Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17.08 Mb.
Pdf просмотр
səhifə2/43
tarix31.01.2017
ölçüsü17.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   43

11

UT^tCeyimhri
!ЪеЛгиг  Jbqqi
millətin  düşmənlərinin baltasının  sapma  çevrilirlər.  Belə  “özümü­
zünkülər” bizə düşmənlərdən qat-qal: dəhşətli zərbələr endirirlər.
Ölkəmizdə  şovinist  hakimiyyət  dilimizi  yasaq  etməklə  ki­
fayətlənməyib,  bizi  iqtisadi-ictimai  fəlakətlərlə  də  üzbəüz  qo­
yubdur.  Aydındır  ki,  qalib  gələn hakim iyyətlər  fürsət  tapdıqca 
dilin  aradan  getməsinə  yox,  bəlkə  o  milləti  tarix  səhifəsindən 
silməyə  çalışacaqlar.  Tarixi  abidələrimiz nəinki qorunmur,  hətta 
belə  bir əsrdə ki,  tarixi abidələr beynəlxalq təşkilatlar tərəfindən 
qorunur,  bəşəriyyətin  gözünün  qarşısında  Ərk  qalası  və  Şiri- 
xurşid  teatr  salonu  kimi  möhtəşəm  binalar  bombalarla  məhv 
edilir.  Qacar  zamanında  “məmalüki-  m əhrusə”  adlatıaıı  ölkənin 
ən  böyük,  ən  zəngin  m əm ləkəti  olan  Azərbaycan  qurbanlıq  əti 
kimi  qonşu  əyalətlərə  pay-pülıiş  olunmaqdadır.  Bunlar  hamısı 
düşmənin 
“vəhdəti-milli” 
şüarı 
altında 
həyata  keçirilir. 
“Vəhdəti-milli”  m üxtəlif millətlərdən  təşkil  olunan  ölkədə  belə 
bir  anlamdadır  ki,  “səninkin  yeyək,  mənimkin  oynadaq”.  Fars 
dili  millətin  varlığım  tarac  edən  bir  dəhşətli  silaha  çevrilir. 
Beləliklə,  bu  dil  fars  olmayan  millətlərin  nifrətini  qazanır. 
Hakim qüdrətlər təkcə  universitetlərdə,  idarələrdə,  məktəblərdə 
və  gündəlik başqa millətləri  təhqir edən televiziya və qəzetlərdə 
fars  dilini  hakim  edib,  başqa  millətlərin  kökünü  kəsməyə  razı 
olmur.  O,  var qüvvəsi ilə,  arasıkəsilməz çalışmaqla,  bir  millətin 
aradan getməsinə  çalışır.  Öz kimliyinə əl  tapmağı  müqəddəs  sa­
yan  hər  bir  cavan  qız  və  oğlanı  xəlvət  küçələrdə  tutub  zindan­
lara  aparıb,  orda  fiziki  və  mənəvi  işgəncəro  m əruz  qoymaqla, 
ondakı ağır yuxudan diksinib oyanan milli  hissləri də öldürür.
Bizim bu günkü  ağır vəziyyətimizə şərait yaradanlar öz di­
binə  işıq  salmayan,  ətəyində  ilan  becərən  şahlarımız,  ədib­
lərimiz,  şairlərimiz  olubdur.  İndi  də  vardır.  Milli  azadlığımızın 
qabağında  dayanan  manqurtlar  az  deyildir.  Hələ  milli  azadlıq 
yolunda  bir  addım  da  götürməsək,  köynəyini  yırtıb  düşmənin 
yarılmamış  başına  sarıyan  özümüzünkülər  az  deyildir.  Onların 
bu  işləri  ata-babalarımızın  hikmətli  sözlərini  xatırladır:  “Ağanın 
malı gedər, nökərin  cam”.
12
TiHğdafimbri
Hefiruz
Buna  görə  də,  deyim  hər  millətin  milli  duyğu  və 
təfəkkürünün  ən  dəyərli  fidanlarından  hesab  olunur.  Düşmən 
baltası  ilə  kəsilən  dillə  yanaşı  onun  milli  kimliyi,  milli  varlığı, 
ənənələri,  milli torpağını  tarix  boyu  müdafiə  edən qəhrəmanları 
da unudulur.  Aydındır ki,  milli  qəhrəmanlarını unudan  bir millət 
daha  öz  ölkəsini  müdafiə  edən  qəhrəman  qızlar,  oğlanlar 
yetirməkdən  aciz  qalır.  Torpaqları  düşmənlərin  at  oynatmaq 
meydanına  çevrilir.  Millətin  dilini  bilməyən  ziyalılar  nə  onun 
dərdinə  dərman  edə  bilir,  nə  də  millətlərini  milli  zülm  və  milli 
fəlakətdən qoruya bilirlər.
M üxtəlif millətlər yaşayan  bir  ölkədə  yalnız  bir ,dil  hakim 
olur,  bir  dil  atını  çapdırır,  başqa  millətlərin  folkloru,  ədəbiyyatı 
rəsmi  tanınmır,  onların  milli  dili  televiziya,  qəzet,  mədrəsə  və 
universitetlərdə,  dövlət  müəssisələrində  işlədilmir.  Beləliklə, 
m illətlər öz məmləkətlərində,  öz  vətənlərində özgə  və doğmaya 
bölünürlər.
Sizə  təqdim  etdiyim  deyimlər  dilimizin  zənginliyini 
nümayiş etdirən  nümunələr,  tiyan:  dil  faktlarıdır.  Bu vaxta qədər 
ayrıca 
araşdırma 
obyekti 
olmamış 
deyimlər 
bir 
sıra 
özünəməxsııslüqlara malikdir.  Deyimlər ata sözlərindən  yığcam, 
qısa  olsa  da,  anlam,  dolğunluq  baxımından  daha  zəngindirlər. 
Deyim lər  və  atalar  sözləri  öz  mahiyyətinə  görə  bir-birinə 
olduqca  yaxındır.  Deyimlər  türkün  duyğularını,  düşüncələrini 
diqqətəlayiq  bir  ifadə  ilə  bəyan  edir,  onu  anlamaq  üçün  gərək 
insan  m ənəvi  gücünü,  beynini,  əldə  etdiyi  biliyini,  şüurunu  işə 
salsın.  Deyim  bir həyat təcrübəsini,  bir fikri ortaya qoymaq üçün 
yaradılmış  ifadə  vasitəsi,  ifadə  formasıdır. 
Bu  forma  türk 
dilində  geniş  yayılmış  olduğuna  görə,  imkan  verir  ki,  deyim  və 
atalar sözünün fərqini başa düşək.  Misal üçün:
“Yalan  tikan  deyil  ki,  dilə  batsın”,  “Halva  biş,  ağzıma 
düş”,  “Bu gün görülən iş,  sabaha tapılmışdır” və  s.
Ata  sözləri,  ümumiyyətlə,  soy-  kökümüzdə  duran  el  və 
tayfanın  eniş-yoxuşlu  həyallarının  acı,  şirin  xatirələrindən, 
təcrübələrindən  yaranıbdır.  Onlar  tarix  boyu  xalqın  sinəsində 
mühafizə  olunaraq,  onlara  yol  göstərib,  ictibdadların  təkrar
13

‘Beftruz  Jbqqi
olunmasının  qabağını  alıb.  Atalar  sözləri  türk  ədəbiyyatında 
həmişə  nəsihət  formasında  bəyan  olunur.  Buna  görə  ata 
sözlərini  həyat  bulaqlarına  oxşadırlar.  Onu  millətin  yaşadığı 
kültürün, həyat tərzinin aynası hesab edirlər.
H ər  millət  miri  illərdən  bəri  yadda  qalan  atalar  sözlərinin 
yardımı  ilə  keçmişini  bu  günə,  bu  gününü  gələcəyə  bağlayır. 
Xalq  deyimi  yaratmaqla  öz  fikrini  -  bir  olaydan  aldığı  acı 
nəticəm,  ya  şirin  xatirəni  yeni bir qəlibə  salır.  Deyimlər bəzən 
zamanın  istəyi  əsasında  yaranır,  yaranandan  bir  müddət  sonra 
zamanın  keçməsi,  həyat  tərzinin  dəyişm əsi  ilə  əsil  mənasım 
eldən veril',  və  ya  ondan uzaqlaşaraq,  təzə bir ictimai məsələnin 
haqqında işlədilir.
M üəyyən  tarixi  dövrdə  bir  deyimi  aydınlar  həqiqi  mənası 
ilə  tanıyıb  işə  aparsalar  da,  kütlələr 
mütaliədəu  məhrum 
olduqlarına  görə,  öz  deyimlərinə  biganə  qalıb,  onların  gerçək 
anlamından  uzaqlaşırlar. 
Müəyyən  siyasi-ictimai  baxımdan 
yaranan  deyim  zaman  keçdikcə  öz  anlamını  xalqın  tarixi 
hafizəsində 
əldən 
verib, 
dedi-qodular 
əsasında  yaranan 
anlamlarla  işlədilir. 
Xalqın  dil  əzbəri  olan:  “İşin  var  ver 
culfaya”  deyimi  nəinki  cavanlar,  bəlkə  yaşlılar  üçün  də  əsil 
mənasından  uzaq,  yanlış  şəkildə  izah  olunur.  Burada  “culfa” 
sözü  keçmişdə  türklər üçün  tam  anlaşıqlı  olan  toxucu  anlamında 
deyil,  yanlış  olaraq  yer  adı  kimi,  yəni  Culfa  şəhəri  mənasında 
işlənir.  Bu  deyimdə  “iş”  sözü  altında  xalı,  bez  kimi  toxunma 
şeylər nəzərdə  tutulur.
Dağdan gəlir dağ arabası,
Heç kim onu mindiyi yox.
Culfa toxur nazik bezi,
Heç kim onu geydiyi yox (20, s.234)
Ö m ək  olaraq  “palanı  əyri”  deyimini  bu  baxımdan  gözdən 
keçirmək olar.
M əşrutə  dövründən  başlayaraq, 
Cənubi  Azərbaycanda 
m ütrəcelər  tərəfindən  ziyalılar  haqqında  işlənən  “palam  əyri” 
sözü  illərdir  ki,  öz  anlamını  əldən  verib,  cahillər  tərəfindən 
xalqın  şəxsi  həyatına  burun  uzadaraq,  qadınlar  haqqında
14
Hehruz  9bqqi
^■kdapmhn
işlənilir.  Bu  gün  “palanı  əyri”  sözü  onların  nəzərində  əxlaqsız 
qadınlar haqqında işlənilir.  Misal üçün:
Sən  də ki,  bəzi  cavanlar tək,  əyibsən palanı,
Əldə  “Quran”dı dəlilim,  sözümün yo x yalanı (168).
Deyimlər  bəzən  sadə,  bəzən  də  m ürəkkəb  cümlə  forma­
sında  işlədilir.  “Qırğı  Şirvanı  aşdı”  və  ya  “Atı  alan  Üsküdarı 
keçdi”,  “İt  araba  kölgəsində  yatar,  elə  bilər  öz  kölgəsidir”, 
“Yağışdan  çıxdıq,  yağmura  düşdük”,  “Yarıdıq,  yaza  çıxdıq”, 
“M ənə  bax,  nə  gündəyəm,  yara  bax,  nə  sallanır9”,  “Hacdan gə­
lən  mənəm ,  xəbər gətirən  sən”  və  s.  Bəzən də kəlm ə  formasın­
da  xalq  öz  hədəf və  istəyini  həyata  keçirir.  “Göy”,  “Yekəbaş”, 
“əli  dar”,  “əli  qabarlı”,  “ürəyi  yaralı”,  “dırnaqsız”,  “ipi  qırıq” 
kimi.  Bir  sıra  deyimlər  də  qalıblanmış  sözlərdən  çıxan  məna  və 
kəlm ələrin həqiqi  anlamının  içində  bulunur.  “İyi  günün  dostu”, 
“Göydən  yerə  yağar,  yerdən  göyə  yox”.  Türk  dilində  bir 
kəlm ədən də  yaranan deyim çoxdur.  Bizim deyimlərimiz bir,  iki 
kəlm ədən  də  ibarət  olur.  “Qırmızı”,  “qurd”,  “tülkü”,  “eşşək”, 
“qırmızı adam”,  “dəvə daylağı”.
Aydındır  ki,  ata-babadan  yadigar  qalan  deyimlər  mənim 
və  ya başqasının  istəyi əsasında başqa qəlibə girə  bilməz.  Başqa 
sözlə  desək,  onların  qəlibləri  dəyişməzdir.  “Aç  qapım,  ört  qapı­
nı”  deyimini  heç  zaman  “ört  qapım,  aç  qapını”  şəklində  işlədə 
bilmərik.  Deyinilər  ilk  dəfə  işlədildiyi  formanı  zaman-zaman 
hifz edib qoruyur.
Deyimlər  çox  vaxt  m əsdər  formasında  da  yaranırlar. 
“Balta  olmaq”,  “kölgə  olmaq”,  “çalı  tikanı  olmaq”,  “gözü  doy­
maq”  “Əli  aşından da,  Vəli  aşından  da əli  olmaq”  kimi.  Aşağıda 
gətirilən və  ifadə olunanları  deyimlərdən saymaq olmaz.  Bunlar, 
bənzətm ələr  hesab  olunur.  Misal  üçün,  “pambıq  kimi”-  “çox 
yumşaq”,  “kağız  kimi”-  “çox  ağ  və  incə”,  “bal  kimi”-”çox  şirin 
və  dadlı”,  “Koroğlu  kimi”-  “çox  igid  və  qorxmaz”  bu  kimi 
bənzətm ələr deyimlərə həddən artıq yaxındırlar.
15

HUrkdeyimbri^
Geniş  bir  coğrafi  məntəqədə,  at  belində  yaşayan  ata- 
babalarımız,  bir-birindən  çox  zaman  180  dərəcə  fərqli  olayları 
təcrübə  edən,  ən  əski  kitablardan  sayılan  D ədə  Qorqudlar 
yaradan  türk  imperatorluq]arı  deyimləri  hər  yaşadığı  torpağın, 
coğrafiyanın  özünəməxsus  formalarında  bizə  miras  qoymuş­
dular.  Saııamalar,  tapmacalar,  bilməcələr,  qaravəllilər,  ovsunla- 
malar,  bayatılar,  atalar  sözləri,  deyimlər,  gəraylılar,  ağılar  və 
daşların  üstündə  ən  əski  zamanlardan  qalan  Qobustan,  Əhər 
Kəleybər  ətrafında  daşlara  həkk  olunan  rəssamlıq  işləri  bu 
millətin  zəngin  sərvətə  malik  olmasının  böyük  nümunələrindən 
hesab oluna bilər.
Bu  mənəvi  varlığımızda  milli  xarakterimiz,  milli  ruh  və 
kimliyimiz  fərqli  boyalarda olsa  da,  vahid  bir  soy-kökümüzdəıı 
xəbər  verir.  Q x  araşdırmada  atalar  sözləri  ilə  deyimləri  bir- 
birindən ayırmaq,  məncə,  siyasət və  kültürün  arasında Çin  divarı 
çəkməkdən  də  çətin  və  ağlabatmayan  bir  düşüncədir. 
Biz 
deyimlər  vo  atalar  sözləri  ilə  bağlı  millətimizin  tarixini, 
kültürünü,  mədəniyyətini,  milli kimlik  və ruhunu  öz əsərlərində 
əbədiləşdirən  siyasi  xadimlərdən,  şairlərdən,  yazıçılardan  misal 
gətirməyə  çalışmışıq.  Deyimlər  danışıq  dilinin,  eləcə  də  bədii 
dilin  ayrılmaz  komponentləridir.  Tarixin  və  zamanın  istəyinə 
zidd  olan,  türkün  parlaq  keçmişinə  düşmənlər  tərəfindən  ağ 
yamaq  kimi  vurulan  iyrənc,  qondarma  deyimlərin,  atalar 
sözlərinin  yazılmasını  məqsədə  uyğun  bilmədik,  xüsusən,  milli 
şüurun  azlığından  yaranan  deyimləri  nəzərdə  tuturuq.  Şimalda 
güneylilər haqqında işlənən “homşəri” deyimi  XIX yüziliıı  sonu, 
XX  yüzilin  əvvəllərində  Cənubdan  çörək  pulu  qazanmaq  üçün 
Bakı  neft  mədənlərinə  üz  tutan  Azərbaycan  türkləri,  daha  sonra 
ümumiyyətlə, 
Güney 
azərbaycanlıları 
haqqında 
işlənən 
tohgqiqamiz  deyimdir.  Eləcə  də  Ermənistanla  savaşın  ilk 
dövrlərində  yaranan  “yeraz”  deyimi-  İrəvan  azərbaycanlıları, 
“qıraz”  -Gürcüstan  azərbaycanlıları  haqqında  işlənir. 
Qədim 
türk  tayfalarından  birinin  adı  olan  ‘ayrım”  sözü  bəzi  zonalarda 
yaşayanlara  ünvanlanaraq  təhqiramiz  mənada  işlənir. 
Bu 
deyimlər  millətin  bütövləşməsmin,  birləşməsinin  qarşısını  alan,
16
-S
O
S
6
 -
Türğtleymlari
düşmən  dəyirmanına  su  tökən  ifadələrdir.  Millətimizin  yarısını 
təşkil  edən  qız  və  analarımızın  haqqında  islamdan  sonra  dilə 
gələn  təhqirlərdən,  iyrənc  deyim  və  atalar  sözlərindən  də 
çalışdıq ki, uzaq gəzək.
«Ana  evin  ürəyidir»,  «Ana  haqqı,  Tanrı  haqqı»,  «Arvadsız 
ev,  susuz dəyirman»,  «Qız üz qızardar»  kimi türk təfəkkürünü əks 
etdirən  deyimlərlə  yanaşı:  «Ər  arvadın  tacıdır»,  «Ər  ağacı,  gül 
ağacı,  var  təqsirim -   vur  ağacı»,  «Arvad  yıxan  evi,  fələk  də  yıxa 
bilməz»,  «Arvad  yuxusu  yalan  olar»,  «Arvadın  öyüdü  arvada 
keçər»,  «Arvad  şeytana  papış  tikər»,  «Arvadın  xirtdəyi  olmaz», 
«Saçı uzunun  ağlı  olmaz»,  «Arvac!  üzlü kişidən,  kişi üzlü arvaddan 
əlhəzər»,  «Kişi  seldir,  arvad  göl»  kimi  deyimlər  də  mövcud 
olmuşdur ki, türkün qadma münasibətini əks etdirmir.
Deyimlər  ictimai-siyasi,  mədəni  həyatın,  m əişətin  müx­
təlif  sahələri  ilə  bağlı  yaranır:  ‘Allahın  bacısı  oğlu”,  “Firon”, 
“dinar  çıxıb  ceyran  belinə” ,  “dərə  xəlvət,  tülkü  bəy” ,  “mücöür 
(mücavir-B.H)  aşı”,  “iynə  yemiş  it”,  “almaçı  eşşəyi”,  “başına 
and  içmək” və s.
Bəzən  deyimlər  zamana  uyğunluğunu  əldən  vermək 
məcburiyyətində  qalaraq,  milli  kültürü  tərk  edirlər,  demək  olar 
ki,  xalqın  hafizəsindən  silinib getmək  məcburiyyətində  qalırlar. 
Elm,  texnika və  başqa  istəklərlə  yeniliklərə  ə l  tapmaq əsasında 
yeni  deyimlərin,  kəlm ələrin  tapılıb,  xalqın  folklor  və  mədəniy­
yətində  yaranması  zəruri  olur.  Demək  olar  ki,  heç  bir  deyim 
zamandan  qıraqda yaranmır.  Başqa sözlə desəm,  hər bir deyimin 
öz  doğum  günü var.  Bu tarix hər bir  araşdırıcının  kiçicik  diqqəti 
ilə  aydınlaşa  bilər.  Həmin  deyimin  yarandığı  zamanın  sosial, 
iqtisai, siyasi və mədəni vəziyyəlini aydınlaşdırmaq olar.
«Ağazadələr», 
«Allahın  bacısı  oğlu», 
«Top  kimi», 
«Valaylamaq»  və  s.
Elə bil ki,  sənin beynin valaylıdır,
Sağlamlığa nisbət təsdiq varındırmı? (2 1 9 ,  səh.  110).
Azərbaycan Respublikası  Prezidentinin 
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI

‘Behruz,  Jbqqi
«Malı  qaz»,  «yataq  yandırmaq»,  «radiatoru  qaynadıb», 
«saşısı  əyilmək»,  «yağ  yandırmaq»,  «atom  partlatmaq»,  «ayaq­
larım  Fransa  yazır»,  «açar  Fransa»,  “olifi  gülüf oxumaq”  kimi 
deyimləri xatırlatmaq olar.
Ata-babalarımız  təbiətdən  və  quşlardan  ilham  alaraq, 
yeyinliyi  bildirən  “qırğı”,  “ildırım”,  “ley”,  “cıdır  atı”,  “güllə” 
kimi,  cet  (böyük,  sürətlə  gedən  təyyarə-  B.H),  “təyyarə”  kimi 
deyimlər yaradırlar.
Və  ya «ayaqdan çəkmək»  düşmənçilik mənasında işlənir.
Zülm  ilo bizi ayrı salıblar elimizdən,
Ayrı salalı həm elimizdən,  dilimizdən,
Düşmənlərimiz handadı çəksinlər ayaqdan,
Bir dost tapılmır ki, yapışsın əlimizdən (338,  səh.74).
Bəzi  deyimlər  ölkəmizin  müəyyən  bir  bölgəsində  yaran­
maqla,  orda  başqa  yerlərdən  daha  da  doğma  olur.  Misal  üçün, 
1882-ci  ildə  ölkəmizin  şimalında  xəstəlik  yayılır.  Ölənləri  milli 
ənənələr  əsasında  yox,  pal-paltar  ilə  torpağa  basdırmaq 
məcburiyyətində  qalırlar.  Ramana  kəndindən  olan  M əhəmməd 
Cəfər  bəy  adlı  bir  xeyirxah  kişi  top-top  ağ  alıb,  kəfən  üçün 
ehsan edir.  Xalq  faciəni  yüngülləşdirərək, özünə  təsəlli  verib,  bu 
deyimi  yaradır:
«Ölüm haqdan,  kəfən Məmməd Cəfər bəydən».
Deyimlər  çox  zaman  məcazi  nrəııa  daşıyır,  həqiqi  məna 
daşıyan  sözlə  bir  qəlibdə  və  formada  olsalar  da,  bəzən  tam  zidd 
anlamda  da  işlədilir.  Misal  üçün,  “toy  tutmaq”  həqiqi  mənada, 
şadlıq,  toy-düyün  anlamı  daşıyır.  Amma deyimdə  «toy  tutmaq»  - 
əzab  vermək,  birini  və  ya  bir  milləti  ağır  vəziyyətə  salmaq 
anlamında işlədilir.
Kərbəlayi  Vəli:  «Mənim  bacım  Giilnisəni  siyahıya  saldır. 
Qoy  yazıq  arvad  dirilsin.  Və  öz  dili  ilə  cənabınıza  ərz  eləsin, 
görün bu Hacı Baxşəli  onun  başına nə  toy tutub» (  195,  II cild).
«Ağacdan  maşa  olmaz,  çingənədən  paşa»,  «divarı  nəm 
yıxar,  irısanı  qəm»  kimi  atalar  sözlərində  çox  zaman  deyim,
18
‘Beftruz  ttöqqi
ЧжкфецтСт
atalar  sözü  bir  millətin  acı  və  ya  xoş  taleyini,  ictimai  ədaləti, 
m illət adına  milli  varlığı  talan  etmək  nəticəsində yaranan zülmü 
tarixdə zəbt  edir.  Misal  üçün,  «Səksən-doxsan,  bir gün yoxsan», 
«Yaş yetmiş,  iş bitmiş».
Aydındır  ki,  keçmişin  əksinə  olaraq,  bu  gün  Azərbay­
canımızın  həm şimalında,  həm də cənubunda ağır vəziyyətin ha­
kim  olmasına  görə,  səksən  və  ya  doxsan  il  yaşamaq  ağlasığmaz 
yaşam  həddidir.  Əgər  yuxarıdakı  atalar  sözü  ölkəmizin  təmiz 
havasım,  qızıl torpağından gələn nemətlərin  bolluğunu,  nəticədə 
orada  yaşayan  insanların  sağlam  və  uzun  ömürlü  olmasım 
xatırladırsa,  bu  gün  cavan  olmamış  solan  qız  və  oğlanlarımızın 
vəziyyəti  keçmişin  ziddindən  xəbər  verir.  Vo  qızıl  üstündə  ac- 
yalavac  yaşayan  azərbaycanlı  soydaşlarımızın  bu  günkü  durumu 
ilə  keçmişi  heç  bir  cəhətdən  bir-birinin  üstünə  düşmür.  Əgər 
ata-babalarımız  qılıncla,  kişiliklə  vətən  keşiyində  durub,  orda 
yağılara  və  işğalçılara qalib gəlm əklə milli kimliklərini  qoruyub 
saxlayıbsa,  bu  gün  biz  keçmişimizə  biganə  olaraq,  nə  təkcə 
torpaq  almaq  fürsətini  əldən  veririk,  bəlkə  ata-babalardan  bizə 
qalan  müqəddəs  vətənimizi  də  düşmənlərə  verib,  onu  almaq 
fikrindən tlə  vaz keçirik.  Bu faciələr bizim həm  deyimlərimizdə, 
həm   də  atalar  sözlərimizdə  gələn  nəsillərə  qoyduğumuz 
utanmalı  bir  mirasdır.  Təbiidir ki,  bu  atalar  sözlərinin  mahiyyəti 
tam  başqa  olmaqla  bərabər,  gələn  nəsillərin  de  bizlər 
haqqındakı  düşüncələri  bambaşqa olacaqdır.
Dil,  yazı  insanların  müasirləri,  xələfləri  ilə  əlaqə  yaratmaq 
üçün  bir  vəsilədir,  yoldur.  Əgər  bu  yol  hamardırsa, 
burda 
m aneələr  yoxdursa,  onda  təbiidir  ki,  kültürün,  onunla  əlaqədar 
iqtisadi-ictimai  vəziyyətin  gəlişməsi  olduqca  rahat  və  yüngül 
olur.  Belə  bir  yolda  ağır-ağır  yükü  daşımaq  da  mümkün  olur. 
Bu  yol  əg ər  hakim  şovinist  siyasətlərin  yaratdığı  maneələrlə 
olursa, çətin keçilirsə,  onda fikrin məhsuldarlığı,  əlaqə  imkanları 
iflic  olur.  Bu  maneələr,  xüsusən,  çox  m illətlərdən  ibarət  olan 
ölkələrdə  daha  da  qabarıqdır.  Ə gər  bir  millət  m ədəni  sahədə 
istisna  olursa,  onun  hər  varlığı,  milli  şüuru  ilə  bərabər  milli 
torpağı  da  yoxa  çıxır.  Hakim  dil,  səratan  (xərçəng  -B .H .)  kimi
19

Tkfm ız
* S S L
Tİk
k k jie ^ n h d
yerli  dili  xəstələndirərək,  o  dilə  malik  olan  millətin  də  milli 
şüurunu  aradan  aparır.  Və  o  millətin  ürəyində  olan  müqəddəs 
arzularını külə  döndərir.
Ana  dilimiz,  əgər  zamanla  ayaqlaşırsa,  məcburdur  ki, 
zamanın  nailiyyəti  olan  texnologiya  əsasında  yaratdığı  yeni 
sözlərlə  yanaşı,  yeni deyimlər də formalaşdırsın.
Keçmişdə  Azərbaycan vahid  tarixə  və  m ədəniyyətə  malik 
olsa  da,  düşmənlər  əli  ilə  bağlanan  Gülüstan  və  Türkməııçay 
müqavilələri,  onların  davamı  kimi  hakimiyyətə  gələn  şovinist 
rejimlər  bizi  başqa  *bir  tale  yaşamağa  məcbur  edibdir. 
Düşmənlərin  bərəkətli  süfrəmizin  başında  oturub,  gecə-gündüz 
bizim 
isti  aşımıza  soyuq  su  qaıtmaqları  aydınca  duyulur. 
Berextin  sözü bizim haqqımızda olduqca doğrudur:  “O zaman ki, 
faciə  geniş surətdə baş verir, nəzərlərdən gizli  qalır.  O zaman ki, 
əzab  və  zəhm ət  dözülməz  окт,  insan  daha  fəryadları  eşitmir. 
Əgər adi bir durumda günahsız insanın yumruq yeməsinə kütləvi 
etiraz  olursa,  amma  faciələr  sel  kimi  başdan  aşan  zaman  daha 
heç kəs  kütləvi qışqırıqlara da gözünün ucu ilə baxmır” .
Əgər biz  türklər,  gözümüzün önündə  ana vətənimizin  çır­
pınan  qəlbi,  sehrli  səsi  olan  Qarabağın  düşmən əlində  qalmasına 
etiraz  etmiriksə,  daşdan  səs  çıxır,  biz  isə  sükut  ediriksə,  onda 
biz  “diri  ölülər”  deyimi  ilə  yox,  bəkcə  bir ölü  millətin  bu günkü 
təmsilçisi kimi tarixdə zəbt  olu amağa layiq görülərik.
Azərbaycanın  şimalı  rus  imperiyasının,  Güneyi  dünənədək 
hakim olduğu fars millətinin əlində əsir düşdüyünə görə, bu vahid 
millət  milli  formalaşma  prosesini,  təbii  ki,  müxtəlif  formalarda 
keçirmək  məcburiyyətində  qalıbdır. 
Bizim  vahid  tariximiz, 
mədəniyyətimiz  danılmaz  olsa da,  düşmənlər  əli  ilə  iki  müxtəlif 
siyasi-ideologiya  sərhədlərində  əsir  düşdüyümüzə  görə,  vahid 
dünyəvi  mənəviyyatımız  da  böyük  zərbələrə  məruz  qalıb.  Biz 
illərdir  ki,  təkcə  Türk  dünyasının  yox,  bəlkə  də  arasından  su 
keçməz  vahid  Azərbaycanın  da  dərdini  başa  düşmək  qüdrətini 
əldən vermişik.  Bunların səbəbləri də hamıya  aydındır.
Ə gər  rəqs,  rəssamlıq,  teatr  və  şeri  başa  düşmək  üçün, 
onların  dilini,  məğzini  bilmək  lazımdırsa,  deyimləri də  yağ kimi
20
‘Beftruz  Hbqqi
Tür^deyim bri
qəbul  edib,  başa  düşmək  üçün,  o  xalqın  yaşamını,  o  mühitin 
sosial  keçmişindən  əlavə,  bu  gürıkü  durumunu,  habelə  millətin 
milli  varlığının  nə  dərəcədə  gəlişməsini  də  başa  düşmək 
gərəkdir.  Misal üçün,  «Qoçulanmaq» deyimi,  bu  gün ölkəmizin 
quzey  və  cənubunda  vahid  anlamda  işlədilir.  Buna  baxmayaraq 
quzeydə  bu  deyim  daha  da  doğmadır.  Bundan  başqa,  özü­
nəm əxsus tarixini  yaşayır.
“Əli  kəsiyəm”  deyimi,  o  deyimin  atalar  sözü  forması-  “əli 
kəsiyin  dərdini  əli  kəsik  bilər”  nə  qədər  adi  bir  cümlə  olsa  da, 
geriçilərin  mənafeyini 
qoruyan  qanunlar  adı 
ilə  yaranan 
boğuntunun, 
ictimai  faciənin  yaşamından  xəbər  verir.  Deyim 
surətində  bəyan  olunan  “əli  kəsikdi”  və  ya  “əli  kəsiyəm”  bir  saf 
güzgü kimi, yaxud da bir tənqidçi kimi o toplumun iqtisadi, ictimai, 
əxlaqi  vəziyyətini  özünə  əks  etdirir.  Göz  çıxardıb,  əl  kəsməklə 
millətin  tərbiyəsinə  çalışan  hakimiyyətlərin  nə  qədər  zamandan 
geri  qalmasını,  o  cameəıtin  gəlişməsinin  qabağına  maneə 
olmalarını  aydınca  nişan  verir.  “Qıış  var,  ətin  yeyərlər,  quş var ət 
yedirdərlər”,  “nənəsinin  əmcəyini  kəsən”,  “qursaqsız”,  “çıraq 
qoymaq”  kimi  deyimlər  tariximizin  bir  səhifəsini  gözümüzün 
qabağında  açıb  onu  bu  günün  mühakiməsinə  verir.  Məşmtə 
dövründə  milli  azadlıq  uğrunda  mübarizə  edən,  ölkənin  şimal  və 
cənubunu  vahid ana torpağı kimi  nəzərdə tutan Heydər Əmioğluya 
həsr olunan  şerdə “çıraq qoymaq” deyimi öz anlamını  bəlli edir:
Baqqal bazara çıraq qoydu,
Kasıbların qarnı doydu,
Hər bir işə qanun qoydu,
Yaşasın gözəl Ərnioğlu!
Güneydə,  bazarda  çıraq  qoymaq  hər  şeyin  ucuzlaşmasın­
dan xəbər verirdi.
Bəzi  deyimlər  bir  şəhərin  tarixi  abidələrinin  adı  ilə  bağlı 
olmaqla,  müəyyən  tarixi  hadisəni  bəyan etməklə,  o  şəhərin,  ya 
kəndin  keçmişi,  gələcəyi  haqqında  məlumat  verir.  M əsələn, 
Təbrizin  möhtəşəm  qalası  sayılan  Ərkin  adım  çəkmək  olar:


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə