Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

Ayaqdan salma -yormaq,  zərərə salmaq.
Məhparələrin fikri səni  salmış ayaqdan,
Ağzın  sulanır busə  üçün, qönçə dodaqdan (282,  səh.  193). 
Bir gün ki əlində  var idi qüdrəti imkan,
Bədbəxt eləyib  çoxlarını  saldı  ayaqdan (168,  s.445).
Ayaq daşı -çopur, utanmaz adama deyilir.
Qasid ayağına o qədər sürtüb ağladım,
M ərm ər yüzüm qoturlaşıb oldu ayaq daşı  (168,  s.530). 
Ayaq  ilə  gəlib,  baş  ilə  gedəcəksən  -gəlin  köçən  qıza 
deyirlər.  Yəni ölənə qədər bu evdə qalacaqsan.
Bizdə olan ənənələrə göm, ölən adamı  evdə  tabuta qoyan­
dan  sonra  başı  tərəfdən  evdən  çıxardarlar.  İslam  hakimiyyəti 
dövründə  uzun  illər  zindanların  məsulu  olan  Əsədullah  Lacə- 
vərdi deyirdi:  Zindana gələn ayaq üstə gələr,  başı üstə çıxar.
Ayaqqabımı  geyə  bilərsən,  amma  yerişimi  yeriyə  bil­
m əzsən -biri özünü başqasına bənzətsə də ona bənzəyə bilməz. 
Ayaqlar baş oldu, başlar ayaq -vəziyyətin tərsinə dəyişməsi. 
Maddi  və  mənəvi  mənada yoxsulların,  əskik  adamların  yük­
sək məqamda oturması və böyük adamların öz məqamını  itirməsi.
Ayaqlarım  Fransa  yazırdı  -   Qacar  dövründə  Azər­
baycanda xarici dil Fransa dili idi.  Bu deyimdən hədəf budur ki, 
elə  sərxoş idim ki,  bilmirdim nə cür yeriyəm
Ayaq  ortaya  qoymaq  -araçılıq  etmək,  bir  işin  həllində 
vasitəçilik etmək.  v
81

Тиг^йуШ т
Ayaq  tozu  -şərtin kiçiyinəm,  müqayisədə çox kiçik olmaq, 
dəyərsiz, qul, kəniz.
M ən ayaq tozunam, sən  başım tacı,
Çün mənim xalqımın  söz memarısan.
Ayazımış  üz  -  üzün  həddən  artıq  qansızlıq  nəticəsində 
ağarması.
Sanki  qəfil  ayrılığın  təşvişindən  kişinin  üzü  ayazımışdı 
(325,  səh.  48).
Aydan  arı,  sudan  duru-  türk  mifologiyasında  ay  və  su 
təmizlik,  duruluq,  saflıq  simvolu  kimi  müqəddəs  sayılmışdır. 
Buna  görə  də  mənoviyyatca  ən  təmiz  adamlar  ay  və  su  ilə 
müqayisə  edilmişlər.
Pis qız deyil,  gül kimi təmiz uşaqdır,  aydan arı,  sudan  dum 
(9 ,s.l7 2 ).
Aydan gəlm isən -bu dünyanın adamı deyilsən?
E;/  sən  də  bilmirəm  Aydan  gəlmisən,  ya  Marsdan,  başa 
düşmürsən  nə  deyir? (84,  s. 114).
Ay  daş  atan  bəxtəvər,  daşın  da  öz vaxtı  var-  bu  iş  üçün 
bu vaxt uyğun deyil,  hər işin öz vaxtı var.
Ayağı  yer  almaq  -yerini  möhkəm,  etibarlı  görmək,  təklif 
olunan  işə razı  olsa da,  zahurdə  özünü narazı göstərmək.
O  ad  sənə  halal  olsun,  doğrudan  da  dediklərinə  görə 
varsanmış,  pulunu  götür,  bu  dəfə  Aşıq  Ələskərin  ayağı  yer  aldı: 
“Yox götürməyəcəyəm,  atımı  özümə verin, bəsdir”(13,  s.241).
Ay  durəcənab  -yumşaq  surətdə  danışanı  yalançılıqda 
ittiham etmək.  Təxminən  “üzdən İraq” mənasında.
Ay  gedən  it,  gəl  məni  qap  -başqalarına  səbəbsiz  öcəşən
adam.
A yğır -dinc oturmayan,  qaynayan qız haqqında işlənir.
Ayı  balası -güclü.
Ayıbını  qara yer örtsün  -xəcalət çək, utan.
Ayı  çezir,  qaban  oynur-  heç  kim  heç  kimin  kitabını 
oxumur.
82
'Be/iruz^aSäm
Türkdeijimlm
Ayı  çıxmaq  -çətinliklə  üzbəüz  olmaq,  Boynuna  agır bir iş 
düşdü,  yenə  bir  xərc  çıxmaq,  çətinliklə  üzbəüz  olmaq, 
bədbəxtliyin başlanğıcı.
Gəlirim gediri ev kirasına,
Ay başa çatınca çıxırdı ayım (338,  s. 143).
Adı  batmış əcəl gələndə bizə,
Mənim ayım çıxdı,  gün də batmışdı  (306,  səh  180).
Ayıdan dönmə  -m əhəbbətə,  sevgiyə biganə olan.
Bacı- qardaş deməz, ata- anasın  bilməz,
Deginən bir ayı,  ya bir səhra,  səhra...  (223,  s.9).
Ayı dostluğu  -mövqeyyətə,  şəraitə uyğun  olmayan sözləri 
dilə gətirmək, zarafat eləmək,  cahil adam, cahil dost.
Mümkündür  ittifaq  düşsün  ki,  tək-tək  adamlar  müsadirə 
olunan  mallardan  istifadə  etmiş  olsunlar.  Lakin  bu  çox  nadirdir. 
Onların dostluğu ayı dostluğudur.  Bizə düşmənlikdir (305, səh 85).
Ayı  ilə  bir  çuvala  girmək  -hesabsız,  ağılsız  bir  işə  əl 
qoymaq,  qanmaz  adamla  bir  yerdə  yaşamağa  məcbur  olmaq, 
müştərək  iş görmək.
Ayı  meşədən  küsüb,  meşənin  xəbəri  yoxdur  -birisinin 
özünü haqlı  sayaraq başqasına naz etməsi.
Ayın  neçəsindən  danışırsan?  -   heç  nədən  xəbərin 
yoxdur.  Danışdığın  faydasız  və  dərdə  dəyməyəndir.  Mətləbə 
dəxli yoxdur.
Ayı  nədi, oynamaq  nədi? -  bu sənə nə yaraşır?
Ayı  nədi, oynamaq nədi? (103,  s.73).
Ayını  əvvəl  öldür,  sonra  dərisinə  qiymət  qoy/  Ayını 
öldürməmiş  dərisini  satma  -  dəryada  balıq  sövdası  eyləmə.  İş 
görmək əvəzinə boş danışan adam.
M əsxərə ilə dedi,  söylə mənə,
Gəldi  ayı, bir nə danışdı  sənə?
Verdi Ekost böylə cavab durmadan:
Satmayın heç vaxt dərini  soymadan (80, c.EI,  s.202).
Ayının  min  bir-iki  oyunu  var,  bir  armudun  başında  -  
biri  quldurluq,  soyğunçuluq  etmək  istər,  səbəbinə  amma  bir 
bəhanə gətirər.
83

‘Behruz  Jbqqi
'JurkdeywUm
A ym -şaym  -  şən,  sevincək.
M ən  burda  hər  bir  zadı  aym-şaym  görürəm  (195,  c.II,
s.51).
Ayı  yuvası,  asma  üzüm-  ayı  üzümü  çox  sevər.  Bir  adam 
ayının yuvasında üzüm saxlamaq istəsə,  səhv edir.
A ynan-  g ü n n ən  görünm ək -  gec-gec görünmək.
O  vaxtdan  ki,  yazığı  işdən  çıxardılar,  aynan-günnən 
görünürsən (72,  с.III,  s.49).
Ayna  qabağında  durub  özıiinə  dərəcə  vermək  -özünü 
bəyənən,  yekəxana,  özündən  müştəbeh.
Aynanın  kaslanması  - Azərbaycanda olan qədim ənənəyə 
görə,  uğursuzluq əlamətidir.
Aynası  açılmaq -  kefi  açılmaq.
İzin  ver  M olikməhəmm ədi  də  aparaq,  aynası,  açılsın  (46, 
s.297).
Aynası hovdaın  düşmək -  ölmək.
Əjdaha tək nəfəsindən belə  ki, püskürür od,
N əfəsi gizlənəcək  aynası hovdan  düşəcək (338,  s.91).
Ayranı  dağılmış  qarı  -deyingən  adam,  hər  zadı  əldən 
vermiş  adam.
Ayrı  düyünləmək  -sədaqətsiz,  gizli  özünə  pul-  para 
yığan,  özünü düşünən.
Ayrı  pəstəh a- başına oyun açmaq.
M illət dedi ki,  almaq mümkün dəgil  bahadır,
Timsar dedi:  bəs onda bu ayrı  pəstəhadır (69).
Ay  şaqqılar,  şaqqılar  -it  vaqqılar-  bir  balaca  işarəyə 
bənddir.  Kiçik bir çətinlikdən səsi  çıxar.
Aza  dedilər hara  gedinsən?  Dedi  çoxun  yanma  -   hamı 
varlı tərəfə  can atır.
Aza dedilər hara gedirsən?  Dedi çoxun yanına (103,  s.71).
Azarı  satın  almaq  -   soyuqda  nazik  paltar  geyinən  adama 
deyilir.
Ay  bala,  yel  əsir,  bir  köynəklə  balkonda  nə  qədər 
dayanmaq  olar.  Azarı  satın alırsan? (1,  s.209).
84
Twkjdeijimhri
Behruz  Jbqqi
Az  aşım,  ağrımaz  başım  -aza  qane  olmaq,  tamahkar 
olmamaq,  minnət götürməmək.
Səhər çayım,  nahar naııü-  pənir,  axşam  bozbaşım,
Dəxi dərdim nədir aya?  Az aşım,  ağrımaz başım,
Nə  düşmüşdür  mənə  çəkim  el  qayğısın, 
millət  qəmin 
(“ İqbal”,  1914,  12 fevral).
Az aşın  duzu  deyil -  çoxbilmiş, hiyləgər,  bacarıqlı.
Sən  qocaman  da  bu  çal  çağında  heç  də  azacıq  aşın  duzu 
deyilsən ( 253,  s. 191).
Azca  arıca  -qazanılan  bir  şey  az  olsa  da  təmiz,  halal 
zəhm ətlə  qazanılsın.
Arı  türkdilli xalqlarda təmiz  və saf mənasında işlənilir.
Azdan  az gedər,  çoxdan çox -  hər kəsdən  damarına görə 
qan  alarlar.
Azdan az gedər, çoxdan çox  (103, s.71).
Az getdi, üz getdi -  nağıllarda işlənir.
Az  gedib  üz  gedib  dərə  təpə  düz  gedib  bir  quyuya  rast 
goldilər(148,  s.56).
Az  idi  arıq  uruq,  biri  do  gəldi  dabanı  cırıq  -   xoşa 
gəlnıoyon bir adamın  yersiz müdaxiləsinə etirazdır.
Al  öz  uşağını,  az  idi  arıq  yırıq,  biri  də  gəldi  dabanı  cırıq 
(72,  с.III,  s. 124).
Az qalıb boğaza yığılam -   səbr kasam dolub artıq.
Az qalıb boğaza yığım onları  (3,  səh.  50).
Az ye özünə hambal tut -ö z  işini  özün gör.
Mən  çəkəcəyəm  sənin  yerinə,  az ye özünə  bir  hambal tut! 
(9,  s. 126).
85

ЧкЧпя
Tw^değbnhti
-В-
Babalın  it  götürməz  -günahı  çoxdur,  çox  pis  adam, 
rəhmsiz..
Babalın yumaq -bilmədən bir nəfərin  arxasınca danışmaq
Babı  -   Babın  başçılıq  etdiyi  mütərəqqi  dini  təriqətin 
tərəfdarlarına babı deyilir.
Bu  babi  oğlu  babi  dünən  küçədə  hamını  başına  yığıb 
həzrətin tuman bağma lağ eləyir (195,  с  II,  s. 116).
Bacadan  düşən  kimi  qismətin  üstünə  düşmək  -
gözlənilmədən xoşbəxtliyə qovuşmaq.
Deyəsən,  elə  bacadan  düşən  kimi  qismətin  üstünə 
düşmüşdü  (174,  s.26).
Bacadan  quyruq yağmaq -başından ruzi tökülmək.
M ən  də  sənin  kimi  xoşbəxt  deyiləm,  gəlib  hazır  üstünə 
çıxam,  sənin  bacandan  quyruq yağır (129,  c.I,  s. 145).
Bacarana  baş  qurban  -  bacarlıqlı  adama nə etsən  halaldır, 
hər kəs bacardığı kimi  yaşayır.
Deyirdi:  görünür,  bu  dünyada bacarana baş qurbandır (253, 
s.373).
Badalaq  vurmaq  -bir  işin  qabağını  almaq,  marıeə 
törətmək.
Dedim bəlkə  mənə badalaq vurmaq  istəyir (288,  s. 113).
Əli,  ədə nömrə,  mənə  badalaq  gəlirsən  ? (9,  s. 143)
Bağa  bax.  üziim  olsun,  yeməyə  üzün  olsun  -əziyyət 
çəkmək  lazımdır ki  səfasını görəsən,  utanmayasan.
Bağ-bağ  olmaq  -kef  çəkmək,  bir  yaxşı  olaydan,  xoş 
xəbərdən xoşhal  olmaq,  bir zada valeh olmaq,  fərəh hiss etmək.
Yaşayırsan  el  ilə birgə,  el  ilə görünürsən,
Baxaraq Təbrizə bağ-bağ açılırsan,  sevinirsən (Bulut).
Sənin kimi bir gül hər bağ bəsləyə bilməz.
Səni  görəri  kimi  ruhum  açılır bağbağ (241,  səh,  157).
Bağban  bağsız  olmaz,  dəvə  sarvansız  -hər  evin  böyük- 
kiçiyi olar.
86
Teftruz  fhftfi
ür^dh/v,ı£m
Bağ  belə,  bostan  belə  -yalandan  boy  demək, 
özünü 
şişirtmək.
Qardaşoğlu,  çox  geriyik,  döşümüzə  döyürük,  bağ  belə, 
bostan  belə.  Amma  adicə  sanitariya  qaydalarına  riayət  etmirik 
(142,  səh.  72).
Bağda  ərik  var  idi,  salam-  əleyk  var  idi  -bağdan  ərik 
qurtardı,  salaməleyk  qurtardı  -   işi  düşəndə  yaltaqlanan,  işi 
düşm əyəndə üz çevirən adam.
Dədəmi  ki  çıxartdılar,  Fərəc  də  mənimlə  haqqı-salamı 
kəsdi,  bağda ərik var idi,  salam məlik var idi (9,  s. 140).
Bağda  ərik  var  idi,  salam  meleyk  var  idi,  bağdan  ərik 
qurtardı,  salam məleyk qurtardı(  129,  c.I,  s.92).
Bağa  qınından  çıxdı,  qınını  bəyənmədi  -  əslini-kökünü 
danan adama deyilir.
Cavab 
verərlər 
ki, 
“bağa 
qınından 
çıxdı, 
qınını 
bəyənm ədi!” (253,  s.450).
Bağda  gülə  baxarlar  -gözəl  qıza,  gəlinə  baxdıqda  etiraz 
edən zaman  işlənir.
Bağırsağı düyün  düşüb -karıxmaq,  özünü itirmək.
Bağırsağı  tərsə  düşüb  -nigarançılıqdan,  qorxudan  əl- 
ayağını  itirib.
Bağırsaqları  acından  quruldayır  -on  dəhşətli  aclığın 
əlamətidir.
Baxıb gördü  ürək  durmaz,  pırıldar,
Bağırsaqlar acından  hey quruldar (  147).
Bağııvı  dolu vurub?  -dəryada gəmilərin  qərq  olub?
Al m açı  eşşəyi tək  salladı  tez qaşqabağın,
Elə  pərt oldu,  deyirdin  dolu vurmuşdu bağın  (168,  s,259).
Bağla  dilimə  -bu  işirı  günahı mənim sözünıdədir.
Birisi getdi bir kəndə  qəzadan,
Xəyal etdi keçə  ol xoş fəzadan.
Biri  səsləndi getmə gəl qonaq ol,
Sərəfraz et  bizi,  zeybe-visaq  ol.
Eşitcək düşdü  atdan mərde-  novrəs,
Dedi  bu  atı  harda bağlayım bə«,
87

He/iruz
Tw^dojinthri
Nişan ver tez,  tilov qaldı  əlimdə,
Dedi:  durma gətir ba.ğla dilimdə (83).
Bağlı  boğça -  bir sirr.
-  Bağlı  boğça  elə  bir  lotu  üçün  açılmasa,  bizim  bazarımız 
bağlanar,  xanım!  (253,  s.33 3).
Bağlı  olmaq  -bir zada hədsiz sevgi.
Ağsu  sənə,
Kim deyər ağ su sənə?
Ölüncə  səndən keçməm,
Bağlıyam Ağsu  sənə (171).
Bağrı ayazlanmaq -  bir şeydən  ötrü çox darıxmaq.
Çoxdan  nağıl  eşitməmişəm,  bağrım  ayazlanıb,  könlüm 
dayazlanıb  (203,  s. 12).
Bağrıbadaş -hər şeydə  bəhs e ləmək.
Gəlib  yanında  iznsiz  əyləşəcək,  guya  səninlə  min  ildir 
bağrıbadaşdır (129,  c.l,  s.l 13).
Bağrı  bişmək -darıxmaq.
Ah çəkm əkdən bağrım bişib 
Bircə  yada salan yoxdu  (  74,  s.73).
Bağrı çatlamaq -  yamar  günə  düşmək,  nəhayət dərəcədə 
darıxmaq.
Qaldıqca bu Təbrizdə,  lap  çatladı  bağrım (58,  səh,  ]  16). 
Bağrı  dəlmək --əziyyət vermək.
Al  canımı,  ya canıma bir  san verirsən ver,
Dəl  bağrımı,  ya dərdimə  dərman  yazıbsan  yaz!  (347,  s.86). 
Bağrı  daş  olmaq -  mərhəmətsiz.
Abbas ağlar arsız-arsız,
Dünya olub  etibarsız,
Deyirdin dözərəm yarsız,
Döz bağrı daş olan  könlüm!(12,  s.63).
Bağrı  kabab  olmaq -  çox dərd çəkmək.
Gül yüzün görməklə  çox bağrıkabablar bən kibi,
Qəlbə  bin  didarın  üçün  yüz  təmənna  qoydular  (354 
S.152).
Bağrı  qana dönmək -  kədərlənmək.
88
'BeJiruz.  9üqqi
Tür^deyimhri
Yandı  bağrım  döndü  qana.
Aman gülüm,  gülüm,  gülüm!  (148,  s.33).
Bağrı  qan  etmək -  birini  ağır  vəziyyətə  salmaq,  çıxılmaz 
vəziyyətdə qoymaq.
Çillə gəlib, Xoyda  fəğan  etməyə,
Xoyluların bağrını qan etməyə (243,  s.68).
Bağrı  qan  olmaq  -çox narahat olmaq,  kədərlənmək. 
Səngəkin  övzai  xalqın  bağrını qan  eylədi,
Bir görün ııüstövi zülmündə  nə tüğyan eylədi (30,  №8). 
Bağrı qara -həddindən  artıq  qüssələnmək, kədərləmnək. 
Firqətindon qara bağrım olub su,
Alıbdır qərarım  ol  zülfü  geysu ( M əhəmməd bəy  Aşiq). 
Bağrım  sökülür  -kədərlənmək,  qəm-  qüssəyə  qərq 
olmaq.
Gözdən tökülən qətrə dənizdir qucağımda 
Dalğası  sökür  bağrımı  peykan  ilə  sənsiz  (Rahimi 
Paşazadə).
Bağrına dağ çokıııək -ürəyinə dəymək.
Ki,  bu zəmanə onun  bağrına çəkib dağlar,
Zəmanənin  sitəmindən o  ney kimi,  inlər (  80, с.II, s.  172). 
Bağrına xal düşmək -ürəyi qırılmaq,  ən ağır kədər.
Çərx altında elə  bir gün görmədim,
Yandı  qara bağrım,  xala yetişdi (97,  s. 114).
Bağrın  başını əzm ək -  ürəyə dəymək.
Seyraqıbla aşna olub,
Bağrım başın əzoıı gözəl (32,  c.H, s.7).
Bağrın 
dəlinməsi-kədərdən, 
qüssədən 
könlün 
açılmaması.
Dəlindi  qüssədən  bağrım,  sən  etmə  ürəgim  para  (225,
s.54).
Bağrı  parçalanmaq -  çox kədərlənmək.
Didib parçaladı bağrımı bu qəm,
Üzümə boylandı əlim də qələm  (337,  c.l, s. 125).
Bağrı yandırmaq  -  yaman günə salmaq,  dağ çəkmək. 
Yandırdı eşqin bağrımı  səndəıı mana dərman gəıok,
89

ISefiruz  Jfafqi
Tur/^deyimbd
Gərçi yolunda aşiqin  cani; -dili suzan gərək (225).
Bağrı  yarılmaq  -nəhayət  əzaba  düşmək,  ölümlə  üzbəüz 
olmaq.
Bülbül gərək hicran oxuna bağrı yarılsın (214,  s.41).
Bağ  vaxtı  bağbanın  qul ağı  ağır  eşidər  -biri  imkanat  ələ 
gətirən zaman başqalarım unudar,  birinə kömək eləməz.
Bahar  buludu  -  həmişə  gözü  yaşlı  olmaq.  Göz  yaşının 
ələnməsi,  bir qələm ə tökülməsi
Bahar buluduydu sanki gözləri (54,  s. 132).
Bahar  buludu  kimi  açılır,  tutulur  -dəyişkən  adam,  gah 
gülən,  gah  ağlayan.
Bahar  havası,  ər  arvadın  davası  -  bahar  havası  tez-tez 
dəyişdiyi kimi, ər-arvadın da davası  tez keçər.
Baharı  xəzan  oılmaq  -  xoşbəxt  günləri  bədbəxtliyin əvəz 
etməsi,  cavan ikən solmaq.
Eşqi var idi  Şəhriyarın  güllü-çiçəkdi,
Əfsus ki, qəza vurdu, xəzan  oldu baharı (80,  c.II,  s.  252).
Bax  m ənim  gözümə,  inən  də  baxım  sənin  üzünə  - 
dərdimiz  birdir,  üzümüzdən  tellid ir  ki,  içimizdə  nələr  keçir, 
danışmağa ehtiyac yoxdur
Baxta  daş  atmaq 
tək if  olunan  işə,  düşən  şansa  arxa 
çevirmək.
Baxtı  açılmaq --  işləri düzəlmək.
Baxtımız  açılan deyil,
Qapımızı  açan  olsun  (260,  s. 102).
Baxtı bağlanmaq -  işlərin nəhs gətirməsi.
Bağlanıb,  baxtın bağlanıb,
Qırmızı bantın bağlanıb  (260,  s.83).
Baxtını qara yazmaq -   uğursuz taleli.
M əni ağlar qoyduz cavan vaxtımda,
Qaralar yazdınız mənim baxtımda? (35, s.566).
Baxtın  üzü dönmək -  taleyi nəhs gətirmək.
Dönüb baxtın üzü bizdən.
Kim qurtarar b id  bizdən 6260,  s.91).
90
Ü dm ız
Tür^da/imlm
Baxtı  yatmaq  -   işləri  irəli  getməmək,  qapıların  üzünə 
bağlanması.
Yerisən,  yüyürsən çata bilməzsən,
Görürsən ki,  baxtın yatdı,  sen də yat (32, c.II,  s. 13).
Başımdan keçəni söylədim bir-bir,
Şücaət, yatıbdı baxtın dedilər (294,  s.42).
Baxtının  qapısı  bağlı  olmaq  -  işləri  irəli  getməmək, 
qapıların üzünə bağlanması.
Baxtımın qapısın bağlı  qoyubsan,
Çəkib sinəm üstə dağlar qoyubsan (32,  c.II,  s.81).
Bakka  qoymaq  -  banka  qoymaq.  Uşağı,  böyüyü  bir  növ 
öpməyə deyilir.
Xalq  arasında  banka  qoymaqla  soyuqdəyməni  aradan 
qaldırırlar. 
Elə  öpürlər  ki,  öpüşün  səsi  həmin  bankanın 
qopardanda çıxardığı  səsə oxşayır.
Baqaja  qoymaq  -   satmaq,  ələ  vermək,  pis  vəziyyətə 
salmaq.
Xaspoladov  bircə  günün  içində  o  boyda  kişini  qoydu 
baqaja (9,  s.178).
Balaca stəkanda böyük çsıy içmək  -kiçik  yerdə çox adam 
üçün qonaqlıq vermək.
Bala  qazan  tez daşar -savadsız adam,  səviyyəsiz  adam tez 
hirslənər.
Balalarının  başına  çev ir-b ağ ışla,  günahımdan keç!
Bizə  bir  çarə  elə,  o  uşaqların  fikri  ğözgədir,  bizi  çövür 
balalarının  başına (195,  c.II,  s. 16).
Balalı  qarğa  pox  yeməz  ••  bu  deyim  “qızın  oldu  qırmızı 
donunu  soyun” 
deyimi  ilə  sinonimdir.  Ata-  ana  üçün  əsas 
övladların  sağlamlığı və tərbiyəs idir.
Balası ölən dəvə  -insanlar özlərini  bəzən məşğul  olduqları 
heyvanlara  bənzədirlər.  Qol  qanadı  sınmış,  ağır  kədərlə,  dərdlə 
yaşayan,  gözləri yaşlı.
Balığı  at  dəryaya,  balıq  bilməsə  xalıq  bilər  -   yaxşılıq 
etməkdən zərər gəlməz.
91

'lur^deyimCm
Bir  misal  qız  bilirdi  keçmişdən:  yaxşılıq  eylə  at  suya  onu 
sən  (80,  с.II,  s.203).
Balıq 
başdan  qoxuyar  -ailədə,  comiyyotdə  bütün 
bəlaların  səbəbi  yuxandan gəlir.
Balıq  dənizdən  çıxdı,  öldü  -elindən,  doğma  mühitindən 
ayrı  düşən  insan rahat yaşaya bilmoz.
Bah olan  bal  yeməz - yaxud kuzokar sınıq kuzədə su içər. 
Ağır  vəziyyət  elə  bir  şərait  yaradır  ki,  insanlar  əllərində  olan 
vasitələrdən özləri istifadə edə bilmirlər.
Baltaçının  hin  deyəni  -bu  deyim  “ələkçinin  qıl  verəni” 
deyimi  ilə  sinonimdir.  Yəni  heç  bir  rolu  olmadığı  halda  özünü 
böyük  bir  işə  şərik  bilən.  Azərbaycanın  şimalında,  xüsusən 
Qarabağda ara qızışdıran adamlara belə deyilir.
Balta kəsm əz bığ -boynu yoğun,  qoçu.
Balta kəsm əz -  qüdrətli, güclü, dözülməz.
Bəxtimin bədbəxtliyindən şəkkər əksəm, duz olu,
Yay günü həmrnamo getsəm,  balta kəsməz,  buz olu.
Baltanın  sapı  ağac  olmasa,  kəsə  bilmoz  -adamı 
özününkü  satar,  ağacı  qurd  içindən  yeyər.
Balta ağacı  kəsməzdi,  sapı  ağac  olmasaydı  (284).
Balta  vurmaq» 
bir  şeyin  kökünü  kəsmək;  birinə  ağır 
zərbə vurmaq.
Onların  öz  əlləri  ilə  öz  vətənlərinin  məhv  olmağını, 
rişəsinə  balta  vurduran  bir  heyəte-zalimanəniu  məhv  olmağını 
Allahdan istəyirdik (65,  №2,  s.2).
Bal  üstə  arı  çox  yığılar -   xeyir  gə İon  yerə  çox  adam  can
atar.
Bal üsto arı  çox yığılar (335,  s.292).
Ba Ivan -  küt.
Olsaydım əg ər müslüm  olardım,  yekə  balvan,
Heyvandır-  özün  yaxşı  bilirsən  ki  müsəlman  (72,  c.IH, 
s.264).
Bambılı -  yüngül,  ləyaqətsiz.
Həmin  bu  mərəzin  bərəkətindəndir  ki,  mən  bu  bambılı 
Əhmədin  yanında  olmuşam  bir  balaca  uşaq  və  ağlayıb  atamdan
92
T Srkjleym Cm
kişmiş  istəyən  kimi  gündə  bir  dəfə  utana-utana  deyirəm:  Şeyx 
Əhməd,  mənə kişmiş (195,  c.II,  s.39).
Bambılı bəy - ərdomsiz,  ləyaqətsiz,  bacarıqsız.
Bambılı  bucağı  -Güneyin  şərq  tərəflərində,  o  cümlədən 
Şəbüstərdə  yaz,  payız  vaxtında  yağış  və  qarın  yağıb- 
yağmayacağını  bilmək  üçün,  adi  xalq  məntəqənin  cəııubi-qərb 
üfüqlərinə  baxar,  o  səmtin  üfüqləri  və  səması  buludlu  olursa, 
«bambılı  bucağı»  tutuqdur,  yağacaq  və  yaxud,  «bambılı  bucağı 
açıqdır»  - yağmayacaqdır -  deyərlər (122,  səh.  13).
Banlamaq  -   xürafi  müsəlmanlar  arasında  inama  görə, 
banlamağa  bənzəyən  səs  çıxaran  toyuğu  seyidə  vermək 
lazımdır.  Səsini  qaldırmaq,  vaxtsız  söz  danışan,  özünü  nahaq 
yerə ortaya  atmaq.
Eylo  bilirdim ki, dəxi  sübh olub,
Morği-səhər tək bir ağız banladım.
Səng şikost eylədi  balü-pərim,
Banlamağın hasilini anladım (267,  s.42).
Banlaşan  bir də bu evdə,  səni  verrəm seyidə,
Seyidə  kim gedə,  fikir eyləmə  salim qeyidə (168, s.520). 
Molla Turab banlladı,
Kim  bildi,  kim  atıladı(168).
Rəsmiyyəti  vardır,  atanı  danlamaz oğlan,
Hər yerdə  ata dinməsə,  tez banlamaz  oğlan  (168),
Baratası  itmək -heç bir nişanı  qalmamaq.
Oğlu  itkin  getdi,  dedilər  cani  doktorlardan  biri  inqilab 
günlərinin  şuluqluğunda  onun  böyrək-  ürəyini  çıxarıb  satmağa 
görə onu  yox elədilər.  Bir barata da tapılmadı.
Barmağa dolanmaq  - ələ  salmaq.
Dəxi sən bizi dolama barmağına çoban!  (62).
Barmağı dişləmək-  yadına düşmək,  təəssüflənmək.
Eyb etmə əgər barmağımı  dişləyər olsam,
Mən  do  yata  qaldım  bir  uzun  qəflət  içində  (“Çöl  quşu”,
s.44).
Barmağım  bala  batdı,  səninki  də  bəhm əzə  batar -m ən 
çox xeyir gördüm ki,  son də xeyir görəsən?
93

j^r^em n h r^
‘Befaruz
Ağıllı iş görürlər,  içmirləı,  içənlərin barmaqları bala batıb? 
(1, с II,  s.61).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin