Bəxtimiz oğlan imiş - bəxti gətirmək.
Oğlumuz ay Xansənəm, bir yekə pəlvan imiş,
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş (267, s.126).
Bəxtin yar olması - işləri gətirmək.
Bəxtim mənim öz yarıma yar olsa, nə dərdim,
Söytərdim o vaxt, könlümün öz güzgüsüyəm mən (328,
s. 74).
Bəxti yatmaq -uğursuzluq.
Dilbərin dilbər gözü tək gör necə bəxtim yatıb,
Yarımın bəxti oyaqdır, çeşmi-bidarım kimi (345, s.87).
Bəlalı baş -başından qəzavü- qədər əskik olmamaq.
Bəlhəşurlııq -Rusiyada çarizmlə mübarizə edən partiya
iki hissəyə bölünüb biri bolşevizm, biri menşevizim adlanır.
Bolşeviznıə bəlbəşurluq deyilir. Mənası hərc-mərclik, qanun-
suzluq anlamına gəlir.
Eşitdiyimə görə, mürtəcelər bizi bolşevik adlandırmaqla
ırıüttəlıim etmək istəyirlər. Bolşevizm İngiltərə imperializminin
Şərqdən ixracını tələb edirsə, əgər bolşeviklik məzlum Şərqi
azad edəcəksə, birinci bolşevik də m ənəm (“Kommunist”
qəzeti, 1924).
Bəlhəşurlııq salmaq -qarışıqlıq salmaq.
119
ш яш ш ш ш ш
22
т
Шт^Сюyim hri
And olsun Bakı möhtəkirləri, Tiflis restorançıları, Gənco
tacirləri,
Qarabağ bəyləri, Lənkəran millətçiləri, Səlyan
ambardarlarımn təqib etdikləri məsləki-millətpərvəranə və
əqideyi-vətənpərəstanəyə
ki,
bolşevizmi
yer
üzündən
götürəcək., hələ bu başlanğıcıdır (141, 1919, №52),
Bənayın -ölünün üstünə qoyulan böyük, saf daş. Qanı
soyuq və qanmaz adama deyərlər.
Bənd-bərəni axtarmaq -hər yeri axtararaq.
Gəzdim Əhrabun bəndin-bərəsin,
Atam evini tapa bilmədim (277, s. 14).
Bəndi, bərəni bağlamaq -ölkənin həssas yerləri.
Səttarxan geyib qərəni,
Bağlayıb bəndi, bərəni,
Bərəkallah, qallac oğlan,
M əşrutəyə fərrac oğlan!
Unutmayın Təbriz, Göyçə, Dərbəndi,
Birlik olsun qoy arzumuz, kamımız.
Bərk bağlayın hər bərəni, hər bəndi,
Lazım gəlsə, şəhid olaq hamımız (274, s.39)
Bəndə vurmaq -əsir tutmaq, dilimizdən bəndə düşmək.
Daim yaşayış oldu bizə bir qara dustaq,
Əl - qol yerinə bəndə vurulduq yerimizdən ( Savalan).
Bəndi suya vermək, gönü suya vermək - xəta etmək, iş-
işdən keçmək.
Bərat oldu -işlər düzəldi, çətinliklər aradan qalxdı,
gələcəyin uğurlu olması mənə əyan oldu.
Dur ki, düyün açıldı, bərat oldu, həvalə gəldi o caııanə
(223, s.54).
Bərəni suya vermək - səhv etmək, məsuliyyəti hiss
etməyib zərər gönnək.
Birinin ki, suya getdi bərəsi,
Qarışar bir-birinə ağ -qarası (168, s.776).
Bərkdə boşda - çətinlik və xoş gün.
Qonaq gedəm uzaq elə, obaya,
120
'Beftruz 'Jhqqi
'im&ri
Ellər məni bərkdə- boşda sınaya (273, s.9).
Bərkə-boşa düşmək - çətinliyə düşmək və xoş gün.
Ancaq hələ tezdir, dava-dalaş görməyib, bərkə-boşa
düşməyib (174, s.55).
Bərkiınəmiş qatıq -nəzərdə tutulan kimi olmayan hal.
Azərbaycanda bir məsəl var, deyir, bərkiməmiş qatıq,
qatıq çalanda bir var ki, gərək o tutsun, bir də vardı ki, bərkisin
(52, s.57).
Bər qəba, bəndər qəba -iynə salmağa yer olmayan,
adamların çox gur olduğu yer.
Bəy balası kimi dolanmaq -əli-ayağı quru, ürəyi istəyən
kimi ömür sürmək.
Get mollalığa, bəy balası kimi dolan, Allahnan da işin
yoxdur, inanırsan inan, inanmırsan inanma (84, s. 117).
Bəy durmaq - bir yerdə tərpənmədən durmaq.
Hey soyuqdan quruyııb bəy dururam,
Kimdi yengə, müşata, bilməyirəm (306, s. 111).
-Bəyəm bizim pullumuzun sikkəsini Ömər vurmuş? Və
ya bəyəm bizim pulumuzun şiri qancıqdır - mənim pulum
pul deyil, adicə kağızdırmı?
Bəyəm dəyirman içində idin? - niyə dünyadan
bixəbərsən?
Bəy ilə bostan əkənin tağı çiynində bitər - bəylərin,
hakimlərin ədalətsizliyinə, haqsızlığına işarədir.
El deyib ki, bostan əkmə bəy ilən,
Yalan olmur el adından deyilən (328, s.89).
Bəy verən atın dişini saymazlar -hədiyyənin yaxşı-
pisinə baxmazlar.
Bıçaq bəndə dayanıb -can boğaza yığılıb, səbr qurtarıb.
Dağ olsa da səbrim, bütün talandı,
Ürək susdu, bıçaq bəndə dayandı (349, s.82).
Ağayi-siqqotül islam və möhtərəm ağalar! Mən firqəmiz
tərəfindən çox iftixar edirəm ki, bışaq bəndə dayanan güıı siz
bizi bu məclisə dəvət etmisiz (30, 1945, №66-69).
121
%efauz9bcjcti^^
Dayanıbdır bəndə bıçaq, yorulmuşam, gedəmmirom (224,
s. 10).
Nə üçün bu qədər öz həyatınıza bağlanmışsınız. Bayrağı
qaldırın, kütlə sizin arxanızca gələcək. Biçaq sümüyə çatıbdır
(248, s.504).
Bıçaq intizarında olan qoyun kimi - ölümünü gözləyən,
əlindən bir iş gəlm əyən adam.
Bıçaq intizarında duran qoyun kimi gözlərimi döyürəm
(234, s.493).
Bıçaq olmaq - düşmən olmaq.
Xalxı xalx aldadır, yad tora salır,
M ənə özümünkü bıçaq olubdu (294, s.47).
Bıçaq sümüyə keçib - can boğaza yığılıb.
Bıçaq keçib sümüyə, bir nəfər soruşmaz ki,
Hüdudu yoxmu bəlanın, bu nə zəlalətdir (80, с.II, s. 211).
Bıçaq vursan, qanı çıxmaz -çox əsəbi olmaq.
Bığaltı qımışmaq -- birinə məsxərə etmək.
Pis yaşamırdı deyəsən
Bığaltı qımışırdı (260, s. 116).
Bığ altından gülmək -gülümsünmək, birinə məsxərə
etmək, təhqirlə gülmək.
Ümumiyyətlə, belə giilməyi düşmənə və düşmənin
baltasına sap olan adamlara nisbət verirlər.
Əgər milli varlığı talan olan millətin aydınları birləşmək
yerinə şəxsi mənafeləri əsasında pərən-pərən olub və ya başqa
dövlətlərin quyruğu olsalar, onda bu deyimi işlədirlər. Bu iş bais
oldu, düşmən bizə bığ altından gülsün.
Bığ burmaq -zor demək.
Kim qaldı ki, bizə bığın burmadı.
Atdan altdan bizə kələk qurmadı (306, s.56).
Bığı bəy -bir vaxt SSFİ-yə başçılıq etmiş İ V. Stalinə el
arasında belə deyilirmiş.
Güneydə oturub - durmağını bacarmayan adamlara deyilir.
Get xidmət elə, qoy bığı bəy yaxşı kökəlsin,
Versin tüməni bir qrana, adı yekəlsin (168, s.80).
122
‘Beftruz töqqi
Tür£da/imfari
Bığı burma -cavan, sağlam, güclü, naməhrəmə də deyilir.
Bumun gözümü dəldi, çəkil burda oturma,
Atmışdı səsin başa vəli bir bığı burma (168, s.254).
Xan çobanı, adı Nəbati, özü bir üzü qırxıq, bığı burma imiş
(223, s.64).
Bığı burmaq -dayanmaq, sinə gərmək.
Mənim atam ölən zaman düşmənlərin qabağında bığlarını
bur, deyibdir (299)
Bığı qırxıq -Dinsiz, dövranın
hakim dini ənənələrinə
qarşı çıxan adam
Keçmişdə mövhumatların
və mürtəcelərin artistlərə
verdiyi təhqiramiz ləqəb (Azərbaycan dilinin izahlı lüğəti).
Bığın altına çəkmək -təhqir, ələ salmaq.
Gəlmişdi gecə şairi Əzrayıl aparsın,
Çəkdim bığının altına, əl çəkdi sovuşdu (338, s.90).
Bığının altından keçmək -rüşvət vermək.
- Onları necə görmək olar, bığlarının altından necə keçmək
olar? (253, s. 111).
Bığlarını oynatmaq -təkəbbür göstərmək.
Serçə çalağanla barışa, eyləmə bavər,
Çox bığların oynatma get, ey ırıürtədü-kafər (168, s.873).
Bığ yağı almaq -rüşvət almaq, haqsız yerə pul almaq.
Aldı bığ yağı axırda, paşa pasaportu verdi,
Yolladıq Təbrizə, qol çəkdi iki şahbəndor (301, s.58).
Bığ yerləri təzəcə tərləmək -tazə cavan olmaq,
yeniyetməlik yaşma, həddi- büluğa çatmaq.
Olanda Kərimxani giti -fürtz
Dəgildir mənim bığ yerim tər lıonuz (M.M.Şükuhi).
Bığ yerləri təzəcə cücərən, səsləri yenicə dəyişib kallaşan
bu uşaqlardan ilk eşq macərasına qoşulanlardan birincisi də elə
Valeh oldu (110).
Bir nazlı xanıma çevrilən kimi,
Bir gözəl qız olur mənim balam
Bığ yeri tərləyən kimi.
Bir dəcəl uşaq ölür, mənim balam (260, s. 151).
123
Befmtz
Bibər də kiçikdir, amma yandırar - adi, kiçik bir adamın
sözü do adamı yandırar.
Bicəflağı - dələduz, çox şuluq.
Bic toxum -dini baxışla atası bəlli olmayan.
Yaxşı insanların arasına bic toxum kimi düşmüş tək-
tükləri, düyünlü kötükləri, azmanazlan deyirdik ( “Qızılgül
olmayaydı”).
Bildirçinin bəyliyi darı sovuluncadı -yəni bu imkan
müvəqqətidir,
adam gərək müvəqqəti
imkana
arxalanıb
hörmətini itirməyə.
Bildirçinin bəyliyi darı sovuluncadır (129, c.I, s.419).
Bildiyin qədər çəkəsən - qarğışdır, çox hiyləgər, ara
vuran, oxu atıb yayını, gizlədən adamlar haqqında işlənir.
Bilirəm nə yuvanın quşusan -mənfi mənada işlənir, yəni
səni yaxşı tanıyıram..
Bilmir
harda
bişir, harda
düşür
-
müftəxor,
məsuliyyətsiz, ailənin necə yaşamasından xəbəri olmayan.
Bir ağız oxumaq - bir mahnı oxumaq.
Aşıq, gəl bizim üçün bir ağız oxu (35, s.489).
Bir aləm kef etmək - yəni çoxlu kefdə olmaq, ləzzət
aparmaq.
Yaman soruşdum gül ayağından
Bir aləm kef edim, mey dodağından (261, səh. 321).
Bir arxa su gəlsə, güman v ar yenə gələ -naümid
olmamaq.
Bir atımlıq barıtı var - bir atırn qədim tüfəngləri doldur
maq üçtiıı yetərli miqdardır. Hay- küyünə baxmayaraq tez hirsi
soyuyan
Bir barmaq qatıqdan ötrü tuluğun götünü yırtmaq
tamahkar, öz mənafeyini nəzərdə tutaraq ümumi işlərə ziyan
vuran.
Br barmaq -kiçik, azyaşlı.
Bir barmaq kağız -məktub.
Mıinəvvər- Oğul, bəs adam deməz ki, evinizə bir barmaq
kağız yazın (77, s. 16).
124
Türfjdeymıhri
‘Befintz
Bir başı, min oynaşı olmaq -əlində rnin dənə qarpız tutan,
hər işə baş qoşan.
Bir başı var, min bir sevdası - problemi çox olmaq.
Ey Nəsimi, xubların bir başı vardır, min dili,
Eşq ilə bel bağlama, bu ohdü- peymansızlara (225, Səh.
48).
Bir bezin qırağı eyni cür.
Bir bezin qırağısınız hamınız Çobana bax, adı çobandı
onun özü demoqoqdu (84, s.366).
Bir budağa çıxıb, min budağı silkələmə - biri ilə sözün
olub, hamını pisləmə.
Bir can deyib min can eşitmək - çox mehriban olmaq.
Özü mehriban idi, bir can deyirdir,, min can eşidərdin
(203).
Bircə de, tərcə de - təzə bir söz danış, təsiredici söz de.
Bircə daban süzmək -bir dövrə oynayıb çıxmaq.
Qardaşımın toyunda bircə daban süzəydim (“Kəleybor” ,
s. 18).
Bir çeynəni saqqnzııı var -çeynə yaspışdır alnına- bu pis
işivi və ya elin, ailənin abrını aparan sözü hamıya bildirmə.
Bir çiçəklə
bahar olmaz - Azərbaycan xalqının
xoşbəxtliyi üçün neft və ya geopolitik mövqeyyəti bəs deyil.
Gərək bütün millətdə milli şüur inkişaf tapa.
Bir çimdik/ çeynəm saqqız - kiçik bir səlıvi böyük bir
rüsvayçılığa çevirmə.
Bir çolaq qurd gecədə əlli ərxəş dolanı - bir igid adam
nə qədər işi ağıra düşsə də yenə nicat yolu tapar.
Bir çörək ye, birini Allah yolunda ver - sevin, şükür elə.
Solmaz bir əppək, yesin, birini də Allah yolu versin ki,
sənin təki oğlan onu istoyir (84, s.201).
Bir dana bir naxırın adım batırar - bir millətdən, bir
nəsildən bir nəfər nax ələf adam çıxırsa, o həmin millət, nəsil,
ailə üçün ləkəyə çevrilir.
Bir daş altda, bir daş üstdə - gördüyünü heç künə demə.
125
Beftruz yfaqqi
TürlçdeymCm
Sən bu “Quran”, bir claş alda, bir daş üstdə, kimsə
eşitməsin (1, s. 168).
Bir dəli quyuya daş atdı, 40 ağıllı çıxarda bilmədi -
cahil bir adamın gördüyü iş eli, milləti çıxılmaz vəziyyətə salar.
Qabağa salsan naşım,
Döydürər öz yoldaşını.
Bir dəri, bir sümük - çox arıq, cansız, cılız. Qarabağda
belə adamlara “ağac ayaq” da deyirlər.
Nərbala gözaltı anasına baxıb gördü ki, arvad qocalıb,
arıqlayıb, bir dəri, bir sümük qalıb (148, s.86).
Birisi kök, deyərsən pərvəridir,
Birisi bir sümükdür, bir dəridir (147, səh. 15).
Bir dodaq gülmək ■ gülümsəmək.
Qəm yemə ki, bizimkidir gələcək,
Bir dodaq gül, bəlkə hicran usana (215, səh. 31).
Bir eşşəyə minib, əllisin döyəşdəm ə - öz sözünü danış.
Sən öz sözünü danış, bir eşşəyi minib əllisini döyəşləmə
(72, c.III, s.82).
Bir əldə iki qarpız tutmaq - eyni vaxtda ımkaıı olmadan
iki iş görmək.
Əzizinəm atmaram,
Yarı yada satmaram,
Bir əldə iki qarpız,
Tutmamışam, tutmaram (39, s.672).
Bir əlin nəsi var, iki əlin səsi -qüvvət birlikdədir.
Birənin qanını aldlırı, ya canını aldın - birinin əlindəki
hər imkanı alandan sonra öldürsən yaxşıdır.
- Elə beləcə mən deyən kimi, birənin qanını aldınmı,
canını aldın ( 253, s.264).
Bir ət, bir piti -Azərbaycanda ət, piti, bozbaş bir milli
yeməyin adıdır. Deyim o satıcıların haqqında işlənir ki, satdığı
şeyləri İkiqat hesablayır.
Birgözlülər ölkəsi -Bir gözlülər şəhrindən gəlməmişik
ki... - biz bu yerə, buranın qanununa tanışıq.
Yer altında bir ölkə var, birgözlülər ölkəsidir.
126
Türt^dajim hri
Behruz
9
bqqi
Gündüzümüz birgözlünün gecəsidir (284, s.498).
Bir gözü çaya, bir gözü aya baxmaq - bir niyyətin
arxasınca getməyən.
Bir güllə ilə iki nişan vurmaq - bir neçə niyyəti, arzunu
bir dəfəyə ələ gətirmək.
Məhəmmədrza atasının quldurluqla sahib olduğu barlı
bərəkətli torpaqları “islahat ərzi” adı ilə satıb milyardlarla
dolları xarici banklara keçirdi. O, həm millətin boynuna minnət
qoydu və həm saysız - hesabsız kəndləri satıb nəqd etdi. Bir
güllə ilə iki nişan almış oldu.
Bir həsir, bir M əm m ədnəsir - çox kasıb, subay
O nədir ki, bir həsirdir, dörc. divar,
O nədir ki, bir qapıdır, bir açar (72, c. III, s.319).
Bir xızarı - çoxlu.
Hərəmxanada bir xızan gözəl var, hamısını padşah zorla
gətirib (46, s. 155).
Bir xcıruza yük eləm ək -müflis eləmək.
Gəlmişəm görüm səni də bir xoruza yükləyə bilərəmmi?
(1 2 9 ,1, s.61).
Bir- birinə gülər ki, top saqqalı olsun - keçən
zamanlarda saqallı adam dünyagörmüş adam sayılırdı. Sənin ki
təcrübən yoxdu, başqalarını niyə bəyənmirsən?
Biri körpü tapmır keçə, biri su tapmır içə - biri çox
zəngin, biri kasıb yaşayır.
Biri körpü tapmır keçə, biri su tapmır içə (103, s.73).
Birinə könül vermək - birini sevmək, birinə vurulmaq.
İncik olub ulusundan, elindən,
Ənkəbud tək can asılır telindən (Aşıq Ələskər).
Birinin ağzını bərkidirsən, o birisinin ağzı yarpaq
dolması istəyir -sözə diqqət etməyən, məsləhətə qulaq
asmayan.
Birinin başmaqlarını cütləmək -evdən qovmaq.
Anam gündə bizə gəlib başqa qonşulardan söz dolandıran
qonşumuzun başmaqlarını cütləyib, birdəfəlik evdən qovdu.
127
‘Bei'Tuz yfajcji
Birinin ətəyinə çörək qoymaq -birini xataya salmaq,
yaman günə qoymaq.
Birinin üzünə ağ olmaq - üzünə durmaq, hörmətsizlik
eləmək.
Var idi xalqın arasında küdurətlə nifaq,
Cümləsi olmuş idi bir birinin üzünə ağ ( S.Mümtaz).
Biri ölm əsə, biri dirilməz -birinin məhvi, vəzifədən
getməsi, müflisləşməsi başqasının dirçəlməsinə, yüksəlməsinə
səbəb olur.
Necə deyər, “biri Ölməsə, biri dirilməz” kimi bir şey
olmuşdu ( 253, s.318).
Bir işdə barmağı olmaq - iştirakı olmaq.
Mən bilirəm, bu kimin işidir, bilirəm kimin barmağı var
burda (9, s.l 12).
Biri üçün ip toxumaq -birinin ölümünə nəqşə çəkmək,
birinə quyu qazmaq.
B ir iynə ucu -ən az, lap az.
Bir iynə uzunca, bir ləhzə heç zad düşünmürsən (203,
s. 10).
Bir kitab/ bir “Quran” söz danışmaq - bir sözü çox
təkrar etmək, çox öyüd-nəsihət vermək.
Alə, Həmid bayaqdan səninlə bir kitab söz danışmışıq, işə
bir bax (1, s.67).
Bi r könüldən min könülə aşiq olmaq -vurulmaq.
Gi rcək yüzünü ıniıı caııü-dildən
Giilofrux sevdi anı min könüldən ( “Əhməd Horaıni
dastaııi”).
B ir köynək yaxın olmaq - başqalarına nisbətən yaxın
münasibətdə olmaq.
B ir qalaq, bir “Quran” yalan demək - çox böyük,
həddindən artıq yalan söyləmək.
Hər səfər bir qalaq yalan gətirər.
Kim alar bağban, çoban, rəncbər... (301).
Bir qana min qan etmək -intiqam, qisas almaq.
Qarı düşmənlərdən qisas almağa,
128
Tm fylajm thri
‘Befinız '}bqai
And içib bir qana min qan demişəm (77, s.33).
Bir qapılı yer -çıxış yeri olmayan bir bina, dustaqxana.
Oğul, çalış birqapılı evə getmə ( El deyimi).
Bir qaşıq qanından qorxmaq - düşm ənə boyun əymək,
şərəfli ölümdən qorxmaq.
Ralıi- müsibətdə keçmişəm candan,
Müxəıuıətdir qorxan bir qaşıq qandan ( Q Zakir, s. 126).
Bir qaşıq qanından qorxub niyə belə ah çəkirsən? (174,
s.l 8).
Bir qrana güllə atmaq - çox kasıb olmaq.
Birlik harda var, orda dirlik var - bir h əd əf üçün
hamının əlbir olması gərəkdir.
Qurut göz yaşın, Kərkük,
Altundur daşın, Kərkük,
Birləş qardaşlarınla,
Yüksələr başın K ərkük.........
Bir mıx bir nalı, bir nai bir atı, bir at bir iyidi, bir iyid
də bir eli şaxlar - hər şeyin yaxşı olması üçün vacib şeylər var.
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir iyidi, bir iyid də
bir eli saxlaı (103, s.68).
Bir naxır - çox uşaqlı ailə, ədəbsiz və uşaqları tərbiyəsiz
ailə haqqında işlənir.
Biro- biro zamanı idi - qoluzorluların zamanı idi, sözü
keçən zaman.
Bir oğlan adını bir qıza qoymaq * qızı bir oğlana
nişanlamaq.
Bir oxla iki dovşan vurmaq - iki istəyi birdən ələ
gətirmək istəmək.
Demək, bir oxla iki dovşan vurmaq olar! (253, s.335).
Bir panabada dəym əz - dəyərsiz, pis adam.
“Paııabad” Pənahabad kəlməsinin təhrif edilmişidir. Bu
gün erməni işğalçılarının əlində olan Şuşanın Ponahəli xan
tərəfindən əsası qoyulmuş, şəhər onun şərəfinə Pənahabad
adlandırılmışdı. O zaman İran pulu ilə on şahı dəyəri olan
“Pənahabad” adlı bir gümüş sikkə vurdurmuşdu ki, onun adı indi
129
Hefouz Jfafqi
Tür^tüyimhr^
on şahının üstündə qalıbdır və el sırasında təhrif edilərək
panabad şəklində işlənirdi.
B ir sapda duran balta deyil -■ dinc duran, sözünün
üstündə duran deyil, tez-tez simasını dəyişən.
B ir səkkə ilə iki aşıq vurmaq -- “bir güllə ilə iki quş
vurmaq” deyimi ilə eyni anlamdadır. Uzaqgörənliklə iki
məqsədə eyni zamanda çatmağa cəhd etmək.
Bir sicilləmə söz demək - uzun-uzun danışmaq.
B ir soğana baş kəsən -ən kiçik şəxsi mənfəətindən ötrü
baş kəsməyə hazır olmaq.
Bir söz deyəndə körpü qalır suyun o tayında - haqq
sözə etiı-az etmək, boyun əyməmək.
Bir söz deyərəm, dəymişin dura-dura kalın tökülər -
elə söz deyərəm utanarsan, rüsvay olarsan.
Bir gəliş gələrəm anlamaz dosta,
Dəyməmiş tökülər kalı, Məhəmməd! (A. əl, s.'70).
Bir sözünü iki eləməmək - hər sözü ilə razılaşmaq.
Balaxanımla çaldı, daha Bağır boyda kişinin sözünü iki
eləm əyəcəklər ki..(9, s. 165).
Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, bir
sözünü iki eləm əzdilər (174, s.127).
Bir suyu ona oxşayır - bəzi oxşarlığı var
Bir şahını
bəyənməyən
abbası çıxardar -
azı
bəyənməyən çox çıxardar.
Bir şahını bəyənməyən abbası çıxardar, əlindən gəlirsə,
irəli dur (84, s. 180).
Bir şahiya güllə atmaq - Hər bir qran 20 şahı vo hər şahı
50 bisti olardı. Şahı kiçik pul vahidi sayıldığına görə bu deyim
ən kasıb, yoxsul adamlar haqqında işlənir.
Bir şer deyib qafiyəsində qalmaq - bir işi başlamaq yox,
onu sona çatdırmaq mühümdür.
Miri adlı bir nəfər eşidir ki, şərab içməklə şer yazmaq olar.
Bir şüşə şərab içdikdən sonra kağızırı üzərində yazır: dünya
fəxr eləyir öz Pirisiylə.
130
Heftruz
Nə qədər şərab içsə də, qafiyənin ardını tapa bilmir və
sərxoş vəzivətdə uzanıb yatır. Gəlib oğlunu bu vəziyyətdə
görən atası əhvalatı öyrənir və vərəqdə həmin qafiyənin ardınca
yazır: “Miri qələt eləyir həm ölüsü, həm dirisiynən”.
Bir teldən asılı qalmaq - həyatı heç nəyə bağlı olmamaq,
son ümid.
Bir telə bağlı olmaq - heçə bənd olmaq.
Qorxuruq küləkdən, qorxuruq yeldən
Ruzimiz asılmış incə bir teldən (M.S.Ordubadi).
Bir tərəfin boş burax - çox israr etmə, bir az göz ört.
-Bir tərəfini boş burax, Ramizi bir də çağır danla (1,
s.351).
Bir üskük - çox kiçik ölçü vahidi, lap kiçik.
Gəzirəm günlərin taxça- buxçasın,
Bir üskük sevinc yox, hər şey havadır ( Urmulu).
Bir üzü qız, bir üzü gəlin - lap təzə ərə getmiş gəlmə
deyilir, tez dul qalan goliıı.
Bir üzü qız, bir üzü gəlin qalacaqsan bu damın altında
(129, c.l, s.537).
Bir yalançı dost min düşməndən qorxuludur - dostun
hiyləgərliyi düşməndən min dəfə təhlükəlidir.
Bir yalançı dost min düşməndən qorxuludur (37).
Dostları ilə paylaş: |