Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   2   3   4   5   6   7   8   9   ...   43

21

‘Behruz  Hhqqi
Tür^demrnhri
Aşağıdakı  şer  milli  dəyərlərə  yalançı  tarixçilərin  deyil,  şərəfli 
bir millətsevərin münasibətini vaxtında,  dəqiqliklə  əls etdiurir:
Tapılmış indisə bir  təzə düşmən,
Nədir Çingiz,  nədir Hitler,  Ayşimən?
Dedi tez yıxdırın  Ərkin qalasın,
0  şahlar qondaran zülmün binasın.
Teatra ümmətin yoxdur niyazi,
Behişt almaq gərək, yıx,  qıl namazı.
Hünər var,  incəlik- qanmaz,  nə anlar, 
Qoyuldu dörd bucaqda güclü bombalar. 
Yıxıldı əlqərəz,  Ərk oldu yan,
Rahatlaşdı bir az  Tehranda qarı! (Dəmirçi).
M ədəniyyətimizdə  milli əxlaq  və  gündəlik  yaşamımızda o 
zamana  qədər  ki,  insanların  ictimai,  dövləti  məsuliyyətinə 
baxmayaraq,  sorğu-sual  öz  yerini  almayıb,  hər  bir  vətəndaşın 
danılmaz  həqqi  tamlmayıbdır,  o  toplumda  dövləti  senzuraya 
gərək  yoxdur,  çünki  belə  bir  boğuntuda  yaşayan  millətin  hər 
birisi  özü  bilmədən  dilini,  qələmini  və  hətta  gözlərini  də 
reallıqları  dilə  gətirib, qələmə  almaqdan, görməkdən də  senzura 
edir.  Həmin  toplumda  “millət”  sözü  yox,  bəlkə  islamın  ilk 
zamanında  yaranan  “ümmət”  sözü  və  ya  sadəcə  olaraq,  “çoban 
və  sürü”  anlamı  daha  da  yerinə  düşər.  Belə  bir  toplumlarda 
iyrənc,  milləti  hər  cür  təbii  faciələrdən  də  dəhşətli  fəlakətlərlə 
üz-üzə  qoyan deyimlər, atalar sözləri yarana bilər.
“Əyilən boynu vurmazlar”, “öpməklə ağız murdar olmaz”.
Atışahlıq  və  anaşahlıq  dövründən  qalan,  bu  günkü 
həyatımızda  da  öz  tarixi  mənasını  daşıyan  deyimlərə, 
ata 
sözlərinə  rast  gəlmək  mümkündür. 
“Arvadın  bir  qabırğası 
əskik olar” və s.
Qeyd  etmək  lazımdır  ki, 
əski  mədəniyyətimizdə  elin, 
tayfanın  içində  adlım  adamlar  “qabırğası  artıq”  deyimi  ilə 
tanınardı.  İslam  dini  qalib  gələndən  sonra elin,  tayfanın  yarısını 
təşkil  edən,  gündəlik  həyatda kişilərlə  bərabər  hüquqlu  Tomrus
22
'Behruz  Zbqqi
H irktleybnbri
analar,  Həcərlər  və  b. 
“qabırğası  əskik”  deyimi  ilə  təhqir 
olunurlar.  Beləliklə,  bütün  ictimai  fəaliyyətlərindən  məhrum 
edilərək, 
dörd 
divar 
arasında 
zindan 
həyatı 
yaşamaq 
məcburiyyətində  qalırlar.
“Qırx  arvadın  ağlı  bir  qara  toyuqca  olmaz”  deyimi,  eləcə 
d ə   həyat  boyu  kişi  ilə  isti-soyuğa,  yaman  günlərə  dözən həyat 
yoldaşını  “bizim  ev”,  və  ya  “uşaqların  anası”  adlandırıb,  həqiqi 
adını  dilə  gətirm əkdən  utanc  hissi  duymaq  da  cəmiyyətin  geri 
qalmasından xəbər verir.
“Arvadın  şərikli  olsun,  malın  şərikli  olmasın”  və  ya 
“ Yeddi  oğlun  olsun,  bir qızın”  kimi kədərli sözlər təəssüflə toy- 
düyünlərdə  dilə  gətirilib,  belə  düşüncə  ilə  fəxr  edilməsi  də 
utanc doğuran bir hərəkətdir.
Ölkədə  yaxşı  sərlövhələrin  altında  aşkarcasına  haqsızlıq­
lara,  rüşvət  alıb  vətəni  satmağa  əl  bulaşdırmaqla  o  ölkədə  hər 
zad  həqiqi mənasından  uzaqlaşır.  Demək  olar ki,  hər zad həqiqi 
mənasını  əldən  verir,  başqa  bir  adla  çağırılır.  Misal  üçün,  yeri 
gələndə  “aslanın  erkəyi,  dişisi  olmaz”  atalar  sözünü  biz  həm 
radiodan,  həm  televiziyadan,  həm  də  gündəlik  həyatımızda  hər 
yerdə  eşidirik.  Bu  günkü  türk  qadınının  yaşayışı  isə  heç  bir 
ictimai,  iqtisadi,  siyasi  mövqelərlə  üst-üstə  düşmür.  Bir  yerdə 
ki,  türk  qadını 
qanunsuzluq  və  iqtisadi  vəziyyətdə  bir  tikə 
çörəyə möhtac olaraq,  dörd divar arasında zindan kimi  yaşayırsa, 
orada min  illərlə yaşanan  atalar sözünü təkrar eləmək,  bu günkü 
faciəli durumumuza pərdə çəkmək deyilmi?
Keçmiş  yüzilliklərdə  siyasətçilərin,  ideololoqların  barmağı 
ilo   dillər  əzbəri  olan  bu  ifadələr həm  şimalda,  həm də  cənubda 
toplanırsa,  böyük  bir  ensiklopediya  yarana  bilər.  Buna  görə  də, 
ə g ə r  
bir  toplumda  oğru  sözünün  oğm  haqqında,  tülkü  sözünün 
tülkü  haqqında  işlənməsi  yasaq  olursa,  onda  hər  bir  aslana  da 
siçan  demək  adi  bir  hala  çevrilir.  Orda  həm   əxlaq,  hem   də  dil 
tohrif olunursa,  insan oğlu  insanın bütün varlığı da təhrif olunur.
Siyasət  ilə,  siyasətin  qələm i  ilə  ölməyə  məhkum  olan 
insanlar  kimi 
ifadələr  də  təbii  həyatlarını  itirir.  İdeologiya 
divarlarının  arasında çürüməyə məhkum o lurlar.
23

Azad  və  inkişaf  etmiş  ölkələrdə  həyatın  dəyişməsi  ilə 
bilik,  incəsənət  yaşadığı  dövrün  yeni  yaranan  təzə  deyim  və 
atalar  sözlərinin  ehtiyacını  duyur.  El elə liklə,  dilin  vo  ifadələrin 
zənginliyi təmin olunur.
Çox  zaman  sözü  kişilərdən  kəskin  olan  türk  qadım,  türk 
yaşamının  hər  bir  sahəsində  kişilərlə  çiyin-çiyinə  iştirak  edən, 
at  belində  qılmc  oynadan  ana-bacılarımız  elə  bir  faciələrlə 
üzləşirlər  ki,  hətta  o  zamanlardan  yüz  illər  keçməsinə 
baxmayaraq,  indiki dövrdə də  islami, baxışdan  nə  təkcə  hünər,  o 
cümlədən musiqi,  oxumaq,  rəqs, hətta dini mərasim  sayılan  azan 
vermək  də  qadınlar  üçün  yasaq  sayılır. 
Bu  islam  donuna 
bürünmüş  köhnə  fikir  və  mütləq  haqsızlıq türk toplumunu  bütün 
zamanlarda geri qoymaqdadır.
Təbiidir ki,  türk millətinin yarısını təşkil  edən qadının  səsi 
kişiciyəzləri  yoldan  çıxarırsa,  onda  bu  yerlərdə  qadın  səssiz  qul 
vo  kənizə  çevrilir.  Aydındır  kv,  danışmaq  haqqı  olmayan,  bütün 
toplumda  məsuliyyət  daşıyan  dövlət  adamlarım  yuxarıdan 
aşağıya  qədər  tənqid  edə  bilməyən  qadın,  heç  vaxt  ölkəsinin 
golişməsinə,  inkişafına,  azadlığına  vo  istiqlaliyyətinə  yardım 
edə  bilməyəcək.  Belə  bir  ölkədə  boya-başa  çatan  qadınlar  heç 
vaxt  vətən  uğrunda  canlarından  keçən,  elm-hünər  sahəsində 
böyük  nailiyyətlər qazanan  qəhrəmanlar  və  alimlər yetişdirmək 
iqtidarına malik olmayacaqlar.
Azərbaycanın  güneyində  baş  verən  milli-azadlıq  hərəkat­
larının  rəhbərlərinin nitqlərində,  məqalələrində də  deyimlərdən 
geniş  istifadə olunmuşdur
Səttarxan:  “Azərbaycan  bir daş  qazana  bənzər,  gec  qızar, 
gec də  soyuyar”(3).
“Bu  sudur  qurban, 
(şərab-B.H .) 
sizi  görən  kimi 
xəcalətindən rəngi qızardı” (3, s.59).
Xiyabani:  “Ağciyər  adamlar,  yəni  cəsarətsiz,  ürəksiz 
qocalar,  gənclər,  qadınlar,  oğlanlar  təbii  olaraq  qorxaq  bir 
ictimaiyyəti, qorxaq camaat və milləti təşkil edirlər” (153,  s.16).
24
S.C.Pişəvərinin  işlətdiyi  deyimlərdən  bəzi  nümunələr 
diqqətəlayiqdir:  ’’Başımızın  altına  yastıq  qoya  bilməzlər  vo 
məram-məqsədimizdən  milnhərif edə bilməzlər” (246,  s.156 ).
“Zirək quş dimdiyindən tələyə düşər”  (246,  s.148).
“Biz 
Tehran 
mürtəce 
və 
muzdur 
ruznaməlorinin 
yazdıqlarına  əhəmiyyət  vermirik.  Əl çəkib  bizi  öz  yaralarımızı 
sağaltmağa buraxın,  bizə  aşdan  isti kasa olmayın”  (30,  №39 ).
“Mərkəzi  dövlətin  rəsmi  nümayəndəsi  olan  Miistofinin 
təhqiredici  sözləri,  bayquş  səsi kimi  honuz  Azərbaycan xalqının 
qulaqlarında tənin-əndazdır” .
“Mərkəz  kəklik  kimi  başını  qara  qoymaqla,  xalqın 
hissiyyatının  üzərinə  pərdə  çəkmək  istəyir”  və  ya  “çadra 
altından  boğma çıxartmaq”
Bəzi  deyimlər  ictimai  şəraitin  acı  olaylarını  özündə  əks 
etdirir.  Şovinist siyasətlər nəticəsində bərəkətli  torpağından mü­
hacirət etməyə məcbur olan türkün  acı  taleyindən xəbər verir.
Kənddən qaçdmı  Tehrana,
Evim qaldı virana,
Əlim qotumdan uzun,
Qalmışam yana-yana (60,  səh. 39 ).
Dil var ki,  acıdır,  ilan quyruğu
Dil do  var ki,  min bolam ya n  verər ( Pərviz  Qaradağlı).
Bəzi  deyimlər çox.  vaxt müxtəlif formalarda  yaransalar da, 
vahid  bir  h ə d əf daşıyırlar  M əsələn,  eyni  anlamda  yaranan  bir 
deyim,  hər  məkanın  özünəməxsus  şivə  və  forması  ilə  tarixdə 
qalır.  M əsələn,
Mahmud  Kaşğari  “Dili  isti  yerdən  çıxır”(162).  Tərtər. 
“Ağzı  isti yerdədir”.  Təbriz:  “Səsi  isti yerdən gəlir”.
“İpə  un sərmək” ,  və  ya “şəritə un sərmək”
Kültür heç zaman  siyasət kimi  olmur.  Bəlkə  siyasətdir ki, 
insanın  mənəvi,  əxlaqi  inkişafı  ilə  hər rəngə yaxınlaşır.
25

Behruz
Ä
т пш яЗт ш ш И т л
Deyimlər  də  bir  sıra  kəlmələr,  ifadələr  kimi  ictimai, 
texnoloji  dəyişikliklər,  tarixi  proseslər nəticəsində  unudulur,  və 
ya zamana uyğunluğunu  əldən  verir.  D ünənədək  əyri olan inək 
dərisindən  düzələn gönləri  hamarlamaq  üçün  Təbrizin  gönçülər 
bazarında  ayaqlar  altına  salardılar.  M ürtəce  və  ikiüzlü  şeyxlər 
sahibindən  icazəsiz gönə  ayaq  vurmaq,  küfr,  yəni  günah  sayılır 
bəhanəsi  ilə  gönün  üstündən  tullanıb  keçərdilər.  Bu  hadisə 
«Gön  atlayan  şeyxlər»  deyiminin  yaranmasına  səbəb  olmuşsa 
da,  bu gün  texnologiyanın  inkişafı  ilə əlaqədar nə o əyri gönlər, 
nə  də  o  vaxtkı  tarixi  şərait  var.  Təbii  ki,  deyimlərin  yaranması 
m üəyyən  tarixi zərurətlə bağlıdır.
«Qılı qıldan  ayırmaq» deyimi bu şəkildə  işlədilmişdir:
Xəzinə  tökdü,  ləşkərin çalırdı,
Ədalətdən,  qılı qıldan ayırdı (Təbrizli Fədai).
Deyimlər  və  atalar  sözləri  nə  qədər  qısa,  hətta bir,  və  ya 
bir  neçə  kəlm ədən  ibarət  olursa,  çox  zaman  türk  dünyasının 
genişliyindən,  tarix  boyu  bö'rtik  impratorluqlar  yaradan,  idarə 
edən türkün geniş coğrafi  bölgələrdə yaşamasından  hekayət edir. 
M əsələn:  “Ana  kimi  yar  olmaz,  Bağdad  kimi  diyar”,  “H əm ədan 
uzaq,  kərdisi  yaxın”,  “Hökmavar  uzaq,  kərdisi  yaxın”,  “H ələb 
ordasa,  arşını  burda”,  “İsfahanda  yüz  iynə  boyu  atlamaq”,  “Balı 
olanın  çibini  Şamdan gələr”,  v.  s.
Keçən  yüzildə  ieologiya  əsasında  sinfi  mübarizəni  hər 
zaddan  üstün,  əsas  tutmaq,  b zi  milli  şüurdan  məhrum  edibdir. 
Bu xəstəlik  türkü milli kökündən,  türk  dünyasından  uzaqlaşmaq 
xəstəliyinə düçar edibdir.
Bu  kitabda  deyimlərlə  bərabər  bir  sıra  bənzətm ələr  və 
hətta  şovinist  siyasətlər  nəticəsində  xalqın  hafizəsindən 
silinmək  təhlükəsi  ilə  üzbəüz olan kəlm ələr də  qeyd  olunubdur. 
Bir  qayda  olaraq,  bunlar  məcazi  məna  daşıyırlar.  Misal  üçün: 
“quzu  kimi”,  “ayı  kimi”,  “ayı  şuxluğu”,  “dəvə  inadlı”,  “fal  yox, 
yumurta yox”  v.  s.
26
Behruz  tfbqqi
Göründüyü  kimi,  bunlar  iki  kəlm ədən  ibarət  olsalar  da, 
böyük,  geniş anlam daşıyırlar.
M üxtəlif formalı  deyimlər  te z ə n   eyni  m əna ifadə  edirlər. 
Firudin bəy  Köçərli  yazır:  “İsmayıl  bəy  əlindəki  toyuğu  havada 
uçan qaza dəyişdirən adamlardan deyildi”  (166,  səh. 198).
Bu  deyimlə  eyni  məna  daş yan  daha  bir  neçə  deyimimiz 
var:  “Dəryada  balıq  sevdası”,  “Sabahkı  quyruq  kababından, 
indiki övkə yaxşıdır” .
Nəriman  Nərimanov  yaza:  “İndi  bu  m əsələdə  də 
boşboğazlıqdan qeyri  bir  şey  meydana gəlm əz isə, əmin olun ki, 
millətin başdaşı üzərində bu sözlər yazılacaqdır” (166,  səh. 190).
Eyni  anlamda aşağıdakı deyimlər dilimizdə  işlənməkdədir: 
“Əvvəl  yumruğunu  düyünlə,  sonra  qanmaza  söz  çatdır”, 
“Ə vvəlcə  arxı  hoppan,  sonra  “bərəkallah”  de” .,  “Ayını 
soymamış dərisinə qiymət qoyma!”
Nizami,  Füzuli,  Xaqani,  Saib,  M.Xalxali,  M.Ə.Sabir, 
H.Cavid,  M.Ə.Möcüz,  Şəhriyar,  Səhənd,  S.Vurğun,  S.Rüstəm, 
B.Vahabzadə,  H.Sahir,  Yalqız,  Kərimi,  Nəccaroğlu,  Şəhrək kimi 
şairlərimiz,  M.F. Axundov,  Ə. Haq verdiyev,  C.Məmmədqulu- 
zadə, 
N.Vəzirov, 
C.Cabbarlı, 
İ.Hüseynov, 
H.Abbaszadə, 
S.Rəhimov,  Anar,  M.Süleymanlı kimi  yazıçılarımız xalqa,  xalq 
dili  və  ədəbiyyatına  ağlasığmaz  qədər  bağlı  olduqlarına  görə, 
hər  kiçik  şerlərində,  hekayə  ve  povestlərində  onlarca  atalar 
sözlərini,  deyimləri  muncuq  təki  ipə-sapa  düzüblər.  Təsadüfi 
deyil  ki,  N əcəf bəy  Vəzirovun  əksər  əsərlərinin  adı  ata  sözləri 
və  deyimlərdən  ibarət  idi.  Təsadüfi  deyil  ki,  Ə.Haqverdiyevin 
əsərlərinin  yüksək  sənətkarlıq  məziyyətləri  sırasında onun  xalq 
deyimlərindən  geniş  istifadə  etməsi  üzərində  də  geniş 
dayanılmışdır( 217,  s.282-298).
Klassiklərin  əsərlərində  geniş  işlədilmiş  ata  sözlərinin, 
deyimlərin  böyük  əksəriyyəti  bu  gün  dilin  lüğət  tərkibindən 
çıxmaqda,  unudulmaqdadır.  Bəclii  əsərlərdə  həmin  deyimlər 
tarixi  dil faktı kimi yaşayır.  Biz də imkan daxilində dildə işlənən 
deyimlərin  bədii  ədəbiyyatda  işlədilməsinə  dair  nümunələr  də 
verməyə  çalışmışıq.  Nümunə  tapmadıqda  deyimin  izahını
27

defıruz 
9
hqqi
nSrSjdafimbri
vermoklə  kifayətlənmişik.  Deyimin  qarşısında  onun  izahı, 
altında  isə  onun  bədii  ədəbiyyatda  işlədilm əsinə  dair  nümunə 
verilmişdir.  Bəzi  deyimlər bir neçə  məna  verir,  bu halda  həmin 
mənalar  vergüllə  ayrılmışdır.  Bəzən  canlı  danışıqda,  şifahi 
eşitdiyimiz  bir  ifadəni  xatırlatmaqla  kifayətlənmişik.  Kitab 
üzərində  iş  on  illər  boyunca davam etdiyi  üçün,  digər  tərəfdən 
mühacirətdə  m ənbələri əldə  etmək  çətinliyi  üzündən  deyimləri 
seçdiyimiz  m ənbələrin  bəzilərinin  səhifələrini,  nəşr  ilini 
dəqiqliklə göstərə  bilməmişik.
Deyimlər  hər  bir  yazıçım  qadir  edir  ki,  öz  şer  və  nosriııi 
qüvvətləndirərək,  oxucuda  axtarış  hissini  gücləndirsin.  Və  atalar 
dernişkətı,  dinləyicini  zəhmətə  salmayaraq,  bir  balaca  işarə  ilə 
yolun  yarısından  əlidolu  qaytarsın.  Deyimdən  faydalanan  hər  bir 
ziyalı  və  ya  adi  bir  insan,  öz  kəlamını  gözəlləndirərək,  sözün 
təsirini  qat-qat  artırsın.  Deyimlər  də  teatr  kimidir  ki,  əgər  onda 
olan əsil mənanı  birinin üzünə desən,  acı bir həqiqət kimi çoxlarını 
qəzəbləndirə  bilər.  Deyim  uzun  izahı  lazım  olan  bir  mövzunun 
rəsmi  kimi  işlədilir, 
nağılçıya  oxşayır  ki,  bir  hadisəyə,  olaya 
əfsanəvi  don geydirməklə  onu  şirinləşdirir.  Aydındır  ki,  qoçular 
və  donuz  kimi  xalqın  məhsulunu, əlinin zəhməti  ilə  qazandığı  var- 
dövlətini  tarac  edən  hakimlər  olan  ölkələrdə  xalq  yaradıcıları 
onların  basıb-kəsməyindən  nicat  tapdıqlarına  görə,  onları  rəmz 
kimi  yaratmaq  məcburiyyətində qalırlar.  Təbiidir ki,  boğurıtu olan 
vo  diktatorluq  mədəniyyəti  hökm  sürən  ölkələrdə  dilə  gətirilə 
bilməyən  həqiqətlər  həmişə  heyvanların,  quşların  dili  ilə,  və  ya 
kinayə, əfsanə, romz formasında ifadə olunur.
Acı  həqiqətləri  azad  surətdə  dilə  gətirmək  mümkün 
olmayan  ölkələrdə  həqiqətlər əfsanə doııu geymək  məcburiyyə­
tində olacaq.  M əsələn,  İranın  böyük  şairəsi,  Azərbaycanın  unu­
dulmaz  qızı  Pərvin  Etisami  elə  bu  baxışla  Azərbaycanı  “tavus”, 
İranı  isə  “qarğa” timsalında verərək, çoxınonalı  bir tərzdə deyir:
Qarğa gözəl deyil,  buna tavuz neyləsin?
Cəhlin  səni sürükləyir iracl tutmağa (149,  səh.69).
28
lurkdeyim hri
Elə  həcmcə  kiçik  şer  parçaları,  bədii  m ətnlər  var  ki, 
onların  az qala hər sətrində deyim lərdən  istifadə  olunmuşdur.  O 
sənətkarlar  deyimlərdən  uğurla,  yerli-yerində  istifadə  edə  bilir 
ki,  onlar  xalq  həyatına,  xalqın  zəngin  folkloruna  dərindən 
bələddir və onu hifz edib  saxlamağın zərurətini dərk edirlər.
Oğlan ürəyinin sandığın açır,
Oğlan acıqlanıb,  dodağın büzür.
Bütün el-obanın daşını atır,
“Vətən” deyə tutur burnunun ucun.
Ürəyi ağacda yarpaq tək əsir.
Başım daşdan-daşa dəydi,
Ölüncə götürməm  üz ayağından ( Səhənd).
Bir  sıra  deyimlər  m üəyyən  yerdə  baş  verən  hadisələrlə 
əlaqədar  yaranır. 
“Meymun  gözünü  açdı”  kimi  deyimi 
xatırlatmaq  olar.  Türkiyədə  dükançı  bir  yerə  gedən  zaman, 
dükanı  meymuna  arxayın  olub,  gedir.  Bir  oğru  gəlib  meymuna 
baxaraq,  o  qədər  əsnəyir  ki,  meymunu  yuxu  aparır.  Oğru 
fürsətdən  istifadə  edərək,  dükanı  boşaldır  Dükan  sahibi  gəlib 
işi  belə görən zaman, meymunu bərk döyür.  Başqa bir gün yenə 
oğru  gəlib,  istəyir  yenə  də  meymunu  yuxuya  verib,  dükanı 
boşaltsın.  N ə  qədər  çalışırsa,  görür  ki,  meymun  daha  gözlərini 
yummur.  Ona belə deyir:  “Meymun gözünü açdı”  (2,  seli. 16).
“Sağ ə l”  deyiminin  işlədilməsinə  də  tez-tez  təsadüf edilir. 
-  “Amirhaşım  xan  Xiyabanı  Bağırxanın  sağ  əli  idi.  O.  Sarıdağ 
səngərlərinə baş vuran zaman,  orda şəhid olur” .
Deyimlər  türkün  mənəvi  varlığının  və  milli  kültür 
birliyinin  danılmaz  örnəyidir.  “İynə  salmağa  yer  yox  idi”, 
“Yalan ayaq tutar,  amma yeriməz” və s.
Bəzən  bir  kəlm ədən  istifadə  yolu  ilə  bir  sö
2
;ün  neçə 
formaya  düşməsi  ilə  m üxtəlif  deyimlər  yaranır.  Məsələn, 
“şorgöz”,  “gözü  açıq”,  “acgöz”,  “göz  tikmək”,  “göz  kötəyi 
vurmaq”,  “göz  verib,  işıq  verm əm ək”  və  s.  deyimlər  “göz” 
sözündən istifadə yolu ilə yaranmışdır.
29

Bir  sıra  deyimlər  də  vardır  ki.  dəyişik  bölgələrdə  dəyişik 
kəlm ələrlə  yaransa  da,  anlam baxımından  eynidir.  «Dil  ustası,  iş 
xəstəsi»,  «çənəsi  boş»,  «əngəbəy»,  «dırnaqsız»,  «Siyədöyün 
iti»,  «suya  düşmüş  siçan»,  «dəvəsi  ölmüş  ərəb»,  «iynə  yemiş  it 
kimi»,  «hamam  fitəsi  kimi  hər  gələnin  belinə  bağlanan», 
«gələnə  qardaşdır,  gedənə  yoldaş»,  «dəvə  kimi  böyüdükcə 
dalıya  işəyən»,  «çürükbaş»  və  s.  “Tehrandakı  o  çürükbaşlar, 
fasidbeyinlər  bilməlidirlər  ki,  nə  vaxta  qədər  o  qorxulu,  zülm, 
əsarət  nişanəsi  olan  (Rzaxanın  Təbrizdəki  mücəssəməsinə 
işarədir  -B .H .)  m ücəssəmələr  aradan  getməyibdir,  nə  vaxta 
qədər  bunlar  millətin,  əli.  ilə  götürülüb,  sərnigun  olmayıbdır, 
İranda azadlıq ola bilməz»  (S.C.Pİşovəri).
Bağırxan:  1326-cı  ilin  Şəvval  ayının  25-do  Eynüldövlənin 
Səttarxana təslim olmaq üçün göndərdiyi  kağıza  Bağırxan  cavab 
verərək  deyir:  «Hər  nə  əllərindən  gəlir,  əsirgəm əsinlər»  (149, 
səh.  52).
«Gözdən  sürməni  çəkmək»  və  ya  «gözdən  sürmə 
oğurlamaq»  deyiminin  yararıma  tarixi də  maraqlıdır.
Bir  zamanlar  İstanbulda,  Qayımpaşada  qayıq  yapılan 
yerlərə  göz  və  qayıq  yapımında  istifadə  olunan  taxtalara  da 
«sürmə»  deyilərmiş.  Bəzi  açıqgöz  hırsızlar  “göz”  deyilən  qayıq 
otaqlarından taxtaları  aşırırlarmış (2,  səh.  15).
Bəzi  deyimlər  və  atalar  sözləri  hakimiyyət  və  hakim  olan 
ideologiyanın  dəyişməsi  ilə  əsil  anlamını  əldən  verir,  tam  əks 
mənada işlədilir.  M əsələn,  Anaşahltq  dövründə  ictimai  qüdrəti 
təmsil edən “Al  arvadı» deyimi  Ataşahlıq  hakimiyyəti dövründə, 
öz  mənasını  əldən  verərək  təhqiredici,  fəlakət  və  törəniş  ziddi 
olan  anlam  daşıyır.  Bəzi  deyimlər  vardır  ki,  insanların  şikar 
(ovçuluq-B.H.)  dövründən  qaian  ənənələrlə  əlaqədar  yaransa 
da,  bu  gün  də  öz  həyatını  davam  etdirir.  Misal  üçün,  “cöcəmə 
bəzəm ək”,  və ya “pişik bəzəmək”.
Bəzi  deyimlər  məsdər  şəklində  işlədilir.  Misal  üçün, 
“pişik  bəzəm ək”.  Bəzi  fellər  əmr  şəklində,  deyim  surətindən 
çıxıb,  atalar sözü anlamını daşıyır.  Məsələn,  “pişik  bəzəm ə!”.
30
“Göz  dağı”  deyiminin  yaranma  tarixinə  nəzər  salaq.  Təb­
riz,  Güney  Azərbaycanın  mərkəzi  şəhəridir.  H ələ  eramızdan 
əvvəl  şəhər qala kimi  düşmənə göz dağı  üçün tikilib.  “Göz dağı” 
deyimi  ilə  bərabər  “göz  kötəyi”  deyimi  də  işlədilir.  Ağır 
şəraitdə  qalanda  insanlar  öz  istək  və  arzusunu  həyata  keçirə 
bilmədikdə  ona  baxmaqla  ürəyini  soyudarlar.  M əsələn,  əmim 
arvadının  dediyinə  görə,  anam  mən  zindana  düşəndən  sonra, 
imkansız  olan  zamanlar  qızıl  dükanına  kənardan  baxaraq 
deyərmiş:  “Bizim  ki,  almağa  gücümüz  çatmır,  qoy  heç  olmasa, 
göz kötəyi vurmaqla,  ürəyimizi  soyudaq”.
Bəzi  deyimlər  var  ki,  ata-babalarımızın  islamdan  əvvəlki 
inamlarını,  o  cümlədən  odpərəstliyi  və  hətta  ondap  əvvəlki 
dövrləri  də  özündə  əksi  etdirir.  Bu  gün  də  “od  qisməti”  kimi 
deyimlər  əski  zamanlarda  odan  türklərin  yaşadığı  soyuq 
məkanlarda  nə  qədər  dəyərli  olduğunu  isbat  edir.  Və  ya  “od 
aparmaq”  deyimi  vacib  olan  məqamda  lazım  olanı  ələ  gətirib, 
təmkinlə vaxtı əldən  verməməyə  işarədir.
Bu  gün  od un  dəyəri  dünyada  texnologiyanın  və  elmin 
inkişafı  nəticəsində  təbiidir ki,  keçmiş zamanlardakı kimi  deyil. 
Aya,  günəşə  yol  tapan  insan  bu  gün  bir  çox  sahələrdə  qələbə 
çalmışdır.  Təəssüflə  deyə  bilərik  ki,  biz odlar yurdunda yaşasaq 
da,  neftsiz,  neft  m ədənlərindən  məhrum  olan  ölkələrin  əksinə 
bizim  çoxlu  vətəndaşlarımız,  yuyunmaqdan,  sıçaq  su  tapmaqdan 
ötrü,  və  ya  isti  otaqda  yatmaqdan  ötrü  yad  ölkələrə  üz  tuturlar. 
Belə  bir  ağır  vəziyyətlər  göstərir  ki,  biz  m üxtəlif  səbəblər 
üzündən hələ  də geridə  qalan ölkələr sırasındayıq.  İnanıram ki, 
qəhrəman  ruhlu,  yüksək  iradə  və  milli  şüurdan  bəhrələnərək, 
milli  faciələrə  son  qoymaq  istəyən  insanların  əli  ilə  hər  cür 
çətinliklərə  qalib  gəlmək  mümkündür.  Bunu  da  unutmayaq  ki, 
təkcə  qədim  dövrlərdə  olduğu  kimi  kişiliklə,  mərdliklə  bu  tex­
noloji  əsrdə  düşmənlərimizə  qalib  gəlmək  mümkün  deyil.  Biz 
gərək  bu günkü texnologiyaya,  biliyə  sahib olaraq,  türkün fəda­
kar  oğul,  qızlarının  yüksək  iradəsi  ilə  hər  bir  torpağımıza  göz 
dikənləri yerində oturmağa nail  olaq.  Buna inanmaq istəyirik ki:
31

T ürkjkm m hri
Yad qardaş olammaz bizə,  qardaş da y a d  olmaz, 
Qəlbim sən  ilə şad olu,  sənsiz də şad olmaz.
Biz  gərək  qardaşlıq  yumruğunu  düyünləyəndən  sonra 
qanmaz  düşmənlərimizə  türkün gücünü anladaq.
“Başa  çıxartmaq”  deyimi.  Elə  bil  dünəndir,  Azərbaycan 
Milli 
Elmlər 
Akademiyasında 
böyük 
M irəli 
Seyidovla 
oturmuşuq.  Erm ənilər  Qarabağı  zəbt  eləm ək  fikirlərini  hərdən 
dilə  gətirirlər.  M irəli  Seyidov  onlara  cavab  verərək,  ermənilərə 
“dostlar”a deyir:
“Bizim  evimizi  m əhəbbət  yıxıb.  Düşmənə  m əhəbbət  et­
mək,  öz xalqına xəyanət  etmək deməkdir.  Biz  əski zamanlardan 
başlayaraq, 
qardaşlıq 
və 
internasionalizm 
şüarı 
altında 
Azərbaycan  torpaqlarım  qurbanlıq  əti  kimi  düşmənlərə  pay- 
pülüş  etmək  siyasətini  başa  düşməmişik.  Beləliklə,  düşmənləri 
öz  süfrəmizin  başında  oturtduğumuza  görə,  onları  tanıya 
bilməmiş,  onları  sözün əsil mənasında başımıza  çıxartmışıq”.
Ayağm münbərə qoycaq,  elədin hökme-  cəhad,
O qədər dad elədin,  xəlqi çıxartdın başıma.
Tökdü hürriyyəti- İran əcəb,  kül başıma ( 93,  səh.  46).
Deyimlərimizdə  türkün  əski  inamları  da  özünü  əks etdirir. 
Göy  rəngi  türk  dilli  xalqlarda  bir  tərəfdən  qıtmırlıq  (xəsislik- 
B.H.),  digər tərəfdən  də  qara gün,  matəm,  yas  simvolu olubdur. 
Elə  bu  inamı  çağdaş  dövrümüzdə  də  deyimlərimizdə  çox 
qabarıq  surətdə  görə  bilirik.  «Hacı  Qara»  əsərində  Tükəz  əri 
Hacı  Qaranın  qıtmırlığını,  xəsisliyini  görərkən,  onu  «ay 
göyərmiş»  sözü  ilə  təhqir  edib,  tanıtdırır.  Və  ya  Qarabağ 
zonasında təkcə  kəlm ədən  ibarət  olan  «göy»  deyimini  işlədib, 
bir  insanın  xəsis,  səxavətsiz  olduğunu  ifadə  edirlər.  Bu  inam, 
mədəniyyət “D ədə  Qorqud»da da gözə  çarpır.  Orda ən rəhmsiz 
düşmən:,  “göygöz  kosa”  adlandırırlar.  Eyni  anlam  xalqımızın  ən 
məşhur  şairi  aşıq  Ələsgərdə  də  çox  aydın  təzahür  edir.
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin