Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ


Başını  əcəm  bərbərə  verinin  cibində  pambıq  gərək  -



Yüklə 17.08 Mb.
Pdf просмотр
səhifə10/43
tarix31.01.2017
ölçüsü17.08 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

Başını  əcəm  bərbərə  verinin  cibində  pambıq  gərək  -
yadla iş görən gərək  ehtiyatlı ola.
Başını əkmək - öldürmək,  aradan götürmək,  azdırmaq.
Başı  əlhət  daşın a  dəym ək  -təcrübə  qazanmaq,  iş-işdən 
keçdiyini bilmək.
Başı  itirmək/  adını  yadından  çıxartmaq  -  cəhalətdən, 
xurafatdan,  vaqeətləri  başa  düşməmək,  ağır  faciədən  normal 
mühakimə yürüdə bilməmək.
Başımı  itirmişəm,  öz adım  yadımdan  çıxıb  (9,  s. 181).
Mirzə  Cəlil  başını  itirmişdi.  Nə  edəcəyini  bilmirdi  (197, 
səh.  148).
Başını  keçəl  etmək  -  çox  danışmaq,  bir  şeyi  çox  təkrar 
etmək,  israr etmək.
Başını  kəsmək  
bir  millətin  dilini,  kulturunu,  tarixi 
danmaq.
Atan  gorbagor  iki  baş  kəsmişdi.  Demokratları  vətəndən 
didərgin  salmaqla  bütün  Azərbaycanın  başını  kəsibsiniz  siz  o 
tayda (142,  səh 214).
Başını quru-quru  qırxmaq - kələk gəlmək.
Başının altına yastıq  qoymaq - birini  arxayın  etmək.
Başının  milçəyini  qorumaq -  bir təhər gününü keçirmək.
Deyir  başımın  milçəyini  qoruyuram,  ha,  ha  ,  ha!  (129,  c.I, 
s.427).
Başının  tükü  salama  gəlimək  -minlərlə  əzab,  əziyyət 
görmək.
Başımın tükü, ya  başımın  tükü sanı -  yəni həddən artıq.
Başımın  sam  belə  şeylər  görmüşəm  bu  tərs,  avand 
dünyada (142,  səh.  58).
Başının üstünü almaq -  birini bir işə məcbur eləmək.
Gör 
necə 
yatmışam 
ki, 
başımın 
üstünü 
alıblar 
oyanmamışam (lfs.263).
107

Türfcdeyim bri
‘Behnız  Haqai
Birdən pəhləvan  başının  üstünü  alıb  onu  da vurub  öldürdü 
(46,  s.252).
Başını  öz  qıntnına  soxmaq  -başqaları  ilə  işi  olmayan; 
dünyada :ı xəbərsiz.
Başını  paçasının  arasına soxmaq ~ utanmaq.
Ölüm!
başını paçasının  arasında saxlayan 
və ömrü  yumurla kimi laxlayan 
tok atlı  çərçilərə  (3 3 7 ,1,  s.50).
Başını saxlamaq  - öz mənafeyini qoruyan.
Başını  saxlamaq istəyi ilə düşmənlərə bəli deyən adamlara 
əvvəldən firqəyə  yol verməyin (  S.C.Pişə veri).
Başını  sındırıb  ətəyinə  qoz  tökmək  -ikiüzlülük,  yaxşı  - 
pisi  qanmamaq.
Çağrılmamış  qonaqlar  şohrimizin  başını  sındırıb  ətəyinə 
göz yummaq  fikrindən göz yumsunlar (30,  1945, №75).
Dostlar cərgəsindən ömürlük pozaq,
Baş yarıb ətəyə qoz tökənləri (264,  s.159).
Başım  şir  başına  oxşatmaq  -bir  adamı  yalandan  tərifləyib 
böyük  adam  kimi  qələm ə  vermək,  birinin  qoltuqlarına  qarpız 
qoymaq,  yalandan  şişirtmok.
Başımı  şah başına,  şir başına oxşatdılar,
Mən də başsız başına bir ömür oxşatdım başı (241,  s.23). 
Başlarımızı  şir başına oxşadan halda,
Yüklər çəkilir kərgədan ilə filimizdən (338,  səh.  31). 
Başını  top  eləmək - risq eləmək,  xətərdən qorxmamaq. 
Başım top  eyləgil,  gir vəhdətin meydanına 
Ey könül,  müştaq isən gər zülfünün çovkanına (225).
Başını  uca  eləmək  -   yaxşı  əm əllə  başqasının  üzünü  ağ 
eləmək.
O,  xanın  başını  uca  eləmək  üçün  səhər  tezdən  durdu, 
dayları tutub xalxalda bağladı  (174,  s.5).
Başını yerə qoymaq  - ölmək,  yaxud  ağır xəstələnmək.
Sən  yerə  qoydun  başıvı,  mən  başıma  no  daş  salım 
(Şəhriyar).
108
Başın  yerə  soxmaq  -   pis  əməllə  birinin  başını  aşağı 
eləmək.
-Üzün  ağ  olsun,  soxdun  başımızı  yerə,  camaatın  arasında 
xəcil olduq (1,  s.15).
Başın» yola-yola -  tələsik,  çox həyəcanla, hay-küylə.
Bağban  başım  yola  -yola  gedib  xana  xəbər  verdi  (148, 
s. 104).
Başısoyuq  -   məsuliyyətsiz,  etinasız,  hər  işi  yarımçıq 
qoyan.
O  zaman  mən  başısoyuqluq  elədim,  məmə,  günahım 
böyükdür (1,  s.220).
Böyüyün  sözünə  baxmayan  böyürə-böyürə  qalar  (1, 
s.220).
Öz  aramızdır,  son elo  qədimdən  başı  soyuq  adam  idin  ha.. 
Hər işi  yarımçıq qoyardın ( Məusur Xaıılu,  s.62).
Uçurtdum qara tavuq
Qoııdıı Əıbilə yavuq.
Hanu  gedəndə döndü,
Dönmədi başı  savuq (238,  səh.  31-32).
Başı  şişib  qazana  dönmək  -ço x   işdən,  bir  şeyin 
təkrarından  bərk yorulmaq.
İbişli:  başım lap şişib  qazana dönüb (9,  s  181)
Başı yerə atmaq -yatmaq,  yuxuya getmək.
Başı yerə qoymaq  - dünyasını  dəyişmək, ölmək.
Ya tez, ya gec  yerə  qoysan başını  (264,  səli.  90).
Baş  ilə  top  oynayan  -1908-ci  ildə  asoruların  bir  qəbiləsi 
Marşimon  adlı  rəhbərlərinin  başçılığı  ilə  Türkiyədən  qaçaraq 
Azərbaycana  girib  çoxlu  faciələr  törədirlər.  Sayı  25  mindən 
artıq  olan  bu  üsyançılar  Urmuda  insanların  kəsilmiş  başları  ilə 
top  oynamağa  başlayırlar.  Bu  deyim  asoruların  bir  qolu  olan 
cilovların 
1287-ci  hicriu  şəmsidə  törətdiyi  cinayətlərdən 
doğulmuşdur.
Baş  kas  eləmək  -baş  ağrısı  verən  sözlərə  pərdə  çəkmək, 
şarlatan.
Durun  bu zahidi burdan qovun,  bu xaııəxarab
109

Tıir^deyimhri
втяттш^ттттт^ш
Qüsuri - hur sözü iləri başımı kas eylər (147,  s.27).
Baş kəsilib qaıu gedir işinə -  fəlakət içində yaşayır.
M illətin başı kəsilib,  qanı gedir içinə.
Başqa  hava  çalmaq  -  sitnasızlıq  etmək,  fikrini  dəyişmək, 
əvvəl dediyindən yayınmaq,  sözünün altına vurmaq,  aldatmaq.
Kişini  yüz  həştad  dərəcə  döndərdim  üzü  bəriyə.  Bu  saat 
tamam başqa hava çalır-and olsun allaha!  (118,  s.206).
İngilislər Azərbaycana dəvət  olunmamışdan  qabaq  onların 
əleyhinə danışan Cəlil Nairn əfəndi ingilislər gələndən  sonra isə 
tamam dəyişmiş başqa havalar çalmağa başlamışdı  (254,  s.9).
Baş  qaşımağa  vaxtını yoxdur -  iş yaman  çoxdur
Baş qaşımağa macal yoxdur (145,  səh.  16).
Baş  qırxmaq  -oğurluq  etmək,  şovinistlərin  əli  ilə  bir 
ölkənin talan edilməsi,  fərhənginin  aradan  aparılması.
Tehran  hakimiyyəti  hər  gün  bir  oğru  ustandar,  formandar 
ünvanı  altında  əlinə  böyük  bir  çamadan  verib  üstümüzə 
göndərir. 
Tazə  və  iti  bir  ülgüc  ilə  min  dəfələrlə  qırxılmış 
başlarımızı  qırxmaqdan utanmırlar (30,  1945).
Baş  qoşmamaq -  fikir verməmək.
İçki  pis  olduğu  üçüıı,  Allaha  şükür,  bu  şeytani  işə  baş 
qoşmamışıq  (80,  c.II,  s.308
Balağa  məni  Çopur  Abdullaya  baş  qoşmağa  qoymamaqda 
düz iş görmədi (1,  s.206).
Oğul,  sən uşaqsan  deyin  э  sənə  baş  qoşmadı  (174,  s.41).
Baş qulağı bir abbasıya  dəyməyən -səfeh,  düşüncəsiz.
Baş  qulağın  getm əsi - bir səsdən bezar olmaq.
Baş qulaqlı  adam  -düşüncəli  savadlı,  danışığını  bacaran.
Başlan yarpız kimi  biçmək -   döyüşdə  düşməni  qırmaq.
Axtararam düşmənləri seçərəm
Başlarını  yarpız kimi  biçərəm (174,  s.54).
Başlı-başına -  sahibsiz.
Üləma  başlı-başına  qaldığı  üçün  tez-tez  Məlhəmə  adam 
göndərib  Şeyxin  ağzını  arayıb (143,  s.49).
Başh  başın  saxlasın  -  özbaşınalıq,  hər  kos  öz  mənafeyini 
qorusun.
110
•ш ш т т Зш ш т яя
'Beliniz
Hər  kəs  öz  başım  saxlamaq  üçün  yaşasaydı,  dünyada 
böyük  simalar,  fədakar,  öz  canlarını  vətən  və  millət  yolunda 
fəda  edən  rəşid  insanlar  tapılmazdı  (“21  Azər”  S.C.Pişəvəri, 
s.92).
Başlı-birli  yox olmaq -- bir adamın  qəflətən yox  olması.
Qızm  başlı-birli  yox  olması  lap  əvvəldən  onda  şübhə 
doğurmuşdu  (46,  s. 133).
Baş  mənim-  baş  onun  -  gözlənilmədən bir adamla üzbəüz 
gəlmək.
Baş  sındırmaq  -  bir  məsələnin üzərində  həddən  artıq  baş 
sındırmaq,  düşünmək.
Lap  Leonardo  De  Vinçi  də  gəlsə  holl  edə  bilməz.  Neçə 
gündü baş  sındırıram  bir şey çıxmır (269,  s.233).
O  gün  bir  saat  başımı 
sındırmışam,  yadıma  sala 
bilməmişəm (9,  s. 182).
Başsız / başsız qalmaq  -sahibsiz,  təşkilatsız,  rəhbərsiz.
Qoy  dünya  bilsin  ki,  bizim ölkəmiz  sahibsiz  və  millətimiz 
başsız deyildir (30, №120).
Başsız  qalıb  ayaqlara üftan olan cocuq,
Ey dərbədər gəzib ürəyi qan olan cocuq!  (267,  s. 110).
Başyeyən  -uşaq  anadan  olında,  evə  təzə  gəlin  gələndə 
ailədə  bir  nəfər  ölərsə  onda  həmin  uşağa,  yaxud  gəliııə 
başyeyən,  yaxud  qaradabaıı deyil ,r.
İndi  də  sənin başını yeyəcək, tədbir tök (46,  s.30).
İgidlərin başın yeyən,
Qocalar bozbaşın yeyən,
Qəbirlərin daşın  yeyən
Özü  yenə qalan dünya (306,  s.219).
Baş  yoldaşı  azdır,  aş  yoldsışı  çox -  çətin  gündə  dost olan
azdır.
Baş yoldaşı  azdır,  aş yoldaşı  çox  (103,  s.68).
Başyuxarı  üzmək  -  axara  qarşı  üzmək,  təslim  olmamaq, 
yeni fikir,  yeni həyat dalısınca qaçmaq.
Başyuxarı  üzənlərdən,  cavanlardan  yazacağam  (299,  səh.
83).

‘B ehvz^h^^
Batan  günəm  -  ömrümün  çoxunu  yaşamışam,  yaxşı 
çağlarım artıq keçib.  Son günlərimdir.
Oğlum,  mən  bir  batan  günəm.  Gündüzdən  gündüzə 
kölgələri  uzadıram.  Ölsəm də,  qoy  elə  öz  torpağımda  quylanım 
(204,  səh.  25).
Batman adam -ağır,  hörmətli,  etibarlı,  dünyagörmüş. 
Batman  qazan  hamıda  olmaz  -hamının  imkanı  bir  deyil. 
Varlı  adamlarda  olan  imkandan  başqalarının  da  faydalanması 
gərəkdi]-.
Bayquş  cəhcəh vurur -ölkə qara geyib.  Xaraba qalıb.
Bülbül öldü,  gülüstanda
Bayquş  cəlı -cəh vuran oldu  (15,  s.85).
Bayquşlar  məkanı  -Türklərin  əski  zamanda  müqəddəs 
totemlərindən  olan  bayquş  islamın  gəlişindən  sonra  bədbəxtlik 
gətirən  quşa çevrilir.  Onun  səsi və məkanı əza və xaraba  məkanı 
kimi  tanınır.
Məni  beş a.y öz qoynunda bəsləyən,
Bu məkanı  bir daha unutmaram.
Bayquşlar məkanı  adlandıran,
Xanimanı  bir daha unutmaram  (269,  s.281).
Bayquş  təkin  qu  vurmaq  -  tək,  yalqız  qalmaq,  nəfəs 
tökmək,  uğursuzluq gətirmək.
Bayramı  qara  gəlmək  -   bayram  zamanı  başına  bir 
bədbəxtlik gəlmək, əzizini əldən vermək.
Əzizim bara gəlsin,
Zülfünü  dara gəlsin,
Mənsiz bayram eyləsən 
Bayramın  qara  gəlsin (33,  s. 177).
Bayram  sümüyü  ilə  köpək  kökəlməz  -  yaxşı  yaşamaq 
üçün onun bunun  sədəqəsi  yetərli deyil.
Baytalın  biri  baytal  -  özünü  bacarıqlı  göstərmək  istəyən 
savadsız adama deyilir.
Dedim ohsəıı  sənin  fərasətinə,
Tanırsan  şair ilə baytarı  (168,  s.56]).
Bazar dili  -  aldadıcı,  şarlatan,  sadə dil.
112
‘Befouz
Etimad:  Ağayi Biriya,  Səməd  Vurğun bazar əhli deyil ki,  o 
boyda şairlə mən bazar dilində danışam (55,  s.l 13).
Bazar oğlu - alçaq,  fırıldaqçı,  yalançı.
Bazara  girdin  gözü  qıpıq,  sən  də  ol  gözü  qıpıq  -   heç 
kəsdən fərqlənmə, palaza bürün, tillə sürün.
Bazara girdin gözü qıpıq,  sən də ol gözü qıpıq (335,  s.63).
Bazar eləmək - aradan götürmək, öldürmək.
İlqarından dönən yarı,
Tanrı tezbazar eyləsin (12).
Bazarı bağlanmaq -  gəliri kəsilmək,  işinin üstü açılmaq.
-  Bağlı  boğça  elə  bir  lotu  üçün  açılmasa,  bizim  bazarımız 
bağlanar,  xanım!  (253,  s.331).
Bazarın  gözünü  çıxartmaq  -  ümumiyyətlə,  mənfi 
mənada işlənir.  Bəzən  müsbət mənada da işlənir.
Alış-  verişdə,  evləıuııədə  uğursuz  seçim  edən  adama 
deyilir.
Ey gözəl  var, gözlərində külli  dünyanın gözü,
Sənsən  aləmdə  nigara, 
cümlə  xubanın  gözü  (  Xazin 
Təbrizi).
Bazarın  kor olması  -   alış-  verişin  qəti  şəkildə  kəsilməsi, 
pisləşməsi.
Bazar  şeytan  yuvasıdır  -  tacirlər,  bazar  adamları  həmişə 
öz  xeyrini  fikirləşməyə  görə  başqalarının  da  başına  börk 
qoyurlar.
Beçə tək banlamaq -   böyüklərun işinə qarışmaq,  fuzulluq 
etmək.  Müsbət  mənada  da  işlən r.  Köhnə  fikirli  adamlar  yeni 
fikirli  cavanların sözlərinə  belə deyirlər.
Siz sərv kimi sərkeş olub böylə boy atdız,
İllik  beçə  tək banlayaraq  xəlqi oyatdız (267,  s.36).
Bedanqa  tüfəng  -  Berdanka  ifk  vaxtlarda  işlənən  tüfəng 
növüdür.  Bu  deyim  Təbrizdə  həddindən  artıq  işlənir.  Bir  növ 
tüfəngin  adı  olsa  da  bəzi  insanların  xüsusiyyətini  nəzərə  alaraq 
onlara  da  “bedanqa”  ləqəbi  verilir.  Misal  üçün  Selab 
m əhəlləsində  Rəhman  Bedanqa  və  Xiyaban  məhəlləsində 
yaşayan Rohmətulla Daşatani bedanqa...  (B.Həqqi).
113

Bu  tüfəng  çaş-  baş  vurduğuna,  hədəfi  düz  vurmadığına 
görə  adamların  haqqında  işlənir  ki,  onlar  ictimai  siyasi 
həyatlarında çaş-  baş vurub xəyanət belə  edirlər.
Azərbaycanın  Milli  Hökumət  zamanında  hər gün  bir  dona 
girən  adamlar  özlərini  ona  tərəfdar  göstərsələr  də,  Amerika  və 
ingilisin  göstərişi  ilə  Azərbaycanı  qanda  boğan  ordu  və 
mürtəcelərin  Təbrizə  girməsi  zamam  əsl  mahiyyətlərini  aşkara 
çıxardırlar. 
Bunlardan  biri  də  Rəhmətulla  Daşatani  idi. 
Xiyabanın 
Aştökən 
qəbristanında 
öz 
tüfəngini 
firqənin 
fədailər inə  çevirib onları öldürmüşdü.
Bel  bağlamaq  ■■ güvənmək,  inanmaq,  etibar etmək.
Mənim  adım H ə səndi,
Mənzilim Başçiləndi,
Fələyə bel bağlama
Fələk zəncir kəsəndi (33,  s.54).
Bilsəydim vəfan budur,
Sənə  bel  bağlamazdım (33).
Canana can dedim,  uzağa düşdüm,
Dosta bel  bağladım,  tuzağa düşdüm ( 7,  s.75).
Sevdasına  bel  bağlamış,  həm  göz  qarartmış  bəndinə  (225,
s.53).
Heç kimsəylə yola getmirsə bir  kəs,
Ona bel  bağlayıb bir iş görülməz (Nizami).
Gəl köçmə vətəndən,  yada bel bağlama qardaş,
Dövran belə  getməz ( Sahir).
İşim düşdü divana,  axır gəldim mən cana.
Heç vaxt bel  bağlama,  bir ilana,  bir xana (38,  səh.  142).
Belə  alışıb  yansan,  tez  kül  olarsan  -  çox  hissiyyatlı, 
həssas adamlar tez ruhdan düşər
Belə gəldi,  belə getdi - tərif etmək,  bəhanə gətirmək.
Belə  gəldi,  belə  getdi  demə  çox,  dur  qaç  gəl  (223,  səh
148).
Belə  ki  Xanbacım  çezir,  çətin  ki  tuman  dözə  -  belə 
böyük,  yalançı  iddiaların  qarşısında  bu  aclamla  ayaqlaşmaq,  yola 
getmək çətindir.
114
Deftruz
Tür^deyimim
Belə  malın  var  apar  Cəfərabad  bazarına  -  Səfəvilər 
zamanında  Qəzvində  böyük  türklər  burada  böyük  saraylar, 
ticarət  üçün  bazarlar,  hücrələr  bina  edirlər.  Cəfərabad  həmin 
ticarət  mərkəzinin  adıdır.  Malı  çox  tərifləyəndə,  baha  verəndə 
belə deyərlər.
Belə  malın var apar Cəfərabad bazarına (20,  s. 112).
Belə  övladı  çay  aşağı  axıdım,  çay  yuxarı  axtarım  -
fərsiz,  şuluq,  bacarıqsız.
Belə  ürəklisən  ■
■  get  topçu  ol  
bir  balaca  səsdən 
diksinən.  Bir balaca səsdən ol-ayağını itirən adama işarədir.
Belinə  palan  basmaq  -  aldatmaq,  qoltuqlarına  qarpız 
vermək,  başına  börk qoymaq,
Hey  palan basdı  şairin  belinə,
Qıymadı yüz tümən qoya əlinə (168,  s.518).
Belibağh olmaq  -yəni  arxayın  olmaq.
Sən  sarıdan belim  bağlı  olsaydı,  bəlkə də  söz tutardı dilim 
(142,  səh.  58).
Beli  bükülmək -  yaman günə düşmək, qocalmaq.
Özünü əskik  sayan,  görübsən harda,
Elin dilin  kəssən,  beli  bükülər.
Beli  sınmaq  -  böyük  zərbə  almaq.  Hər  şeyini  əldən 
vermək.
Xəstə düşdüm,  indi  belim  qırıldı,
Qürbətdə bir xəstə gördüm deyoı siz (35,  s 529).
Baydaqları  bürc üstündə qurdular,
Tifil  uşaqları  hamı  qırdılar,
O zaman ki, Cavad  xanı  vurdular,
Sanasan qırıldı  beli  Gəncənin  (Arazoğlu).
1804-cü  ildə  ruslarla  G əncə  xanı  Cavad  xanın  döyüşü 
nəticəsində  Cavad  xan  və  oğlu  şəhid  oldu.  Şer  bu  münasibətlə 
deyilib.
Beş  barmağı  kimi  tanımaq -  yaxşı tanımaq.
Dərə  Düzov  həyatı  beş  barmağı  kimi  bilirdi  desək  düz 
olmaz (9  ,s.27).
115

Q ur^tfeyim lzri
‘Befavz  9hqqi
Beş  barmağın  beşi  də  bir  deyil  -  adətən  bir  ailədə  olan 
uşaqlar 
barəsində 
deyilir, 
onların 
xarakterindəki, 
dünyagörüşündəki  fərqlər  nəzərə  alınır.  Yəni  dörd  divarın 
arasında böyüyən bacı-qardaşın hərəsi bir cür xasiyyətli olur.
Beş  barmağını  bal  elə,  sox  boğazına,  yenə  da  bilməz.  - 
nankor, yaxşılıq bilməyən.
Beş eşşəkli xoca kimi -  qayğısız,  rahat, 
indi,  belə  beşeşşəkii  xoca  kimi  qəşəng,  qıçımı  qıçlarımın 
üstündən  aşırıb behiştdə kef edərdim (129,  c.I,  s.256).
Beş  barmaq  boyunda - ən kiçik və körpə uşağın rəmzidir, 
Deyirəm  ki,  m əsləhətinə  qurban  olum,  bu  məsum  uşağı 
niyə  dünyaya gətirdin  və  apardın.  Beş  barmaq boyundan  həmişə 
təklik və  bədbəxtlik çəkdi (1 15,  №  1,  s.56).
Beşo  altı  çıxartmaq  -  birinə  qalib  gəlmək,  öhdəsindən 
gəlmək.
Vay  o  gündən  ki,  o  da  altı  çıxarda  beşimə  (Haşım  Tərlan,
s.30).
Beş  günlük dünya - dünya qısadır.
Dünya evinin səltənəti beş gün imiş çün,
Bünyadını  yıx,  ərkimi zirü-zəbər eylə  (225, s.57).
Bu  dünya  beş  gündü  beşi  də  qara  -   heç  xoş  gün 
görməyən adamların fikridir.
Bu dünya beş gündü,  beşi də qara,
Pərişan zülfünü  sübhdən dara,
Çıx sinəm üstünə  quşlarc’an əzəl 
Havada quşları  dindirən gözəl...  S.Vurğun 
Beş  özündən  deyəndə,  on  beş  bizdən  de  -   bir  özünü 
tərifləyəndə beş bizi təriflə.
Qoy  indi  beş  özündən  deyəndə  on  beş  də  bizdən  desin 
(174,  s. 137).
Beş  şahılıq  eşşəyin  üç  şahılıq  qoduğu  olar  -  uşağın 
şəxsiyyəti  valideynlərin təsiri  altında formalaşır.
Beş  vədə  yeyənlər  -  riyakar  dinçilər,  bir kimsəyə  yardım 
etməyən.
Özü qurd,  amma qoyun  paltarı  xəlq  içrə geyənlər,
116
‘Beftruz  5bqqi
Tür^deymthri
Qonşusu ac yatıban beş vədə  yeyənlər.
Sonra göz dağı verənlər (113,  s.52).
Beton  divara  dəymişik 
keçilməyən  bir  maneə  ilə 
üzləşmişik.  Hazırda  İslam  Cümhuriyyəti  haqqında  İranda  belə 
deyirlər.
Beyində  fırlanmaq  -  gecə-gündüz  bir  şeyin  fikrində 
olmaq.
Yenə  də  deyirəm ki,  belə  bir  təklif,  Heydər Əliyev  adı  ilə 
bağlı  ədəbiyyata,  mədəniyyətə  yardım  üçün  bir  fond  açmaq  üç- 
dörd  ildir meydana gəlibdir,  bu  mənim də  beynimdə  fırlanır (52, 
s.59).
Beyni dumanlanmaq -  əsəbləri pozulmaq.
Dumanlanan  beynində  indi  bundan  başqa  bir  fikir  yoxdu 
(144,  s.93).
Beyni qandır - gözü qızıb,  əsəbidir, dəliqanlıdır.
Divanə  kimi  qızıbdır eynim,
Qan  ilə  məgər dolubdur məgər? (Şükuhi).
Beyninə batmaq - bir şeyi  qəbul etmək.
Bu  axmaq  söz padşahın  beyninə batdı  (46,  s.31).
Beyninə batmamaq  - bir sözü qəbul edə bilməmək.
Bilmirəm aya nədəndir girm ir söz beyııivə,
Başıvı  sal  aşağı,  fıkrivi gey əyııivə (300,  s.73).
Beynini  doldurmaq  -  yoldan  çıxartmaq,  birinə  bir  fikri 
təbliğ etməklə inandırmaq.
Ondan  ötrü  ki,  şeyx  Nosrullah  sizə  tələ  qurmaqdan  ötrü 
beyninizi  doldurub ki, ölüləri dirildə  bilər (195, c.II,  s.51).
Beynini  gəmirmək -  bir fik irdən çox narahat olmaq.
Gəmirir beynimi  min dürlü xəyal,
Qaradır gördüyüm əlvan əşya (75,  IV,  s.93).
Beynini qarğa aparmış -  ağılsız,  düşüncəsiz.
Əhsən,  əhsən  a  kişilər,  bəzi  beyinlərini  qarğa  aparmışlar 
deyirlər  ki,  yüz  arvadın  ağlı  bir  serçənin  ağlından  azdır  (46, 
s.213).
Beyinin  qaralması  -   bir  seyi  çox  fikirləşməkdən  başın
ağrıması.
117

Türkjfoyimbri
Bəs fıkr elədim qaraldı beynim,
Yandım  bu qızın əlində neynim? (345,  s.24).
Beyninin qurdu tərpənmək -  dəliliyi tutmaq.
Birisi  də  necə  deyərlər,  beyninin  qurdu  gülüş  məclisində 
tərpənir.  Elə  söz  deyir  ki,  gülüşlər  quruyub  dodaqlara  yapışır, 
gözdən  yaş  şoralanır,  yasa batırsan (109,  s.350).
Bezin  qırağın  çəkmək -  ölmək.
M ən  quyunu  əm ələ  gətirincə  M innət  qarı  bezin  qırağını 
çəkəcək (84,  s. 174).
Bəd ayaq -  çətin gün.
İnsan bəd ayaqda hər şeyi  anlar,
Qılınc kəsə bilir bəzən qında da (328,  s.335).
Bənd-bərələrdən  -  hər  bacadan,  mümkün  olan  hər 
yerdən.
Qəm sel tək aşıb-  daşdı  bütün bənd-bərələrdən,
Saldı bahalıq aləmə tufan,  şəbi -çillə  (168,  s.22).
Bəd  əz  xərabeyi  Bəsrə  -  hicri  qərninin  birinci  yarısında 
müsəlmanlar  İraqı  ələ  keçirib  orada  hərbi  əhəmiyyətli  üç 
mühüm  şəhər  -  Bəsrə,  Kufə  və  Vasit  düzəltdilər.  Bəsrə  “qara 
daş”  mənasındadır.  Hicrətdən  17  il  sonra  Ömər  ibn  Xəttabın 
əmri  ilə  düzəldilmişdi.  36  hicridə  Cəınəl  savaşı  başladı.  Bu 
döyüşdə  Zübeyr  və  Təlhə  öldü,  Həzrət  Əli  qalib  gəldi.  Abbasi 
xəlifələri  zamanında  da  savaşlarda  Bəsrə  çox  viran  oldu.  257 
hicridə  də  özünün  Əlinin  nəslindən  olduğunu  bildirən  bir 
nəfərin  rəhbərliyi  ilə  başlanan  savaşda  sərbazlar  üç:  gün  şəhəri 
qarət  edib  onu  xaraba  qoydular.  311  hicridə  də  qərmətilər  baş 
qaldırıb  17 gün Bəsrədə qan töküb qarət etdilər.
Deyilənlərə  görə, 
zəngilərin 
zamanında  Əli  ibn 
M əhəmməd  Ələvinin  ətrafına  yığışanlar  da  Bəsrəni  torpaqla  bir 
elədilər.  Amma  bunlar  sonra  peşiman  olub  özlərini  rahatsız 
göstərirdilər.  Ona görə  bu deyim meydana gəlib dillərə  düşdü.
Gəliblər bir parə noxot uşaqlar ərsə,
Verirlər qır mənə,  bəd əz xərabeyi  Bəsrə (250).
Bəhanə  qutusu  -  dəxli  olms.yan  bir  şeyi  səbəb  kimi 
gətirmək.
118
'liir^deymfori
Bəh-bəhinən  plov  olmaz  -  yağilən  düyü  gərək  -  boş
sözlərlə məqsədə nail  olmaq  olmaz,  iş görmək lazımdır.
Bəxt  aynası  -  ən  təmiz  güzgü,  real  surətdə  əks  etdirən 
təmiz ürək.  Toyda gəlinin qarşısında tutulan güzgü.
Bəxt, aynası  tək  sil ürəgindən kədəri,
Ta sədaqət baxışından  coşa meyxanə  kimi (113,  s.40). 
Bəxti  çəmbər  -  şanssız,  talesiz,  bəxtsiz.  Çənbər  uzun,  ağ 
təhər xiyara deyilir.  Bəxtsiz,  taleyi gətirməyən.
Nə  evdə dilxoşam  mən bəxti çənbər,
Nə bazaridə,  Allahü-əkbər!  (115,  №1,  s. 19).
Bəxti  dönmüş -  qara baxt.
Son bəxti  dönmüş,  mən halı-pərişan,
Ruzun göz yaşıdır,  aızim  isə  qan (80,  c.II,  s.273). 


Поделитесь с Вашими друзьями:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə