Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   2   3   4   5   6   7   8   9   ...   43

Ağzını  təmiz  saxlamaq  -  xalqın  dalınca  pis  danışmamaq, 
söyüş söyməmək.
Xədicə:  Ağzınızı  təmiz  saxlayın,  yoldaş  Qəmzəli!  (9, 
s. 137).
Ağzın  qan  olsa,  yerə  tüpürmə  -  ürəyindəki  sirləri  heç 
kəsə demə.
Ağzı otlu  - dilsiz,  ağızsız.
56
Allahın  ağzı  otlu  heyvanı  idi,  hamı  deyirdi  mələsə,  əti 
halaldır (129,  c.I,  s.438).
Ağzı sulanmaq  - bir şeyə tamahı düşmək.
Bakı bağlarından gəlib keçəndə,
Gördü ağ şanını,  ağzı sulandı (265).
Ağzı suyla dolmaq -  tam ah   düşmək.
Minijup  qızları  görcək,  dolur  ağzın  suya,  ay  can  (168, 
s.223).
Ağzı yağlıdır -  çaxır içmiş adam
Ağzı yağlı olanda deyir gülür,  içməyəndə dəli olür.
Ağzı yastı -  sözü keçməyən, niifuzsuz, əlsiz-ayaqsız.
Ağzı yaşıl -  qorxaq, qulurlara quyruq bulayan.
İnsan  niyə gərək,  özün bu həddə  sadə  və ağzı  yaşıl tanıtsın 
ki,  onu  bu  cürə  və  belənçilik  bişməmiş  və  ələ  salmalı 
düşünsünlər? (315,  səh.  95).
Ağzı yırtıq  -söz saxlaya bilməyən, etibarsiz.
Bizim  yataqxanada  bir  yava  kişi  vardır,  həm qorxaq,  həm 
d ə  ağzıyırtıqdır (92,  səh 255).
Ahang kimi açılmaq - lap yorğun-  arğın düşmək.
Qocalıq  belədir,  bir  neçə  addım  yeriyəndən  sonra  evə 
gəlib  ahang kimi  açılı  qalıram.
Ah  çəkib  qan  tüpürməl:  -  günü  ah-  vayla  keçmək, 
gələcəyə  heç  bir ümidi olmamaq.
Ay  arvad,  az  ah  çək,  qan  tüpür,  zəmanə  həmişə  elə  belə 
qalmayacaq  ki,  fələyin  beş  keçisi  var,  hərəsini  bir  gün  bir 
adamın  qapışma ötürür (82,  s. 177).
Oğlunun  olmaması  yadına  düşəndə  ah çəkib  qan  tüpürərdi 
(46,  s.83).
Yazıq  Xeyrulla ah çəkib, qan tüpürürdü (82,  səh.  178).
Axan dəryanı  bağlamaq  -  faydasız işə əl vurmaq.
Məsəldir:  kəndi  düşən  ağlamazdı,
Axan dəryayi kimsə  bağlamazdı.
Axar sular qurudu - talehsizlik,  işləri gətirməmək.
Avara,  sərgərdan  qalmış idim,
Axar sular ıftənim üçün qurumuşdu (281,  səh.53).
57

Dehruz  Jh q q i
lSr£det/m im
A xar s u la r tə rsin ə  dönm əz - keçəni qaytarmaq  olmaz. 
Bundan artıq ürəyimi dağlama,
Axar sular baş  yuxan qayıtmaz,
Keçən günlər bizə  san qayıtmaz (106,  s. 148).
Axça siçanı -  xalqın malım,  dövlətini mənimsəyənlər. 
Bunlara  sadə  dildə  axça  siçanı  deyirlər.  Daxilonin  qızıl- 
gümüşüııü  xaricə  daşıyaraq,  vətən  övladını  xaricə  fəhləliyə 
getməyə m əcbur etmişlər (65,  səh.  10).
Axı  nə  yatdım,  nə  yuxu  görəm  »  bir  ailəyə  təzə  gəlmiş 
gəlin,  kürəkən,  iş  yerinə  təzə  gəlmiş  adam  az vaxtda bu  sahədə 
olduğunu bildirmək üçün işlədil-.
Axırına çıxmaq - məhv eləmək,  sonuna çatmaq.
Əfsus məni m əngənə tək sıxdı  Marağa,
Sıxdıqca  mənim  axırıma çıxdı  Marağa!  (168,  s.23). 
Axmaq -  sərxoşluq.
İçmişəm çaxır,  gözlərim axır.
Axşam  ağzından  -   yəni  qaş  qaralan  zaman,  axşamın  ilk
çağları.
Axşam  ağzından alıblar duyğular aramımı,
Şairin  bağrındadır,  dünyaya sığmaz bir ürək  (56,  səh.  14). 
Axşam  vurmaq  -  ingilislərin  əli  ilə  hakimiyyətə  gələn 
Rzaxaııcan  qabaq  ordu  ümumiyyətlə,  türklərin  əlində  idi.  Buna 
görə  orduda  olan  bütün  sənədlər,  rütbələr  hamısı  türkcə  idi. 
Şamdan  qabaq  orduda  hazır qayıb  edib  pərçəmi endirərdilər.  Bu 
mərasimdən  sonra  şeypur  vurmaqla  ordunun  yatmaq  əmri 
verilərdi.
Axta  xoruzlar  -   aciz  adama  zor  deyən,  düşmənə  boyun
əyən.
Heyhat!...Qəhrəmanlar azlığından bizdə  onların  yerini  axta 
xoruzlar tuturlar (156,  səh.65).
Axtardığı  yar  idi,  yetirdi  pərvərdigar-  istədiyi  iş  özü- 
özünə düzəldi.
Axtardığı yar idi,  yetirdi pərvərdigar (129, c.I,  s. 120).
Ax-  tü f  etmək  -  ağız  -  burnun  süyii  sinədən  gələn 
tüpürcək.  Vəziyyətin pisliyindən şikayət etmək, nalə etmək.
58
(Befiruz
Twrfcjdeymtləri
Qocalmış öskürür ax-tuf tökər, iyrəndirər xalqı,
Boğa idi gər bunu,  sörxək öpərdim asitanm m ən (301). 
Alaca  -  bulaca  görsən inək  -  bir  nəfərlə  soyuq 
davrandıqda deyilir.
Birinin  rəftarından,  sözündən  xoşu  gəlməyən  ad am da  bu 
ifadə ilə münasibətini bildirir-.
Alacağı bir piltədi,  pambığın  batmanım  soruşur -  kiçik 
bir şey üçün böyük işləri  ataya gətirən,  yekəxanalıq.
Alacağı bir piltədi,  pambığın  batmanını  soruşur (103,  s.69). 
Ala  dağdan  qara  dağa,  qara  dağdan  ala  dağa  -  nahaq 
yerə bəhanə etmək.
Görəsən  elə  hamı  arvad  beləmi  olurlar,  qaçar  ala  dağdan 
qara dağa,  qara dağdan  ala dağa (335,  s.55).
Ala  dana  göy  dana,  götün  var  çıx  meydana  -  hədə, 
münaqişəyə  səsləmə.
A laşa -hay- küy salmı, həyasız qadınlar haqqında deyilir. 
Alatoran -   səhər açılmamış.
Gecəni  süblı eləyibdir çıxıb  evdən 
Alatordan yazıq  insan çox hərasan.
Alay m  şalayın  - qüssəsiz,  şad.
Gədiklərdə qurtları tut boğgilən,
Qoy quzular ayın-  şayın  otlasın ( Şəhriyar).
Al  canımı  qurtar  -həyatdan  şikayətlənmək,  ölüm 
istəmək.
Tez ver üzümün örtüyün,  al canımı qurtar,
Ya rəb,  üzə girmiş  həyasız üzlər əlindən (338,  s. 118). 
Alçağa düşmək -  əvvəlkindən pis  vəziyyətə düşmək.
El səni  istəyib qabağa çəksə,
Ağır ol,  alçağa düşmə dünyada (148,  s.248).
Alçaq -  şəxsiyyət siz, xəyanətkar,  məqam düşkünü.
Rəqsi təlim ediyor axsaqlar,
Ə zəm ət düşkünüdür alçaqlar (75).
Alçaq adam qarışdırar aranı,
Bayquş da adətdir sevər viranı (32,  c.II,  s.87).
59

Alçaq  eşşəyə  hamı  minər  -bir  adam  öz  hörmətini 
gözləməsə,  başqaları onu tapdalayar.
Al da  geysə  yaraşır,  şal  da-  paltarı  nə  olursa  olsun gözəl 
yaraşır.
-Al da geysə Nazıya yaraşır,  şal da!  (253,  s.337).
Aldatmaq -tərəfi özünə çəkmək.
Aldım  qoz,  satdım  qoz,  m əııə  qaldı  şaxşaxı  -   heç  bir
xeyir götürmədim.
Aldım qoz,  satdım qoz,  mənə  qaldı  şaxşaxı (1,  c.II,  s. 123).
Aldın  payını, çağır dayıııı -  acı cavabı aldın,  indi  rahat ol.
Aldın payını,  çağır dayını (118,  s.236).
Aleybani  yaxasına  taxılan  təbənə  kimi  niyə  yaxama 
taxılıbsan  - məndən niyə əl çəkmirsən?
Al eyləm ək -işvə,  naz eyləmək.
Al eylədi,  fitnə  qıldı  eynin
Ol fıtnəli eynü-  alə təhsin (132,  s.67).
Aləm aləmlədir,  kor  qız da xalamnan - bir nəfərin birinə 
həddindən  artıq əhəm iyyət verməsi, birindən əl çəknıəməsi.
Aləm  başıma  dolandı -  m ənə çox pis təsir etdi.
Sıxlaşdı göydəki seyrək buludlar,
Deyəsən başıma dolandı  aləm (337,  c.I, s.55)
Aləmə  it  hürəndə  bizə  də  Mazandaran  çaqqalı  hürər  - 
həmişə səfeh adamlar rast gəlir.
Alıb yatmaq -danlamaq.
İndi  də kişini alıb  yatırdı (84,  s. 129).
Alıcı quş  kimi -- od parçası,  zirək.
Fədailər alıcı  quş  kimi  pcÜşlərin üstünə  atılıb  ölüm-dirim 
mübarizəsinə girişirlər (77,  səh,.  32).
Allah alıb qucağına - şansı  gətirib,  uğurla üzbəüz olub.
Allah balam deyib -bəxti gətirib,  işləri uğurlu  olub.
Allah  başını  qoyub  ayağına  yaman  daş  salmasın  -  
bundan da pis günə düşməyə layiqsən.
İlahi,  Sisgün  qəbristanlığına  zibil  tökənlərin  başını  qoyub 
ayağına yaman daş vurma (80,  c.II,  s.95).
Behruz
Ä
.
60
Behruz  tä q q i
Tür^dajimCm
Allahdan  buyruq,  ağzıma  quyruq-  heç  bir  əziyyət 
çəkməyim hər şey düzəlsin.
Allahdan  döndün,  kirvədən niyə  döndün?  -oğlan uşağı­
nı  müsəlman  edərkən  onu  bir  nə fər hörmət  etdikləri,  ailəyə  ya­
xın  yad  adamm  quçağına  qoyurlar.  Bu  mərasim kiçik  toy  adla­
nır.  Kirvəlik haqqı  çox  müqəddəs  sayılır.  Buna görə də kirvəyə 
hörmətsizlik edən adam  Alkıha hörmətsizlik edən  adamdan artıq 
günahkar  sayılır.  “Filankəsin  ətəyinə  qan  tökmüşəm”  deyimi 
onun haqqının  müqəddəs sayıldığına işarədir.
Allahın  istədiyi  gündə  yaranmaq  -  xoşbəxt,  ən  uğurlu, 
gözəl gündə doğulmaq.
Allah  kişinin  şalvarını  iki  eləməsin  -   qafasız  kişinin  bir 
az maliyyə  durumu yaxşı  olursa,  tezcə başqa arvad almaq fikrinə 
düşər.
Allah kölgəsi -  mərhəmətli, ümidverici bir xəyali qüvvə.
Ey fəlakət rəmzi,  Allah kölgəsi  oldun haçan,
Biz  səniıı  kölgəndə  zillət  gördük  hər  zaman  (115,  №  2, 
səh.  54).
Allah  qarğa  deyil  ki,  vurub  gözünü  çıxartsın  -Allah  gec
eylər,  güc eylər.
Dini  inama  görə,  Allah  insanlara  öz  əməllərini  etmək, 
yollarım  seçmək  üçün  fürsət  verir.  Allaha  xas  olan  cəhətlərdən 
biri onun hədsiz səbridir.  Səbr allahın  adlarından biridir.
Allah  qonağı -  təsadüfən gələn qonaq.
Qarı  nənə,  Allah  qonağı  istəmirsənim? (148,  s.61).
Allah  sağ  gözü  sol  gözə  möhtac  dəm əsin  -A llah  heç 
kəsə,  heç ən  yaxın  adama da məni möhtac eyləməsin.
Biz dünya görmüşük,  deyirəm Allah,
Sağ gözü  etməsin sol gözə möhtac (328,  s.317).
Allah  sağ gözü sol gözü möhtac eyləməsün (229,  s. 19).
Allah üzümün örtüyün veısin - Allah məni öldürsün.
Tez ver üzümün örtüyünü,  al canımı  qurtar,
Yarəb üzə girmiş  həyasız üzlər əlindən (338,  s.. 118).
Allah  vergisi -  çox istedadlı
61

‘B ek vz  Jbqqi
Tür^dajim bri
Maşallah,  qəribə  danışır,  lap  Allah  vergisidir  (195,  11,
s.36).
Alnıaçı  eşşəyi,  hoş  m əətəli  -tənbəl  adam  bir  bəhanə  ilə 
aradan çıxmaq istəyir.
Almaq -rüşvət almaq.
Sən  alan  adama oxşamırsan  (84,  s.2'7).
Almanı  at  göyə,  yerə  düşüncə  ya  nəsib,  ya  qismət/  sən 
saydığını  say  gör  fələk nə  sayır  -hor  anın  bir  hökmü  var  (135, 
IV,  s.29.
Almaz -balasını  sevməyən,  başqası  ilə dil tapmayan.
Al nənəsi qarğııyıb  -pinti,  evi səliqəsiz adamlara işarədir. 
Alnı  açıq  -başı  uca,  heç  kimin  qarşısında  günahkar 
olmayan adam.
Məğrur dayan,  alnı açıq, üzün ağ,
Tək  allaha əyil,  Ərkim,  ay Ərkim!
O rdan başqa sən bir kəsə əyilmə,
Qarşında gör,  əyilir kim,  ay Ərkim!  (349,  s.24).
Şəhrinin  mənliyi  ay  alnı  açıq Eynalı  dağım,
Söylə,  aşiqlərinin odlu dilindən 
Başı uca,  şanlı  elindən,
Tarixili Çonlibeliııdən (326,  səh 35).
Alnı  dağlı -ümumiyyətlə,  islamı  qılınc gücü  ilə qəbul edən 
ölkələrdə bir qrup  dindarlığa yalandan təzahür etmək üçün girdə 
bir 
şeyi, 
ümumiyyətlə 
taxta 
qaşığı 
qızdırıb 
alınlarına 
yapışdırarlar.  Guya möhür onların  alnında yer eləyib.  Dəri  yanıb 
qabıq  qoyar,  yeri  göy  qalar.  O  əlamət  onlara  çörək  ağacı  olub  o 
vasitə  ilə  avam adamın  başına börk qoyurlar.
Alnı  dağlı  abidin baxdım dəğəl  kirdarına,
Zikri ehsanü-  kərəm,  amma kəramət görmədim.
Alnı qaşqalı buzov  olmaq  -  məşhur,  adlım olmaq 
Altda  qalanın  canı  çıxsın  -   „mənə  nə  var“ lar,  şəxsi 
xoşbəxtliyi millətin xoşbəxtliyindən üstün tutanlar.
Altdan  geyinib  üstdən  qıfıllanmaq  --  döyüşə  gedən 
adama, yaxud qəşəng bəzənmiş qadına deyilir.
62
ТхЫ^ецтСт
Beftruz 
9
&Mİ
Qılınc  götürdülər,  altdan  geyinib  üstdən  qıfıllandılar, 
üstdən geyinib altdan  qıfıllandılar (148,  s. 181).
Altıda  alacağı  yox,  yeddidə  verəcəyi  -   dünyanın  xeyir- 
şəri vecinə deyil.
Altında  qalmaq  -ağır  işin  öhdəsindən  gəlməmək,  borcu 
ödəyə bilməmək.
Altını  üstünə  çevirmək  -viran qoymaq,  torpağını  torba ilə 
daşımaq.
M əstəli  şah  bu  surətdə  gərəkdir  ki,  devlərə  əm r  edim ki, 
Parisi xarab etsinlər,  altını  üstünə çevirsinlər (5,  s.38).
Təhdidlər,  hücum  və  qırğınlar səni  parça-parça edib,  altını 
üstünə çevirdi (149,  səh.  97).
Altı  yırtıq  aftafa  -heç  nəyə  yaramayan,  nüfuzunu  itirmiş
adam
Qohum,  qonşu səni qoymaz hesaba,
Olarsan bir altı  yırtıq  aftabə (168,  s. 107).
Altmış  altıya  bağlamaq  -  mən  o  işi  haçandır  ki,  altmış 
altıya bağlamışam.  Yəni  nəticəyə çatmışam.
Altınışında  öyrənən  gorunda  çalar  -   bir  vaxtın 
təfəkkürünə  görə,  insanların  öyrənmək  qabiliyyəti  müəyyən  bir 
dövrlə bağlıdır.
Altrmşında öyrənən  gorunda çalar (84,  s. 134).
Altundan dirəyi  olmaq -  çox varlı -   karlı.
Həvəsi  yığmağadır,  hərgərəki
Arzusu  budur:  altundan olaydı  dirəyi  (267,  s.206).
Aman-zaman -yeganə  övladı  olan adam  belə deyir.
Ay  bala,  aman-zaman  gözümün  ağı-qarası,  bircə  oğlum 
var (174,  s.26).
Mənim  aman-zarrian  bir oğlum  vardı,
Onu da əlimdən  ölüm  apardı  (328,  s.319).
Anadan  əmdiyi  süd  bumundan  gəlmək  -   çox  əzab- 
əziyyət çəkmək.
Onda  onurı  başına  bir  oyun  açaram  ki,  anasından  əmdiyi 
süd burnundan gələr (46,  s.264).
63

’Behruz  yhqqi
TürfaCeyimbri
Ana  kimi  yar  olmaz,  Bağdad  kimi  diyar-  “ ana  kimi 
yar,  vətən  kimi  diyar  olmaz”  şəklində  də  işlənir.  Bu  ata  sözü 
türklərin  Orta  Şərqdə  hakimiyyəti,  Bağdadın  bir  türk  şəhəri 
olması zamanının yadigarıdır.
Anam  m əni  doğan  gün  bir  qara  daş  doğaydı  -  
taleyindən  narazılıq  etmək.  Taleyindən  narazı,  həyatı  çətin 
keçən adamlar işlədirlər.
Anam məni doğan gün bir qara daş doğaydı (174,  s.l 18).
Anan  sarımsaq,  atan  soğan,  hardan  oldun  gülməşəkər, 
qurumsaq? -özünü yekəxana aparan adam haqqında işlənir.
Anan  sarımsaq,  atan  soğan,  sən  hardan  oldun  belə 
gülməşəkər, balam?  (335, s.71).
Anan  yaxşı -   baban yaxşı -  sözün nədir,  problemin nədir 
axı? -  mənasında işlədilir.
Anası  namaz  üstündə  idi  -  təsadüfən  bir  xatadan 
qurtarmaq,  yəni  anasının  namaz üstə  etdiyi duanı Allah eşidib.
Anasını ağlatmaq -■ dağ çəkmək,  zərbə vurmaq
Xəyanətin zəhərinə
bal qatmısan,
bu gülüşlə
anamızı  ağlatmısan (328,  s.58).
Aşıq Rəfi adamın  anasını belə  ağladar,  bax!  (84,  s.378)
Anasını  gör,  qızını  al,  qıyısını  gör,  bezini  al --  ana gəzən 
ağacı bala budaq-budaq gəzər.
Anasını gör,  qızını  al,  qıyısını gör,  bezini al  (229,  s.33).
Uzunayaqlıya inanmaq olmaz (229,  s.24).
Anasının əm cəyin kəsən -qəddar.
Qadam  Şah  Abbasın  da  vəzirin,  də  vəkilin  də  ağzına, 
hamısı  anasının əm cəyini kəsəndi (46,  s.65).
Anasının  oğlu -  xurafatı və  ya geriçi  adamların  düşüncəsi 
ilə  dədəsi bəlli olmayan uşaqlar.
A na  sü d ü n d ən   halal  -halal  zıəhmətin  nəticəsi,  ləyaqətlə 
qazanılmış.
Anaş  toyuq  -yaşlı,  bala  verən  və  ayaqlarını  basa-basa 
yeriyən qadın haqqında deyilir.
64
HirljdafMm
Anbaan - get -gedə, zamanın ən kiçik ölçüsü.
Bülbül ilə qarğanı gör salırlar bir qəfəsə,
Fərq  qoyulmur bu dünyada məhəbbətlə həvəsə.
Təəssüf  kı 
bu 
ömrümüz 
boşa 
gedir 
anbaanda... 
(A.Bakıxanov).
Anbar şirindən  qaçdı Kərbəla şirinə -  sözünün mənasını 
bilməmək, alaqəsiz sözlər danışmaq.
And-  am an  eləm ək  -xahiş  etmək,  bir  sözün  həqiqiliyinə 
and içmək.
Yolda tutdum oııu,  and amanla mən,
Tərlədi gül iizü həya,  şərindən ( Məhsəti).
Anqır  tayını  tap  -  bir  nəfər  bir  qızı  ya  oğlanı 
bəyənm ədikdə deyər.
Tofiq  məktubu  cırıqlayıb  suya  av' 
anqır tayını  tap”-dedi 
(84,  s. 171)
Anqır tayını tap (335,  s.95).
Anqırtısı gedir göyə -  hay-  küy salır,  ucadan ağlayır.
A ra -  dərə  xəlvət,  tülkü  bəy -  vətəndə  boğuntu  və  aclıq 
nəticəsində  igid  adamların  sürgün  olub  və  ya  mühacirət etməsi 
nəticəsində  alçaq  adamların yüksək məsuliyyətlərdə oturması.
Onun  bernosunun  canı  sağ  olsun,  pulu  qurtulanda,  özünü 
verir  ucqar  kəndlərin  birinə.  Ara  xəlvət,  tülkü  bəy,  bildiyin 
eləyir, tiryək pulunu çıxarır (77,  səh.  6).
Ara  qızışdırmaq  -  od  qoymaq,  birini  qan  tökməyə 
yö ııə İtmək.
Qorbaçovun  başçılığı  ilə  idarə  olunan  rus  hakimiyyəti 
ermənilərin  dabanını  çəkib  ara  qızışdırmasaydı,  Azərbaycanın 
yüz  minlərlə  şərafətlə  yaşayan  insanı  bu günkü  fəlakətlə üzbəüz 
olmazdı  ( B.Həqqi).
Aralarından su  keçmir -  çox mehribandırlar.
Xoca  Zığzığ:  Amma  yaman  birləşiblər  ha!  Aralarından  su 
keçm ir (9,  s . l 87).
Aralıq  atı,  kor  Fati  -rüsvay  adam,  tanınmış  bir 
düşüncəsiz adama  işarədir.
Aralı tutmaq -  fərq qoymamaq.
65

'Beftruz  !fbqqi
rlü rl(deyim kri
Yoxsulu,  ərbabı,  şahı,  gədanı,
Tutmaz bir-birindən aralı dağlar (32,  c.ll,  s.14).
Aram  atın  yaman  təpıişi  vardır  -   sakit  adam  da  onun 
haqqını  tapdasan,  özünü  göstərər,  etirazını  bildirər,  vursa  pis 
vurar.
Aramızdan 
qıl 
keçməz-aramızdan 
su 
keşməz  -
həddindən  artıq  mehriban  olmaq,  yaxın  olmaq 
Qəbrimiz üstə ot bitər,
Yarpaq keçər aramızdan 
Aramızdan  su  da keçmir,
Torpaq keçər aramızdan (271,  s.39).
Aranda tutdan/ xurmadan, yaylaqda qurutdan oldum -  
hər şeydən əlim  çıxdı.
Aranda tutdan,  yaylaqda qurutdan oldum (103,  s.73).
Aranı  kosmək -  münasibəti kəsmək.
Lonətullahi-  ləin  şeytani-iblis,
Nə dedi dost kəsdi,  ay ara məndən  (32,  c.ll,  s.20).
Aranı  qarışdırmaq  -   dava-dalaş  salmaq,  iki  nəfəri  biri- 
birinin  canına salmaq.
Alçaq adam qarışdırar aranı,
Bayquş da adətdir sevər viranı (32,  c.ll,  s.87).
Aranın yat -yut olrnası -- sakitlik.
Xanımağa...  ara  yat-yut  olduqdan  sonra  isə  öz  vətənimizə 
qayıtmağı  m əsləhət görürdü (197,  s 94).
Arası  kök olmaq -  yaxşı  münasibəti olmaq.
Hər  adamın  bir  şeydən  xoşu  gəlir,  o  rəhmətliyin 
qəhrəmanlıq  mövzusu  ilə  arası kök  idi (118,  c.ll,  s.203)
Arasından  qıl  keçməmək  -ən  yaxın  sirdaş  olmaq;  bir- 
birinə güvənmək.
Bir  zaman  aralarından  qıl  keçməz  Azərbaycan  türkünün 
indi arasından Araz keçir.
Arasını pozmaq -  münasibətləri pozmaq.
Əmir ilə Xəlifənin arasım  pozmaq  lazımdır (234,  s.44).
Ara vuran - bədxah adam.
66
Heftruz  .fbqıfi
TMrfjdajimCm
A raz  aşığından,  Kür  topuğundan  -  dünya  vecinə  deyil, 
özündən  güclü,  düşüncəli  adam tanımır.
Mənim  Araz  aşığımdandı,  Kür  topuğumdan,  hər  kim  nə 
deyəcəksə,  qoy desin (335,  s.83).
Yandım  töküldüm,  cavan  oğlan  idim,  Araz  aşığımdan  idi, 
Kür topuğumdan,  heç nədən qorxmurdum (1,  s.197).
Arxac  keçmək  -  bir  işdə  birinin  əli  olmaq,  birini 
başqasının əleyhinə qaldırmaq.
Camaatın  hamısı  da  bildi  ki,  bu  işi  pozan  pullu 
M əhərrəmdir,  arxac ondan keçmişdi (13).
Arxa  çevirmək  -   üz  döndərmək, 
ara  pozmaq,  ara 
vuruşdurmaq.
Azərbaycan  xalqı  heç  bir  vaxt  xaricdən  gələn  hücumlara 
arxa çevirməmiş (234,  s.490).
Arxalı  köpək qurd  basar -bir insan  nə qədər zəif olsa, da 
hor düşmənə qalib gələ  bilər.
“Arxalı  köpək  qurd  basar”  misalını  kişisinin  yadına  salırdı 
(253,  s.361).
Arxası  dağa  bənddi  -  bir  arxayın  və  güclü  yerə  başı 
bağlıdır.
Arxasını yerə vurmaq -  məğlub etmək.
Bu gün  axşam  mənim  və  bizim vilayətin  düşmənləri,  necə 
deyərlər bizim  arxamızı  yerə vurmaq  istəyir (9,  s.29).
Arxı  atlamamış,  özünü  öymə  -  bir  işi  görməmiş  özünü 
tərifləmə.  Bir  işi  görməmiş lovğalanma.
Arxı  atlamamış özünü  öymə  (335,  s.320).
Arxı  tullan, sonra bərəkallah de (  12,  s.24).
Arığın  nə  işi  var  ki,  qoruqda  vurub  qıçın  qıralar  -  hər 
kəs özünə  uyğun hərəkət etməlidir.
Arığın  nə  işi  var qoruqda ki,  vuralar qıçı  sına (335,  s.96).
Arı  kimi  şan  bağlamaq  -   zəhmətlə,  sevgi  ilə  özünə  bir 
faydalı  iş görmək,  bir yuva qurmaq.
Arı ki mi quru yerdə  şan bağlar (203,  səh.  58).
Arıq  it  öz  kəndinin  şiridir -   yaxşı  adam  olmayan  yerdə 
pis do yaxşı  sayılır.
67

Arıq  it öz kəndinin şiridir (103,  s.7I).
Aı*ıq  tazı -  arıqlığma baxmayaraq  çox zirək,  bir yerdə dinc 
durmayan  adama işarədir.
Arım  var,  arıın  var  eşşək  arısı?  -  dəyərsiz  bir  şeyi  ağız 
dolusu tərifləyən adam.
A n pətəyi kimi -  çox get-gəli olan  yer.
Aıı pətəyi tək qaynayıb daşın,
“M əşrutə, m əşrutə” deyib  ağlaşın!  (80,  c.II,  s.62).
Arı  yeyib,  namusu  quyruğuna  taxmaq  -   arsız,  abırsız
adam.
Bəxtəvər  buynuzuna,  arı  yeyib  namusu  da  bağlayıbsan 
quyruğuna (129, c.I,  s. 171).
Arı yeyib namusu dalına atmaq  - arsız,  məsuliyyətsiz.
Nə  döyülməyi,  nə  söyülməyi  vecinə  almadı,  an  yedi, 
namusu atdı dalına (335,  s.63).
Abrını atıb həyanı bağlayıb  belinə  (347,  s.211).
A n  yuvasına çöp  uzatmaq  -pis adamla iş görmək.
Bilməm  arılar mənzilinə  kim  çöp uzatdı,
İllərcə təğafüldə  yatan  xəlqi  oyatdı  (267,  s.39).
Armud  sapı 
-  bu  deyim  arıq  insanlar,  boynu  nazik 
insanlar haqqında işlədilir.
Gərdəni  armud  sapı  tək  işkəlib (168,  səh 309).
A m avut -boynu yoğun,  bəd qiyafə,  çirkin adam
Arpa-buğda  doğmaq  -   növbə  ilə  bir  oğlan,  bir  qız  doğan 
qadına deyilir.
İb  şli:  Lap  arpa buğda doğur ki...(9,  s. 134).
Aı*pa  çörəyi  osduraqlı  götə  dəlilidir  -  bir  işin  səbəbini 
bilmədən onun barəsində  səhv izah verən.
Arpa  əkdim,  darı  çıxdı  -işin  nəticəsi  yaxşı  olmadı, 
zəhmətim hədər getdi.
Arpa  əkən  buğda  biçməz  -  pis  iş  görən  yaxşılıq 
gözləməz.
Arpanı  divara  dırmaşdıran  -  şarlatan,  fırıldaqçı,  avam 
adamlardan sui-  istifadə edən.
68
Hefirus
Arpanın  içini  oyub  ona  civə  qoyurdular.  Belə  arpa  divara 
qoyulan  zaman  üstə  sarı  hərəkət  edirdi.  Bu  işləri  görən  adam 
savadsız adamları aldatmaqla onların cibinə girirdi.
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin