Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17.08 Mb.
Pdf просмотр
səhifə5/43
tarix31.01.2017
ölçüsü17.08 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   43

Ağalıq  tövləsi  -bir-birinə  qarışmış  yer.  Çox  səs-küy  olan
yer.
K əf çalan,  fışqa vuran,  kim atılan,  kim  oxuyan
Ağalıq tövləsini keçdi o gərmabeyi  -xan (168).
Ağamməd  Bakıdan  gəlir  -Bu  məsəl  Şamaxının  Göylər 
kəndində  Nəzakət  xanım  tərəfindən  söylənmişdir.  Bir  nəfər 
Ağəmməd  adı kişi  Bakıda yaşayan  oğlunun  yanma gedir.  Kəndə 
qayıdanda  həm  üst  başı,  həm  də  ədası  dəyişmiş  olur.  Bundan 
sonra  adamlar  az  vaxt  içində  rəftarını,  münasibətini  dəyişən 
adamlara bu sözü deyirlər.
Ağ at arpa yeməz? -   bu bizə haramdır?
Ağ at arpa yeməz? (129,  1,  s.146).
Ağa  yarıdıb  haqq  olmaq  -üz  ağartmaq,  baş  ucalığı 
gətirmək.
Onsuz  da  özümüz-özümüzün  haqsız-pulsuz  nökəriyik, 
gedək,  işləyək,  ağa yarıdaq,  haqq alaq (296,  s.127).
44
‘Beftruz  yfyfqi
Tür^dapm bri
Ağ bir, qara iki dillənm əm ək -təslim olmaq,  susmaq.
Elə  bil  ki,  Əbdüləzimi  götürüb  qaynar  qazana  basdın,  ağ 
bir, qara iki dillənə bilmədi (14,  s. 193).
Ağ-bozuna  baxmayan  -   heç  bir  işin  qayda-qanununa 
baxmayan.
Qaz verib,  baxmadı  heç ağ-bozuna,
Çox dedik,  saymadı əslən qozuna (168,  səh.  578).
Başlayırlar  ucdantutma  ərə  getməyə,  daha  ağına-bozuna 
baxmırlar (91, s.73).
Hər  yerə  onu  çəkirsən,  heç  ağına-bozuna  baxmırsan.  (9,
s.23).
Ağciyər  -  qorxaq,  vətəni  pula  satan,  düşmən  qarşısında 
quyruq bulayan insanlar.
Bizim  şəriətdə  müdafiə  m əsələsi  vacibdir.  Ona  görə  də, 
qorxunu,  ağ ciyərliyi qəlbinizə  qoymayın  (232,  səh.55).
Ağ gün -  xoş gün
Qara günlər arasından bəlkə bir ağ gün çıxa,
Ya çıxa qətlimə fərman, ya ölüm hökmün çıxa ( 260).
Gey ağ libasın,  ağ günə çıx,  ey günü qara ( 214,  s. 41).
Ağ günə çatmaq  - xoşbəxt olmaq.
Atı  aparıram  Toqatda  verəm Həsən  paşaya,  bəlkə  bu yolla 
bir ağ günə çatam (174,  s.123).
Ağı  qaradan seçmək -- pis yaxşını  dərk etmək.
Bircə  mənası  var dedim  hər sözün,
Mən  seçə bilmədim qaradan  ağı  (328,  s.335).
Ağıldan  mayıf -  gic,  səfeh.
Fikir vermə,  dedim də  sənə,  ağıldan mayıfdı,  sözünü danış 
(9,8.145).
Ağdlı  olub  camaat  fikri  çəkincə,  dəli  ol,  qoy  sənin 
fikrini çəksinlər -  camaatın  dərdini çəkmək çox çətindir.
Ağıllı  olub  camaat  fikri  çəkincə,  dəli  ol  qoy  sənin  fikrini 
çəksinlər - (129, c.I,  s.301).
Ağılsız  başın  zəhm ətini ay aq çəkər - biri fikir etmədən  iş 
görsə,  sonra gərək o  yan-  bu yana ayaq döyəsən.
Ağıl yaşda Olmaz,  başda  olar -ağıl yaşla deyil.
45

'Beitruz  ybqqi
Vw^deyimlm
Ağır-ağır danışmaq -  yavaş-yavaş,  təmkinlə  danışmaq.
Ağır-ağır,  düşünə-  düşünə danışmağa başladı (144,  s.43).
Ağır  daş  batman  döyər  -ağır  başlı  insanlar  hər  zaman
sayğı görərlər.
Ağır daşa yapışmaq  -qüdrəti gəlm əyən bir işə  əl varmaq.
Sən zomnu  sınamamış yapışma ağır daşa,
Sən ki ovsunkar deyilsən, mar iiəıı  işin  nədir? (331, s.27).
Ağır xasiyyət -  hər adamla yola getməyən, tez inciyən.
Ağır  qazan  gec  qaynar  -xırda  pulun  səsi  çıxar.  Dünya 
görmüş  adam  istiyə,  soyuğa  düşmüş  adamlar  tez  çığır-bağır 
salmazlar.
Ağırlığın  yer  götürər,  ruznsun  allah  yetirər  -bu  deyim 
keçmiş  zamanlara  uyğun  olsa  da,  illərdir  ki,  öz  mənasını  oldəıı 
verib.  Uşağın  sağlamlığını,  onun  tərbiyə  və  təhsilini  nəzərdə 
tutan  ata-analar heç vaxt bu  sözləri dillərinə gətirə bilməzlər.
Ağır  otur,  batman  gəl  -  özünü  yüngül  aparma,  hörmətini 
itirmə,  olə gətirdiyin mövqeyi əldən vermə.
Ağır söz - qiymətli söz, təhqiramiz  söz.
Yarın  özünə qurban,
Ağır sözünə qurban,
Boyaqçıda boyanan 
Qara gözünə  qurban...
Sc
>110
 ağır söz deyərəm  ha..
Ağı  səsi  -Azərbaycanın  müstəqilliyinə  qarşı  çıxan  rus 
imperiyası  20  yanvar  1990-cı  ildə  yaz  ümidi  ilə  yaşayan  gülləri 
payızın  quduz  yelləri  ilə  soldurdu.  Camaat  səhər yuxudan  durub 
ağı  səsini  Azərbaycanın  göylərinə bülənd etdi.
Ağız açmaq -  bir şey xahiş etmək.
Elo  bir  şəxs  sənə  ağız  açır  ki,  keçə  bilmirsən,  üz-üzdən 
utanır (1, с.  II,  s.351).
Ağıza  göz  dikmək  -  başqasının  sözünə  tabe  olmaq. 
Öziiııdə  ixtiyarı  olmayan  adam.
Ağız  büzmək -  bəyənməmək,  birini  alçaltmaq  üçün  təhqir 
etmək.
46
’Behruz  tHdqgi
J B jrfjja jin
 ı6 ri
Ağızda  dilin  əsm əsi  -həqq,  ədalət  adı  altınca  yalan 
danışanda  dil qorxudan,  vicdan əzabından  ağızda əsər.
Cənab Karter,
söylə görək düşündünmü  Fələstində
Yalan dedin,  bəs ağzında dil əsmədi,
Həqq.,  ədalət deyən zaman?  (328).
Ağızdan  pərtov --  söyüş  söyən,  kobud  danışan.
Bilirsən mən ağızdan bir az pərtovanı (84,  s.79).
Ağız deyəni qulaq  eşitmir -  şuluq,  həddən artıq  səsli olan
yer.
Ağız  dolusu  danışmaq  -   bir  kimsənin  haqqında  tərif 
etmək
Xanımlar  Əhməd  tacirin 
insanlığından  ağız  dolusu 
danışırdılar (  182,  səh.  162).
Ağız əymək -  bəyənməmək.
Dalımca ağız əyəıılor,  şairlərin
Ehsanını  yeyənlər (260,  s.20).
Ağız  sındırmaq  -bəhanə  gözləyənin  əlinə  bəhanə 
verməmək.  Belə bir adamın əlini oxutmaq, rüsvay etmək.
Əgər  İran  inqilabçıları  tezliklə  moclisi-müəssisan  şüarı 
buraxmasaydılar,  indi  yəqin  ki,  cümhuriyyət  elan  olunmuş,  heç 
olmazsa mollalar ilə  aristokratların  ağzı  sındırılmışdı  (248).
Ağızucu -  ürəksiz demək.
Fəxrəddin ağızucu dedi  (234,  s. 13).
Ağız  yandıran  aşı  mən  qaşıqda  tanıram  -bir  şeyin 
mahiyyətinə  bələd olmaq.
Ağ-  qarasına  baxmamaq  -  şəxsi  mənafedən  ötrü  heç  biı- 
inama  bağlı  olmamaq,  yəni  bir  zadın  yaxşı-pisini  nəzərdə 
tutmamaq.
Rüşvətə  satıblar şəriəti,
Baxmırlar „QurarCın  ağ-qarasma (97,  səh 61).
Ağ  qoyunun  qara  quzusu  olar  -çox  yaxşı  ata  anadan  pis 
uşaq da ola bilər.  Oddan kül törər mənasındadır.
Ağhıına  ölü  üçün,  ağlağıl  dəli  üçün  -  ölən  ölüb,  dirinin 
ehtiyaclarım  fikirləşmək lazımdır.
47

7
wlçı{eyim hr^
Ağlama ölü üçün,  ağlağıl dəli üçün (229,  s.22).
Ağla  batan söz-  ağıllı,  məntiqi, əsaslı  söz.
Deyir seyrəkləşib  hicrana, qarşı  qovzanan  səslər,
Əgər  minbir  fikir  varsa,  hələ  ağlabatan  yoxdur  (292, 
s. 166).
Ağlabatan -  düzgün,  ağla,  məntiqə  sığan bir iş.
Xalqların  bir-birinə  yaxınlaşması,  yalnız  hakim  millətlə 
məhkum   m illətin  hissiyyat  və  təfəkkür  sahəsində  bir-birinə 
uyğunlaşacağı halda ağlabatandır (232,  səh.  289).
Ağla  qaranı  seçmək  -  oxumağı  bacaran,  yaxşı  yamanı 
seçən.
Kərəm xan ordan keçdi,  ağla qaranı  seçdi.
Vəşlədə  durdu  çay  içdi,  gördü  Qulam  xarıı  Kərəm!  (40, 
s.412).
Vəşlə  Xoy  yanında  bir  kəndin  adıdır  ki,  Kərəm  oradan 
evlənmişdi.
Ağlar-gülər ayı  -Azərbaycanda nisan  ayına-aprelə  deyilir. 
Çünki hava çox dəyişkən olur.  Məcazi m ənada tez qəmlənən və 
şənlənən adam haqqında işlənir.
Ağlayanımız  olub  kor  Şəhrəbanu -   bizə  o  adamlar  ürək 
yandırır ki,  özləri də  yazıqdırlar.
Ağlayan  uşaq  baş  yeyər  -mövhumi  fikirlərə  görə,  bir 
uşaq  çox ağlasa o  evdə bir adam ölər.
Ağlı  kəsmək -  beyninə batmaq.
Yoxsa  doğrusu  sənin  bu  qarpız  ölçündən  də  ağlım  bir  şey 
kəsmədi (195,  c.II, s.126).
Ağlı-qaralı  adam -  heyvanlar nəzərdə tutulur.
Bollu dövlətim var,  ağım,  qaram var,
Bunlardan da əziz ciyərparam var (Nizami).
Aşiq yaralı qurban,
Ağlı,  qaralı  qurban,
Sənin təzə  dərdinə
Köhnə yaralı qurban.
Ağlı qarışıb poxuna  -həddən artıq gülmək.
48
‘Bufvuz
lürk& ğm hn
Ağlıııa  batmamaq  -  dərk etməmək,  bir işin  baş  tutmasına 
inanmamaq
Ağlına keçə yamayım -  ağlın çatmır.
Ağlına keçə  yamayım ( ( 9 ,  s.154).
Ağlını başına yığmaq - fikirləş.
Abbasa  yazığın  gəlmirsə,  mənə  yazığın  gəlsin,  ağlını  yığ 
başına (195,  c.II,  s.150)
Ağlın  kəsməsi  -   bir  zadın  qəbul  olunması,  düşüncə 
əsasında o nəzəm çatmaq.
Keçmişdir o günlər bala,  keçmişdir uşaqlıq,
Ağlın kəsir artıq,  qulaq  as,  söyləyim hidi (348,  səh 54).
Ağlı topuğunda -  ağlı az,  danışmağı bacarmayan.
Donbalan dedi:  ay  ağlı  topuğunda
M ən məclislərdə gəzirəm  kababla,
Bir yerdə otururam...  (43,  s.237).
Ağ oldu -  həddi aşmaq.
Səhərdən  axşamacan  evdə  simfon  çalırlar,  dedim  yəni  bu 
restoranda da simfon? Lap  ağ oldu ki...  (9,  s. 139).
Ağ paltar geymək - ağ günə,  xoşbəxtliyə qovuşmaq.
Gey  ağ  libasın,  ağ  günə çıx,  ey günü  qara (214).
Ağrılarda  göz  ağrısı,  hər  kəsənin  /kişinin  öz  ağrısı- 
başqasının  dərdini heç kəs özününkü kimi  hiss etməz.
Ağrımaz  başa  saqqız  salmaq,  yaxud  ağrımaz  başına 
duz  bağlamaq  -özünə boş yerdən problem yaratmaq.
Qorxulu başlar solamət qalmağın  baş tapmadım,
Ağrımaz başə  salıb  saqqız,  nə  dığlatdın  başı? (241,  s.23).
Axı  söz-söhbət  olar  sonra,  ağrımayan  başımızı  niyə 
ağrıdaq  axı..  (9,  s. 101).
Ağ sapla tikilmiş yamaq -  tez gözə  çarpan  şey.
Kitabi  «Dədə  Qorqud»dakı  müqəddiməni  biz  indiyəcən 
«ağ  sapla tikilmiş  yamaq  sayırdıq.  Doğrudan  da,  dastanın  arxaik 
şifahi  formaları  üçün  islam  motivləri  yamaq  olmaya  bilməzdi» 
(36,  səh.  235).
Ağu  salmaq  -  birinə  göz  dağı  vermək,  düşmənə  fürsət 
verməmək.
49

‘Beftruz  Jhqqi
TürÇ'deyimCm
Qarabağda bağ sallam 
Bostan əkib,  bağ sallam.
Bu yurda kəm  baxanın 
Gözlərinə ağ sallam  (38,  səh 32).
Ağürək,  ağciyər -qorxaq,  ikiüzlü.
Milçək  tək  şirəyə  vızvız  eləyən  aşkara  göründü  nə 
ağürəkdir (304,  s.53).
Ağciyər adamlar,  yəni cəsartətsiz,  ürəksiz qocalar, gənclər 
və  oğlanlar  təbii  olaraq  qorxaq  bir  ictimaiyyatı,  qorxaq  cəmaət 
və  milləti təşkil edirlər (153, s  16).
Ağ yel -  zərər vuran.
Cahanda  ağ  yel  olma,  əsm əyindən  güli-giyah  ölsün  (168,
s. 16).
Adam  ol  şəxsə deyərlər İnamı  rəngə boyana 
Əsə ağ yel kimi gəlıi  bu yana,  gah o  yana(168,  s.48).
Ağ yuyub qara  sərmək -  abrım  almaq, təhqir etmək.
Yox,  filankəs,  yaramaz,  çevirər  boz  üzünü,  bozaranda 
adama elə  bozarır ki,  səni  ağ yuyub  qara sərir (9,  s.2,3).
Ağzı  açıq  -  düşmən,  sözünü  kobudcasına  dilə  gətirən,  sin- 
saxlamayan.
Ağzı  acı  olmaq  -   həyatda  şansı  gətirməmək,  yaman  günə 
düşmək.
Neçə müddətdi  olub bacıların  ağzı  acı
Satılıb  sacı,  olub bir çörəyin  möhtacı  (300,  ,  səli.  195).
Ağzı  açıla  qalmaq  -təəccüblənmək,  heyrətlənmək.
Ağzı  açıq namərdlərə
İgid  sirrin  açmaq  olmaz (179,  s. 139).
Ağzı  ayrıq -  təəccüb etmək.
Küçəyə  çıxanda  qız-gəlinin  ağzı  ayrıq  qalırdı  (46,  s.29). 
(103,  s.68).
Ağzıbir -  həbsxana.
Saldın  axır öz əlinlə  özünü  ağzıbirə,
Vec bitirməz  sənə,  dönmə  dəxi  daşə,  dəmirə (267,  s. 199). 
Ağzı  bərk -  etibarlı,  sirr saxlayan.
Onu da deyim ki, ÇEKA-nın adamları ağızdan bərk olurlar (1).
50
Türfçdeyimhri
Ağzı  boz - alçaq,  yaltaq.
Xuba xub ol, gülə gül ol, xara xar,
Olma miixənnəs ağzı boz olma!  (261,  s. 133).
Ağzı  boza vermək -  aldatmaq, kələk gəlmək.
Fars  şovinistlərinin  başında duran  quldur Rza  xan  və  onun 
oğlu  M əhəmmədrza  boğuntu  salıb  qorxaqların  ağzım  boza 
verm ək arzusunu qəbrə apardılar.  B.Həqqi
Ağız-  burunlu  adanı -  hesaba qoyulan,  şəxsiyyətli.
Ağzı  deyil -  bacarmaz.
Ağzı  deyil  (5,  s.87).
Ağzı  əyri  -  sözünün  üstündə  durmamaq,  düşmənçilik 
edən,  arası pis olmaq.
Biz tanırıq  ağzı oyrini  uzaqdan,
Aslanınarıq qurd çürütmüş budaqdan ( 22).
Ağzı  elə  bil  karvansara  qapısıdır  -  ağzı  həddən  artıq 
yekə  adam.
Ağzı əzvay dadı verir - çox əsəbidir,  vəziyyəti ağırdır.
Ağzı  göyçək  -   oııun-bunun  dalınca  danışan,  xalqın  dalı­
sınca  danışanlar,  xalqa  söz  qoşanlar,  ağzının  danışığım  bilmə­
yənlər.
Gör  kimlər  uğuruma  çıxdı,  o  ağzı  göyçək  ki,  mütrüflük 
m əşqinə  düşüb,  bu qız da ki,  ver yesin,  ört, yatsın  (259,  s. 185).
Axı  niyə,  elə  iş  görəsən  ki,  sabah  ağzı  göyçəyin  biri  sənə 
irad  tuta bilsin? (9,  s.61).
Mən  bilmirəm  bu  xalqa  nə  düşüb  ki,  ağzıgöyçəklik  eləyir 
(72,  с.  III,  s.45).
«Ağzıgöyçək»lərin  yanında çalış  etmə  öz  sirrini  faş,  nəyə 
lazım?  (264,  səh  115).
Doğrudur,  bir  para  ağzıgöyçəklər  deyirlər  ki,  yol  işdə 
olmayanda,  başlayır  dağılmağa.  Çöl  əlili  tökür  dəmir-dümürünü 
söküb aparır («Mozalan»,  səh  140).
Yox,  ağzıgöyçəklərin  gözətlədiyi  sayaqda  Cavahir  xanım 
səsini qaldırmadı (253,  s.510).
Ağzı  isti yerdədir - özünün və başqalarının  ictimai iqtisadi 
mövqeyinə  fərq qoymayıb  hökm vermək.
51

S
efvvzjtüjqi
Türt^dajbnbri
Ağzı  kalava  ■■  ağzı  həddindın  artıq  yekə  olan  adam. 
Azərbaycanın  şimalında “cırım  ağız”  şəklində  işlənir.
Biri boynu qısıq,  göygöz əlavə,
Dodağı  vərdənə,  ağzı kəlavə  (147).
Ağzı  kəsərli  olmaq  -  nüfuzlu  olmaq,  sözünün  kəsəri 
olmaq.
Ağzı  küləkli -   sözü keçərli,  düşmən, pis fikirli adanı
Gər ağzı küləkli kişilər püfləməseydi,
Bir şəm k i,  asudə yanır,  həm  də yanardı (267,  s. 123).
Ağzı qatıq kəsməyən*  dilsiz-ağızsız,  sözü kəsərsiz.
- Yəni,  ağzı qatıq kəsməyən gədəni? (253,  s.314).
Ağzı qatıqlı -  əlsiz-ayaqsız,  çox vaxt düzgün adam.
Partiya  m əktəbinə  ağzıqatıqlıları  götürmürlər,  qardaşoğlu! 
-  Əmimdən  xasiyyətnamə  alacağam,  elə  o  xasiyyətnamə  ilə  də 
ağzının  qatığını  silib,  girəcəyəm  partiya  məktəbinə  (142,  səh. 
18).
Ağzıma  daş  torpaq,  Allah  eləməsin  -  dediyim  söz günah 
hesab  olunmasın,  həyata keşməsin.
Ağzım vay  -  qorxudan  danışa bilməyən, əlsiz-  ayaqsız.
Ağzına  alma  -   ürəyinə  gətirmə,  ürəyinə  alma,  kədərli
olma.
Başını  aşağı  sal,  dərsini  oxu.  Belə  sözləri  ağzına  alma, 
şahın  bu  boyda  topxanası  var,  beş  nəfər  ayağı  çarıqlı  neyləyə 
bilər?(77,  səh.  17).
Ağzma  dil  qoymaq  -  birini  qızışdırmaq,  pis  yola  çəkmək, 
birinin əleyhinə  təhrik etmək.
Ağzınacan  dolmaq  -  bir  yerin  həddindən  artıq  dolu 
olması.
Türklər  Urmuyaya  daxil  olandan  sonra  türk  dilində 
məktəblər  açırlar. 
Qısa  müddət  ərzində  məktəbin  sinifləri, 
uşaqlar  və  şəhrin  cavanları  ilə  ağzınacan  doldu.  (V.Mustafayev, 
s.70).
Ağzına  gələn -  söyüş,  fikirləşmədən  danışmaq.
Ağzına  gələni  yığıb  doldurmuşsan  oraya.  Nə  duzu  var,  ııə 
mənası (72,с. III,  s.75)
52
Ağzına qovut alıb - dinib  danışmayan.
Ağzına su  almaq -  danışmamaq,  susmaq.
Sumqayıt  qırğınını  rusların  köməyi  ilə  ermənilərin  özləri 
yaratdıqları  halda  rus  havadarlarının 
fitvası  ilə  genosid 
adlandırırlar.  Amma  bizim  ziyalılar,  tarixçilər...  nədənsə 
ağızlarına su  alıb  susurlar ( Mürsəl Həkimov).
Amma  indi  ağzma  su  alıb  oturubdur.  Nə  dinir,  nə  danışır 
(72, c.III,  s.82).
Ağzına sümük atmaq - başını qatmaq,  ağzım  yummaq.
Ağzında  əli 
qalmaq  -  heyrət  etdim, 
huyuxdum, 
əqləsıqmaz bir şey ya işlə üzbəüz olmaq.
Oğuz yolda gedərkən ağzında qaldı əli,
Çox böyük bir ev gördü,  gümüşdən pencərəli (228).
Ağzındakı  dişləri  saymaq  -  cürətini  bilmək,  hərtərəfli 
tanımaq.
Saymışam ağzındakı  dəndanızı
Siz o deyirsiz verəsiz çanızı (300,  s. 12).
Ağzında  quş  başı  gətirmisən?  -  hamıdan  artıq,  xüsusi  bir 
iş görmüsən, niyə böyük  şeylər tələb edirsən?
Ağzından  dürr tökülmək -  gözəl sözlər danışmaq.
Yeriyəndə  kətan köynək dizindən,
Danışanda dürr tökülür sözündən  (35,  s.496).
Ağzından  horra  tökülür -  fərsiz,  əlsiz-ayaqsız.
Sən  deyilsən,  sənin  kimi  ağzından  horra tökülənlər mənim 
quşumu gətirə bilməz (46,  s.277).
Ağzından  külək  aparsın  -   qarğıyan,  bəd  söz  danışan 
adama deyirlər.
Vaxsey,  vaxsey,  elə  bil  biabırçılıq  olar  ki,  kiş,  kiş,  kiş 
ağzından külək aparsın (72,  c.III,  s. 149).
Ağzından  qaçırtmaq  -  istəmədən dilinə gətirmək.
Amma  axı  spexter  söz  arasında  ağzından  qaçrtdı  ki, 
uşaqlar saldat olacaqlar.  (195,  с.II,  s. 123).
Özü də bilmədən  Fuadın  ağzından  qaçdı  (1,  s.218).
Ağzından  qan  iyi gəlmək -  çox tohluksli  söz danışmaq.
53

‘Beftruz  Jhqqi
TM kJkjiim hri
Usta  Bədəl  qışqırdı  ki,  ay  aman,  bunun  ağzından  qan  iyi 
gəlir (17,  s.49)
Sözündən qan iyi gələn  şairin 
Ağzından  süd iyi gəlir, b:Jirəm (260,  s. 18).
Ağzında noxud islanmaz -söz saxlamayan,  etibarsız. 
Ağzından  od  tökülmək  -  
mənfi  və  müsbət  mənada 
işlənir.  Sözü keçərli,  haqq  söz  danışan,  zalımcasına  bir günahsız 
adam barəsində hökm  verən.
Elə  bil  dəyişib siz,  qabaqkı  ağzından  od  tökülən  naçalnik 
deyilsiniz (1,  s.351).
Ağzından  od  yağmaq  --  vətənpərvər  insanın  və  ya  qan 
tökən bir insanın keçərli sözü
Bir intiqam atəşi ilə  coşdu böyük  Səttarxan,
Mən görmədim deyərlər ki,  od yağardı  ağzından  (Mirzə). 
Ağzından süd  qoxusu  gəlmək -  cavan,  təcrübəsiz. 
Babaları  dağdan ulu körpələr,
Ağızları  süd qorxulu körpələr...  (S.Rüstəm).
Ağzından  süd qoxusu gə lir (195, c.II, s.30).
Ağzını allah yoluna qoymaq -  ağzına gələni danışmaq. 
Ağzı  boza vermək -  birini cahil saymaq.
İstəyir mənim ağzırnı  boza verə ki,  mən heç zad bilməyəm 
(danışıqdan).
Ağzıma  daş-torpaq  -   bu  söz  həyata  keçməsin. 
Allah 
məni öldürsün,  başıma bu  fəlakət gəlməsin.
Ölülər yasarlıq tutmaz, gülüm,
Ağzuva qara torpaq, ölülər bizo nə? ( 330, səh.  9).
Ağzını  öpmək  -  yəni  tam  mənada  birini  qəbul  etmək, 
düzgün və  ya yanlış  surətdə birini  qəbul etmək.
Bir model ki,  rəssam görçək  ürəyində  nifrət doğsun.
Üzdə  yoldaş,  dalda düşmən,
Yoldaşının ağzın öpüb,
Daldan dönüb xəncər vursun (282,  səh.  128).
Ağzını  yummaq  -   boğuntu  və  qan  tökməklə 
yoxsul 
insanları  sükuta məcbur etmək.
Yıxdı  evini,  zülm ilə övladı-Romanın,
54
Beftruz
m
Yummuşdular 300  sənə  ağzın fuqaranın  (149,  səh 239).
Ağzın  əyilər -  pis söz danışanda deyirlər.
Firiştələr vursun,  ağzın əyibin,
Sənin bir dərdini bilən olmasın (12,  s.44).
“Əşi,  ağzını  nə  qoymusan  allah  yoluna,  dilini  dinc  qoy, 
əksinqilabi  söz danışma,  tutub  apararlar əlli-ayaqlı  gedersən”(l, 
s. 189).
Ağzını  aramaq -  fikrini öyrənmək.
Tez-tez  Məlhəmə  adam  göndərib  Şeyxin  ağzını  arayır 
(144,  s.49).
Ağzını dağıtmaq -  ağzına gələni demək.
Bağır:  ağzınızı  çox dağıtmayın  mən...(9,  s. 148).  .
Ağzını  göyə  açmaq  

  acından  ölmək, 
iş  görməkdənsə 
gözü yolda qalmaq,  faydasız intizar çəkmək.
Amanın  günüdür,  ac  qalarıq.  Onda  gərək  ağzımızı  göyə 
açaq  ( l , s .  127).
Kasıb  adamların qızını  nə alan olur, nə də ki,  işlədən.
Qız oturub,  ağzım  göyə açır,
Ver yeyim,  ört  yatım -  deyir (82, səh. 174).
Ağzını  göyşək  mal  kimi  o  yan  bu  yana  tutmaq  -  
danışığım  bacarmayan,  saqqız çeynəyən  adama deyilir.
Ağzını  niyə  göyşək  mal  kimi  o  yan-  bu  yana  tutursan? 
(129,  c.l,  s.254).
Ağzını dağıtmaq  - artıq-əskik  danışmaq.
Vəzir  də  vəkil  də  bilirdi  ki,  şair  heç  kəsdən  imdad 
istəməyəcək,  ağzım dağıdıb  acı  sözlərlə bayramı  böyük matəmə 
çevirəcək (288, s. 149).
-Ağzını  dağıtma,  yekə kişisən!  (296,  s.285).
Ağzını  isti-  isti  qırmaq  -  vaxtında  gözünün  odunu  almaq 
deyimi  ilə  sinonimdir.  İranda fars  şovinizmi  teorisini  təbliğ edən 
xainlərin  ağzını  isti-isti  qırmaq  və  orada  yaşayan  millətlərin 
arasında  bərabər büquqluluqdan,  dostluqdan  müdafiə  etmək  hər 
bir ziyalının,  hər bir şərəfli borcudur.
Ağzını  möhr etm ək  -  səsin;  kəs,  qıfılla.
Sındır  qələmi,  dur otərıək,  ağzım  möhr et,
55

Bu  hamı  yalan  məqalədən bir əl çək!  (223,  s. 131). 
Ağzının  astarı  var  -  hər  şeyi,  çayı,  yeməyi  olduqca  isti 
yeyən adama deyilir.
Ağzının  aşı deyil - sənlik deyil, bacarmazsan.
Ağzının  dadını  bilinək  -  özünə  hər  şeyin  ən  yaxşısını 
seçmək, dünya nemətlərindən həzz almaq.
Bu qoyan çay ona güvarə gəlir,
Hansı  ki  ağzının dadını bilmir (195.  c.II,  s;. 191).
Ağzının  içinə  girmək  -  birinin  sözünü  ağzında  qoymaq, 
danışmağa haqq verməmək.
Ağzının  qaytanı  yoxdur  -  ürəyində  siır  saxlayan  deyil, 
yaxşını,  pisi,  şəraiti tanımadan  hər şeyi açıb  danışmaq.
Ağzının  qaytanı yoxdur -  sirr saxlamayan,  etibarsız. 
Ağzının lılığı axmaq - ağızdan  su gəlmək, heyrətlənmək. 
Ağzının  suyu açılıb -  həddən artıq heyran olmaq  əlaməti. 
Nə çox, dünyaya həsrətlə baxırsan,
Ona ağzın  suyu kimi axırsan  (147,  səh.  124).
Ağzının  suyu  axmaq -  tamahı düşmək, heyran  olmaq. 
Tülkünün ağzının  suyu  axmağa başladı  (148,  s. 108).
Ağzın  oxumaq  - birinin ürəyindən  keçəni oxumaq.
Ağzın  ovuşdurmaq -  gözünün odunu almaq.
Qəzetçi molla yazığın  ağzını  lap  ovuşdurub,
İndi yazır əski  qapı,  əski  dabanı  birbəbir (72,  c.III,  s.231). 
Ağzı  pərtov  -  danışığını  bilməyən,  ədəbsiz dartışan adam. 
Ağzı soyuq -  faydasız söz danışan,  qanmaz.
Var idi qafilədə  bir duzu yox,
Əııgi  boş,  sözləri puç,  ağzı  soyuq (168,  səh 579).


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə