mənə badalaq gəlirsən ? (9, s. 143)
Bağa bax. üziim olsun, yeməyə üzün olsun -əziyyət
çəkmək lazımdır ki səfasını görəsən, utanmayasan.
Bağ-bağ olmaq -kef çəkmək, bir yaxşı olaydan, xoş
xəbərdən xoşhal olmaq, bir zada valeh olmaq, fərəh hiss etmək.
Yaşayırsan el ilə birgə, el ilə görünürsən,
Baxaraq Təbrizə bağ-bağ açılırsan, sevinirsən (Bulut).
Sənin kimi bir gül hər bağ bəsləyə bilməz.
Səni görəri kimi ruhum açılır bağbağ (241, səh, 157).
Bağban bağsız olmaz, dəvə sarvansız -hər evin böyük-
kiçiyi olar.
86
Teftruz fhftfi
7 ür^dh/v,ı£m
Bağ belə, bostan belə -yalandan boy demək,
özünü
şişirtmək.
Qardaşoğlu, çox geriyik, döşümüzə döyürük, bağ belə,
bostan belə. Amma adicə sanitariya qaydalarına riayət etmirik
(142, səh. 72).
Bağda ərik var idi, salam- əleyk var idi -bağdan ərik
qurtardı, salaməleyk qurtardı - işi düşəndə yaltaqlanan, işi
düşm əyəndə üz çevirən adam.
Dədəmi ki çıxartdılar, Fərəc də mənimlə haqqı-salamı
kəsdi, bağda ərik var idi, salam məlik var idi (9, s. 140).
Bağda ərik var idi, salam meleyk var idi, bağdan ərik
qurtardı, salam məleyk qurtardı( 129, c.I, s.92).
Bağa qınından çıxdı, qınını bəyənmədi - əslini-kökünü
danan adama deyilir.
Cavab
verərlər
ki,
“bağa
qınından
çıxdı,
qınını
bəyənm ədi!” (253, s.450).
Bağda gülə baxarlar -gözəl qıza, gəlinə baxdıqda etiraz
edən zaman işlənir.
Bağırsağı düyün düşüb -karıxmaq, özünü itirmək.
Bağırsağı tərsə düşüb -nigarançılıqdan, qorxudan əl-
ayağını itirib.
Bağırsaqları acından quruldayır -on dəhşətli aclığın
əlamətidir.
Baxıb gördü ürək durmaz, pırıldar,
Bağırsaqlar acından hey quruldar ( 147).
Bağııvı dolu vurub? -dəryada gəmilərin qərq olub?
Al m açı eşşəyi tək salladı tez qaşqabağın,
Elə pərt oldu, deyirdin dolu vurmuşdu bağın (168, s,259).
Bağla dilimə -bu işirı günahı mənim sözünıdədir.
Birisi getdi bir kəndə qəzadan,
Xəyal etdi keçə ol xoş fəzadan.
Biri səsləndi getmə gəl qonaq ol,
Sərəfraz et bizi, zeybe-visaq ol.
Eşitcək düşdü atdan mərde- novrəs,
Dedi bu atı harda bağlayım bə«,
87
He/iruz
Tw^dojinthri
Nişan ver tez, tilov qaldı əlimdə,
Dedi: durma gətir ba.ğla dilimdə (83).
Bağlı boğça - bir sirr.
- Bağlı boğça elə bir lotu üçün açılmasa, bizim bazarımız
bağlanar, xanım! (253, s.33 3).
Bağlı olmaq -bir zada hədsiz sevgi.
Ağsu sənə,
Kim deyər ağ su sənə?
Ölüncə səndən keçməm,
Bağlıyam Ağsu sənə (171).
Bağrı ayazlanmaq - bir şeydən ötrü çox darıxmaq.
Çoxdan nağıl eşitməmişəm, bağrım ayazlanıb, könlüm
dayazlanıb (203, s. 12).
Bağrıbadaş -hər şeydə bəhs e ləmək.
Gəlib yanında iznsiz əyləşəcək, guya səninlə min ildir
bağrıbadaşdır (129, c.l, s.l 13).
Bağrı bişmək -darıxmaq.
Ah çəkm əkdən bağrım bişib
Bircə yada salan yoxdu ( 74, s.73).
Bağrı çatlamaq - yamar günə düşmək, nəhayət dərəcədə
darıxmaq.
Qaldıqca bu Təbrizdə, lap çatladı bağrım (58, səh, ] 16).
Bağrı dəlmək --əziyyət vermək.
Al canımı, ya canıma bir san verirsən ver,
Dəl bağrımı, ya dərdimə dərman yazıbsan yaz! (347, s.86).
Bağrı daş olmaq - mərhəmətsiz.
Abbas ağlar arsız-arsız,
Dünya olub etibarsız,
Deyirdin dözərəm yarsız,
Döz bağrı daş olan könlüm!(12, s.63).
Bağrı kabab olmaq - çox dərd çəkmək.
Gül yüzün görməklə çox bağrıkabablar bən kibi,
Qəlbə bin didarın üçün yüz təmənna qoydular (354
S.152).
Bağrı qana dönmək - kədərlənmək.
88
'BeJiruz. 9üqqi
Tür^deyimhri
Yandı bağrım döndü qana.
Aman gülüm, gülüm, gülüm! (148, s.33).
Bağrı qan etmək - birini ağır vəziyyətə salmaq, çıxılmaz
vəziyyətdə qoymaq.
Çillə gəlib, Xoyda fəğan etməyə,
Xoyluların bağrını qan etməyə (243, s.68).
Bağrı qan olmaq -çox narahat olmaq, kədərlənmək.
Səngəkin övzai xalqın bağrını qan eylədi,
Bir görün ııüstövi zülmündə nə tüğyan eylədi (30, №8).
Bağrı qara -həddindən artıq qüssələnmək, kədərləmnək.
Firqətindon qara bağrım olub su,
Alıbdır qərarım ol zülfü geysu ( M əhəmməd bəy Aşiq).
Bağrım sökülür -kədərlənmək, qəm- qüssəyə qərq
olmaq.
Gözdən tökülən qətrə dənizdir qucağımda
Dalğası sökür bağrımı peykan ilə sənsiz (Rahimi
Paşazadə).
Bağrına dağ çokıııək -ürəyinə dəymək.
Ki, bu zəmanə onun bağrına çəkib dağlar,
Zəmanənin sitəmindən o ney kimi, inlər ( 80, с.II, s. 172).
Bağrına xal düşmək -ürəyi qırılmaq, ən ağır kədər.
Çərx altında elə bir gün görmədim,
Yandı qara bağrım, xala yetişdi (97, s. 114).
Bağrın başını əzm ək - ürəyə dəymək.
Seyraqıbla aşna olub,
Bağrım başın əzoıı gözəl (32, c.H, s.7).
Bağrın
dəlinməsi-kədərdən,
qüssədən
könlün
açılmaması.
Dəlindi qüssədən bağrım, sən etmə ürəgim para (225,
s.54).
Bağrı parçalanmaq - çox kədərlənmək.
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlim də qələm (337, c.l, s. 125).
Bağrı yandırmaq - yaman günə salmaq, dağ çəkmək.
Yandırdı eşqin bağrımı səndəıı mana dərman gəıok,
89
ISefiruz Jfafqi
Tur/^deyimbd
Gərçi yolunda aşiqin cani; -dili suzan gərək (225).
Bağrı yarılmaq -nəhayət əzaba düşmək, ölümlə üzbəüz
olmaq.
Bülbül gərək hicran oxuna bağrı yarılsın (214, s.41).
Bağ vaxtı bağbanın qul ağı ağır eşidər -biri imkanat ələ
gətirən zaman başqalarım unudar, birinə kömək eləməz.
Bahar buludu - həmişə gözü yaşlı olmaq. Göz yaşının
ələnməsi, bir qələm ə tökülməsi
Bahar buluduydu sanki gözləri (54, s. 132).
Bahar buludu kimi açılır, tutulur -dəyişkən adam, gah
gülən, gah ağlayan.
Bahar havası, ər arvadın davası - bahar havası tez-tez
dəyişdiyi kimi, ər-arvadın da davası tez keçər.
Baharı xəzan oılmaq - xoşbəxt günləri bədbəxtliyin əvəz
etməsi, cavan ikən solmaq.
Eşqi var idi Şəhriyarın güllü-çiçəkdi,
Əfsus ki, qəza vurdu, xəzan oldu baharı (80, c.II, s. 252).
Bax m ənim gözümə, inən də baxım sənin üzünə -
dərdimiz birdir, üzümüzdən tellid ir ki, içimizdə nələr keçir,
danışmağa ehtiyac yoxdur
Baxta daş atmaq
tək if olunan işə, düşən şansa arxa
çevirmək.
Baxtı açılmaq -- işləri düzəlmək.
Baxtımız açılan deyil,
Qapımızı açan olsun (260, s. 102).
Baxtı bağlanmaq - işlərin nəhs gətirməsi.
Bağlanıb, baxtın bağlanıb,
Qırmızı bantın bağlanıb (260, s.83).
Baxtını qara yazmaq - uğursuz taleli.
M əni ağlar qoyduz cavan vaxtımda,
Qaralar yazdınız mənim baxtımda? (35, s.566).
Baxtın üzü dönmək - taleyi nəhs gətirmək.
Dönüb baxtın üzü bizdən.
Kim qurtarar b id bizdən 6260, s.91).
90
Ü dm ız
Tür^da/imlm
Baxtı yatmaq - işləri irəli getməmək, qapıların üzünə
bağlanması.
Yerisən, yüyürsən çata bilməzsən,
Görürsən ki, baxtın yatdı, sen də yat (32, c.II, s. 13).
Başımdan keçəni söylədim bir-bir,
Şücaət, yatıbdı baxtın dedilər (294, s.42).
Baxtının qapısı bağlı olmaq - işləri irəli getməmək,
qapıların üzünə bağlanması.
Baxtımın qapısın bağlı qoyubsan,
Çəkib sinəm üstə dağlar qoyubsan (32, c.II, s.81).
Bakka qoymaq - banka qoymaq. Uşağı, böyüyü bir növ
öpməyə deyilir.
Xalq arasında banka qoymaqla soyuqdəyməni aradan
qaldırırlar.
Elə öpürlər ki, öpüşün səsi həmin bankanın
qopardanda çıxardığı səsə oxşayır.
Baqaja qoymaq - satmaq, ələ vermək, pis vəziyyətə
salmaq.
Xaspoladov bircə günün içində o boyda kişini qoydu
baqaja (9, s.178).
Balaca stəkanda böyük çsıy içmək -kiçik yerdə çox adam
üçün qonaqlıq vermək.
Bala qazan tez daşar -savadsız adam, səviyyəsiz adam tez
hirslənər.
Balalarının başına çev ir-b ağ ışla, günahımdan keç!
Bizə bir çarə elə, o uşaqların fikri ğözgədir, bizi çövür
balalarının başına (195, c.II, s. 16).
Balalı qarğa pox yeməz •• bu deyim “qızın oldu qırmızı
donunu soyun”
deyimi ilə sinonimdir. Ata- ana üçün əsas
övladların sağlamlığı və tərbiyəs idir.
Balası ölən dəvə -insanlar özlərini bəzən məşğul olduqları
heyvanlara bənzədirlər. Qol qanadı sınmış, ağır kədərlə, dərdlə
yaşayan, gözləri yaşlı.
Balığı at dəryaya, balıq bilməsə xalıq bilər - yaxşılıq
etməkdən zərər gəlməz.
91
'lur^deyimCm
Bir misal qız bilirdi keçmişdən: yaxşılıq eylə at suya onu
sən (80, с.II, s.203).
Balıq
başdan qoxuyar -ailədə, comiyyotdə bütün
bəlaların səbəbi yuxandan gəlir.
Balıq dənizdən çıxdı, öldü -elindən, doğma mühitindən
ayrı düşən insan rahat yaşaya bilmoz.
Bah olan bal yeməz - yaxud kuzokar sınıq kuzədə su içər.
Ağır vəziyyət elə bir şərait yaradır ki, insanlar əllərində olan
vasitələrdən özləri istifadə edə bilmirlər.
Baltaçının hin deyəni -bu deyim “ələkçinin qıl verəni”
deyimi ilə sinonimdir. Yəni heç bir rolu olmadığı halda özünü
böyük bir işə şərik bilən. Azərbaycanın şimalında, xüsusən
Qarabağda ara qızışdıran adamlara belə deyilir.
Balta kəsm əz bığ -boynu yoğun, qoçu.
Balta kəsm əz - qüdrətli, güclü, dözülməz.
Bəxtimin bədbəxtliyindən şəkkər əksəm, duz olu,
Yay günü həmrnamo getsəm, balta kəsməz, buz olu.
Baltanın sapı ağac olmasa, kəsə bilmoz -adamı
özününkü satar, ağacı qurd içindən yeyər.
Balta ağacı kəsməzdi, sapı ağac olmasaydı (284).
Balta vurmaq»
bir şeyin kökünü kəsmək; birinə ağır
zərbə vurmaq.
Onların öz əlləri ilə öz vətənlərinin məhv olmağını,
rişəsinə balta vurduran bir heyəte-zalimanəniu məhv olmağını
Allahdan istəyirdik (65, №2, s.2).
Bal üstə arı çox yığılar - xeyir gə İon yerə çox adam can
atar.
Bal üsto arı çox yığılar (335, s.292).
Ba Ivan - küt.
Olsaydım əg ər müslüm olardım, yekə balvan,
Heyvandır- özün yaxşı bilirsən ki müsəlman (72, c.IH,
s.264).
Bambılı - yüngül, ləyaqətsiz.
Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı
Əhmədin yanında olmuşam bir balaca uşaq və ağlayıb atamdan
92
T Srkjleym Cm
kişmiş istəyən kimi gündə bir dəfə utana-utana deyirəm: Şeyx
Əhməd, mənə kişmiş (195, c.II, s.39).
Bambılı bəy - ərdomsiz, ləyaqətsiz, bacarıqsız.
Bambılı bucağı -Güneyin şərq tərəflərində, o cümlədən
Şəbüstərdə yaz, payız vaxtında yağış və qarın yağıb-
yağmayacağını bilmək üçün, adi xalq məntəqənin cəııubi-qərb
üfüqlərinə baxar, o səmtin üfüqləri və səması buludlu olursa,
«bambılı bucağı» tutuqdur, yağacaq və yaxud, «bambılı bucağı
açıqdır» - yağmayacaqdır - deyərlər (122, səh. 13).
Banlamaq - xürafi müsəlmanlar arasında inama görə,
banlamağa bənzəyən səs çıxaran toyuğu seyidə vermək
lazımdır. Səsini qaldırmaq, vaxtsız söz danışan, özünü nahaq
yerə ortaya atmaq.
Eylo bilirdim ki, dəxi sübh olub,
Morği-səhər tək bir ağız banladım.
Səng şikost eylədi balü-pərim,
Banlamağın hasilini anladım (267, s.42).
Banlaşan bir də bu evdə, səni verrəm seyidə,
Seyidə kim gedə, fikir eyləmə salim qeyidə (168, s.520).
Molla Turab banlladı,
Kim bildi, kim atıladı(168).
Rəsmiyyəti vardır, atanı danlamaz oğlan,
Hər yerdə ata dinməsə, tez banlamaz oğlan (168),
Baratası itmək -heç bir nişanı qalmamaq.
Oğlu itkin getdi, dedilər cani doktorlardan biri inqilab
günlərinin şuluqluğunda onun böyrək- ürəyini çıxarıb satmağa
görə onu yox elədilər. Bir barata da tapılmadı.
Barmağa dolanmaq - ələ salmaq.
Dəxi sən bizi dolama barmağına çoban! (62).
Barmağı dişləmək- yadına düşmək, təəssüflənmək.
Eyb etmə əgər barmağımı dişləyər olsam,
Mən do yata qaldım bir uzun qəflət içində (“Çöl quşu”,
s.44).
Barmağım bala batdı, səninki də bəhm əzə batar -m ən
çox xeyir gördüm ki, son də xeyir görəsən?
93
j^r^em n h r^
‘Befaruz
Ağıllı iş görürlər, içmirləı, içənlərin barmaqları bala batıb?
(1, с II, s.61).
Dostları ilə paylaş: |